Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   22   23   24   25   26   27   28   29   30

185
Azərbaycan  Dövlət  Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirməsi  İnstitutu 
“Азгипроводхоз” (1956-1997); 
Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Layihə-Axtarış 
Birliyi “Azdövsutəslayihə” LAB (1997-2005); 
Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirilməsi  üzrə  Azərbaycan  Dövlət  İnstitutu 
“Azdövsutəslayihə” (2005- ci ildən hazırkı vaxta kimi).
 
“Azdövsutəslayihə” İnstitutuna rəhbərlik etmiş şəxslər:
Direktorlar
1.  Nəzirov 15.01.1933-8.04.1933
2.  Abbasov Mehdi Əli oğlu 8.04.1933 – 11.07.1964
3.  Səlimbəyov Cəfər Vahab oğlu 11.07.1964 – 17.04.1972
4.  Musayev Zülfüqar Fətulla oğlu 17.04.1972 – 24.10. 1975
5.  Paşayev Paşa Sirac oğlu 15.04.1976 – 16.05.1983
6.  Əliyev Rahib Oruc oğlu 16.05.1983 – 21.04.2008 
7.  Paşayev Elbrus Paşa oğlu 21.04.2008-ci ildən
Baş mühəndislər:
1.  Zdobnov E.İ. 08.04. 1933 – 1934 
2.  Qovert A.R. 1934-1935 
3.  Manzon Aron İosifoviç 1935 – 1938 
4.  Dobronravov Vasili Alekseyeviç 01.04.1938 – 01.07 .1950
5.  Rudman İsrail Azikoviç 01.07.1950 –01.03.1961
6.  Bağırov Zülfüqar Əli oğlu 01.03.1961 – 15.02.1963
7.  Tabasaranski Bəybala Əlimərdanoviç 15.02.1963 – 25.04.1978
8.  Bağırov Zülfüqar Əli oğlu 13.04.78 – 05.01.1982 
9.  Mirzəxanov Əli Cəbrayıl oğlu 01.11.1982 – 07.04.2003
10. Musayev Telman Mir Məsim oğlu 20.05.2003 – 01.05.2007
11. Paşayev Elbrus Paşa oğlu 01.05.2007 – 21.04.2008
12. Qaziyev Yusif Cəbrayil oğlu 27.05.2008-ci ildən


186
MİLLİ QƏHRƏMANIMIZ 
“Azdövsutəslayihə” institutunun əməkdaşlarından:
Nəsrəddinov Rafiq Hüseyn oğlu, Atakişiyev Məmməd İs-
lam oğlu, Hüseynov Fazil Bakir oğlu, Yusifov Vüqarlı Ca-
mal oğlu, Tağıyev Mehman Musarza oğlu və Orucov Niyaz 
Tofiq oğlu Qarabağ uğrunda gedən döyüşlərdə iştirak ediblər.
“Azdövsutəslayihə”  institutunun  kollektivi  şəhidlik 
zirvəsinə  yüksəlmiş  Azərbaycanın  Milli  Qəhrəmanı 
mühəndis-hidroloq  Rafiq  Hüseyn  oğlu  Nəsrəddinovla  fəxr 
edir.  O,  1961-ci  il  mart  ayının  18-də  Bakı  şəhərində  fəhlə 
ailəsində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayo-
nundakı  39  saylı  orta  məktəbi  bitirib.  1978-ci  ildə  Bakı 
şəhərindəki 12 saylı Peşə məktəbində soyuducu avadanlıqla-
rı üzrə usta peşəsinə yiyələnib. 1979-cu ildə hərbi xidmətə 
çağırılıb. 1981-ci ildə tank qoşunları hərbi hissəsində xidməti 
borcunu başa vurub. 1982-ci ildə Bakı Dövlət Universiteti-
nin coğrafiya fakultəsinə daxil olub və 1987-ci ildə həmin 
universiteti müvəffəqiyyətlə bitirib. Ali təhsil diplomu ilə bərabər leytenant hərbi rütbəsinə 
də yiyələnib. 


187
“Azdövsutəslayihə”  institutun-
da 10.IX.1987-ci ildən 1992-ci ilə 
kimi  mühəndis-hidroloq  vəzifə-
sində işləyib. O, institutda işlədiyi 
müddətdə  kollektivin böyük hör-
mət və rəğbətini qazanıb. 
Leytenant  Rafiq  Hüseyn  oğlu 
1992-ci ildə Milli Ordu sıralarına 
çağı rılıb.  Ağdərə  rayonunun  er-
məni  düşmənlərindən  təmiz-
lənməsi  ilə  bağlı  əməliyyatlarda 
yaxından  iştirak  edib.  Baş  leyte-
nant Rafiq Hüseyn oğlu 6 sentyabr 
1992-ci  ildə  Ağdərə  rayonunun 
Qızılqaya  kəndi  uğrunda  gedən 
döyüşlərdə  cəsarətlə  vuruşaraq  
qəh rəmancasına  həlak  olub.  Mə-
zarı Bakı şəhərində Şəhidlər xiya-
banındadır. Ailəli idi, iki qız övla-
dı var. 
Azərbaycan  Respublikası  Pre-
zidentinin  16 sentyabr 1994-cü il 
tarixli  203  saylı  Fərmanı  ilə  baş 
leytenant  Nəsrəddinov  Rafiq  Hü-
seyn  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı” 
fəxri adı verilib. 
Qəhrəman Rafiq Hüseyn oğlu Nəsrəddinovun xatirəsi əbədiləşdirilib. Hazırda  təhsil aldı-
ğı 39 saylı orta məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub və yaşadığı binanın önünə 
xatirə lövhəsi vurulub. 


188
 “AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTUNUN DİREKTORLARI:
ABBASOV MEHDİ ƏLİ OĞLU
Mehdi  Əli  oğlu  Abbasov  1898-ci  ildə  Qərbi 
Azərbaycanın  İrəvan  şəhərində  pinəçi  ailəsində  anadan 
olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-
Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai 
məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü 
ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarım-
çıq  qoyaraq,  çörək  pulu  qazanmaq  üçün  işləmək 
məcburiyyətində  qalmışdır.  Əmək  fəaliyyətinə  1913-cü 
ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən 
başlamışdır.  1916-1917-ci  illərdə  nəşriyyatda  usta 
köməkçisi  işləmiş,  1917-1918-ci  illərdə  isə  şəhər 
məhkəməsində katiblik etmişdir. 
Erməni  daşnaklarının  1918-ci  ildə  şəhərdə  törətdiyi 
vəhşiliklər  nəticəsində  yerli  əhalinin  yaşayış  səviyyəsi 
ağırlaşdığına  görə  doğma  şəhərini  tərk  edərək,  əvvəlcə 
Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir 
müddət  yeməkxanada  çayçı,  1919-cu  ildən  isə 
Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal 
və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrü-
nün  tanınmış  inqilabçıları  Çingiz  İldırım  və  Serqo  Orconikidze  ilə  tanış  olmuşdur.  Bu 
görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq 
tapşırılmışdır.  1920-ci  ilin  2-ci  yarısınıda  Şəmkirdəki  hərbi  komissarlıqda  tərcüməçi 
işləmişdir. Bölgədə söz sahibi olan Müseyib Axundovla, Şəmkir milis rəisi Rüstəm Əliyevlə 
birgə fəaliyyət göstərmiş, 1920-ci ildə Şəmkirdə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə 
qəbul olunmuşdur. Gəncə şəhərindəki 1-ci atıcı alayda komissar koməkcisi işləmiş, 1921-
1922-ci  illərdə  Bakı  şəhərində  hərbi  məktəbin  müdavimi  olmuşdur.  Müdavim  olduğu 
müddətdə diviziya komandiri Qanboy Vəzirovun rəhbərliyi altında Ağdamda və Göycayda 
banditlərə  qarşı  aparılan  döyüşlərdə  iştirak  etmişdir.  Azərbaycan  SSR  Mərkəzi  İnqilab 
Komitəsinin sədri Səmədağa Ağamalı oğlunu 1921-ci ildə Respublika bölgələrinə səfərlərdə 
müşayiət etmişdir. 
Azərbaycan KP MK-nın qərarı ilə 1922-ci ildə Moskva şəhərinə, Şərq Zəhmətkeşlərinin 
Kommunist Universitetinə təhsil almağa göndərilmişdir. 1923-cü ildə Azərbaycan KP MK-
dan  verilən  göstərişə  əsasən  Mehdi Abbasov  Moskva Timiryazov  adına  Kənd Təsərrüfatı 
Akademiyası nəzdində yaradılmış işçi kadrlar hazırlayan məktəbə köçürülmüş və 1926-cı ilə 
kimi burada oxumuşdur. 1926-1931-ci illərdə Moskvada Su Təsərrüfatı Mühəndisləri İnstitu-
tunda təhsil almış və mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. Tələbə olarkən, 1927-ci 
ildə çağırılmış Sovet İttifaqı Kommunist Partiyasının XV qurultayının iştirakçısı olmuşdur. 
1931-ci  ilin  mayından  avqust  ayına  kimi Azərbaycan  Su Təsərrüfatı  İdarəsinin  layihə-
axtarış şöbəsində mühəndis işləmişdir. 1931-ci ilin avqust ayında Gəncə şəhərindəki Zaqaf-
qaziya Mühəndis Meliorasiya İnstitutunda fakültə dekanı vəzifəsinə təyin olunmuşdur. 1932-


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə