GİRİŞ
Dərslik komplektinin ümumi prinsipləri
Təqdim edilən dərslik komplektinə iki kitab daxildir: dərslik və müəllim üçün
metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6 böl mədə
keçirilməsi nəzərdə tutulur.
IX sinifdə Azərbaycan dilinin tədrisi üçün həftədə 2 saat olmaqla 34 həftə
(68 saat) nəzərdə tutulmuşdur.
Hər bölmə üçün ayrılmış saat sayına KSQ üçün nəzərdə tutulmuş 1 saat
(cəmi 6 saat) da daxildir. Mövcud qiymətləndirmə təlimatına görə, BSQ illik
planlaşdırmaya daxil edilməlidir. Ona görə də hər BSQ-yə ayrılmış 1 saat
(cəmi 2 saat) da planlaşdırma cədvəlinə daxildir. Təqdim olunan illik plan -
laşdırmaya əsasən, 1-ci yarımil üzrə BSQ ilk üç bölmədən sonra keçirilməlidir.
Ümumiləşdirici təkrar üçün ayrıca saatlar nəzərdə tutulmamış, bu mate -
rial ların tədrisi bölmənin sonuncu dərsinə daxil edilmişdir.
Dərslikdə və MMV-də verilmiş mətnlər (oxu və dinləmə mətnləri), həmçinin
danışma və yazı fəaliyyəti müvafiq bölmənin mövzusu ilə bağlıdır.
Dil qaydaları bölmələr üzrə aşağıdakı kimi paylanmışdır:
I bölmə – Mürəkkəb
cümlə və onun növləri
II bölmə – Tabesiz mürəkkəb cümlələr
III bölmə – Tabeli mürəkkəb cümlələr haqqında ümumi məlumat
IV bölmə – Sadə cümlənin mürəkkəb cümləyə çevrilməsi, tabeli mürəkkəb
cümlənin sadələşdirilməsi, mürəkkəb cümlənin növlərinin fərq -
ləndirilməsi
V bölmə – Tabeli mürəkkəb cümlədə bağlayıcı
vasitələr
VI bölmə – Vasitəsiz və vasitəli nitq
Dərslik müəlliflərinin əsas vəzifəsi təlim nəticələri müəyyənləşdirməklə
məzmun standartlarını açıqlamaq, dərsi daha səmərəli qurmaq üçün müəlli mə
Bölmə
Mövzu
Saat
sayı
Həftə
sayı
I
FƏRD VƏ CƏMİYYƏT
12
6
II
SÖZLƏRİN TARİXİ
10
5
III
TARİXİ ŞƏXSİYYƏTLƏR
12
6
IV
ƏXLAQİ DƏYƏRLƏR
10
5
V
KAMİLLİYƏ DOĞRU
12
6
VI
AZADLIQ MÜCAHİDLƏRİ
12
6
Cəmi
68
34
Ümumi illik planlaşdırma
4
GİRİŞ
əlavə materiallar təqdim etmək, dərslikdə verilmiş materialları dərindən mə -
nim sətmək üçün ən uyğun hesab olunan üsul və texnikalar tövsiyə et mək dir.
Müəllimlər,
ilk növbədə, müasir nəticəyönümlü təhsilin tələblərini nəzə rə
almalıdırlar. Bu tələblərə görə, müəllimin əsas məqsədi tədris ilinin sonuna
qə dər kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdır maq dır.
Buna görə də onlar təqdim olunan dərslik komplektindəki materialları ehkam
kimi deyil, qoyulan məqsədə çatmaq üçün bir vasitə kimi nəzərdən keçirmə -
lidirlər.
Dərslik müəllifləri çalışmışlar ki, hər bir dərsin mövzusu üzrə müxtəlif məz -
mun stan dart larını reallaşdırmaq üçün materiallar təqdim etsinlər. 9-cu sinif
üçün Azərbaycan dili üzrə nəzərdə tutulmuş dərs saatlarının sayı 8-ci siniflə
müqayisədə xeyli azdır.
Bununla belə, şagirdin qavrama sürətinin artdığını
nəzərə almaq lazımdır. Sinfin səviyyəsindən və dərsin gedişindən asılı olaraq
nəzərdə tutulmuş dərs vaxtı dərslik komplektində təqdim olunan fəaliyyətlərin
hamısı üçün kifayət etməyə bilər. Belə olduqda müəllim başqa dərslərdə
təkrar olunan standartları ixtisar edə, diqqətini formalaşmağa daha çox
ehtiyac olan bacarıqlar üzərində mərkəzləşdirə bilər. Sözsüz ki, bu, dil qayda -
la rına aid deyil, çünki burada verilən bilik və bacarıqlar
kurs boyu elmi
ardıcıllıq üzərində qurulur.
Dərslərin strukturu
“Dərs” dedikdə bir dərs saatı deyil, müəyyən mövzunu əhatə edən tədris
mərhələlərinin məcmusu nəzərdə tutulur. Bu baxımdan bir dərsə iki və daha
artıq saat ayrıla bilər. Hər bir dərsin mərhələlərinin saatlar üzrə bölgüsü
müəllimin öhdəsinə buraxılır. Müəlliflər yalnız mövzulara ayrılmış saat sayı
ilə bağlı öz təkliflərini vermişlər, lakin müəllimlər burada da sərbəstdirlər. Öz
təqvim planlarını hazırlayarkən onlar sinfin səviyyəsindən asılı olaraq bu
bölgüdə
müəyyən dəyişikliklər edə, müəyyən dərsdə bir, digərində başqa
məz mun standartını ön plana çəkə bilərlər.
Hər bir dərsin əvvəlində verilmiş motivasiya materialı nümunə xarakteri
daşıyır. Müəllim yerli şəraitə, sinfin səviyyəsinə uyğun olaraq başqa moti-
vasiya qura bilər. Əsas məsələ bu mərhələni mahiyyətinə və təyinatına görə
düzgün təşkil etməkdir. Motivasiya şagirdlərə mövzu üzrə əvvəlki bilikləri
xatırlatmaqla onlarda möv zu ya maraq oyatmaq (onu
mənimsəməyə stimul -
laşdırmaq) məqsədi daşıyır.
Dərs, adətən, məzmun standartlarına (dinlə mə, danışma, söz ehti yatı, oxu,
yazı, dil qaydaları) görə mərhələlərə bölünür. Bu bölgüdə əsas prinsip əvvəlcə
oxu və dinləmə vasitəsilə məlumat almaq, sonra isə danışma və yazı
vasitəsilə özünü ifadə etmək bacarıqlarını inkişaf etdir məkdir. Beləliklə, oxu
və dinləmə materialları şagirdlərə mövzu üzrə müəyyən məlumatlar təq dim
edir, ona görə də dərsin ilkin mərhələlərini təşkil edir. Bu məlumatları
mənimsəyən və öz təfəkkür süzgəclərindən keçirən şagirdlər mövzu üzrə öz
5
GİRİŞ