Politologiya” fənni üzrə imtahan sualları Politologiyanın yaranması və inkişafı


Siyasi şüurun mahiyyəti, xüsusiyyətləri və təsnifatı.+



Yüklə 31,35 Kb.
səhifə4/5
tarix29.04.2022
ölçüsü31,35 Kb.
#86209
1   2   3   4   5
Politologiya Mədinə

Siyasi şüurun mahiyyəti, xüsusiyyətləri və təsnifatı.+

  • Siyasi mədəniyyətin elementləri və tipləri+

  • Siyasi ideologiyanın səviyyələri və başlısa formaları.+

  • Xarici siyasətin mahiyyəti,məzmunu,formaları və vasitələri.

  • Azərbaycan Respublikasının xarici siyasət strategiyası.

  • Beynəlxalq münasibətlərin mahiyyəti və əsas formaları.

  • Qlobal problemlərin mənşəyi və mahiyyəti

  • Müasir dövrün qlobal siyasi problemləri və onların həlli yolları

  • Dövlətlərarası münasibətləri əhatə edən qlobal problemlər


    1. Politologiyanın yaranması və inkişafı.

    Politologiya (yunanca politika - siyasət, dovləti idarə etmak sənəti, loqos - soz, anlayış, təlim) adından da göründüyü kimi, siyasət, siyasi proseslər və təsisatlar, siyasi hakimiyyət haqqında elmdir. Siyasət haqqında təsəvvurlərin tarixi çox qədim olsa da, erkən dovrlərda onlar miüstəqil bilik sahəsi omayıb, mifoloji dunyagörüşunün tərkib hissəsi kimi çıxış edirdi. E.ə. II-I minilliklərda butun xalqlarda hakimiyyətin və bütovlükdə ictimai-siyasi həyatın ilahi mənşəyə malik olması haqqında təsəvvüürlər movcud idi.

    E.ə. I minilliyin ortalaından etibarən siyasi baxışlarm rasionallaşması tendensiyası nəzərə çarpır, fəlsəfi-etik xarakter daşıyan ilk siyasi kateqoriya və konsepsiyalar meydana gəlir. Bu proses hər şeydən əvvəl Konfutsinin, Platonun və Aristotelin adı ilə baglı idi. Aristotel yazırdı: «Siyasi elm butun elmlərdən yüksəkdə durur.Çünki o, insanlara ədalətli qanunlar əsasında yaşamagı öyrədir.Aristotelin siyasi fikrin inkişafındakı xidmatlərini nəzərə alan müasirləri onu «siyasətin atası» adlandırmışlar.

    Siyasi fikir tarixində ilk dəfə olaraq italyan mutafəkkiri Nikollo Makiavelli siyasəti sinkretik elmi biliklərin tərkib hissəsi kimi deyil, insan fəaliyyətinin müstəqil sferası kimi nəzərdən keçirmişdir.

    Siyasi elm ozünün sonrakı inkişafını T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, J.J.Russo, C.Medison, E.Bern, C.S.Mill, A.Tokvil və b. mutəfəkkirlərin əsərlərində tapmışdır.

    Ancaq çoxsaylı siyasi tədqiqatlarm mövcudluguna baxmayaraq, XIX əsrin II yarısınadək politologiya müstəqil fənn kimi deyil, asas etibarilə dovlət haqqında təlim və siyasi-fəlsəfi nəzəriyyə formasında mövcud olmuşdur.

    Bəzi alimlər politologiyanm bir tədris fənni kimi meydana gəlməsini XIX əsrin I yarısında Almaniyada hüquqi məktəbin meydana gəlməsi, digəriləri isə- xususilə amerikalı mütəfəkkirlər onun yaranma tarixini XIX asrin II yarısı ilə baglayırlar. Sonunculara görə, politologiyanın yaranması Frensis Leyberin adı ilə baglıdır. Onun 1857-ci ildən ABŞ-ın Kolumbiya Universitetində oxudugu muhazirələr burada 1880-ci ildə onun həmkarı Con Bercess tərəfindən ali siyasi məktəb yaradılması üçün zəmin hazırlamışdır.XIXəsrin sonu - XX əsrin əv- vəllərində «siyasi elm» termini Avropada daha geniş yayılır. Italyan mutəfəkkiri Q.Moska ozuniün 1896-cı ildə yazdıgı «Siyasi elmin ünsürləri » adlı əsərinə görə Avropada məşhurlaşır.

    XX əsrin əvvəllərində politologiyanın müstəqil akademik fənnə çevrilməsi prosesi demək olar ki, basa çatır. 1903-cü ildə Amerika siyasi elmlər Asso- siyasiyasının(ASEA),1949-cu ildə isə YUNESKO-nun nəzdində Beynəlxalq siyasi elmlər assosiasiyasının yaradılması politologiyanın bir elm kimi inkişafma xusu- silə güclü təkan vermişdir.

    Siyasi elmin inkişafi yolunda növbəti addim 1970-ci ilda Ford fondunun vasaiti hesabina «Siyasi tadqiqatlarm Avropa konsorsiumu» adlı ümumavropa təşkilatının yaradilması oldu. Konsorsiumun muxtəlif birgə layihələrin həyata keçirilməsi üçün vəsait ayrılması diinya miqyasmda, istarsa da ayri-ayrı ölkələrdə politologiya sahəsində tədqiqat aparan genis mtitaxassislər şəbəkəsinin qarsılıqlı elmi va təcruba mübadiləsinin zənginləşməsinda mühüm rol oynayır.

    Zəngin ənənələrə malik olan Azarbaycanda siyasi elm məktəbinin ruseymlərinin yaranmasında XIX əsrin I yarısında formalaşan və 100 il ərzində üç mərhələdən keçən milli maarifcilik hərakatı böyük rol oynamısdır. Maarifçilik dövrünün görkamli numuyandələri olan A.Bakıxanov, M.F.Axundov, M.Kazımbəy, H.Zərdabi, Ə.Hüseynzada və b. ozlərinin mütərəqqi siyasi ideyaları ilə vətən siyasi elm maktabinin rüşeymlərinin formalaşmasma deyil, bütovlükda dunyada politoloji tədqiqatlarm inkisafına xususi töhfə vermislər.



    2. Politologiyanın predmeti,obyekti və strukturu.

    Bu günədək politologiyanm predmetinə vahid yanaşmanm olmaması onun ətrafmda müxtəlif cür baxışların meydana gəlməsini şərtləndirmişdir. Bütövlükdə həmin yanaşmaları üç qrupda cəmləşdirmək olar:



    1. Politologiya hakimiyyətdə olan və ya onun həyata keçirilməsində iştirak etmək iddiasında olan müxtəlif fərdlərin, qruplarm, partiyalarm, dövlətin və digər institutlarm tədqiqi ilə məşğul olan elm sahəsidir. Bu mənada politologiya siyasi sosiologiya, siyasi fəlsəfə, siyasi psixologiya ilə yanaşı siyasət haqqmda elmlərdən biridir.

    2. Politologiya siyasət haqqında yeganə elmdir. Politologiya siyasət haqqmda elm olsa da, siyasətlə bağlı bütün bilikləri deyil, sırf elmi və empirik metoda əsaslanan bilikləri özündə ehtiva edir.

    3. Daha geniş yayılmış son yanaşmaya əsasən, politologiya bütün siyasi subfənləri - siyasi fəlsəfə, siyasi psixologiya, siyasi sosiologiya və s. birləşdirən megaelm, yaxud inteqrativ elmi bilik sahəsidir. Politologiya siyasi təsisatları və prosesləri, siyasi hakimiyyətin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı qanunauyğunluqlarını öyrənir.

    Bütün deyilənləri yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, siyasətin ümumi nəzəriyyəsii rolunda çıxış edən və inteqral elm olan politologiyanm predmetini siyasət və onun təsisatları vasitəsilə cəmiyyət və şəxsiyyətlə qarşılıqlı münasibətləri təşkil edir.

    Məlumdur ki, siyasət cəmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir.Lakin politologiya siyasi həyatın ayrı-ayrı aspektlərini (fəlsəfə, psixologiya, dövlətşünaslıq vəs.) deyil,onu məhz bütöv halda və yeganə obyekt kimi tədqiq edir.

