Положение мяса животных


yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...”



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

59 


yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 

5). Əgər onların yuxarıda qeyd etdiyimiz üsullarla öldürülmə üslubu bəlli 

olarsa  bu  zaman  bu  cür  əti  yemək  olmaz.  Artıq  ölü  (leş)  ətdən  sayılır. 

Həmçinin  əgər  ət  məhsulları  Kitab  Əhli  olmayan  şirkətlər  tərəfindən 

tədarük  edilirsə  bu  cür  əti  də  yemək  olmaz.  “Üstündə  Allahın  adı 

çəkilməmiş  heyvanların  ətindən  yeməyin.  Bu,  şübhəsiz  ki,  günahdır. 

Həqiqətən,  şeytanlar  öz  dostlarına  sizinlə  mücadilə  etmək  üçün  (çirkin 

fikirlər  və  yaramaz  əqidələr)  təlqin  edirlər.  Əgər  onlara  itaət  etsəniz, 

şübhəsiz ki, siz də müşrik olarsınız”. (əl-Ənam 121).

  

Müsəlman  bir  kimsə  hər  bir  yolla  haramlardan  və  şübhəli  şeylərdən 



çəkinərək  öz  dininin  şərəfini  və  bədəninin  təmizliyini  qorumalı,  haramla 

bədənini doldurmamalıdır.  



“Sual və Cavab” 10339.  

 

10.  Sual:  Hörmətli  şeyx,  bazarlarda  qeyri  müsəlman  dövlətlərindən 

gətirilmiş  ət  məhsulları  satılır.  Bu  kimi  ət  məhsullarının  hansı  üsulla 

kəsildiyinə baxmadan yeyə bilərikmi?  



Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Əgər  gətirilən  ət 

məhsulları  Xaçpərəst  və  Yəhudi  dövlətlərindəndirsə  bunda  problem 

yoxdur.  Çünki  Allah  onların  yeməklərini  bizə  halal  etmişdir,  onların 

yeməkləri  isə  -  kəsdikləri  heyvanlardır.  Bizə  qadağan  olunma  səbəbi 

məlum deyilsə bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. 

Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, 

küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülübsə bu 

cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan 

xəbərlərə  görə  Amerika  və  Avropa  ölkələrində  olan  qəssabların  çoxu 

heyvanları  şəriətə  uyğun  olmayan  üsullarla  kəsirlər.  Əgər  müsəlman 

özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə 

də  uyğun  olar.  Əbu  Abdullah  ən-Numan  b.  Bəşir  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  belə 

buyurduğunu eşitdim: “Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və 

şərəfini  qorumuş  olar...”.  Buxari  52,  Müslim  1599.  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: “Səni şübhəyə salan şeylərdən uzaq 

dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”

31

. Mömin bir kimsəyə 



vacibdir ki, yemək və içməyində ehtiyatlı olsun. Əgər o, heyvanı alıb özü 

kəssə  bu  onun  üçün  daha  yaxşı  olar.  Həmçinin  heyvanı  tanıdığı 

                                                

31

 Tirmizi 2520, Nəsəi 5711, əl-Albani “Səhihul Cəmi” 3372-ci hədis. Bu hədisin 



sonu  belədir:  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Həqiqətən 

doğruluq sakitlikdir, yalan isə şübhədir”.  




 

60 


qəssablardan  alarsa  hansı  ki,  heyvanı  şəriətə  uyğun  kəsirlər  bu  da  onun 

üçün daha yaxşı və təhlükəsiz olar”.  



“Fətava Nuru ad-Darb”.  

 

11.  Sual:  Hörmətli  Şeyx,  günlərin  birində  öz  iş  yoldaşlarımı 

qonaqlığa  dəvət  etdim.  Onlar  gəldikdən  sonra  süfrə  açıldı,  yeməklər 

içərisində  qızardılmış  toyuq  da  vardı.  Qonaqlardan  biri:  “Bu  yerli 

toyuqdur,  yoxsa  gətirilmiş”.  Mən:  “Gətirilmiş”  dedim.  Bundan  sonra  o, 

toyuğu  yemədi.  Mən  səbəbini  soruşduqda  haram  olduğunu  dedi.  Mən: 

“Sən  bunu  haradan  götürmüsən  ki,  haramdır”.  O:  “Bəzi  Şeyxlərdən 

eşitmişəm”  dedi.  Xahiş  edirəm  sizdən  bu  suala  şəriət  tərəfdən  cavab 

verəsiniz.  



Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Qeyri  müsəlman 

dövlətlərdən  idxal  olunan,  yəni  kəsilmiş  heyvanlara  Yəhudi  və 

Xaçpərəstlər  cavabdehlik  daşıyırlarsa  bu  cür  heyvanların  ətlərini  yemək 

halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini 

soruşmamalıyıq  necə  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

Xeybərdə Yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Buxari 

2617, Müslim 2190. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

Yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. 

Yağ  isə  -  öz  halını  dəyişmiş  piydir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını 

heç soruşmadı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya 

Rəsulallah!  Bizə  ət  yeməyi  gətirirlər.  Lakin  üzərində  Allahın  adının  zikr 

olunub-olunmadığını  bilmirik?”.  Peyğəmbər:  “Bunun  üçün  siz  Bismilləh 

deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 

2057.  Bu  hədislərin  hər  biri  dəlildir  ki,  heyvanın  necə  kəsildiyi  barədə 

soruşmaq  lazım  deyil.  Bu  da  şəriətin  hikmətindən  və  asanlığındandır.  O, 

ki  qaldı  qeyri  müsəlman  dövlətlərindən  idxal  edilən,  kəsilməsində 

cavabdehdir  məcusilər,  bütbərəstlər  və  s.  bu  cür  ətləri  yemək  haramdır. 

Çünki  Allah  bizlərə  kafirlərin  yeməklərini  yeməyi  haram  etmişdir,  Kitab 

Əhli istisna olmaqla.  

Əgər  biz  kəsilən  heyvanın  Müsəlman,  Kitab  Əhli  tərəfindən 

kəsildiyində  ehtmal  etsək  bu  cür  əti  yeməkdə  heç  bir  problem  yoxdur. 

Fəqihlər  deyirlər:  “Əgər  bizə  ət  verilsə  elə  bir  yerdə  ki,  əhalisinin  çox 

hissəsi  ətinin  yeyilməsinə  icazə  verilən  qrupdandırsa  (Kitab  Əhli  və 

Müsəlmanlar)  bu  cür  ət  halaldır”.  Əgər  ətin  mənşəi  və  kim  tərəfindən 

kəsildiyi bilinməzsə daha yaxşı olar bu cür əti yeməkdən çəkinəsən.  



“Fətava Uləma Bilədil Haram” 378-379.  


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə