Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

14

rəsmən  eqalitar(bərabərhüquqluluq)  hesab  olunan  Sovet  ttifaqında  olduğu  kimi,  qeyri-



bərabər siyasi və hüquqi gücə malik olan dairələrə həvalə olunduğundan, onlar bu gücdən 

qeyri-bərabər  nəticələr  və  resurslara  çıxış  əldə  etmək  üçün  istifadə  etməyə  can  atırlar. 

Həm məntiq, həm də təcrübə göstərir ki, bərabər, yaxud “ədalətli” gəlirlər və ya bazarın 

spontan  nizamlarının  doğurduğundan  başqa  hər  hansı  digər  formalar  əldə  etmək  üçün 

edilən  şüurlu  cəhdlər  ümumiyyətlə  mənasızdır.  Sadə  bir  təcrübə  göstərir  ki,  mülkiyyəti 

bölüşdürmə  səlahiyyətinə  malik  qüvvələr  onu  öz  faydaları  üçün  işlədirlər.  Bununla  da, 

siyasi gücün qeyri-bərabərliyini digər formalı (istər şöhrət, sərvət, istərsə də digər şeylər) 

qeyri-bərabərliyə çevirirlər.  Bu, rəsmən özünü kommunist elan etmiş dövlətlərin yolu idi 

və  bu  yol  hal-hazırda  Venesuela  kimi  digər  dövlətlər  tərəfindən  seçilmişdir  ki,  bu 

dövlətlərdə  hakimiyyət  bir  adamın,  Hüqo  Çavesin  əlində  cəmləşmişdir.  Beləliklə,  o,  bu 

qəti  qeyri-bərabər  qüvvəni  vətəndaşlar  arasında  sərvət  bərabərliyi  yaratmaq  üçün  tələb 

edir.  


 

2006-cı ilin Economic Freedom of the World Report jurnalının məlumatlarına görə azad 

bazarlara arxalanma gəlirlərdə qeyri-bərabərlik ilə zəif qarşılıqlı əlaqədədir (dünyanın ən 

az  azad  iqtisadiyyatından  tutmuş,  ən  azad  iqtisadiyyatına  malik  ölkələrdə  ən  yoxsul  on 

faizin aldığı gəlir faizi orta hesabla 2.2%-dən, orta 2.5%-dək olmuşdur). Lakin bu, güclü 

surətdə  ən  yoxsul  10  faizin  gəlir  səviyyələri  ilə  qarşılıqlı  əlaqədədir  (dünya  üzrə  ən  az 

azad iqtisadiyyatdan, ən azad iqtisadiyyata malik olan ölkələrdə ən yoxsul 10 faizin aldığı 

gəlirin orta səviyyəsi uyğun olaraq $826, $1 186, $2 322 və $6 519-dur). Bazarlara böyük 

inamla  arxalanma,  göründüyü  kimi,  gəlir  bölgülərinə  az  təsir  edir,  lakin  bu,  yoxsulların 

gəlirlərini əhəmiyyətli dərəcədə artırır və çox ehtimal ki, yoxsulların çoxu bunu yaxşı hal 

kimi qiymətləndirir.  

 

13. Bazarlar səhiyyə, yaşayış, təhsil və ərzaq kimi insan ehtiyaclarını təmin edə bilmir 



 

Məhsullar  öz  təbiətinə  uyğun  olan  prinsiplər  əsasında  bölüşdürülməlidir.  Bazarlar 

malları  ödəmə  qabiliyyətinə  görə  bölüşdürür,  lakin  səhiyyə,  yaşayış,  təhsil,  ərzaq  və 

digər  insan  ehtiyacları  əsas  insan  ehtiyacları  olduğundan,  ödəmə  qabiliyyətinə  görə 

deyil, ehtiyac olduğu üçün bölüşdürülməlidir.  

 

Ə



gər  bazarlar  digər  prinsiplərə  nisbətən  insan  tələbatlarını  ödəməkdə  yaxşı  fəaliyyət 

göstərirsə,  yəni  insanlar  bazar  iqtisadiyyatında  sosializmdə  olduğundan  daha  yüksək 

həyat  standartlarına  malikdirlərsə,  bu  o  deməkdir  ki,  bazarın  yerləşdirmə  mexanizmi 

insan ehtiyaclarının ödənməsi sahəsində yaxşı fəaliyyət göstərir. Yuxarıda qeyd olunduğu 

kimi, yoxsulların gəliri azad bazarlar inkişaf etdikcə, sürətlə artır, bu da onu göstərir ki, 

yoxsullar öz ehtiyaclarını ödəmək üçün daha çox resurslara malik olurlar. (Təbii ki, bütün 

ehtiyaclar  gəlirlə  birbaşa  bağlı  deyil;  həqiqi  dostluq  və  məhəbbət,  əlbəttə  ki,  bura  aid 

olunmur.  Lakin  onların  məcburi  mexanizmlər  vasitəsilə  “bərabər”  bölüşdürüldüyünü  və 

ya  belə  mexanizmlər  vasitəsilə  bölüşdürülə  bilməsini  düşünmək  üçün  heç  bir  əsas 

yoxdur.)  

 

Bundan  başqa,  “ehtiyac”  anlayışının  vurğulanması  bir  qədər  geniş  xarakterli  iddia 



olduğundan,  həmçinin “qabiliyyət” sözü də belədir, ödəməyə hazırlığı hesablamaq daha 

asandır.  nsanlar məhsul və xidmətlər üçün pullarını təklif edəndə, onlar həmin şeyləri o 




 

15

biri  məhsul  və  xidmətlərə  nisbətən  necə  dəyərləndirdikləri  haqqında  məlumat  vermiş 



olurlar.  Təhsil  və  səhiyyədən  daha  əhəmiyyətli  ehtiyac  sayılan  ərzaq  bazarlar  vasitəsilə 

çox  effektiv  surətdə  təchiz  edilir.  Əslində,  özəl  mülkiyyətin  məhv  edildiyi  və  bazar 

bölgüsünün dövlət bölgüsü ilə əvəz olunduğu ölkələrdə nəticə aclıq və hətta kannibalizm 

olmuşdur.  Bazarlar  ən  əsas  ehtiyaclar  da  daxil  olmaqla,  insan  tələbatlarını  digər 

mexanizmlərdən daha effektiv surətdə ödəməyə qadirdir. 

  

Tələbatların  ödənməsi  məhdud  resursların  işlənməsini  tələb  edir,  yəni  onların 



yerləşdirilməsi  üçün  seçimlər  aparılmalıdır.  Bazarların  fəaliyyətinə  imkan  verilməyən 

yerlərdə  məhdud  resursları  bölüşdürmək  üçün    bürokratik  yerləşdirmə,  siyasi  gərginlik, 

hakim partiyaya üzvlük, əsas güc mərkəzlərinə yaxınlıq, rüşvət və korrupsiya kimi digər 

sistem  və  kriteriyalardan  istifadə  olunur.  Bu  kriteriyaların  bazar  kriteriyalarından  yaxşı 

olduğunu və  bərabərlik yaratdığını düşünmək  çətindir,  belə  ki,  təcrübə tam  əksini  sübut 

etmişdir.  

 

14. Bazarlar təbii seçim prinsipi üzərində bərqərar olur 



 

Cəngəllik qanunu “diş və caynağın qırmızı” olmasını ifadə etdiyi kimi, bazar qanunu da 

təbii seçim ifadə edir. Bazar standartlarına uyğun olmayanlar yolun kənarında yıxılır və 

təpiklər altında tapdanır.  

 

Yaşayış sistemləri və insanların sosial qarşılıqlı əlaqələri haqqında tədqiqatlarda, təkamül 



prinsipləri  tərəfdarları  öz  çağırışlarında  hər  bir  hal  üçün  nəyin  sağ  qaldığını 

göstərmədikdə,  onların  “təbii  seçim”  kimi  çağırışları  dolaşıqlıq  yaradır..  Biologiya 

nöqteyi-nəzərindən,  bu,  fərdi  heyvan  və  onun  özünü  yenidən  yaratmaq  qabiliyyətidir. 

Bərk qaçmağı bacarmayan dovşanı şir yeyir və dovşan artıq bala verə bilmir. Bərk qaça 

bilən dovşanlar isə yenidən doğub törəyəcəklər.  ctimai təkamülə gəldikdə isə, sağ qalma 

predmeti tamam fərqlidir; bu, fərdi insan deyil, ictimai əlaqənin formasıdır, yəni təkamül 

mübarizəsində  “seçilmiş”  adət,  təsisat,  yaxud  firmadır.  Hər  hansı  kommersiya  firması 

biznes  fəaliyyətindən  qalarsa,  o  “ölür”,  yəni  ictimai  əməkdaşlığın  bir  forması  “ölür”. 

Lakin  bu  hələ  o  demək  deyil  ki,  bu  firmanı  yaradan  insanlar  da    -  investor,  sahibkar, 

menecer,  işçilər  və  digərləri  də  “ölür”lər.  Əməkdaşlığın  ən  qeyri-effektiv  forması 

nisbətən  effektiv  forma  ilə  əvəz  olunur.  Bazar  rəqabəti  cəngəllik  rəqabətindən  kəskin 

fərqlənir. Cəngəllikdə heyvanlar bir-birini yemək və ya əvəz etmək üçün rəqabət aparır. 

Bazarlarda  isə  sahibkarlar  və  firmalar  istehlakçılar  və  digər  sahibkarlar  və  firmalar  ilə 

ə

məkdaşlıq  hüququ  qazanmaq  üstündə  bir-birilə  rəqabət  aparırlar.  Bazar  rəqabəti 



yaşamaq  imkanı  əldə  etmək  üçün  deyil,  əməkdaşlıq  imkanları  uğrunda  aparılan 

rəqabətdir.  

 

15. Bazarlar incəsənət və mədəniyyəti korlayır 



 

ncəsənət və mədəniyyət insan qəlbinin yüksək elementlərinə cavab hissidir və buna görə 

pomidor,  yaxud  köynək  düyməsi  kimi  alınıb-  satıla  bilməz.  ncəsənəti  bazarın  öhdəsinə 

buraxmaq  dini  bazarın  öhdəsinə  buraxmaq  kimidir,  yəni  dində  olduğu  kimi  incəsənətə 

xas  olan  ehtirama  xəyanət  etməyə  bərabərdir.  Bundan  əlavə,  incəsənət  və  mədəniyyə


Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə