Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya Plan; Pedaqoji elmlər sistemi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.11.2023
ölçüsü0,95 Mb.
#142836
1   2   3
Pedaqogika -(Mühazirələr)

Fəal təlimin üsulları:
Təqdimat
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat 
şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, 


tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl 
nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət 
mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları 
təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir. 
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. 
Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu 
təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə 
ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat 
müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir. 
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər. 
Kublaşdırma
Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinəə şərait yaradır. Kublaşdırma 
vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və 
mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli 
baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. 
Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və 
inteqrativ yanaşmalarına şərait yaratsın. 
1.Kub düzəldilir. 
2.kubun hər üzünə verilən altı göstərişdən biri yazılır. (Bu barədə interaktiv iş vərəqləri haqqında 
verilmiş əlavələrdə yazılıb) 
3.Müzakirə olunacaq mövzu müəyyən edilir. 
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir. 
5.Şagirdlər təlimatlandırılır. 
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər. 
7.Təıqdimat edirlər 
8.Nəticə çıxarır, ümumiləşdirmə aparırlar. 
9.Yekun lövhədən asılır. 
Ziqzaq
Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli 
istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir. 
İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-
dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni 
nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları 
yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, 
ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə