http://www.amu.edu.az
30 dekabr 2016-cı il
6
B
u günlərdə Nəsimi Rayon
İcra Hakimiyyəti və Yeni
Azərbaycan Partiyası Nəsimi rayon
təşkilatının gənclər arasında birgə
keçirdiyi “Unudulmaz Lider” və
“Mənim Prezidentim “layihələrinin
yekununa həsr edilmiş mərasim baş
tutub. Tədbirdə mükafatlandırılan
tələbələr arasında Azərbaycan Tibb
Universitetinin nümayəndələri də olub.
“55 Adda - 55 Qalib” adlı tədbirdə
Nəsimi rayon İcra Hakimiyyətinin baş-
çısı Asif Əsgərov çıxış edərək son illərdə
gənclərimizin ölkənin ictimai-siyasi, iqti-
sadi və mədəni həyatında fəal iştirakından
söz açıb. Qeyd edib ki, hazırda Azərbaycan
gəncləri çox saylı uğurlarla yeni ilə və yeni
hədəflərə doğru addımlayır.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon
təşkilatının sədri, Millət vəkili Məlahət İb-
rahimqızı da tədbirdə çıxış edərək ölkədə və
Nəsimi rayonunda gənclərlə bağlı görülən
işlərdən danışmış, gənclərimizi qazandıqları
uğurlar münasibəti ilə təbrik edərək onlara
yeni-yeni nailiyyətlər arzulayıb.
Mərasimdə ilin yekunlarına və müxtəlif
layihələrdə fəal iştirakına gorə 55 gənc mü-
kafatlandırılıb. Qaliblər 55 nominasiya üzrə
keçirilən müsabiqələrin yrkunların əsasən
müəyyənləşdirilib.
Qaliblər arasında ATU-nun Müalicə-
Profilaktika-2 fakültəsinin V kurs tələbəsi
Sərxan Həsənli və həmin fakültənin VI
kurs tələbəsi Malik Şükürlü də var. Bu
gənclər müxtəlif layihə tşəbübsləri ilə çıxış
etdiklərinə görə qalib elan olunublar. Belə ki,
Sərxan Həsənli ATU-nun Tələbə Həmkarlar
İttifaqları Komitəsinin nəzdində yaradı-
lan xarici dillər üzrə Conversation klubu-
nun rəhbəridir. Malik Şükürlü isə ATU-da
tələbələrin müxtəlif flashmoblarının təşkili
ilə məşğul olur.
Tədbirdə iştirak edənlər ölkəmizfə
gənclərə olan etimada, qayğıya və verilən
dəyərə görə ölkə rəhbərliyinə və dövlət baş-
çısına təşəkkürlərini çatdırıblar.
Mərasimin sonunda YAP Nəsimi rayon
təşkilatının Gənclər Birliyi tərəfindən ha-
zırlanmış “Gənclər öz Liderini təbrik edir”
video filminin və “Ulu Öndər Nişanəsi”
mahnısının təqdimatı da keçirilib.
Tədbirdə millət vəkilləri, gənclər
təşkiltlarının rəhbərləri, tələbələr və ra-
yon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
S
öz - ən təsirli dərman, ən əhəmiyyətli
müalicə vasitəsidir. Hələ qədim za-
manlarda Hippokrat sözlə müali-
cəyə böyük əhəmiyyət verirdi. Sözü
yerində işlətmək, düzgün tərzdə
ifadə etmək bacarığı həkim üçün baş-
lıca keyfiyyətdir. Həkimin ən böyük
ləyaqəti yalnız deyilməsi lazım gələn
fikri demək deyil, həm də deyilməsi
lazım gəlməyən şeyi deməməkdir.
Həqiqi sözlər gözəl deyildir, gözəl
sözlər də həqiqət deyildir.
Söz dünyadı - harayı var, hayı var,
Fikirləş de, bişmişi var, çiyi var.
Söz bir oxdur, tarım duran yayı var,
Ölçüb-biçib sonra çəkək bu yayı,
Ağzımızdan söz çıxmasın havayı.
Həkim fəlsəfəni, kimyanı, biologi-
yanı, tarixi, incəsənəti bilməklə yana-
şı, həm də natiq olmalı, yüksək nitq
mədəniyyətinə malik olmalıdır. Sözlərlə
ehtiyatlı olmaq - gözəl danışmaqdan va-
cibdir. Həkim xəstə ilə söhbət edərkən
şair kimi söz seçməli, təsirli vasitələrə
əl atmalı, artist olub xəstənin səsinə,
hərəkətinə, mimikasına fikir verməli,
məharətlə danışmağı bacarmalıdır. Corc
Eliot deyir: “Sözlərimizin qanadları var,
lakin çox vaxt onlar biz istədiyimiz yerə
uçmurlar”. Söz 4 cürdür: Birincisi, nə
bilərlər, nə deyərlər - dinə, insanlığa zi-
yan söz. İkincisi, həm bilərlər, həm də
deyərlər - lazım olan söz. Üçüncüsü,
deyərlər, lakin bilməzlər – haqq-təalanın
kitablarında, hədislərdə, elmi, üləma
kitablarında olan sözlər - belə sözlərin
şərhi yalnız təqliddən ibarət olar. Dör-
düncüsü, bilərlər, lakin deməzlər - dos-
tun, xəstənin və ya yaxınının sirrini və
ya eyibini açan söz.
