22 may 2018-ci il, çərşənbə axşamı
10
“Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur
yer üzünü” – deyən böyük filosof-şair Hüseyn Cavid (1882-1941)
nə yazmışdısa vicdanının səsi ilə qələmə almışdır. Həyatın ən ağır
sınaqlarına məruz qalan ədib ömrünün sonuna qədər uca məsləkinə
sadiq qalmışdır: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə
həqiqətdir”.
Hüseyn Cavid mənalı yaradıcılıq yolu
keçmiş, həqiqət, ədalət, mərdlik, gözəllik,
vətənpərvərlik və insanpərvərlik kimi
bəşəri keyfiyyətləri tərənnüm edən bədii
nümunələr yaratmış və ədəbiyyat tarixində
öz səsi, dəst-xətti ilə məşhurlaşmışdı.
Təəssüf ki, Yaradanın xalqımıza bəxş
etdiyi bu nadir istedad və uca məslək sa-
hibinin yaradıcılığı uzun illər mübahisə və
müzakirələrə səbəb olmuş, əsərləri barədə
bir-birinə zidd fikirlər söylənmişdir. Onun
yazıb-yaratdığı dövrün siyasiləşmiş ədəbi
tənqidi müxtəlif səbəblər üzündən Cavid
sənətinin sirlərini yetərincə şərh edə
bilməmişdir.
Hər bir əsəri müstəqil bir hadisə
olan Cavidin mövzu dairəsi çox geniş
olmuşdur. Əslində, Cavid yaradıcılığı
Şərqin fəlsəfi və bədii fikir dünyasını
dərk etməyin növbəti mənbələrindən biri
idi. Bu zəngin və nadir ədəbi xəzinəni
dərindən anlamaq üçün Şərqin ictimai-
fəlsəfi, ədəbi-bədii fikrini dərindən
öyrənmək lazımdır. Çünki Hüseyn Cavid
yaradıcılığında yalnız milli deyil, Şərqin və
Qərbin sintezini əks etdirən bəşəri fakt və
hadisələr də geniş əksini tapmışdır.
XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatında güclənən romantik ədəbi
cərəyanın tanınmış təmsilçilərindən biri
kimi Hüseyn Cavid poetik kimliyini belə
bəyan etmişdi:
Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm.
Zəmanəsinin qüdrətli romantik qələm
ustası olan Hüseyn Cavid poetik yaradı-
cılığına lirik-romantik əsərlərlə başlamış,
aşiqanə şeirlərində dünyaya və insanlara
ülvi gözəllik meyarı ilə baxmışdı:
Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da.
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Hüseyn Cavid ədəbi yaradıcılığa belə
lirik şeirlərlə başlasa da, 1910-cu ildən
dramaturgiya janrına müraciət edərək
birpərdəli “Ana” pyesini yazmışdır.
Şair-dramaturq həm lirik, həm də dram
əsərlərində insan həyatının tənzimini,
ağlın və əxlaqın rolunu romantik-fəlsəfi
baxımdan həll etməyə çalışmışdır. Şairin
romantizmini izah etmək baxımından “Şeyx
Sənan” qiymətli bir örnəkdir. Azərbaycan
ədəbiyyatında ilk tarixi mənzum dram olan
bu pyes mövzu etibarilə ədəbiyyatda yeni
bir hadisə, həm də H.Cavidin folklordan
yararlanaraq ərsəyə gətirdiyi bir əsər idi.
Sənətkar bu pyeslərin ardınca “Maral”,
“Şeyda”, “Uçurum”, “İblis”, “Afət”,
“Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”,
“Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı”,
“Telli saz”, “Şəhla” kimi 20-dən artıq dram
əsəri yazmışdır.
Cavidşünasların yazdığına görə, ədibin
əsərlərinin ilk tamaşaları 1920-1923-cü
illərdə olmuşdu. 1924-1926-cı illərdə isə
onun dramları yeni quruluşda səhnəyə
qoyulmuşdu. Bu illərdə Azərbaycan teat-
rının pərdələri çox vaxt “Şeyx Sənan”la,
“İblis”lə açılmışdı. Lakin o dövrün ədəbi
tənqidi Cavidin əsərlərində hakim ideolo-
giya baxımından müəyyən ideya qüsurları
görmüşdülər. “İblis” və “Uçurum” əsərləri
isə daha çox mübahisə və müzakirələrə
səbəb olmuşdu. “İblis”in məfkurə cəhətdən
sağlam olmadığı iddia edilmişdi.
1930-cu illərdə isə Cavidin haqsız
tənqidinin miqyası durmadan genişlənmişdi.
Əzəli, əbədi həqiqətlərə sadiq qalan azad
ruhlu şair sosialist inqilabından, sovet
rejimindən, inqilab tarixindən deyil, öz
romantik təfəkkürünün ifadə etdiyi mövzu-
lardan, türk və islam dəyərlərindən, klassik
məsələlər üzərində köklənən Azərbaycan
məfkurəsindən yazdığı üçün bolşevik
tənqidçilərin hücumları ilə qarşılaşmalı
olmuşdu. Onun əsərlərinin qəhrəmanları
o zaman dəbdə olan ədəbi məhkəmələrdə
mühakimə edilmişdi. Sovet hakimiyyətinin
diktə etdiyi tənqid get-gedə Hüseyn Cavidə
qarşı daha sərt mövqedə dayanmış, bu
hücumlar getdikcə daha mürtəce xarakter
almışdı.
Bu dövr ədəbi tənqidi H.Cavidi yeni
cəmiyyəti, proletar inqilabını anlamamaqda,
əsərlərinin üslubunda Azərbaycan varlığını
ifadə edə biləcək ünsürün olmamasında
təqsirləndirirdi. 1930-cu illərdə M.Ələkbərli
və S.Şamilov kimi tənqidçilər Hüseyn
Cavidi Azərbaycan həyatı ilə az maraqla-
nan və əməkçilərin mübarizəsinə yad olan
əsərlər yazmaqda tənqid edirdilər. Dövrün
proletar-marksist tənqidçiləri ədəbiyyata
zorla sırınan saxta sosializm realizmi yara-
dıcılıq metodunu Hüseyn Cavid yaradıcılı-
ğında görə bilmədikləri üçün ittihamlarını
gündən-günə sərtləşdirirdilər.
H.Cavid yaradıcılığını düzgün
qiymətləndirən Mustafa Quliyev, Hənəfi
Zeynallı, Abdulla Şaiq kimi tənqidçilər də
tapılırdı. Abdulla Şaiqin “Cavidin “İb-
lis” nam hailəsi haqqında duyğularım”
(1925), Hənəfi Zeynallının “Peyğəmbər”
haqqında mülahizələrim” (1926), “Şeyx
Sənan haqqında mülahizələrim” (1926)
adlı məqalələrində Cavidin yaradıcılı-
ğı, əsərlərinin məziyyətləri, sənətkarlıq
xüsusiyyətləri haqqında müsbət fikirlər
söylənirdi.
Abdulla Şaiq “Xatirələrim” kitabına da-
xil etdiyi “Hüseyn Cavid” adlı məqaləsində
yazırdı: “Cavidin şah əsərləri, şübhəsiz,
“Şeyx Sənan” ilə “İblis” faciələridir.
Cavidin bütün əsərləri içərisində “İblis”
qədər həyati və realist bir əsər yoxdur, zənn
edirəm”. Abdulla Şaiq “fənalıqların simvo-
lu” olan “İblis” əsərinin 1918-ci ilin Mart
qırğınlarının acı təsirləri altında yazıldığını
açıqlayırdı. Həmin yazıdan məlum olur
ki, şairi erməni quldurlarının atəşlərindən
təsadüf xilas edibmiş.
1937-ci ilin repressiya qurbanların-
dan olan tənqidçi-ədəbiyyatşünas Hənəfi
Zeynallının “Peyğəmbər” haqqında
mülahizələrim” adlı məqaləsində bir sıra
tənqidi mülahizələrlə bərabər, Cavidin
bir osmanlı ədəbiyyatı dəstpərvərdəsi, bir
azərbaycanlı balası olduğu göstərilir, onun
möhtəşəm və böyük mövzular üzərində
düşündüyü, “Peyğəmbər” pyesini ya-
ratması ilə hazırkı əsrin həqiqi bir oğlu
olduğu vurğulanırdı. Hənəfi Zeynallı
“İblis”, “Şeyx Sənan” kimi xalis romantik,
“canlı və məharətli” bir əsər yazan şairin
“Peyğəmbər”inin “zəif” tərəflərini tənqid
etsə də, “Cavidin yaratdığı dil və üslubun
Azərbaycandakı şair və ədiblərimiz üçün də
ən müstəsna, ən zərif və narın dil” olduğu-
nu, bu dilin təsirilə yaranacaq Azərbaycan
türk ədəbiyyatının əmsalsız əsərlər mey-
dana gətirə biləcəyini, bunun da Cavidin
Azərbaycan ədəbiyyatına ən böyük xidməti
olacağını söyləyirdi.
Məmməd Kazım Ələkbərli Azərbaycan
ədəbiyyatının inkişaf yollarından bəhs
edərkən Hüseyn Cavidin də yaradı-
cılığına toxunur, onun “Şeyx Sənan”
əsərinin qiymətli bir dram olduğunu
qeyd edirdi. Mustafa Quliyev isə Cavi-
din fəlsəfi görüşlərinə tənqidi yanaşsa da,
şairin sənətkarlıq xüsusiyyətlərini yüksək
qiymətləndirir, bu böyük söz ustasının
şeirlərinin musiqiliyi və gözəlliyi etibarilə
Puşkin şeirini xatırlatdığını yazırdı.
H.Cavidin yaradıcılığı 1930-cu
illərdə Mehdi Hüseynin, Mirzə İbrahi-
movun məqalələrində də təhlil edilmiş
və qiymətləndirilmişdir. Sonrakı illərdə
görkəmli ədəbiyyatşünaslar Məmməd Arif
Dadaşzadə, Məmmədcəfər Cəfərov, Mir
Cəlal Paşayev, Cəfər Xəndan, Əli Sultanlı
dahi şair-dramaturqun əsərləri haqqında
qiymətli fikirlər söyləmişlər.
Hüseyn Cavidin vaxtilə dərs de-
diyi tələbəsi həkim Dilşad Mehdiye-
va müəlliminə vaxtilə edilən qərəzli
münasibəti belə xatırlamışdır: “Şairə
hücumda fəallıq göstərənlərin əksəriyyəti
əslində əsl milli mədəniyyətdən, milli
ədəbiyyatdan tamamilə uzaq, deyərdim ki,
əqidəsi də şübhəli adamlar idi”. Belələri
böyük şairin adını rəsmi dairələrdə də
hallandırırdılar. Odur ki, Hüseyn Cavid də
Azərbaycanın bir çox ziyalısı kimi Stalin
repressiyasına tuş gəldi. 1937-ci ildə o,
əvvəlcə Azərbaycan Yazıçılar İttifaqının
üzvlüyündən çıxarıldı. Sonra isə Sibirə
sürgün edildi, orada vaxtsız əbədiyyətə
qovuşdu.
Stalinin ölümündən və şəxsiyyətə
pərəstişin pislənməsindən sonra Cavid
haqqında yenidən yazılmağa başlandı,
qiymətli ədəbi irsi barədə elmi incələmələr
aparıldı. Ölməz ədibin bir çox əsərləri nəşr
edildi, haqqında obyektiv qiymət forma-
laşdı. Yazılan monoqrafiya və məqalələrdə
onun Azərbaycan ədəbiyyatında tutduğu
mövqe şərh olundu, bu böyük sənətkarın
taleyi, sənəti, əsərlərinin mahiyyəti geniş
təhlil olundu. Görkəmli sənətşünas Cəfər
Cəfərov, akademik Məmmədcəfər Cəfərov,
xalq yazıçısı Mirzə İbrahimov, professorlar
Əli Sultanlı, Abbas Zamanov, Əkbər Ağa-
yev, Orucəli Həsənov, Məsud Əlioğlu və
başqalarının yazdığı əsərlər Hüseyn Cavidin
həyat və yaradıcılığı barədə dolğun elmi
mənbəyə çevrildi.
Hüseyn Cavid yaradıcılığını diqqətlə
araşdıran professor Məsud Əlioğlu onun
qüdrətli sənətkar, istedadlı dramaturq ol-
duğunu vurğulayaraq, belə qənaətə gəlirdi:
“Hüseyn Cavidin nəzərində həmişə iki
növ insan dayanmışdır. Biri varlandıqca
miskinləşən, xırdalanan və nəcib insani
hisslərini itirən “yoxsul zənginlər”dir.
Digəri isə imtiyazdan, var-dövlət
əsirliyindən və altun hərisliyindən azad
olmuş, qəlbən zəngin yoxsullardır”.
Professor Əli Sultanlı “H.Cavidin
faciələri” adlı məqaləsində yazırdı ki, “Hü-
seyn Cavid orijinal təbiətə malik bir şair idi.
Onun bir misrasını silmək, başqa bir misra
ilə əvəz etmək mümkün deyildi, hətta dili-
nin imlasını dəyişdirmək belə böyük cəsarət
tələb edirdi. Bütün bunlar Hüseyn Cavidin
yaradıcılıq haqqında olan görüşlərindən
irəli gəlirdi”. Akademik Məmmədcəfər
Cəfərov da H.Cavidin yaradıcılığını
geniş təhlil edərək, onun özünəməxsus
şeir dili, üslub xüsusiyyətlərindən söhbət
açırdı: “Cavid şeirində çox zaman xəyal,
sevinc, kədər, ümid kimi psixoloji hal-
lar, haqq, ədalət, həqiqət, zaman, məkan
kimi mücərrəd anlayışlar da canlandırılıb
şəxsləndirilir”.
Göründüyü kimi, Cavid düşünən və
düşündürən bir şair idi. O, həm real həyatda
gördüklərini, həm də ideal sayıb görmək
istədiklərini qələmə alanda humanizm, üs-
yankar bir ruh, millət, hürriyyət məsələsinə
münasibət, tarixi şəxsiyyətlərin taleyi kimi
mövzulara özünəxas münasibət bildirirdi.
Nəhayət, 1982-ci ildə hələ sovet reji-
minin hökm sürdüyü bir vaxtda ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və köməyi
ilə xalqımızın dahi şairi, nadir sənətkarı
Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana
gətirildi və dünyaya göz açdığı Naxçıvanda
torpağa tapşırıldı. Müstəqilliyimizin ilk
illərində isə ulu öndər böyük şairin əbədi
uyuduğu məkanda onun məqbərəsini ucalt-
dırdı. O zaman müstəqil dövlətimizin qu-
rucusu yeni epoxanın Cavidə münasibətini
belə ifadə etdi: “Bilirsiniz ki, Hüseyn
Cavidin həyatı, yaradıcılığı Azərbaycan
üçün nə qədər dəyərli, əhəmiyyətli olub.
Onun qoyduğu ədəbi-mənəvi irs bizim
üçün nə qədər əhəmiyyətli və gərəklidir.
Eyni zamanda, onun həyatı faciəli olubdur.
Ancaq bu faciəli dövrlər onun yaradıcılı-
ğını Azərbaycan xalqının qəlbindən çıxara
bilməyib, yaşadıbdır”.
“Cahanı xilas edəcək iki böyük qüvvət
var: gözəllik və məhəbbət” amalını bütün
yaradıcılığı boyu təbliğ edən Hüseyn Ca-
vidin milli və bəşəri dəyərlərlə süslənmiş
qiymətli irsi onun adını dünya ədəbiyyatı
xəzinəsini yaradanların sırasına əbədi həkk
etmişdir.
Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor
Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər.
Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu
millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn
Cavidin əsərləri yaşadı.
Heydər ƏLİYEV
Ümummilli lider
Hüseyn Cavid: həqiqət və gözəllik şairi
Ulu Şahdağın ətəyində səfalı bir kənd var
– Urva kəndi. Urva kəndinin urvatlı nəsillərindən
biri də Bağırovlar nəslidir, sadə, zəhmətkeş və nəcib
insanlardan ibarət bir nəsil...Torpağın dilini bilən və
torpaqla öz dilində danışan bu nəslin Bağır adında
yurdsevər bir ağsaqqalı olub, Bağır kişinin ocağı başında
öz yurdunda, ətraf mahallarda belə işgüzar əmək adamı
kimi tanınan Tağı kişi yetişib və nəslin şərəfli estafetini
haqqında söz açdığımız övladı Mayıla ötürüb... Babası
Bağırın və atası Tağının xeyirxah əməllərini, işgüzar
və fədakar keyfiyyətlərini həyat amalı kimi əxz edən,
çalışdığı vəzifələrdə nümunəvi fəaliyyəti ilə seçilən
Mayıl Bağırov təkcə Qusarda deyil, ətraf rayonlarda da
vətənpərvər ziyalı və el ağsaqqalı kimi tanınır.
Mayıl müəllim qırx yaşın-
da qəflətən dünyasını dəyişmiş
atası Tağı və təkbaşına on
övlad böyüdüb boya-başa çat-
dıran “Qəhrəman ana” Anabacı
haqqında danışanda kövrəlir,
üzündə qəm qarışıq sevinc,
həsrət rəngli ışıq cilvələnir, ata-
ana haqqını itirməyən vəfalı
övlad obrazı kimi gözümüzdə
ucalır...
Anabacı ana balalarını
necə əziyyətlə, halallıqla ərsəyə
gətirib və onları uşaqlıqdan
əməyi, Vətəni, xalqını sevmək
ruhunda tərbiyələndirib. Bəzən
çətinliklər qarşısında gizlincə
gözünün qarasını sıxsa da,
böyük bir külfətin – altı oğul,
dörd qız uşağının ağır yükü-
nü zəif çiyinlərində daşısa da,
sınmayıb və əyilməyib. Hər bir
dərdə kişi kimi dözüb, mətanət
nümayiş etdirib. Balalarını oxut-
durub, ev-eşik, ailə, oğul-uşaq
sahibi edib.
Urva kənd orta məktəbini
bitirib Azərbaycan Kənd
Təsərüffatı İnstitununa da-
xil olan gənc Mayıl qaynar
tələbəlik illərinin ilk günlərindən
professor-müəllim heyətinin
dərin hörmətini qazanmışdı.
O, institunun ictimai həyatında
yaxından iştirak edir, həm
fakültənin divar qəzetində, həm
də institutun çoxtirajlı “Kadr
uğrunda” qəzetinin səhifələrində
maraqlı məqalələrlə çıxış edirdi.
Mayıl Bağırovun üçün-
cü kursda ikən tələbə elmi
cəmiyyətinə üzv seçilməsi onun
qarşısında yeni üfüqlər açdı.
Onun bir tələbə kimi nəinki
respublikamızda, eləcə də
Sovetlər Birliyinin müxtəlif
şəhərlərində keçirilən tələbə
elmi cəmiyyətlərinin konf-
ranslarında etdiyi məruzələri
yüksək qiymətləndirilir, diplom
və başqa qiymətli hədiyyələrlə
mükafatlandırılırdı.
İyirmi bir yaşında ikən
alim-aqronom diplomu ilə
Qusar və Xaçmaz rayonlarında
aqronom, baş aqronom, elmi işçi
vəzifələrində çalışmağa başladı.
Mayıl müəllim xatirələrində
yazır: “İndiyədək həyatda nə
qazanmışamsa, nəyə nail olmu-
şamsa ilk növbədə rəhmətlik
atama və anama borcluyam.
Təsəvvür edin, uzun illər ra-
yonda sovxoz direktoru, meşə
təsərrüfatı müəssisənin müdiri,
XDS-də icrakom sədri, icra
hakimiyyəti başçısının müavini,
respublika Nazirlər Kabinetində
baş məsləhətçi və digər məsul
vəzifədə işləmişəm və işlədiyim
vəzifələrin hər bir məqamında
mehriban, gülərüz, qayğıkeş və
bacarıqlı təsərrüfatçı kimi şöhrət
tapmış atam Tağı kişinin ruhu
mənə mayak olub, onun işıqlı
həyatı yollarıma nur çiləyib,
mən də bu işığa, bu nura bələnib
həmişə öyünmüşəm.
Heç yadımdan çıxmaz,
1987-ci ildə 39 yaşında Qusarda
XDS İcraiyyə Komitəsinin sədri
işlədiyim ilk günlərdə ucqar bir
kəndə getmişdim. Ağsaqqalların
yığışdığı gur bir yerdə camaatla
görüşüb, özümü təqdim edəndən
sonra onların gün-güzaranları ilə
maraqlandım.
Məni adicə “rayispolkom”
kimi qarşılayan ağsaqqallar Tağı
kişinin oğlu olduğumu eşidəndə
təzədən görüşüb hal-əhval
tutdular, qucaqlayıb, bağrına
basdılar. Bax, həyatda belə
anları yaşamaq insan üçün necə
də şərəflidir. Mən onda qət etdim
ki, atamın nəcib əməllərini,
gözəl insani keyfiyyətlərini
şərəflə davam etdirməliyəm.
Ürəyimi riqqətə gətirən
o cür görüşlərdə Bağırovlar
nəslinin nüfuzunu qaldır-
mağın vacibliyi qəlbimə
hakim kəsilib.Bu missi-
yam göstərilmiş ehtimadı
ləyaqətlə doğrultmaqla, daim
məsuliyyət hissini, cavab-
dehlik missiyasını artırmaqla
həyata keçə bilərdi. Burada
düzgün mövqe, mənəvi
təmizlik, halallıq, başlıcası isə
dövlətçiliyə sadiqlik önəmli rol
oynayırdı və müdriklərin “Nəfsə
hakim olan dünyaya hakim olar”
deyimi həyat devizimə çevril-
di...”
Ot kökü üstə bitər, –
deyiblər. Təbiətə, başlıcası isə
halal zəhmətə bağlılığı və vur-
ğunluğu Mayılı uşaqlıqdan kənd
təsərrüfatı mütəxəssisi olmağa
sövq edib. Kiçik yaşlarından
zəhmətə alışıb. Əkin-biçin,
bağçılıq və digər işlərdə ailə
üzvlərinə həmişə dəstək olub,
kömək göstərib. Torpağa sevgi,
məhəbbət, halallıq onun qanın-
da-canında olub...
Yeri gəlmişkən, onu da
əlavə edim ki, 1984-cü ildə Qu-
sar Rayon Partiya Komitəsinin
birinci katibi Sultan Hacıbalayev
sovxoz direktoru Mayıl müəllimi
yanına çağırıb yaxşı işinə görə
onu “Əməkdə fərqlənməyə
görə” medalına təqdim etmək
istədiyini bildirir. Mayıl müəllim
təklif edir ki, ona verilməsi
üçün nəzərdə tutulan meda-
lın təsərrüfatda işləyən əmək
qabaqçıllarından birinə verilməsi
daha məqsədəuyğundur. Amma
katib sözündə qəti idi və bir
daha israr edir ki, mükafatla
sovxoz rəhbəri təltif olunmalı-
dır. “Uzun mübahisə”dən sonra
mükafatın qabaqçıl təsərrüfatçı-
fəhlə Feyzəbani Qaraxanovaya
verilməsi qərara alındı ki, bu
da “közü həmişə öz qabağına
çəkmək istəyənlərə” ibrət dərsi
idi...
Mayıl Bağırovun bacarığı,
təşkilatçılığı, səriştəli və qurucu
rəhbər olması ilk dəfə 1981-ci
ildə Qusarın ən iri toxumçuluq
təsərrüfatı sayılan “ Partiyanın
XXIII qurultayı” adına sovxoza
direktor təyin olunandan sonra
üzə çıxdı. 33 yaşlı gənc burada
çalışdığı 7 il ərzində doğma
kəndini, rayonunu respublikada
şöhrətləndirə bildi. Direktor
kimi o vaxt çoxlarının mümkün-
süz hesab etdiyi bir çox sosial
problemlərin həllinə nail oldu:
Urvaya qaz kəməri çəkdirdi,
idarə binası, uşaq bağçası, ha-
mam inşa olundu, kənd abadlaş-
dırıldı. Böyük Vətən müharibəsi
iştirakçılarının şərəfinə əzəmətli
abidə kompleksi ucaldıldı, Urva
Palasa kəndində 10 yaşayış evi
tikildi. Kəndə 4 kilometrlik yol
çəkildi, əhalinin içməli suya olan
tələbatının ödənilməsindən ötrü
yeni kəmər istifadəyə verildi.
Urva kəndinin, demək olar ki,
bütün tikinti-abadlıq işləri Mayıl
müəllimin sovxoza rəhbərlik
etdiyi vaxtlarda həyata keçirildi,
iqtisadi cəhətdən möhkəmlənən
sovxoz geniş tikinti meydanına
çevrildi.
Qısa müddətdə bir
təsərrüfatda bu qədər tikin-
ti-abadlıq işlərin aparılması
görünməmiş hadisə idi. Mətbuat,
radio və televiziya buradakı
quruculuq işlərini geniş işıqlan-
dırdı. Təsərrüfat Ümumittifaq
“Cinstərəvəz” toxumçuluq
sistemi tərkibinə daxil olduğun-
dan iş təcrübəsi ilə artıq Sovetlər
Birliyi səviyyəsində maraq
doğurdu. Təsərrüfat qazandığı
nailiyyətlərə görə “Yüksək
mədəniyyət və nümunəvi ictimai
asayiş sovxozu” fəxri adına
layıq görüldü. Azərbaycan KP
MK-nın, Nazirlər Sovetinin fəxri
diplomu ilə mükafatlandırıldı.
1987-ci ildə Mayıl Bağı-
rov Qusar rayon XDS İcraiyyə
Komitəsinin sədri kimi məsul
vəzifəyə irəli çəkildi. Bu
vəzifədə də Mayıl müəllim
yeni uğurlara imza atdı.
Müsahibələrindən birində oxu-
yuruq: “Fəxr edirəm ki, icraiyyə
komitəsinin sədri işlədiyim
dövrdə Qusarda yeni konserv
zavodu işə salındı, avtovağzal
tikildi, şəhərdə kanalizasiya sis-
temi quraşdırıldı, 1100 nəfərlik
məktəb istifadəyə verildi. Qu-
sardan kəndlərə gedən onlarca
kilometr yola asfalt döşəndi.17
kənddə dəyirman tikildi. Hil,
Urva kimi iri kəndlərdə isə
su təchizatı yaxşılaşdırıldı,
ayrı-ayrı kəndlərdə qazlaşma işi
sürətləndirildi, fermerlər üçün
30 yaşayış evi inşa edildi. “Hər
kəsə fərdi mənzil” proqramının
müəlliflərindən biri oldum”.
1969-cu ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunu
alim – aqronom diplomu ilə
bitirən Mayıl Bağırov 1991-
1994-cü illərdə Bakı Sosial
İdarəetmə və Politologiya
İnstitutunda ikinci ali təhsil
almaqla politoloq ixtisası-
na da yiyələnmişdir. Kənd
təsərrüfatının inkişafında Mayıl
müəllimin xüsusi xidmətləri
olduğu kimi, qazandığı
biliklərdən bacarıqla istifadə
edərək, Sovetlər dönəminin
son dövrlərində, fəsadlarla dolu
“yenidənqurma” illərində də
siyasi fəallığı ilə seçildi.
Mayıl müəllim deyir ki,
dünya şöhrətli siyasətçi Heydər
Əliyev məktəbinin yetirməsi
olan ziyalı kimi mən də baş
verən proseslərdən kənarda
qala bilməzdim. “Qayğı və
tələbkarlıq” Heydər Əliyev
idarəçilik məktəbinin əsas
prinsipi idi. O məktəbin kadrı
kimi gecə-gündüz ümumi iş
üçün mübarizə aparırdıq. O
vaxtlarda respublika Nazirlər
Kabinetində millətlərarası
münasibətlər şöbəsində çalışır-
dım. Heydər Əliyev kimi müdrik
şəxsiyyətin hakimiyyətə qayıdışı
ilə ölkə parçalanmaq, məhv
olmaq təhlükəsindən qurtuldu.
Milli münasibətlərdə tarazlıq,
ahəngdarlıq yaradan qanunlar,
milli, dini mənsubiyyətindən
asılı olmayaraq, bütün
vətəndaşların barabər hüquqla-
rına təminat verən Konstitusiya
qəbul edildi. Möhtərəm Prezi-
dentimizin respublikanın ləzgi
ictimaiyyətinin nümayəndələri
ilə unudulmaz görüşləri, Qusar
Ləzgi Dövlət Dram Teatrının,
Sabir adına Bakı Pedaqoji
Texnikumunun Qusar filialının
açılması, respublika radiosu
ilə ləzgi dilində verilişlərin
səsləndirilməsi, orta məktəblərdə
doğma dilin tədris edilməsi
süni milli problem yaradanları
tərksilah etdi”.
Mayıl Bağırov 1972-ci
ildə Azərbaycan SSR Kənd
Təsərrüfatı Nazirliyinin
nəzdində kolxoz və sovxozlar
üçün istehsalatdan ayrılma-
dan rəhbər kadrlar hazırlayan
birillik kursu, 1988-ci ildə
isə Azərbaycan SSR Nazirlər
Soveti yanında Azərbaycan Xalq
Təsərrüfatı İdarəetmə İnstitutun-
da “Müasir idarəetmə üsulları,
istehsalın təşkili və planlaşdı-
rılması” ixtisasartırma kursunu
bitirdi.
Azərbaycanın müstəqillik
qazanması ilə bağlı olaraq Mayıl
Bağırov bir sıra digər vəzifələrdə
çalışmalı oldu. Lakin harada
işləməsindən asılı olmayaraq,
əvvəlki şövqlə, təşəbbüskarlıq
və yaradıcılıq əzmi ilə fəaliyyət
göstərdi. Bu keyfiyyətlər rayon
meşə təsərrüfatının müdiri
işləyəndə bir daha qabarıq
nəzərə çarpdı. Meşələrin talan
edilməsinin qarşısını almaq
məqsədi ilə direktor burada
yeni nəzarət sistemi yaratdı.
Yardımçı və tingçilik təsərrüfat
fəaliyyətlərini canlandırdı.Ya-
şıllaşdırma tədbirlərinin həyata
keçirilməsi ilə əlaqədar həmin
təsərrüfatdan rayonun idarə və
təşkilatlarına, təhsil ocaqlarına
təmənnasız olaraq minlərlə
müxtəlif növ ting verildi. Res-
publikada ilk dəfə olaraq Şərq
çinarı, Sərv, Eldar şamı, Küknar,
Kolvarı jasmin yetişdirildi. Qu-
sar şəhəri ətrafında Həzrə, Girig,
Uqur və başqa kəndlərdə çay
sahillərinin məhsuldar torpaqları
yuyub aparan sel sularına qarşı
dərin və möhkəm köklərə malik
ağaclardan xüsusi qoruyucu
zolaqlar yaradıldı...
Onu da qeyd edək ki, Yeni
Azərbaycan Partiyasının ilk
üzvlərindən olan Mayıl Bağırov
Qusar rayonunda bu partiyanın
yerli təşkilatlarının yaradıl-
masında çox böyük fəaliyyət
göstərib.
Deyirlər ki, insan doğulduğu
torpağa bənzəyir. Mayıl Bağırov
Qusar torpağının Vətənimizə
bəxş etdiyi Azərbaycan ziyalı-
larından biridir. O, bütün varlığı
ilə doğulduğu torpağın oğludur
və sözün həqiqi mənasında,
torpağa bağlı adamdır. Nədənsə,
mən onu başqa sahədə təsəvvür
edə bilmirəm. Elə bilirəm o,
dünyaya torpaq aşiqi kimi gəlib.
Mayıl müəllimin elmə
münasibəti, elmi dəyərləri
yüksək qiymətləndirmək bacarı-
ğı onun həyat amalına çevrilmiş-
dir, onda torpağa, elmə, insan-
lara qəribə bir can yanğısı var,
torpaqşünaslıq sahəsində rayon
və respublika mətbuatında dərc
olunmuş onlarca elmi məqalənin
müəllifi kimi hamını Vətən
torpağını sevməyə səsləyir.
Ömrünün 70 yaşını haqlayan
Mayıl müəllimin yeganə dərdi
işğal altında inləyən Qarabağdır,
bu dərd ixtiyar yaşında olan bu
ziyalının yuxusunu ərşə çəkib.
Torpaq dərdi, torpaq həsrəti üzür
onu.
Hələ Qusar Rayon İcra
Hakimiyyəti başçısının müavini
vəzifəsində işləyərkən onun
rəhbər işçi və ehtiyatda olan
zabit kimi bir qrup ziyalı və
konsert briqadaları ilə cəbhə
bölgələrinə etdiyi səfərləri və
əsgər və zabitlərlə keçirdiyi
görüşləri, bu görüşlərdə iblis
donuna girmiş erməni daşnakla-
rına, onların başabəla ideoloqla-
rına qarşı barışmaz mövqe tut-
mağa, işğalda olan rayonlarımızı
azad etməyə çağıran çıxışlarını
unutmaq olmur.
14 oktyabr 1998-ci il tarixli
“Bakinski raboçi” qəzetində res-
publikamızın bir qrup görkəmli
ziyalı və hərbi xadiminin imzası
ilə “Odun üstünə yağ tökənlərə
aman verməyin!” başlıqlı geniş
məktubu dərc olunmuşdu. Ru-
siya Federasiyasının Prezidenti
B.Yeltsinə və doqquz MDB
ölkəsi prezidentinə ünvanlanmış
həmin məktubu imzalayanların
arasında Azərbaycanda yaşayan
milli azlıqların nümayəndəsi,
Qusar Rayon İcra hakimiyyəti
başçısının müavini M.Bağırovun
da adı vardı. Müraciətdə
deyilirdi ki, Ermənistanla
Azərbaycan arasında əsassız
torpaq iddiasına söykənən qanlı
münaqişə Azərbaycana, burada
yaşayan bütün xalqlara hədsiz
məhrumiyyətlər gətirib, misilsiz
faciələr doğurub. Rusiyanın
silahını qeyri-qanuni yolla
Ermənistana ötürənlər o silahı
həm də bizə qarşı tuşlayırlar. An-
caq bu, o demək deyildir ki, biz
özümüzə görə narahat oluruq.
Bizi ABŞ, Rusiya, Turkiyə kimi
vasitəçilərin, BMT və ATƏT
kimi beynəlxalq təşkilatlarının
köməyi ilə əldə olunmuş
atəşkəsin pozula biləcəyi narahat
edir. Qafqaza silah göndərilməsi
səngiməkdə olan odun üstünə
yağ tökməkdir.Məktub bu
sözlərlə bitir: “İnanırıq ki, tək
bizim deyil, həm də haqqın,
ədalətin səsini eşidəcək və odun
üstünə yağ tökənlərə qarşı aman-
sız olacaqsınız”.
Bu mövqe Mayıl Bağırovun
Vətənin ehtiyatda olan müsəlləh
zabiti kimi torpaq uğrunda hər
an döyüşməyə hazır olduğunu
təsdiq edən xarakteridir.
Mayıl müəllim Vətəninə,
elinə, obasına bağlı vətənpərvər
ziyalı, eyni zamanda, son dərəcə
alicənab ailə başçısı, qayğıkeş
baba, müdrik ağsaqqal, xeyirxah
insan, nəcib bir vətəndaşdır.
Onun parlaq və mənalı həyatı
müstəqillik yolunda inamla
addımlayan respublikamı-
zın sabahkı qurucuları olan
gənclərimizə ən yaxşı örnəkdir.
Mayıl Bağırov bu çətin və ağır
vəzifəni çiyinlərində şərəflə
daşıyır və bundan zövq alır.
Mayıl Bağırovun çox
sevdiyi bir deyim var,- ömrün
də öz zirvələri olur. 70 yaş
da ömrün kamilik, müdriklik
zirvəsidir. Bu zirvədən hər yer
çox aydın görünür və bu zirvəni
hamı görür. Axı görünən dağa
nə bələdçi, amma güman edirik
ki, fəth olunmamış zirvələr hələ
qabaqdadır.
Mayıl Bağırovu daha
əzəmətli zirvələrdə görəcəyimizə
inanıram!
Ramiz QUSARÇAYLI
Bu torpağın aşiqi