Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya Plan; Pedaqoji elmlər sistemi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix29.11.2023
ölçüsü0,95 Mb.
#142836
1   2   3
Pedaqogika -(Mühazirələr)

Beyin 
həmləsi
Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif 
ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin 
yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır. 
Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır. 
Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan 
məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və 
düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır. 
Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi 
şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin ta-
mamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar. 
Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən 
problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr 
heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə 


mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər 
müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə