Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
37 
 
Dig
ər  xromit  yataqlarında  olduğu  kimi  bu  yataqdada  filiz 
kütl
ələri  maqmanın  diferansasiyası  və  kristallaşması  nəticəsində 
yaranaraq 
əsasən dunitlərdə  və  peridotitlərdə  lokallaşırlar.  Filiz 
kütl
ələri morfoloji cəhətdən linzalar və yuvalar əmələ gətirirlər.  
Göyd
ərə  xromit  yatağı  genezisinə  görə  gec maqmatogen tipə 
aid edilir.  
 
Üçgöl filiz t
əzahürü 
 
Bu filiz t
əzahürü  Üçgöl  dağının  şimal  yamacında  yerləşir. 
Sah
ənin geoloji quruluşunda üst konyak, alt santon yaşlı andezit 
tufları iştirak edir.  
Bu süxurlar şimal-şərq istiqamətli qırılmalar boyu kvarslaşmış, 
kaolinl
əşmiş,  limonitləşmiş  və  əzilmişdir.  Bu süxurlar qərbdən, 
c
ənub-qərbdən andezit-dasit subvulkanik kütlələr ilə  təmasdadır. 
Şimaldan  və  şimal-şərqdən isə  dördüncü dövr çöküntüləri ilə 
t
əmasdadır.  
T
əzahürdə  aparılmış  geoloji  kəşfiyyat  işləri nəticəsində 
götürülmüş  sınaqların  laboratoriya  analizlərində  0,01 q/t.  qızıl, 
0,01-0,1 q/t. 
gümüş,  0,01%  qurğuşun,  0,01%  sink,  0,01%  mis 
t
əyin olunmuşdur.  
Tatlı qızıl-mis təzahürü 
 
T
əzahür Həsənsu  çayının  sağ  sahilində  eyni  adlı  kənddən 
t
əxminən 1-1,5 km şimal-şərqə yerləşir.  
Geoloji qurluşuna baxdıqda təzhürdə alt konyak-üst santon yaşlı 
andezitl
ər və  onların  tuflarına  rast  gəlmək olar.  Bu süxurlar 
hidrotermal d
əyişməyə məruz qalmışlar.  
Tektonik c
əhətdən təzahür həsənsu  antiklinalının  mərkəzində, 
şimal-şərq istiqamətli tektonik pozulmalar boyunca yerləşir. 
Buradan götürülmüş şırım sınaqlarında təxminən 0,1-1,2 q/t. qızıl, 
0,1-2 q/t. 
gümüş, 0,01-0,13 % qurğuşun, 0,01-0,27% sink, 0,01-
0,16% mis olmuşdur.  


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
38 
 
Dağ kəsəmən qızıl-polimetal yatağı 
 
Dağ  Kəsəmən  qızıl–polimetal  yatağı  Ağstafaçay  və  Həsənsu 
çayları  arasında  Üçgöl  dağ  silsiləsinin qərb  yamacında,  Üçgöl 
dağının  zirvəsindən (814,1 m.  ) 1,5-2,0 km.  qərb,  şimal-qərbə 
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin kənarına kimi uzanan 
quru çay d
ərəsinin yuxarı hissəsində yerləşmişdir. Yatağın geoloji 
quruluşunda Üst Konyak-Üst Santon yaşlı andezit, andezit-bazalt 
t
ərkibli vulkanogen süxurlar iştirak edir. Bu süxurlar Üst Santon 
yaşlı  andezit-dasit və  albitofir tərkibli subvulkanlarda və  vulkan 
m
ərkəzləri ilə  yarılmışdır.  Yatağın  şərq hissəsində  Üst Konyak-
Üst Santon çöküntül
əri qeyri-uyğun olaraq Üst Santonun albitofir 
t
ərkibli litoklastik tufları ilə örtülürlər. Bu tufların əsasında bazalt 
qata b
ənzər qat qeyd olunur.  Bu qat içərisində  Alt  Santon  yaşlı 
karbonatlı  qravelitlərdən ibarət  süxur  parçaları  müşahidə  edilir. 
Dağ  Kəsəmən  yatağının  əmələ  gəlməsi çox ehtimal ki, Santon 
vulkanizminin hidrotermal f
əaliyyəti ilə əlaqədardır.  
Bundan 
əlavə Yatağın ərazisi əsasən dördüncü dövr çöküntüləri 
il
ə  örtülmüşdür.  Yataqda  aparılmış  dağ  və  buruq  qazma  işləri 
n
əticəsində  məlum  olmuşdur  ki,  yataq  ərazisi andezit-bazalt-
liparit t
ərkibli vulkanogen süxurlardan təşkil olunub. Bu süxurlar 
andezit-bazalt t
ərkibli lavalardan və  onların  piroklastlarından 
ibar
ət olub, yataq ərzisinin  əsas hissəsini təşkil  edirlər.  Az 
miqdarda is
ə  üst konyak-alt santon vulkanizminin son 
m
ərhələsinin məhsulu olan diorit-porfirit subvulkanik 
formasiyasının süxurları iştirak edirlər.  
Yatağın  strukturunda  əsas  rolu  regional  miqyaslı  dərinlik 
qırılması və tektonik pozulmalar oynayır. Filiz sahəsinin mərkəzi 
il
ə  dərinlik  qırılmasının  subparalel  istiqamətdə  Dağ  kəsəmən 
antiklinalının  oxu  keçir.  Filiz  əmələ  gəlmənin  inkişafında  ən 
böyük 
əhəmiyyəti  olan  qırılmalar  qərb və  şərq təmasında  əmələ 
g
əlmişdir.  Həmin  qırılmalar  boyunca  albitofirlərin və  andezit-
bazaltların  subvulkanları  yayılmışdır.  Andezit-bazalt və  onların 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
39 
tuflarından  ibarət  süxur  parçalarının  üstünlük  təşkil  etməsi 
göst
ərir  ki,  qırılmalar  boyunca  baş  verən tektonik hərəkətlərdə 
albitofirl
ər  əmələ  gəlmiş  çox  fəal  olmuşlar.  Yataqda  qazılmış 
quyularda qızılın orta miqdarı 0,2 q/t, gümüş 22,6 q/t, qurğuşun 
0,24%, sink 0,65%, mis 0,21% t
əşkil edir. Yataq ərazisində bütün 
filizli  zonalar  şimal-şərq istiqamətli  tektonik  çatların  filizli 
m
əhlullarla  dolması  nəticəsində  formalaşmış  və  şərq tektonik 
qırılması  ilə  ayrılmışlar.  Onların  izlənilən  uzunluğu  təxminən 
100-1300 m, eni is
ə 0,2-20,2 m.-ə qədərdir.  
Ümumiyy
ətlə  yataq  ərazisində  27  filizli  zona  aşkarlanıb  ki, 
onların  bir  qismi  hələki öyrənilməyib.  Yatağın  C
1
+C
2
 
kateqoriyaları üzrə ehtiyatı təxminən Au-26,3 ton, Ag-113,9 ton, 
Zn-86880 ton, Pb-7755 ton v
ə Cu-2238 ton hesablanmışdır.  
 
Bayan mis-polimetal t
əzahürü 
 
Qoşqarçayın sol yamacında 0,8 km. sahəni əhatə edərək kvars-
barit, kvars-kalsit t
ərkibli  6  damarcıqdan  ibarətdir.  Damarlar 
şimal-şərq istiqamətində  uzanaraq, cənub-şərq istiqamətində  sərt 
düşümə  malikdirlər.  Damarların  qalınlıqları  0,1-0,4 m.  arasında 
d
əyişir.  Bu  damarlarda  misin  orta  miqdarı  0,04-5,86 q/t.  qeyd 
olunmuşdur.  
Qızqala mis-polimetal təzahürü 
 
T
əzahür  Qoşqarçayın  aşağı  axın  hövzəsində  Qızqala  dağı 
adlanan yüks
əklikdən təxminən 500 m.  cənub-şərqdə  yerləşir. 
T
əzahür sahəsində  kvars-barit, kvars-karbonat, kvars-polimetal 
damarcıqları  daşıyan  brekçiyalaşmış  süxurların  qırıntıları 

ərisində Cu, Zn, Pb və Ag minerallaşması qeyd olunur.  
Sah
ənin litoloji tərkibində  tuflar,  brekçiyalar,  tufqumdaşları 
iştirak  edir.  Bu süxurlar Üst təbaşir  yaşlı  andezit-bazalt tərkibli 
subvulkanik kütl
ələr ilə  yarılırlar.  Filizləşmiş  qırıntılardan 
götürülmüş şırım və nöqtəvi sınaqlarda Ag 3,2-5,6 q/t-dan 28,71-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə