XLVIII
Musiqi üzrə fənn proqramı
1.Ümumi hissə
a) Giriş
Musiqi şagirdin bədii-estetik tərbiyəsinin ən yaxşı vasitəsidir. Musiqi onun mənəvi aləmini
zənginləşdirir, yaxşılığa, gözəlliyə qarşı onun münasibətini formalaşdırır. Musiqi şagirdin təhsil
dəyərlərini aşkara çıxarır və eyni zamanda milli şüurun formalaşmasına kömək göstərir.
Musiqinin, emosional xüsusiyyəti ilə yanaşı təfəkkür funksiyası da vardır və onun tədrisi təkcə
assosiasiyalı deyil, həm də məntiqi, analitik təfəkkürün inkişafına da kömək göstərir. Bununla
yanaşı, musiqi şagirdi qrupda işləməyə, intizama, qayda-qanuna alışdırır. Bundan başqa musiqi
özünün yazısına malik ünsiyyət dili kimi şagirdə istənilən ictimaiyyətlə geniş əlaqə imkanlarını
yaradır.
b)Musiqinin tədrisinin məqsəd və vəzifələri
Musiqinin tədrisinin məqsədi :
şagirdi təhsilli, mədəni insan kimi formalaşdırmaq, ona musiqi aləmindən müvafiq bilik
verərək layiqli insan kimi yetişdirməkdir;
xalq və klassik musiqi nümunələri ilə tanışlıq əsasında şagirdin bədii-musiqi tərbiyəsidir;
onu yaradıcılıq işinə cəlb etməkdən və bunun üçün zəruri olan qabiliyyət-vərdişləri
inkişaf etdirməkdir.
Bu təhsil məqsədləri ilə əlaqədar gürcü rəqsinin tədrisi məktəbdə aşağıdakı məsələlərin həllini
nəzərdə tutur:
musiqini dinləmək vərdişinin formalaşdırılması;
musiqi əsərləri ilə əlaqədar öz şəxsi münasibətlərini və musiqi incəsənəti üzrə
mülahizələr yürütmək vərdişlərinin aşılanması;
təsviri-assosiasiyalı təfəkkürün inkişaf etdirilməsi;
musiqi duyumunun və yaddaşının, ritm hissinin inkişaf etdirilməsi;
universal kommunikasiya vasitəsi kimi musiqi yazısının öyrənilməsi.
Ümumtəhsil məktəbində musiqi fənni şagirdə ümumi və qeyri-peşəkar biliyin verilməsini
nəzərdə tutur. Hər bir uşağın fərqli musiqili göstəriciləri vardır. Bunun üçün də kursun müxtəlif
istiqamətləri şagirdin şəxsi maraqlarının inkişaf etdirilməsi və aşkara çıxarılması imkanını verir.
Musiqinin assosiasiyalı təbiəti fənnin başqa fənlərlə, məsələn, vizual incəsənət, teatr
incəsənəti, rəqs, poeziya, bədii ədəbiyyat, tarix, riyaziyyat, informatika, fizika və s. ilə
inteqrativlik imkanını yaradır ki, bu da tədris prosesini cəlbedici edir.
c)Pillələrin xarakteri ilə musiqinin öyrənilməsi
Musiqinin tədris planına əsasən, ümumtəhsil məktəbinin hər üç pilləsində musiqinin tədrisi
nəzərdə tutulur: ibtidai və baza pillələrində icbari, orta pillədə isə seçmə fənni şəklində.
İbtidai pillədə musiqi fənninin əhəmiyyəti xüsusilə böyükdür, belə ki, uşağın anadangəlmə
təbii bacarıqları, meylləri tamamilə özünü büruzə verməmişdir və onları üzə çıxarmaq, idarə
etmək lazımdır. Uşaq üçün yaxın olan müxtəlif həvəsləndirici fəallıqların vasitəsi ilə onu musiqi
ilə maraqlandırmaq mümkün olur. Bu pillədə musiqi fənni şagirdlərin yaradıcılıq
qabiliyyətlərinin hərəkətə gətirilməsini, onların birgə yaradıcılıq proseslərinə cəlb olunmalarını
və verilmiş pillədə nəzərdə tutulan biliyin ötürülməsini nəzərdə tutur.
Baza pilləsində musiqi dərslərində əldə edilmiş bilik və praktiki qabiliyyət-vərdişlər
yeniyetmədə özünü dərketmə və özünü təsdiqetmə prosesini asanlaşdırır. O, yeniyetmənin
inkişafında və maraqlarının düzgün idarə olunmasında ən yaxşı vasitədir və ətraf mühitlə
münasibətdə bu yaş dövrü üçün xarakterik olan tənqidi yanaşmanı əhəmiyyətli dərəcədə
yumşaldır. Onu da nəzərə almaq lazımdır ki, incəsənət əsərlərini dərk etmək qabiliyyəti fərqli
düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.
Orta pillədə şagirdə öz maraqlarına uyğun olaraq təklif olunan
kurslardan birini seçmək
imkanı verilir.
Musiqinin tədris kursunun yekun nəticələri
İbtidai və baza pillələrində
İbtidai pillədə
Baza pilləsində
Qazanılmlş bilik və qabiliyyət-vərdişlər əsasında
Pr
akt
iki
qab
ili
yy
ət
-
və
rdi
şl
ər
Altıilliyin sonunda şagird:
özünüifadə üçün musiqi dilinin elementlərindən,
bədən hərəkətindən istifadə edir;
həm özünün məqsədinə, eləcə də ümumi məqsədə
çatmaq üçün digərləri ilə əməkdaşlıq edir.
Doqquzilliyin sonunda şagird:
özünüifadə üçün musiqi və
dramatik incəsənətin təsviri
vasitələrindən yaradıcılıqla
istifadə edir;
müxtəlif fərdi və müxtəlif növ
qrup işlərində iştirak edir.
K
om
m
un
ikas
iya
və int
er
pr
et
as
iya
Musiqi əsərləri haqqında özünün fikirlərini söyləyir və
əsaslandırır;
anlayır ki, musiqi kommunikasiya və özünüifadə
vasitəsidir.
musiqili incəsənət nümunəsini
analiz edir və konkret təsviredici
vasitəni nə məqsədlə istifadə
etdiyini izah edir;
anlayır ki, incəsənət dünyagörüşü
və kommunikasiya vasitəsidir.
K
ont
eks
td
ə
m
us
iqi
ni
n d
ər
ki
Gürcü və dünya musiqi incəsənətinin məşhur
nümunələrini, incəsənətin müxtəlif sahələrini və
onların əlaqələrini müzakirə edir.
Müxtəlif dövrləri və üslubları
müqayisə edir və onlar arasında
oxşarlıq və fərqləri müzakirə
edir; müxtəlif musiqi üslubları,
ardıcıllığı, ifa tərzini bir-biri ilə
müqayisə edir; ictimai həyatda
musiqinin rolu haqqında
mühakimə edir, musiqi
incəsənətinin məşhur
nümayəndələrini tanıyır.