    Politologiyanm tədqiqat obyektinin müəyyənləşdirilməsində YUNESKO- nun təşəbbüsü ilə Parisdə çağırılan beynəlxalq kollokvium tərəfindən qəbul edilmiş qətnamə mühüm rol oynamışdır. Həmin sənədə uyğun olaraq qərara alınmışdır ki, politologiyanın əsas tədqiqat obyektinə aşağıdakılar daxil edilsin:

    -Siyasi nəzəriyyə və siyasi ideyalar tarixi;

    -siyasi təsisatlar;

    -siyasi partiyalar, qruplar, ictimai rəy, seçkibr, informasiya və təbliğat;

    -beynəlxalq münasibətbr və xarici siyasət.

    Məlum olduğu kimi, siyasətşünas alim siyasi gerçəkliyi mövcud şəraitdəki vəziyyət baxımından qiymətləndirir və bu əsasda gələcəyi proqnozlaşdırmaqla məşğul olur. Yəni politoloq mövcud olan gerçəkliyin empirik yolla dərk edilməsi ilə məşğuldur. Lakin heç bir politoloji təhlil onun əsaslandığı ideya-nəzəri və fəlsəfı əsaslardan təcrid olunmuş şəkildə mümkün deyildir. Buna görə də, politologiya siyasi ənənələri, ideya-siyasi görüşləri və təlimləri, qərarların qəbııl olunmasının konkret mexanizmini və s. nəzərdən keçirir.

    Siyasi elmin başlıca tədqiqat obyektini siyasi sistemin və təsisatların başlıca ünsürü olan dövlət və siyasi hakimiyyət təşkil edir. Lakin siyasi hakimiyyət və dövlət məsələsini həmçinin fəlsəfə, siyasi, iqtisad, dövlətşünaslıq, hüquq və s.-də öyrənir. Politologiya bu fənlərdən fərqli olaraq dövlət və siyasi hakimiyyətin aşağıdakı cəhətlərini öyrənir:



    1. Politologiya dövləti və hakimiyyət münasibətlərini cəmiyyətin siyasi təşkili təsisatları kimi təhlil edir. Yəni politologiya müxtəlif cəmiyyətlərin fəaliyyətinin və inkişafmm siyasi qanunauyğunluqlarını öyrənir;

    2. Politologiya təkcə siyasi hakimiyyətin ələ keçirilməsi və əldə saxlanması haqqında deyil, habelə onun idarə olunmasmda əməli surətdə istifadə edilən forma və metodlar haqqında elmdir;

    3. Siyasi elm dövləti yalnız siyasətin subyekti, bir ölkə çərçivəsində hakimiyyət münasibətbrinin daşıyıcısı kimi yox, həmçinin beynəlxalq aləmdə hər hansı ölkənin suverenlyinin daşıyıcısı kimi öyrənir.Beynəlxalq münasibətləri tənzimləyən hüqııqi normalarm, əxlaqi dəyərlərin və siyasi tələblərin müəyyən edilməsi, dövlətlərarası əlaqələrin fəaliyyət qanunauyğunluqlarının öyrənilməsi və s. politologiyanın tədqiqat obyektini təşkil edən problemlərdəndir.

    Dövlət və hakimiyyətlə yanaşı politologiyanın tədqiq etdiyi problemlər sırasında partiyalar və partiya sistemləri, müxtəlif təzyiq qrupları, parlament mexanizmi, seçki sistemi, kütləvi informasiya vasitələri, siyasi təşkilatlar mühüm yer tutur.

    Politologiya dünyagörüşü xarakteri daşıyan elm olmaqla, fərdin sosial qrupun, xalqın və millətin hakimiyyət və dövlətə münasibətinin prinsiplərini öyrənir. Politologiya dünyagörüşü spektrində fərdin cəmiyyətdə yeri və rolunu, şəxsi və qrup, maddi və mənəvi maraqlarının mənası və əhəmiyyətini aydmlaşdırır. Lakin politologiyanı müəyyən dünyagörüşlərini əks etdirən siyasi ideologiya və doktrinalardan fərqləndirmək lazımdır. İdeologiya mövcud gerçəkliyə spesifik münasibəti ifadə etdiyindən, onun təsvir etdiyi ideal reallığa uyğım gəlməyə bilər. Politologiya isə siyasi gerçəklik haqqında elmdir.

    Politologiya siyasi fəaliyyət proqramı hazırlamır. Lakin bu elm siyasət və hakimiyyət haqqmda obyektiv dəyərlərə malik biliklər təqdim etməklə siyasi fəaliyyət proqramının hazırlanmasında yardımçı olur.

    Politologiya elm kimi - siyasi həyatm inkişaf qanunauyğunluqlarını, siyasi şüur və mədəniyyəti, siyasi prosesləri, siyasi sistemi, siyasi təlimlər tarixini, qlobal problemləri tədqiq edir, tədris fənni kimi siyasi təsisatlar, insan və vətəndaş hüquq və azadlıqları, siyasi konsepsiyalar, dünyada cərəyan edən siyasi proseslər haqqında bilik verir.

    Yuxarıda qeyd etdiyimiz kimi, siyasət haqqında yeganə elmi yə inteqrativ bilik sahəsi olan politologiyanın strukturuna bir sıra fənlər daxıldir. Alman alimi P.Noak politologiyanın dörd əsas hissəsinin olduğunu qeyd edir: siyasi fəlsəfə və ya siyasi nəzəriyyə; siyasi təsisaslar haqqında təlim; siyasi sosiologiya; beynəlxalq siyasət nəzəriyyəsi.

    Əlbəttə ki, bu bölgü şərtidir və o, tədqiqatçılar tərəfındən müxtəlif fənlərlə tamamlanır. Bütövlükdə bütün siyasi elmləri iki qrupa bölmək olar:

    Siyasətin bir başa özünün tədqiqi ilə məşğul olan fənlər (siyasi fəlsəfə, siyasi təsisatlar haqqında təlim, beynəlxalq siyasət nəzəriyyəsi, siyasi tarix, müqayisəli politologiya;

    Siyasətin ictimai həyatın başqa sahələri ilə qarşılığı əlaqələrini öyrənən fənlər (siyasi psixologiya, siyasi antropologiya, siyasi coğrafıya, siyasi astrologiya, siyasi kurturologiya və s.

    Siyasi fəlsəfə - siyasətin mahiyyətini, onun şəxsiyyət, cəmiyyət və dövbtlə qarşılıqlı əlaqəsini öyrənir. Siyasi fəlsəfə siyasi fəaliyyətin xarakterini, hakimiyyətin və siyasi meyllərin mahiyyətini açıqlayan elmi biliklərin məcmusudur. O siyasi sistemin səmərəli fəaliyyət göstərməsi üçün normativ dəyərbr və ideal əsaslar işbyib hazırlayır. Siyasi fəlsəfə siyasi tədqiqatlar üçün metodoloji baza rolunu oynayır. Bu fənn siyasi elmin tarixən ilkin mövcudluq forması olmaşdur.

    Siyasi təsisatlar haqqında təlim cəmiyyətin siyasi təşkili, dövlət, siyasi partiya və digər institutlar haqqmda nəzəriyyə kimi çıxış edir. Bu fənn cəmiyyətin sosial-siyasi təbiətini, təsisatları və hakimiyyətin idarə edilməsi prinsiplərini hərtərəfli açıqlamağa imkan verir.

    Beynəlxalq münasibətlər nəzəriyyəsinin predmetini dövlətlərin, ictimai hərəkatlarının xarici siyasi fəaliyyətinin, beynəlxalq təşkilatların (BMT, NATO, ATƏT və b.) işinin öyrənilməsi təşkil edir. O həmçinin müharibə və sülh, beynəlxalq münaqişəbrin qarşısmın almması, yeni dünya qaydalarınm formalaşdırılması problembrini öyrənir.

    Siyasi tarix siyasi nəzəriyyələri, baxışları və hadisəbri xronoloji ardıcıllıqla və bir-bir ilə qarşılıqlı əlaqədə tədris edir. Cəmiyyət həyatının bütün tərəflərini öyrənən tarixdən fərqli olaraq siyasi tarix siyasi həyatı öyrənir.

    Siyasi psixologiyanın tədqiqat obyekti insanların siyasi davranışında təzahür edən oriyentasiya, inam, iradə, məqsəd, dəlil, iradə və emosiya təşkil edir. Siyasi psixologiyadan ictimai rəyin öyrənilməsində, siyasi münaqişələrin və əməkdaşlığın, siyasi davranışın tədqiqində geniş istifadə olunur.

    Siyasi antropologiya siyasətin əsas insani tələblərdən - bioloji, intellektual, sosial, mədəni, dini və s. asılılığını öyrənir. Siyasi antropologiyaya dair tədqiqatlar siyasi fəaliyyətdə etnik amillərin üzə çıxarılmasına şərait yaradır.




    Yüklə 31,35 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə