Pediatriya


Bölmə 5. Tənəffüs üzvlərinin xəstəlikləri



Yüklə 1,38 Mb.
səhifə5/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   2   3   4   5   6   7   8   9   ...   14

Bölmə 5. Tənəffüs üzvlərinin xəstəlikləri.

295) 1-5 yaşlı uşaqlarda xəstəxanadankənar (evdə) pnevmoniyanın etiologiyasında aparıcı əhəmiyyətə malik hansı törədicidir?
A) Piogen streptokokk

B) Klebsiella

C) bağırsaq çöpü

D) Stafilokokk

E) Pnevmokokk
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
296) Pnevmoniyanın diaqnostikasında aparıcı (əsas) kliniki simptom hansıdır?
A) Zəifləmiş tənəffüs

B) Döş qəfəsində çökək nahiyələrin dartılması

C) Tənginəfəslik

D) Çoxsaylı kiçikqabarcıqlı xırıltılar

E) Lokal krepitasiya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
297) Xəstəlyin ilk saatlarında hipertermiya və titrətmə hansı pnevmoniya üçün xasdır?
A) Xlamidiya

B) Göbələk

C) Pnevmosist

D) Mikoplazma

E) Pnevmokokk
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
298) Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadankənar pnevmoniyaların əsas törədicisi hansıdır?
A) Göbələk

B) Stafilokokk

C) Pnevmokokk

D) Pnevmosist

E) Mikoplazma
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
299) Hansı pnevmoniya zamanı piotoraks daha çox rast gəlir?
A) Pnevmokokk

B) Pnevmosist

C) Legionella

D) Virus


E) Stafilokokk
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
300) Hansı müddətdə pnevmonik proses geri sorulmazsa, uzanmış pnevmoniya diaqnozu qoyulur?
A) 6 həftədən 8 həftəyə qədər

B) 1 həftədən 5 həftəyə qədər

C) 5 həftədən 6 həftəyə qədər

D) 8 ay və daha çox

E) 3 həftədən 4 həftəyə qədər
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
301) Eksudativ plevrit üçün nə xarakterikdir?
A) Perkutor səsin kütləşməsi və divararalığı üzvlərinin sağlam tərəfə yerdəyişməsi

B) Eksudat üzərində bronxofoniya və səs titrəməsinin güclənməsi

C) Səs titrəməsinin güclənməsi və perkutor səsin kütləşməsi

D) Perkutor səsin kütləşməsi və divararalığı üzvlərin xəstə tərəfə yerdəyişməsi

E) Eksudat üzərində perkutor qutu səsi
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
302) Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadankənar pnevmoniyanın nadir hallarda törədicisi hansıdır?
A) Hemofil çöplər

B) Göy-irin çöpü

C) Klebsiella

D) Pnevmokokk

E) Mikoplazma
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
303) 1-5 yaşlı uşaqlarda xəstəxanadankənar pnevmoniyanın nadir hallarda törədicisi hansıdır?
A) Klebsiella

B) Göy-irin çöpü

C) Pnevmokokk

D) Stafilokokk

E) Hemofil çöplər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
304) Ekspirator tənginəfəsliyin səbəbi hansıdır?
A) Faringit

B) Bronxial obstruksiya

C) Yuxarıda göstərilənlərin heç biri

D) Traxeit

E) Laringit
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
305) Payarası eksudatı aşkar etmək üçün hansı müayinə göstərişdır?
A) Yan şəkil

B) Plevral punksiya

C) Bronxoskopiya

D) Tomoqrafiya

E) Düz rentgenoqramma
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
306) Bronxoektazla birgə xroniki pnevmoniya üçün hansı əlamətlər xarakterikdir?
A) Daimi lokalizasiyalı yaş xırıltılar

B) Ötürücü xırıltılar

C) Daimi olmayan yaş xırıltılar

D) Krepitasiya

E) Quru səpələnmiş dağınıq xırıltılar
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
307) Ağ ciyərlərin hemosiderozu üçün hansı əlamət xarakterikdir?
A) Qan zərdabında dəmirin səviyyəsinin yüksək olması

B) Eozinofilli ağciyər infiltratı

C) Bəlğəmdə siderofaqların olması

D) Emfizema

E) Paslı bəlğəm
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
308) Bronxoektazları aşkar etmək üçün hansı müayinə göstərişdir?
A) Pnevmotaxometriya

B) Tomoqrafiya

C) Bronxoqrafiya

D) Pikfloumetriya

E) Döş qəfəsi üzvlərinin rentgenoqrafiyası;
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
309) Bronxial astma üçün hansı əlamət xarakterik deyil?
A) Tərdə və sidikdə xloridlərin artması

B) Yapışqanlı şəffaf bəlğəmin hiperproduksiyası

C) Sərt tənəffüs

D) Səpələnmiş (dağınıq) daimi olamayan quru, fitverici xırıltılar

E) Bronxospazm tutmaları ekspiarotor tənginəfəsliklə
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
310) Uşaqlarda bronxial astmanın hansı forması nadir rast gəlir?
A) Aspirin astması

B) Qeyri-atopik

C) Gərginlik astması

D) İnfeksion allergik

E) Atopik
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
311) Beş yaşdan yuxarı uşaqlarda bronxial astmanın diaqnostikasında hansı müayinə minimal əhəmiyyətə malikdir?
A) Qan zərdabında ümumi İgE və İgG4-ün təyini

B) Nəfəsvermənin maksimal sürətinin ölçülməsi (PEF)

C) KRVİ zamanı bronxospazm tutmaları

D) Allergenlərlə dəri sınağı və spesifik İgE-nin təyini

E) 1 saniayədə sürətli nəfəsvermənin (FEV) və sürətli həyati tutumunun (FCV) ölçülməsi
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
312) Beş yaşdan yuxarı uşaqlarda 1 saniyədə sürətli nəfəsvermənin həcmi (FEV), sürətli həyati tutumunun (FCV) və nəfəsvermənin maksimal sürətini qiymətləndirməyə nə imkan verir?
A) İnfeksion prosesin kəskinlik dərəcəsi

B) Orqanizmin immun sisteminin vəziyyəti

C) Bronxial obstruksiyanın dərəcəsi

D) Orqanizmin sensibilizasiya dərəcəsi

E) Bronxial astmanın ağırlığı
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
313) Pikfloumetrin köməyi ilə nə ölçülür?
A) Ağciyərlərin həyati həcmi

B) Ağciyərlərin qalıq həcmi

C) Nəfəsvermənin ümumi həcmi

D) Nəfəsvermənin maksimal (zirvə) sürəti (PEF)

E) Bronxial obstruksiyanın dərəcəsi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
314) Əmələ gəlmiş bronxial astmanın tutmasını aradan qaldırmaq üçün nəyin işlədilməsi məqsədə uyğundur?
A) Zaditen

B) Nedokromil

C) β-2 adrenomimetiklər

D) İnqalyasion kortikosteroidlər

E) Kromoqlikat
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
315) Pnevmoniyanın müalicəsi zamanı azitromosinin müalicə kursu nə qədərdir?
A) 11-14 gün

B) 1-2 gün

C) 3-5 gün

D) 7-10 gün

E) 14-21 gün
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
316) Hansı preparat bronxial astmanın müalicəsində uzun müddət işlədildikdə daha ciddi fəsad verə bilər?
A) Kromoqlikat

B) İnqalyasion kortikosteroidlər

C) Peroral kortikosteroidlər

D) β-2 adrenomimetiklər

E) Ketotifen
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
317) β-laktamaza ifraz edən pnevmokokk pnevmoniyasının müalicəsində nə məqsədə uyğundur?
A) Amoksisillin, klavulan turşusu ilə gücləndirilmiş

B) Amoksisillin

C) Ampisillin

D) Fenoksimetilpenisillin

E) Azitromisin
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
318) Mikoplazma pnevmoniyasının müalicəsində hansı məqsədə uyğundur?
A) Yarımsintetik penisillinlər

B) Aminoqlikozidlər

C) I nəsil sefalosporinlər

D) Təbii penisillinlər

E) Makrolidlər
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
319) Hansı ağciyərin obstruktiv xəstəliyinə aiddir?
A) Xroniki pnevmoniya

B) Bronxial astma

C) Fibrozlaşan alveolit

D) Ekzogen allergik alveolit

E) Eozinofil pnevmoniyası
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
320) Pnevmosist pnevmoniyasının müalicəsində nə məqsədə uyğundur?
A) Yarımsintetik penisillinlər, klavulan turşusu və ya sulbaktam ilə gücləndirilmiş amoksisillin

B) Trimetoprim/sulfametoksazol (ko-trimoksazol)

C) II nəsil sefalosporinlər

D) Linkomisin

E) Makrolidlər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
321) Bronxial astmanın gedişinə nəzarət məqsədi ilə işlədilən preparatlara nə aiddir?
A) İmmunostimulyatorlar;

B) İnqalyasion xolinolitiklər;

C) İltihab əleyhinə preparatlar və uzunmüddətli təsirə malik bronxodilatatorlar;

D) Antihistamin preparatlar;

E) Qısamüddətli təsirə malik β-2 adrenomimetiklər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
322) Hansı bronxodilatator uzunmüddətli təsirə malik deyil?
A) Eufilonq

B) Salmaterol

C) Eufillin

D) Berodual

E) Teopek
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
323) “Aspirin” bronxial astması zamanı nə əks göstərişdir?
A) Eufillin

B) Analgin

C) Naproksen

D) Tavegil

E) İntal
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
324) Hansı preparat mukolitik effektə malik deyil?
A) Ambrobene

B) Ambroksol

C) Mukosolvin

D) Bromgeksin

E) Libeksin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
325) Bronxial astmanın tutma dövrü üçün tipik rentgeneloji dəyişiliklərə hansı aid deyil?
A) Divararalığı limfa vəzilərinin böyüməsi

B) Döş qəfəsinin şişkinliyi

C) Perkutor qutu səsi

D) Damar şəklinin güclənməsi

E) Döş qəfəsinin hərəkətliliyinin pozğunluğu
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г
326) Xroniki pnevmoniyanın diaqnostikasında hansı həlledici əhəmiyyətə malikdir?
A) Xarici tənəffüs funksiyasının müayinəsi

B) Fizikal məlumatlar: davamlı lokal tənəffüs dəyişiklikləri və yaş xırıltıların olması

C) Döş qəfəsinin rentgenoqrafiyası

D) Pikfloumetriya

E) Bronxoqrafiya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
327) Xroniki obliterasiyaedən bronxiolitin əsasını nə təşkil edir?
A) Bir və ya bir neçə ağciyər sahələrinin bronxial və arteriollarının obliterasiyası

B) Keçib gedən bronxospazm

C) Çoxsaylı atelektazlar

D) Bronxial seliyin (şirənin) qısamüddətli hiperproduksiyası

E) Bronxların selikli qişalarının tranzitor ödemi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
328) Mikoplazma pnevmoniyası zamanı hansı təyin edilməlidir?
A) Makrolidlər

B) Penisillin

C) Biseptol

D) Tetrasiklin

E) Gentamisin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
329) Pnevmoniya zamanı antibiotiklərin təyininin optimal müddəti nə qədərdir?
A) EÇS normallaşana qədər

B) Bədən tº-nun 4-5 gün ərzində davamlı normal olana qədər

C) Hərarət normallaşana qədər

D) Ağ ciyərdə infiltrat sorulana qədər

E) Toksikoz ləğv olana qədər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
330) Xroniki bronxiti təstiqləyən dürüst metod hansıdır?
A) Bəlğəmin əkilməsi

B) Qanın ümumi analizi

C) Bronxial möhtəviyyatın sitoloji və bakterioloji müayinəsi ilə birgə aparılan bronxoskopiya

D) Döş qəfəsi üzvlərinin rentgenoqrafiyası

E) Ümumi kliniki fizikal müayinələr
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
331) Hansı preparat inhalyasion steroidlərə aid deyil?
A) Deksametazon

B) İnqakort (flünizolid)

C) Fliksotid (flütikazon propionat)

D) Bekotid (beklometazon dipropinat

E) İntal
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
332) β-2 aqonistlərə aid olmayan preparat hansıdır?
A) Astmopent (orsiprenolin)

B) İntal


C) Akolat

D) Berotek (fenoterol)

E) Ventolin (salbutamol)
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
333) İnqalyasion steroidlərin tez-tez rast gələn yanaşı effekti nədir?
A) Hiperqlikemiya

B) Osteoporoz

C) İşşenko-Kuşinq sindromu

D) Böyrəküstü vəzinin qabıq maddəsinin çatmamazlığı

E) Ağız böşluğunun kandidozu
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
334) Uşaqlarda ağır bronxoobstruksiya zamanı tez-tez rast gələn fəsad hansıdır?
A) Atelektaz

B) Piotoraks

C) Gərginləşmiş pnevmotoraks

D) Bulla


E) Absess
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
335) Virus mənşəli obstruktiv bronxitin kəskin dövründə əsas müalicə tədbirlərinə aid olmayanı hansıdır?
A) Antibiotiklər

B) Fizioproseduralar

C) Bəlğəmgətiricilər

D) Bronxolitiklər

E) Döş qəfəsinin vibrasion massajı
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
336) Tənəffüs üzvlərinin hansı anatomo-fizioloji xüsusiyyəti ağciyərlərin obstruksiyasına səbəb olmur?
A) Burun tənəffüsü

B) Tənəffüs yollarının darlığı

C) Qırtlağın, traxeyanın, bronxların qığırdaqlarının yumşaqlığı

D) Qırtlağın aşağı səviyyədə yerləşməsi

E) Diafraqmal tipli tənəffüs
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
337) Eksudatın hüceyrə tərkibinin 80% limfosit, 15% neytrofil və 5% eritrositlərdən ibarət olması hansı plevritə xarakterikdir?
A) Seroz-hemorragik

B) Posttravmatik

C) Hemorragik

D) İrinli

E) Seroz
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
338) Uşaqlarda eksudativ plevritin əsas səbəbi hansıdır?
A) Tuberkuloz (vərəm)

B) Pnevmoniya

C) Travma

D) Exinokokk kistası

E) Şişlər
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
339) 3 yaşlı uşaqda əgər plevral mayedə seqmentnüvəli leykositlər üstünlük təşkil edərsə eksudativ plevritin əsas ehtimal səbəbi hansıdır?
A) Obstruktiv bronxit

B) Pnevmoniya

C) Ağ ciyərlərin xərçəngi

D) Vərəm


E) Qabırğa sınığı
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
340) Döş qəfəsi daxili limfa vəzilərin vərəminin aşkar edilməsində ən informativ müayinə hansıdır?
A) Bronxoqrafiya

B) Bronxoskopiya

C) Ağ ciyərlərin yan proyeksiyadan rentgenoqramması

D) Ağ ciyərlərin rentgenoqramması

E) Düz və yan proyeksiyadan tomoqramma
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
341) Disseminasiyalı vərəm zamanı tez-tez rast gələn ağ ciyərdən kənar lokalizasiyalı prosesə hansı aiddir?
A) Böyrəklər və beyin qişalarının zədələnməsi

B) Bağırsaq və dərinin zədələnməsi

C) Qırtlaq və seroz qişaların zədələnməsi

D) Göz və cinsi üzvlərin zədələnməsi

E) Sümüklər və dərinin zədələnməsi
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
342) Kəskin pnevmoniyalar təsnifata görə necə bölünürlər?
A) Bronxiolitlər, interstisial, allergik, plevropnevmoniyalar;

B) Ocaqlı, seqmentar, krupoz, interstisial;

