Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   ...   25

Kamil Vəli NERİMANOĞLU

41

Türk Dünyası 34. Sayı

Bu qələm rus şeirinin günəşinə yana-yana ağladı, ilk dəfə dərdli ürəyinin 

sirrini açdı...

Bu qələm rus və Avropa mədəniyyətinə qapı açdı. Elə bir qapı ki, oradan 

təqlid, pərəstiş havası yox, öyrənmə, dərketmə havası və özünə həmdəmlər, 

həmdərdlər, həmmübarizlər daxil oldu.

Avropa filosoflarının təcrübələri və bir çox inkar edilməz həyati dəlillər 



sübut etmişdir ki, tənqid istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri 

insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz...

Mən  rus  dilini  yaxşı  bilirəm,  indiki  əsrdə  rus  dili  inşa  eimində  və  s. 



cəhətlərdə  gün-gündən  tərəqqi  edir  və  incə  mətləbləri  ifadə  etməkdən  ötrü 

misilsiz bir dildir.

Şekspir və Molyer, Volter və Monteskye, Holbax və Darvin, Belinski və 

Çernışevski... onun sevdiyi, mütaliə etdiyi ağıl və zəka sahibləri idi.

Şərqdən baxanda Qərbi, Qərbdən baxanda Şərqi çox aydın görurdü Mirzə 

Fətəli.

Əvvəldə  mədəniyyət  toxumu  İslam  xalqlarının  yaşadığı  torpaqda 



göyərmişdir”,  -  deyən  Mirzə  Fətəli  fəryad  edirdi:  “Ey  mömünlər,  qəflət 

yuxusundan  ayılın,  bəlkə,  nicat  tapasınız;  çünki  sizin  dörd  tərəfinizdəki 

qonşularınız oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət 

qaranlığında  qalaraq  köləlik  barı  ilə  bağlı  və  azadlıq  nemətlərindən 

məhrumsunuz.

Mirzə Fətəlinin gördüyü üfüqlər olduqca aydın, işıqlı idi. “Keçmişlərdə 



Avropada  da  belə  zənn  edirdilər  ki,  zalimə  zülmü  tərk  etdirmək  üçün  ona 

nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən 

təsir  etmir.  Buna  görə  də  millət  özü,  dinin  manesizliyi  sayəsində  elmlərdə 

tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, 

zalimə müraciətlə dedi ki: Səltənət və hökumət busatından əl çək!..

Mirzə Fətəli özü üçün gün kimi aydın olan bu müraciəti ustalıqla xatırlayır: 

Zülm məsdərdir. Onun ismi-faili zalim və ismi-məfulu məzlumdur. Məsdər 

olan  zülmü  aradan  qaldırmaq  üçün  iki  şey  lazımdır:  ya  zalım  zülmdən  əl 

çəkməlidir, ya da məzlum zülmə dözməlidir. İdrakın təsdiqi zülmü dəf etməkdə 

bu iki yoldan başqa heç bir yol təsəvvür edə bilməz.

Bu  sakit  qrammatik  izahatdan  sonra  müraciət  yenidən  partlayır:  “Ey 



nadan,  sən  ki  qüdrət,  səy  və  bacarıq  cəhətdən  zalimdən  qat-qat  artıqsan, 

bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının 

goruna od vur!

Qan  qoxuyan  bu  inqilabi  müraciət  çox  illər,  çox  yollar  keçəcək,  çox 

dolaylar adlayacaq və nəhayət, böyük, qarşısıalınmaz bir qüvvənin yeni dünya 

qurmaq, yeni həyat yaratmaq idealının həqiqətinə çevriləcək...




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

42

Ancaq  o  uzaq  gunlərə  çox  var  idi.  Və  o  uzaq  günlərə  çatmaq  üçün 



addımlamaq, irəli getmək lazım idi.

Mirzə  Fətəli  fıkrə  dalmışdı  və  onun  fikri  qəribə  bir  dünyada  dolaşırdı: 

Canlılar  aləmində  insan  daima  tərəqqi  tələb  edən  bir  növdür  və  fıkir 

azadlığı  olmadan  tərəqqi  mümkün  ola  bilməz.  Tərəqqinin  nəticəsini 

zəmanəmizdə  sivilizasyon  adlandırırlar.  Sivilizasyon  elə  bir  ümumi  sözdur 

ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi 

və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur... əgər cəmiyyət öz fərdlərinə 

fikir  azadlığı  verməzsə  və  onları  ata-babanın  və  övliyanın  qərar  verdikləri 

şeylərlə  kifayət  etməyə  və  bunlardan  kənar  çıxmamağa  və  ağıllarını 

mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yerəkən 

məhsul toplayan və hər bir işi düşünmədən və fıkir etmədən görən avtomat 

olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə 

dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə 

oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edirlər. Və bu 

biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırqlıqlar, 

çiçəkliklər,  meşələr,  dağlar  və  dərələr  vardır;  əgər  bağlı  olmasaydılar, 

dünyada gəzərdilər və o könul açan yerləri görərdilər və dünya nemətlərindən 

tamamilə faydalanmış olardılar.

Mirzə Fətəli “bəşər dostları” ifadəsini işlədir və dünyanın böyük fılosof və 

mütəfəkkirlərini bəşər dostu sayır.

Özü də böyük bəşər dostu olan Mirzə Fətəlinin iti baxışları yalnız gələcəyə 

dikilmişdi: “Məgər siz bilirsiniz ki, insanın kəlləsində olan bir ovuc beyni nə 

qədər müxtəlif və mürəkkəb fıkirlərin xəzinəsidir. İnsanın fıkri və xəyalının 

vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin deyildir.

Bu yollardan biri də “qan qoxusu gələn” məsələləri səhnəyə çıxarmaq, 

xalqı özü ilə üzbəüz qoymaq idi. “Mülayimlik və məsələni ört-basdır etmək 

tənqid şərtlərinə ziddir” - deyən Mirzə Fətəli qısa bir zamanda yeni Azərbaycan 

ədəbiyyatının bünövrəsi olan altı klassik komediyasını təzə üfuqlərə çıxardı.

“Mərhum  Mirzə  Fətəlinin  komediyaları  məişətimizin  təəccüblü  bir 

ayinəsidir ki, zahirimizi də və batinimizi də eyni ilə göstərir. Müruri-əyyam 

isə bu ayinənin üzünə qonubdur. Bu tozu silib, ayinəni üzünə seyqal verəndən 

sonra  diqqət  ilə  ona  baxsaq,  öz  surətimizi  onda  görərik  və  bir-birimizi 

tanıyarıq.  Batini-aləmimizdə,  əmali-naməşruqə  və  əhvali-şəniəmizə  dürüst 

diqqət  yetirsək,  xəcalət  çəkib  yəqin  edərik  ki,  bu  yarım  əsrin  müddətində 

uzaq getməmişik; cüzi dəyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçərimiz və 

mənəvi tərəfimiz haman irəliki qərar üzrə qalıbdır...

Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən 

gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür. Gülmək görünür, 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə