Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
39
küb Klavdiyanı sakitləşdirə bildi. Bir müddət küsülü gəz-
sələr də, dili ilə ilanı yuvasından çıxarmağı bacaran Şiffer
münasibətləri qaydasına qalsa da, sonradan məlum olan-
da ki, sevgililərin görüşü hələ də sürür, elə həmin gündən
Klavdiya Şifferdən tamamilə üz döndərdi. Qəribə görünsə
də əvvəlki tək qışqırıb bağırmadı. Sadəcə üz döndərdi.
Yataqları ayrıldı. Əri ilə ər kimi deyil, yad insantək rəftar
etməyi, onun özütək ondan qisas almağı düşünürdü. Özü-
nü buna hazırlamağı illərini aldı. Düzdü, evlilikdən əvvəl
dostları olmuşdu. Ancaq evləndikdən sonra heç bir zaman
ərinə xəyanət etməmişdi. Heç düşünməmişdi də. Fikirlə-
şirdi ki, gözəl ailəsi, övladı var. İnsana xöşbəxtlik üçün nə
lazımdırsa, varıdır. O, olanı ilə kifayətlənən qadın idi. An-
caq həyat hər zaman şirin olmadığını ona da göstərdi. O,
ərindən üz döndərsə də, övladından keçə bilmirdi. Düşü-
nürdü ki, övladı onun kimi atasız böyüməməlidir. Övladına
görə hisslərini qurban verdi. Son on ilini övladına bağışladı.
Ancaq Meyqer son vaxtlar lap idarəolunmaz hala gəlmişdi.
Bu isə onu lap incidirdi. Axı o həyatını, illərini onun üçün
bağışlamışdı. Görəsən düzmü etmişdi? Onun kimi illərini
övladlarına qurban vermiş analar yer üzündə çoxdur və
hər birisi onun kimi ilk başda seçim qarşısında qalanda
hansı qərar verməsi, tamamilə onun analıq hisslərinin gü-
cünə, onu əhatə edən yaxınlarının və toplumun baxış da-
irəsinə bağlıdır. Bir gün düşünəndə ki, görəsən düzmü etib,
cavabını vermək üçün Klavdiya kimi çətinlik çəkir. Ancaq
Klavdiya deyəsən cavabını tapmışdı. Həyatını yaşayacaq-
dı. Meyqerin otağında Hitlerin və onun SS partiyasının bir
neçə tanınmış üzvlərinin şəkillərinə əvvəllər rastlaşsa da,
bunların uşaqlıq həvəslərindən olduğunu fikirləşib, ciddi
narahat olmamışdı. O vaxtlar uşaq idi. İndi isə elə bir yaş-
da idi ki, onu istəklərindən vaz keçirtmək artıq mümkün
deyildi. İnstituta girmək əvəzinə, hər axşam gecə saatla-
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
40
rında evə sərxoş, bəzən də üz-gözündə qaraltı ilə gəlməsi
özünün millətçi faşist partiyasına xidmət etdiyini gizlət-
məməsi ananı təbdən çıxartsa da əlindən heç nə gəlmirdi.
Son bir həftədə polisin ona artıq iki dəfə xəbərdarlıq etmə-
si belə onu qorxutmamışdı. Anası isə çox qorxurdu. Binə-
va qadın balasının gözü qarşısında necə yoldan çıxmasını,
özünü uçuruma aparmasını müşahidə etdikcə qovrulurdu.
Son zamanlar ölkəni millətçi hərakatın qanunsuz əməlləri
bürümüşdü. Ölkənin müxtəlif yerlərində əcnəbilərin dö-
yülərək öldürülməsi halları çoxalmışdı. Klavdiya əmin idi
ki, oğlu bu hadisələrin içindədir. Tək oğlunun nə zaman-
sa qurban getməsini istəmirdi. O, Şifferə nə istədiyini dedi.
Onlar ayrılır, Meyqer anası ilə qalır və onlar başqa şəhərə
köçürlər. Ərinə çıxış yolunun Meyqerin qoşulduğu dəstə-
dən, ətrafından qopmasında gördüyünü bildirən ana ayrıl-
mağa qərar verdiyini söyləyir. Onsuz da bu gedişlə gec-tez
onlar ayrılmalı idilər. Şiffer istəməsə də, razılaşdı.
Bir həftə
sonra bu qərarı Meyqerə deyəndə, o heç də təccüblənmədi.
Sakit səslə, əgər siz birgə yaşaya bilmirsizsə ayrıla bilərsiz,
ancaq mənim həyatıma qarışmayın, deyərək çıxdı və hə-
min günü heç evə də gəlmədi. Əli hər şeydən üzülən Klav-
diya yalvararaq oğlunu onu tək qoymamağı, onunla Ham-
burga köçməyə razı sala bildi. Meyqerin razılığını alan ana
həmin günün səhərisi oğlunun fikrindən daşına biləcəyi
qorxusu ilə hazırlıqsız–zadsız daşınmağı qərarlaşdırdı və
onlar daşındılar. Hamburq Meyqeri valeh etmişdi. Oxudu-
ğu sənət məktəbindəki dər sdən sonra şəhəri gəzir, şəhərin
gözəlliyindən ləzzət alırdı. Az müddət evə vaxtlı-vaxtında
gəlsə də tezliklə sevinən anasını məyus etdi. Buradakı yer-
li millətçilər yığılan klubun üzvlərini axtarıb tapdı və çox
keçmədi ki, əvvəlki halına döndü. Klavdiya psixoloqa müra-
ciət etsə də psixoloq kömək edə bilmədi, çünki Meyqer qəti
olaraq psixoloqa getməkdən boyun qaçırtdı. O, düşünürdü