Publication1


Sual 5.  Yaxın tanışıma borca pul vermişəm. Aramızda yazılı şəkildə müqavilə də bağlamışıq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə83/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   79   80   81   82   83   84   85   86   ...   89
Sual 5.
 Yaxın tanışıma borca pul vermişəm. Aramızda yazılı şəkildə müqavilə də bağlamışıq.
Lakin müqavilədə borcun qaytarılması üçün dəqiq müddət müəyyən edilməyib. Mən
borcludan pulu bir neçə dəfə tələb etsəm də, o, dəqiq müddətin müəyyən edilmədiyini bəhanə
edərək borcu qaytarmaqdan boyun qaçırır. Bu halda, borclu hansı müddətə
borcunu
qaytarmalıdır?
Cavab.
Sualınızdan aydın olur ki, Sizinlə borc alan şəxs arasında bağlanmış borc müqaviləsində
sonuncunun borcu qaytarmaq öhdəliyinin icrası üçün konkret müddət müəyyənləşdirilməyib. Bu
halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427‐ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
Adı çəkilən Məcəllənin 427.2‐ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə
və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb
edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4‐cü
madd
əsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə
an
ı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün
müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar
ad
ətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli
gəlməsin.
Sual 6. Məhkəmə qərarı əsasında mədən aliment tutulmuşdur. Heç bir yerdə işləmirəm, işsiz
kimi qeydiyyatdayam v
ə işsizlik müavinəti alıram. Alimentin işsizlik müavinətində tutulması
mümkündürmü?


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
69
­
Cavab.
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 67‐ci maddəsinə müvafiq olaraq
aliment t
ələbinin işsizlik müavinətinə yönəldilməsi mümkündür. Həmin maddəyə görə, tələb, sosial
sığorta üzrə, habelə işsizliyə görə müavinətlərə yalnız məhkəmənin qərarına, alimentlərin
tutulmasına dair məhkəmə əmrinə, yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında
təsdiq edilmiş sazişlərə ... əsasən yönəldilir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə