Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

16

beynəlxalq  bazarlarda  getdikcə  daha  çox  rəqabətə  açıq  olduğu  üçün  korlanır,  çünki 



qüdrətli dollar və avro axtarışında bir çox ənənəvi formalar unudulur.  

 

ncəsənətin çox hissəsi bazar üçün istehsal olunub və olunmaqdadır. Həqiqətən, incəsənət 



tarixi  əsasən  yeni  texnologiyalar,  yeni  fəlsəfələr,  yeni  zövqlər  və  mənəviyyatın  yeni 

formalarına bazar vasitəsilə cavab reaksiyasının innovasiya tarixidir. Bir çox əsrlər boyu 

incəsənət,  mədəniyyət  və  bazar  bir-birilə  sıx  əlaqədə  olmuşdur.  Tərəvəz  satanlar 

satdıqları pomidor üçün və dərzilər dəyişdirdikləri kostyum düymələrinə görə haqq tələb 

etdikləri kimi, musiqiçilər də konsertlərinə gələn adamlardan haqq tələb edirlər. Əslində, 

musiqi,  filmlər və incəsənətin digər formaları üçün valların, kasetlərin, CD-lərin, DVD-

lərin  və  hal-hazırda  iTune  və  MP3  fayllarının  yaradılması  vasitəsilə  əmələ  gələn  geniş 

bazarlar  daha  çox  insanın  müxtəlif  incəsənət  növlərindən  bəhrələnməsinə,  incəsənət 

işçilərinin  daha  çox  yeni  əsərlər  yaratmasına,  incəsənətin  daha  çox  hibrid  formalarının 

yaradılmasına və daha çox gəlir qazanılmasına imkan açır. Təəccüblü deyil ki, hər hansı 

bir  il  ərzində  yaradılmış  əsərlərin  çoxu  zamanın  sınağına  tab  gətirmir;  bu  da  müasir 

incəsənəti  keçmişin  böyük  əsərləri  ilə  müqayisədə  “tullantı”  adlandıranlar  üçün  yanlış  

perspektiv  yaradır;  belə  ki,  onların  müqayisə  etdikləri  keçmişdə  istehsal  edilmiş  kütləvi 

işlər arasında ən yaxşılarıdır. Hərçənd, onlar zamanın sınağından çıxmayan və unudulmuş 

bütün  əsərləri  bura  daxil  etsəydilər,  müqayisə  tamam  fərqli  görünərdi.  Ən  yaxşının  sağ 

qalmasının əsas səbəbi, şübhəsiz ki, bazarların incəsənət üçün rəqabətli proses olmasıdır. 

  

Bütövlükdə  müasir  incəsənət  yaradıcılığını  keçmişin  ən  yaxşı  əsərləri  ilə  müqayisə 



etməsi,  insanların  incəsənət  nöqteyi-nəzərindən  bazarları  dəyərləndirərkən  buraxdıqları 

yeganə  səhv  deyildir.  Digər  tipik  bir  səhv  də  yoxsul  cəmiyyətlərə  səfər  edən  varlı 

cəmiyyət  müşahidəçilərinin  yoxsul  cəmiyyətdəki  səfalətlə  öz  mədəniyyətlərini  qarışıq 

salmasıdır.  Varlı  səyahətçilər  yoxsul,  lakin  inkişaf  etməkdə  olan  ölkələrdəki  insanların 

mobil telefonlardan, laptop kompyuterlərdən istifadə etməsini görəndə, onlar səfərlərinin 

ə

vvəlki  ilə  müqayisədə  “inanılmaz”  olmasından  şikayət  edirlər.  Liberallaşma  və  ya 



qloballaşmanın  imkanları  hesabına  bazar  əlaqələrinin  genişlənməsi  vasitəsilə  insanlar 

varlandıqca,  məsələn,  mobil  telefonların  tətbiqi  artıqca,  zəngin  ölkələrdə  olan 

antiqloballaşma  tərəfdarları  yoxsulların  onların  mədəniyyətlərini  “oğurladıqlarından” 

ş

ikayətlənirlər.  Axı  niyə  mədəniyyətlə  yoxsulluq  eyniləşdirilir?  Yaponlar  kasıblıqdan 



zənginliyədək irəli getdilər və hazırda onların əvvəlki yaponlardan nə iləsə fərqləndiyini 

iddia  etmək  çətindir.  Əslində,  onların  zəngin  sərvəti  yapon  mədəniyyəti  haqqında 

məlumatın  bütün  dünyaya  yayılmasına  kömək  etdi.  Hindistanda  gəlirlər  artdıqca,  moda 

sənayesi buna sari kimi milli geyim formalarına müraciət etməklə cavab verir və gözəllik 

və  formanın  yeni  estetik    kriteriyalarını  tətbiq  etməklə  onları  müasirləşdirir.  Kiçik  bir 

ölkə  olan  slandiya    öz  ədəbi  mədəniyyətini,  öz  teatrını,  kino  sənayesini  qoruyub 

saxlamağa  müvəffəq  olmuşdur,  çünki  əhalinin  hər  nəfərinə  düşən  gəlirlərin  yüksək 

olması onlara öz sərvətlərini mədəniyyətlərinin inkişafına sərf etmək imkanı verir.  

 

Nəhayət,  baxmayaraq  ki,  dini  inanc  “satış”  üçün  deyil,  azad  cəmiyyətlər  dini  də  azad 



bazarın  əsasında  duran  bərabər  hüquqlar  və  seçim  azadlığı  prinsiplərinə  görə  sərbəst 

buraxırlar.  Kilsə,  məscid,  sinaqoq  və  məbədlər  daha  çox  tərəfdar  cəlb  etmək  və  dəstək 

qazanmaq uğrunda bir-birilə rəqabət aparırlar. Təəccüblü deyil ki, kilsələrə rəsmi dövlət 

dəstəyi verən Avropa ölkələrində kilsəyə gələnlərin sayı az, dinə dövlət dəstəyi olmayan 




 

17

ölkələrdə isə kilsəyə gələnlərin sayının çox olması müşahidə olunur. Bunun səbəbini başa 



düşmək  çətin  deyil:  tərəfdar  və  dəstək  uğrunda  rəqabət  aparan  kilsələr  öz  üzvlərini 

sakramental(dini  ayinlərin  icrası),  mənəvi  və  kommunal  xidmətlərlə  təmin  etməlidir  və 

üzvlərin ehtiyaclarına belə böyük diqqət daha çox dindarlıq və iştirakçılıq tələb edir. Bu 

səbəbdən,  sveçin  rəsmi  yaradılmış  dövlət  kilsəsi  2000-ci  ildə  kilsənin  dövlətdən 

ayrılması  üçün  lobbiçilik  edirdi.  Belə  ki,  dövlət  bürokratiyasının  bir  hissəsinə  çevrilmiş 

kilsə öz üzvləri və potensial tərəfdarları ilə əlaqələrini itirirdi və bir sözlə “ölməkdə” idi. 

  

Bazar,  incəsənət  və  mədəniyyət  arasında  heç  bir  ziddiyyət  yoxdur.  Bazar  mübadiləsi 



incəsənət  təcrübəsi,  yaxud  mədəni  zənginliklə  eyni  deyildir,  lakin  hər  ikisini  inkişaf 

etdirməyə yardım göstərən mexanizmdir.  

 

16. Bazar yalnız zəngin və istedadlılara mənfəət gətirir 



 

Varlı  daha  varlı,  kasıb  isə  daha  yoxsul  olur.  Çox  pul  qazanmaq  istəyirsənsə,  çoxdan 

başlamalısan.  Mənfəət  üçün  bazar  yarışında  öncədən  start  götürənlər  finişə  birinci 

çatırlar.  

 

Bazar  prosesləri  qalib  və  məğlubların  olduğu  yarış  deyildir.  ki  tərəf  könüllü  surətdə 

mübadiləyə  razılaşanda  kimin  udub,  kimin  uduzacağını  deyil,  hər  ikisinin  mənfəət  əldə 

edəcəyini düşünürlər. Yarışdan fərqli olaraq mübadilədə bir tərəfin udması heç də digər 

tərəfin  uduzacağı  demək  deyildir.  Hər  iki  tərəf  qazanır.  Məsələ  digər  tərəfi  “vurmaq” 

deyil, könüllü mübadilə yolu ilə hər iki tərəfin qazanmasıdır; digər şəxsi  mübadiləyə cəlb 

etmək üçün ona da mənfəət təklif etməlisən. 

 

Varlı mühitdə doğulmaq yaxşı şeydir; bunu varlı ölkələrin vətəndaşları yoxsul ölkələrdən 



köçüb  varlı  ölkəyə  gəlmək  istəyən  əcnəbilər  qədər  qiymətləndirə  bilmirlər.  Sonuncular 

varlı  ölkədə  yaşamağın  faydasını  orada  doğulanlardan  daha  yaxşı  bilirlər.  Lakin  giriş 

azadlığının  və  bütün  alıcı  və  satıcılar  üçün  bərabər  imkanların  mövcud  olduğu  azad 

bazarlarda  dünən  bazar  tələbatını  qarşılamağı  yaxşı  bacaranlar  sabah  bazar  tələbatını 

qarşılamağı  yaxşı  bacaranlara  oxşamaya  bilərlər.  Sosioloqlar  hərbi  qüvvəyə,  kasta 

üzvlüyünə,  yaxud  da  tayfa  və  ya  ailə  əlaqələrinə  arxalanan  statik  elitaya  deyil,  azad 

cəmiyyətləri  xarakterizə  edən  “elitaların  dövriyyəsi”nə  istinad  edirlər.  Azad  cəmiyyətin 

elitaları – incəsənət,  mədəniyyət,  elmi  və  iqtisadi  elitalar da daxil olmaqla – bütün yeni 

üzvlərə  açıqdır,  burada  üzvlük  çox  nadir  hallarda  üzvlərin  uşaqlarına  keçir  və  onlardan 

çoxu yuxarı sinifdən orta siniflərə çevrilirlər. 

  

Varlı  cəmiyyətlərdə  güclülərin  himayəsi,  proteksionizm,  merkantilist  monopoliyalar  və 



nəzarət  yolu  ilə  bazarların  kəskin  surətdə  məhdudlaşdırıldığı,  bazarlarda  inkişaf 

imkanlarının çətinləşdirildiyi ölkələri qoyub gələn müvəffəqiyyət əldə etmiş çoxlu sayda 

insanlar  var.  Onlar  həmin  cəmiyyətləri  az,  yaxud  heç  bir  vəsait  olmadan  tərk  etmiş  və 

daha  açıq  və  bazar  yönümlü  cəmiyyətlər  olan  ABŞ,  Birləşmiş  Krallıq  və  Kanada  kimi 

ölkələrdə  uğur  qazanmışlar.  Onların  tərk  etdikləri  cəmiyyətlərlə  yeni  qoşulduqları 

cəmiyyətlərin  arasındakı  fərq  nədən  ibarətdir:  bazarda  rəqabət  aparmaq  azadlığı.  Çox 

təəssüf olsun ki, yoxsul ölkələrdəki merkantilizm və məhdudiyyət onları xaricə “qovur” 



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə