190
SƏLİMBƏYOV CƏFƏR VAHAB OĞLU
Cəfər Vahab oğlu Səlimbəyov 18 sentyabr 1906-ci
ildə Bakı şəhərində doğulmuşdur. 1914-1918-ci illərdə
3-cü Rus-Tatar məktəbində, 1918-1923-cü illərdə isə
2-ci Bakı Realnı məktəbində təhsil almışdır. Əmək
fəaliyyətinə 14 yaşında olarkən, 1920-ci ildə məktəbdə
oxuduğu illərdə başlamışdır. 1920-1923-cü illərdə
Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında
tərcüməçi işləmişdir. 1923-cü ildə Azərbaycan KP MK-
nın qərarı ilə Moskva şəhərinə, Lomonosov adına Mosk-
va Dövlət Universitetinə oxumağa göndərilmişdir. 1924-
cü ildə Timiryazov adına Kənd Təsərrüfatı Akademiyası-
na köçürülmüş və 28 fevral 1930-cu ildə akademiyanı
bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.
Ali məktəbi bitirdikdən sonra 1930-1933-cü illərdə
Moskva şəhərində SSRİ Əkinçilik Xalq Komissarlığının
Su Təsərrüfatı Baş İdarəsində çalışmışdır. 1933-1944-cü
illərdə Azərbaycan su təsərrüfatı sistemində çalışmış,
Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihə-Axtarış idarəsində böyük mühəndis, layihə
baş mühəndisi, layihə kontorunun başçısı, Samur-Dəvəçi kanalının tikintisini həyata keçirən
idarədə rəis müavini işləmişdir. SSRİ Müdafiə Nazirliyinin 1941-1942-ci illərdə Mozdok və
Rostov şəhərlərinin 5 rayonunda yaratdığı müdafiə obyektlərinin tikintisində baş mühəndis
olmuşdur. 1942-1945-ci illərdə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin baş mühəndisi
vəzifəsini icra etmişdir. 1945-1946-cı illərdə Kür-Araz Baş Su Tikinti İdarəsində rəis müavi-
ni, 1946-1950-ci illərdə Azərbaycan SSR Su Təsrrüfatı Nazirliyində baş mühəndis, 1950-
1962-ci illərdə Samur-Abşeron kanalının tikintisində rəis, Azərbaycan SSR Tikinti Nazirliyi-
nin Baş İdarəsində baş mühəndis, rəis müavini vəzifələrində çalışmışdır. 1962-1964-cü illərdə
Azərbaycan SSR Tikinti nazirinin müavini olmuşdur.
Səlimbəyov Cəfər Vahab oğlu 11 iyul 1964-cü ildən 17 aprel 1972-ci ilə kimi
“Azdövsutəslayihə” İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1972-ci ildən respublika
əhəmiyyətli təqaüdçü olmaqla yanaşı, Azərbaycan Mühəndis İnşaat İnstitutunda (indiki Az-
MİU) hidrotexniki qurğular və hidravlika kafedrasında baş müəllim kimi çalışmışdır.
Cəfər Vahab oğlu Səlimbəyov əmək fəaliyyəti dövründə daşıdığı vəzifə səlahiyyətlərindən
əlavə, tapşırılan çoxsaylı işləri də layiqincə yerinə yetirmişdir. 1937-1950-ci illərdə
Azərbaycan Su Təsərrüfatı İdarəsində və Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyində Elmi-
Texniki Şuranın elmi katibi, 1942-1950-ci illərdə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi-
nin kollegiya üzvü olmuşdur. 1934-cü və 1938-ci illərdə Bakı şəhər Oktyabr (Yasamal) rayon
sovetinin deputatı seçilmişdir. 1950-ci ildə 3-cü çağırış, 1952-ci ildə 4-cü çağırış Bakı şəhər
Sovetinin deputatı olmuşdur. 1951-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
1952-ci ildə Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü olmuşdur.
Cəfər Vahab oğlu Səlimbəyov Samur-Dəvəçi kanalının 1-ci və 2-ci növbələrinin tikintisində
layihə müəlliflərindən biri idi. Onun Samurçay hidroqovşağının, Bəhrəmtəpə hidroqovşağı-
nın, Yuxarı Qarabağ, Yuxarı Şirvan magistral kanallarının, Xaçınçay su anbarının və digər su
təsərrüfatı tikintilərinin istifadəyə verilməsində böyük əməyi olmuşdur.