Bir dəfə Y.Qaqarin kosmosa öz tarixi
uçuşundan danışdıqdan sonra çıxış edən
İ.Kassirski ona çətin olacağını deyir və
sonra təbabətin uğurlarından elə gözəl
danışır ki, heyrətini gizlədə bilməyən
Qaqarin mühazirədən sonra alimə ya-
xınlaşaraq deyir: “Ağır xəstələrə şəfa
vermək, ölümün pəncəsindən qurtarmaq
kosmosun fəthindən əhəmiyyətli və va-
cibdir”.
Həkimliyə bundan yüksək necə qiymət
vermək olar? Nitqin gücü az sözlə çox
şey demək bacarığındadır. Həzrət Əli de-
yib: “Söz dərman kimidir: az xeyirli, çox
ziyan”. Sözlər də yarpaqlara bənzəyir,
çoxlu yarpağı olan ağac az bəhrə verər.
Hikmətə bax, gör nə demiş atalar:
“Qısa sözdə olar dərin mənalar”.
Çox danışmaq insanın gözdən
düşməsi üçün ən qısa və ən etibarlı
yoldur.
Nə üçün göz iki, qulaq iki, ağız tək? -
Çox görüb, çox dinləyib, az danışmaq gərək.
Həkimin sözü ney kimi sevinc artıran
olmalıdır ki, ürəklər ona rəğbət göstərsin.
Həqiqət o qədər qiymətlidir ki, onu gərək
yalan eskadronu qorusun. Görkəmli rus
cərrahı İ.Piroqovun üst çənəsində şiş
əmələ gəlir. O, əvvəllər buna əhəmiyyət
vermir. Sonralar məşhur cərrahlar onda
bəd xassəli şiş olduğunu bildirirlər və
cərrahi müdaxiləni məsləhət görürlər.
Bu xəbərdən cərrahın əhvalı pozulur və
bədbinləşir. Yaxınlarının məsləhəti ilə o,
T.Bilrotun klinikasına gedir.
Bilrot onu müayinə edərək qəti bil-
dirir ki, əhəmiyyətsiz yaradır, cərrahi
əməliyyat lazım deyil. Bu söz minlərlə
ümidsiz xəstələri həyata qaytarmış, gün
yarım ərzində 600-ədək əməliyyat edən, 3
dəqiqəyə sidik daşı çıxaran Piroqov kimi
mahir bir cərrahın əhvalını dəyişdirir,
o,gümrahlaşır, öz işinə qayıdır. Lakin
az sonra Piroqov ölür. Həkimlər Bilrotu
səriştəsizlikdə, yanlış diaqnoz qoymaq-
da günahlandırırlar. Əlbəttə, həkimlər
yanılırlar. Bilrot Piroqovun kimliyini,
yaşını, zəifliyini, xəstəliyin gecikdiril-
diyini nəzərə almış, onun ömrünün son
günlərini ümid və sevinclə yaşamasına
müvəffəq olmaq üçün “müqəddəs” ya-
lan demiş, belə humanist, düzgün qərar
qəbul etmişdir. Necə deyərlər, qəlb ağ-
rıdan həqiqətdənsə, könül açan yalan
yaxşıdır. Doğrudan da, doğruya oxşayan
yalan yalana oxşayan doğrudan yaxşıdır,
çünki ona tez inanırlar.
Üç şey: atılmış ox, deyilmiş söz və
keçmiş günlər heç vaxt qayıtmır. Söz ilə
öldürmək də olar, xilas etmək də. Söz ilə
kütləni arxanca aparmaq da olar, təklikdə
qalmaq da. Misirdən Hindistana səfər
zamanı general Jüno Napoleona deyir ki,
arvadı Jozefina ona xəyanət edir. Bu söz
sərkərdəni sarsıdır, o döyüşü yaxşı təşkil
edə bilmir və məğlubiyyətə uğrayır.
Xəstəyə dava-dərmanla yanaşı, sözün
şəfası da lazımdır. Həkimlikdə çaşqınlı-
ğa, tələsməyə yol verilməməlidir. Ehti-
yatsızlıq- fəlakətin anasıdır,-demişlər.
Dil əql xəzinəsinin qılıncıdır. Xəqani
yazır:
Bəzən dil sıyrılmış qılınca bənzər,
Sərvaxt ol, başını bədəndən üzər.
Qədimdə deyirdilər ki, həkimin üç
dərmanı var: otlar, minerallar və söz.
Sözlə adama həm kömək etmək, həm də
ölümcül yara vurmaq olar. Mənə belə gəlir
ki, kobud adamın həkim olmağa mənəvi
haqqı yoxdur. Həkimin sözü, davranışı
xəstə üçün ən təsirli müalicə vasitəsidir.
Böyük alim və həkim B.Bexterev demiş-
dir: “Həkimlə söhbətdən sonra xəstənin
halı yüngülləşmirsə, o həkim deyil.
”Həkimlə təmasda olan gülümsəməli,
onunla ünsiyyət quranlar isə az da olsa
xoşbəxt olmalıdır. Həkimin qəbuluna
fəhlə də, alim də, çoban da gələ bilər.
Hamı ilə “eyni dildə” danışmaq həkimi
gözdən salar. Təsirsiz söz yağışsız ildı-
rım kimidir. Nizami deyir:
Elə söz vardır ki, yaramaz demək,
Başqa bir dil ilə söyləmək gərək.
Onu incə-incə söylərkən bir-bir,
Ondan hər eşidən alar bir təsir.
Xətai isə belə deyir:
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı.
Həkimlikdə sözün müalicəvi təsirindən
bacarıqla istifadə etmək ən mühüm
məharət sayılır. Elə xəstələr var ki, onlara
kömək etmək mümkün deyil, amma elə
xəstə yoxdur ki, ona zərər yetirmək müm-
kün olmasın.
Sözün ən gözəli söyləyənin
doğru söylədiyi, dinləyənin də faydalandığı
sözdür.
Ən ağır xəstələri müayinə və
müalicə edərkən həkim özünün sakitliyi-
ni, nikbinliyini saxlamağı bacarmalıdır.
Bu böyük iradə, dözüm və mətanət tələb
edir. Başqalarını xoşbəxt etmək üçün öz
səhhətini, səadətini qurban verən adam-
lar - həkimlər xoşbəxtdirlər.
Vahid HÜSEYNOV,
tibb üzrə fəlsəfə doktoru,
I daxili xəstəliklər və reanimatologiya
kafedrasının assistenti
SÖZ – İNSAN QÜDRƏTİNİN SƏRKƏRDƏSİDİR
Türkiyənin Yeditepe
Universitetinin Tibb
fakültəsinin dekanı
,
sinə cərrahı, professor,
doktor Sina Ercan
Azərbaycan Tibb
Universitetinin (ATU)
qonağı olub.
B
eynəlxalq işlər üzrə
prorektor
Nadir
Zeynalov
qona-
ğa ATU haqqında geniş
məlumat verib. Onun
sözlərinə görə, bu ali təhsil ocağı
1919–cu ildə Bakı Dövlət Universiteti-
nin tərkibində fakültə kimi yaradılıb.
1930-cu ildən isə müstəqil ali məktəb
kimi fəaliyyət göstərməyə başlayb:
“Universitetimiz bu il müstəqil uni-
versitet kimi 86 yaşını, fakültə kimi
isə 97-ci yaşını qeyd edib”.
N.Zeynalov həmçinin onu da bildirib ki,
6 fakültəsi olan bu ali təhsil ocağında
7000-dən çox tələbə və rezident, 1000-
dən çox xarici ölkə vətəndaşı təhsil alır.
Onlar arasında Türkiyədən olan tələbələr
üstünlük təşkil edir.
N.Zeynalov qonaqlara ATU-nun imta-
han sessiyası, tədris prosesi, reziden-
tura təhsili və xarici ölkələrlə olan qar-
şılıqlı əlaqələrindən də söz açıb: “Bizim
universitet ilə 18 ölkə ilə arasında qar-
şılıqlı memorandium imzalanıb. Qarşı-
lıqlı tələbə və həkim mübadiləsinə çox
geniş yer veririk. Türkiyənin də bir çox
universitetləri ilə dostluq əlaqələrimiz
var”.
Sina Ercan ilk dəfə Bakıda olduğunu və
şəhərimizi çox bəyəndiyini qeyd edib:
“Bu, bizim üçün çox böyük üstünlükdür.
Bu il biz artıq 20 illiyimizi qeyd edəcəyik.
Bizdə 50-yə yaxın tibb tədris proqram-
ları var. Təhsil ocağımızda 13 fakültə
fəaliyyət göstərir, 24 minə yaxın tələbə
təhsil alır”.
ATU-nun rəhbəri, professor Gəray
Gəraybəylinin adından qonağa təşəkkür
edən rektorun müşaviri Zülfüqar
Musabəyov səslənən bütün fikirlərin
qeydə alındığını bildirib.
Görüş zamanı tezliklə tərəflər arasın-
da müqavilənin hazırlanıb, imzalanması
haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, görüşdə ATU-nun ağız və
üz çənə cərrahiyyəsi kafedrasının müdiri
Çingiz Rəhimov, I müalicə-profilaktika
fakültəsinin dekanı Qorxmaz Əhmədov
da iştirak ediblər.
Türkiyənin Yeditepe Universitetinin
dekanı ATU-nun qonağı olub
Qədimdə deyirdilər ki, həkimin üç dərmanı var: otlar,
minerallar və söz. Sözlə adama həm kömək etmək, həm
də ölümcül yara vurmaq olar.
ATU-nun mətbuat xidməti