C) İki tərəfli bronxopnevmoniya, interstisial, allergik

D) Krupoz, bronxiolitlər, interstisial, allergik;

E) Bronxiolitlər, allergik, plevropnevmoniyalar, ocaqlı;
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. Москва, 2001.
343) Krupoz pnevmoniya üçün aşağıdakılardan hansı xarakterikdir?
A) normal temperatur, öncəgələn KRVİ olmadan kəskin başlaması, perkusiya zamanı qutu səsi, ağciyər payının zədələnməsi

B) bir tərəfli yanağın qızarması, tənginəfəslik, hər ikitərəfdə quru xırıltılar, regionar limfadenit

C) Öncəgələn KRVİ-nın kəskin başlaması, bir tərəfli yanağın qızarması, ağciyər payının zədələnməsi

D) İkitərəfli prosess, normal temperatur, bir tərəfli yanağın qızarması, regionar limfadenit

E) normal temperatur, öncəgələn KRVİ olmadan kəskin başlaması, prosesin iki tərəfli olması
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
344) Kəskin bronxit üçün nə xarakterik deyil?
A) Rentgenoqrammada xırda ocaqlı kölgəliklər

B) Xəstəliyin başlanğıcında quru öskürək

C) Rentgenoqrammada ağciyər şəklinin güclənməsi

D) Qısa müddətli hərarətin yüksəlməsi, ümumi zəiflik

E) Xəstəlyin 4-8 günündə yaş öskürək
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
345) Streptokokk pnevmoniyası zamanı ilk seçim preparatı hansıdır?
A) Ampısillin

B) Gentamisin

C) Eritromisin

D) Linkomisin

E) Tetrasiklin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
346) Hansı xəstəlik üçün humoral, hüceyrə və yerli immunitetin davamlı azalması spesifikdir?
A) Bronxial astma

B) KRVİ


C) Xroniki pnevmoniya

D) Kəskin pnevmoniya

E) Mukovissidoz
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г
347) Mukovissidozun kliniki formaları hansılardır?
A) Oynaq, dəri, ağ ciyər

B) Ağ ciyər, bağırsaq, qarışıq

C) Dəri, oynaq, bağırsaq

D) Ağ ciyər, dəri, böyrək

E) Dəri, oynaq, böyrək
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г
348) Bronxların ən yüksək reaktivliyi nə zaman müşahıdə edilir?
A) Səhər saat 4-6

B) Saat 10-12

C) Saat 22-24

D) Bütün gün ərzində

E) Saat 16-18
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
349) Astmatik statusun birinci mərhələsi üçün (nisbi kompensasiya) nə xarakterikdir?
A) Ayrı-ayrı seqmentlərdə tənəffüsün eşidilməməsi, kəskin ürək çatmamazlığı, dərinin və selikli qişaların diffuz sianozu

B) Tezləşən küylü tənəffüs, çoxlu sayda quru və yaş xırıltılar, AT yüksəlməsi

C) AT yüksəlməsi, taxikardiya, huşun itməsi

D) Huşun itməsi, kəskin ürək çatmamazlığı, böğulma qorxusu

E) Huşun itməsi, ayrı-ayrı seqmentlərdə tənəffüsün eşidilməməsi, AT düşməsi
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
350) Streptokokk pnevmoniyası üçün xarakterik olmayan hansıdır?
A) Ağ ciyərlərdə destruktiv dəyişiklik

B) Yanaqda birtərəfli qızartı

C) Davamlı intoksikasiya

D) İrinli ağırlaşmalar

E) Reqionar limfadenit
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
351) Kiçik yaşlı uşaqlarda pnevmoniya zamanı öskürək necə olur?
A) Kobud, hürücü

B) Tutmaşəkilli

C) Yaş

D) Bitonal



E) Əzabverici
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
352) Erkən yaşlı uşaqlarda bronxların xüsusiyyətinə nə aid deyil?
A) Əzələ və elastiki toxumnın zəif inkişafı

B) Bronxların mənfəzinin dar olması

C) Bronxların enməsinə qarşı yaxşı müqavimət

D) Qığırdaq karkasının tam inkişaf etməməsi

E) Selikli qişaların damarlarla zəngin olması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
353) Erkən yaşlı uşaqların ağciyər toxumasının xüsusiyyətlərinə hansı aid deyil?
A) Atelektatik prosesə meyillilik

B) Qan damarlarının zəngin olması

C) Elastiki toxumanın yaxşı inkişaf etməməsi

D) Kifayət qədər alveolun olmaması

E) Geniş bronxiollar
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
354) Pnevmoniyanın ağırlaşmamalarına aid olmayan hansıdır?
A) Kəskin ağciyər ürəyi

B) Toksikozun dərəcəsi

C) Pnevmotoraks

D) Plevrit

E) Miokardit
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
355) Göy-yaşıl irin çöplü etiologiyalı pnevmoniya üçün nə xarakterik deyil?
A) Qabarıq intoksikasiya

B) “Ev” pnevmoniyasının inkişafı

C) Dektruksiyaya meyillilik

D) Hospital pnevmoniyası

E) Kəskin sola meyllik
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
356) Kəskin obstruktiv bronxit zamanı nə təyin olunur?
A) Eufillin 4mq/kq, salbutamol

B) Eufillin 1mq/kq, heparin

C) Antibiotiklər

D) Ürək qlikozidləri

E) Bronxolitiklər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
357) Hansı xəstəlik üçün ağciyər toxumasının atelektazı xarakterikdir?
A) Bronxial astma

B) Mukovissidoz

C) Hemosideroz

D) Seliakiya

E) Şereşevski-Terner xəstəlyi
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
358) Mukovissidoz zamanı öskürək necə olur?
A) Arasıkəsilməz

B) Tutmamaşəkilli, göyöskürəyə bənzər, əzabverici

C) Nadir halda

D) Səthi, tezləşmiş

E) Bitonal
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
359) Kəskin bronxitin ən xarakterik əlaməti hansıdır?
A) Yüksək hərarət

B) Tənginəfəslik

C) Yaş, quru xırıltılar

D) Taxikardiya

E) Ürək çatışmazlığı
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
360) Hansı etiologiyalı pnevmoniya zamanı tez-tez destruksiya müşahidə edilir?
A) Klebsiella

B) Streptokokk

C) Göbələk

D) Pnevmokokk

E) Stafilokokk
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
361) Uşaqlarda pueril tənəffüs nə ilə əlaqədardır?
A) Ağ ciyər toxumasının az havalılığı, döş qəfəsinin divarlarının qalın olması

B) Ağ ciyər toxumasının az havalılığı, larıngeal tənəffüsün qatışıqlı olması, döş qəfəsinin kiçik ölçülü olması

C) Ağ ciyər toxuması ilə əlaqədar deyil

D) Diafraqmanın yığılmasının zəifləməsi

E) Döş qəfəsinin kiçik ölçülü olması, bronxiolların geniş mənfəzli olması, döş qəfəsinin divarlarının qalın olması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
362) Kəskin pnevmoniyanın simptomlarına hansı aid deyil?
A) Boğazda qıcıqlanma,zarıyıcı tənəffüs, quru xırıltılar, ortaqabarcıqlı yaş xırıltılar

B) Tənginəfəslik, boğazda qıcıqlanma, öskürək, ortaqabarcıqlı yaş xırıltılar

C) Təngənəfəslik, sianoz, zarıyıcı tənəffüs, xırdaqabarcıqlı yaş xırıltılar

D) Sadalananların hamısı

E) Rinit, boğazda qıcıqlanma, sianoz, quru xırıltılar
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
363) Mikoplazma pnevmoniyası üçün xarakterik olmayan hansıdır?
A) Yüksək hərarət

B) İnterstitsial toxumanın prosesə qoşulması

C) Tənəffüs çatışmazlığı

D) Pnevmosklerozun inkişafına meylli olması

E) Uzunmüddətli gedişə meylli olması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə