Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
35
zəng etmədin. Dürüst olduğun, insanlardan heç nəyin qar-
şılığını gözləmədiyin üçün inan ki, sənə böyük hörmətim
var. Bu gün axşama mənim qonağımsan, dəvətli olduğunu
unutma. Heç demədin ki, sənin burda nə işin var, axı sən
hansısa başqa şəhərdə oxumalıydın?
Söhbət əsnasında Emma ona bu tezliklə dili belə
qavradığına təəcübünü gizlətmədiyini, görüşdüklərinə
həqiqətən şad olduğunu bildirdi. Onlara yaxınlaşan bir qız
salamlaşıb, Emmanı öpdü. Mətin Almaniyaya gələn vaxt-
dan indiyə qədər onu cəlb edən hər hansı bir qız görmə-
mişdi, bəlkə də baxmırdı, o səbəbdən. Ancaq indi gözlərinə
hakim kəsilə bilmədi. Sonra başa düşdü ki, qızın Aygünə
oxşarlığı onu cəlb etmişdi. Sonradan arabir gizlin olaraq
gözaltı onu süzsə də indi gözlərini yana qaçırtdı. Ana ilə
qızın mehriban görüşü içində nə isə tərpətdi, ancaq bir
anlığa. Emma qızını ona, onu isə qızına təqdim etdi. Yəqin
yadındadır, o vaxt Azərbaycandan gələndə təyyarədə biri
ilə tanış olduğumu, buraya oxumağa gəldiyini sənə danış-
mışdım. Həmin oğlandır. Axşama evimizə dəvətlidir.
Mənim adım Culidir. Doğrudan da anam sizdən bəhs
etmişdi. Tanışlığımıza şad oldum. İndi isə məni üzrlü he-
sab edin, sizi tərk etməliyəm, deyərək onlardan ayrılan
Culinin sifətində özünə qarşı nə isə ikrah hissi duydu. Sə-
bəbini anlamasa da bundan tutulmuş kimi oldu. Üst-başı-
na göz gəzdirsə də səbəbini görə bilmədi.
Qızının arxasınca baxan ana səni gözlədiyimi unutma
deyərək ona sarı çevrildi. Mətinin rənginin dəyişməsin-
dən onun Culidəki ikrah hissinin fərqinə vardığını anladı.
Kitab xanaya girəndə ətrafı, özünü tam unudub, deyərək
sanki Culinin özündə olmadığını diqqətə çatdırdı. Bir də
axı sən demədin, nə yaxşı burdasan? Ünvanını ver ki, səni
çox saxlamayım - deyib, qələm və ağ kağız parçası çıxarıb,
ünvanı qeyd etdi. Mənim verdiyim vizit kartı itirmisənsə