Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

8

Müəyyən  məhsulların  ancaq  dövlət  tərəfindən  istehsal  oluna  bilməsi  haqqında  ümumi 



arqument  ondan  ibarətdir  ki,  qiymət  mexanizmi  vasitəsilə  tənzimlənməmiş  kənar 

faktorlar  mövcuddur.  Beləliklə,  geniş  yayılmış  təhsil,  təhsilli  insanların  mənfəətindən 

kənar  ictimai  mənfəət  yaradır  ki,  bu  da  guya  ümumi  vergi  xərcləri  vasitəsilə  dövlət 

tərəfindən  edilən  təchizat  və  mailiyyəşdirməyə  bəraət  qazandırmış  olur.  Lakin 

başqalarının  mənfəətinin  az  və  ya  çox  olmasından  asılı  olmayaraq,  təhsilli  adamların 

mənfəəti  özləri  üçün  o  qədər  böyük  olur  ki,  bu  onları  təhsilə  investisiya  qoymağa  sövq 

edir.  ctimai mənfəət heç də həmişə müftəxorlara maneə yaratmır. Faktiki olaraq, bu gün 

sərvətlə  bağlı  aparılan  tədqiqat  göstərir  ki,  dövlət  təhsili  monopoliyaya  alanda,  adətən 

kasıbların  ən  kasıbı  üçün  bu  məhsulu  istehsal  edə  bilmir,  buna  baxmayaraq,  yoxsullar 

təhsilin  mənfəətini  dərk  edir  və  öz  cüzi  gəlirlərinin  əhəmiyyətli  hissəsini  uşaqlarının 

təhsilinə  yönəldirlər.  Uşaqlarının  təhsilinin  hansı  kənar  təsirlər  yaradacağından  asılı 

olmayaraq,  onlar uşaqlarının təhsilini təmin etmək üçün pul ödəməyi dayandırmırlar. 

 

Nəhayət,  xatırlamalıyıq  ki,  bazar  tərəfindən  ictimai  məhsulun  effektiv  istehsal 



edilməsinin mümkünsüzlüyünü iddia edən hər bir arqument eyni dərəcədə həmin malların 

dövlət tərəfindən istehsal edilməsi ehtimalına əsaslanır. Ədalətli və qanunla idarə olunan 

dövlətin mövcudluğu və fəaliyyəti özü-özlüyündə ictimai məhsuldur, yəni onun yaratdığı 

mənfəətin  istehlakı  rəqabətsizdir  (ən  azı  mülki  vətəndaşlar  arasında)  və  bu  mənfəətin 

qorunmasında  iştirak  etməyənləri  (məsələn,  məlumatlı  seçicilər)  onun  istifadəsindən 

uzaqlaşdırmaq çoxlu pul tələb edərdi. Siyasətçi və seçicilərin ədalətli və effektiv hökumət 

yaratmaq  marağı,  şübhəsiz  ki,  sahibkar  və  istehlakçıların  bazarda  əməkdaşlıq  yolu  ilə 

ictimai  məhsulları  əldə  etmək  stimulu  ilə  müqayisədə  çox  təsirli  deyildir.  Bu  heç  də  o 

demək deyil ki, dövlətin ictimai məhsulların istehsalında heç bir rolu olmamalı,  ancaq o, 

məhsul və xidmətlərin təmin edilməsi üçün vətəndaşları ona əlavə öhdəliklər verməkdən 

çəkindirməyə  çalışmalıdır.  Əslində,  dövlət  məsuliyyətlə  nə  qədər  çox  yüklənərsə,  onun 

xüsusi  üstünlüyə  malik  olacağı  ictimai  məhsul  (məsələn,  vətəndaşların  hüquqlarını 

təcavüzdən qorumaq) istehsal etmək qabiliyyəti bir o qədər az olar.  

 

7. 



Mənfi və ya müsbət xarici faktorlar olanda, bazarlar işləmir (yaxud səmərəsizdir) 

 

Bazarlar  o  zaman  işləyir  ki,  fəaliyyətin  bütün    təsirləri  qərar  qəbul  edənlərin  üzərinə 



şsün.  nsanlar mənfəəti onun istehsalında iştirak etmədəəldə edirlərsə, onda bazarlar 

lazımi  həcmdə  məhsul  istehsal  edə  bilməyəcəklər.  Əgər  insanlar  “mənfi  mənfəət”  əldə 

edirlərsə,  yəni  əgər  ziyana  düşürlərsə  və  bu  xərclər  məhsulların  istehsalı  qərarında 

nəzərə  alınmayıbsa,  onda  bazarlar  digərlərinin  hesabına  bir  qədər  qazanacaq,  çünki 

fəaliyyətdən yaranan mənfəət bir qrupa gedir, xərcləri isə digər tərəf çəkir. 

 

Xarici  təsirlərin  mövcudluğu  dövlətin  müəyyən  fəaliyyət  üzərində  səlahiyyətləri  öz 



üzərinə  götürməsi,  ya  da  özəl  seçimləri  əvəz  etməsi  üçün  arqument  ola  bilməz.  Dəbdə 

olan geyimlər və özünə yaxşı qulluq çoxlu müsbət xarici təsirlər yaradır, çünki başqaları 

yaxşı geyinmiş, özünə qulluq edən insanlara həsədlə baxır. Lakin bu, paltar təchizatını və 

özünə  yaxşı  qulluğu  dövlətin  öhdəsinə  qoymaq  üçün  səbəb  ola  bilməz.  Bağların 

salınması,  arxitektura  və  digər  bir  çox  fəaliyyətlər  başqalarında  müsbət  xarici  təsirlər 

yaradır  və  insanlar  da  məhz  bu  üsulla  öz  bağlarını  və  binalarını  gözəlləşdirməyə  can 

atırlar.  Bütün  belə  hallarda,  yalnız  istehsalçıların  əldə  etdiyi  mənfəət  –müsbət  təsirlərə 



 

9

qərq  olanların  məmnunluğu  da  daxil  olmaqla  –  onları  belə  mallar  istehsal  etməyə 



ruhlandırmaq  üçün  kifayətdir.  Digər  hallarda,  məsələn  televiziya  və  radio  yayımı 

xidmətlərinin göstərilməsi, ictimai fayda digər məhsulların təchizatı, məsələn, şirkətlərin 

reklamı  ilə  bağlıdır.  ctimai  məhsulların  istehsal  mexanizmlərinin  müxtəlifliyi  onu 

istehsal edən sahibkarların ustalığı qədər rəngarəngdir. 

 

Bir  çox  hallarda,  məhz  mənfi  “xarici  təsirlərin”  mövcudluğu  insanlarda  bazar 



mexanizmlərinin  effektivliyini  və  ədalətliliyini  şübhə  altına  almaq  üçün  əsas  yaradır. 

Ə

traf mühitin çirklənməsi tez-tez qeyd edilən nümunədir. Əgər istehsalçı, istehsal etdiyi 



malın istehsal haqqını istehsal prosesində onunla tərəf olmağa razılıq verməmiş insanların 

boynuna  qoymaqla,  məsələn  havaya  çoxlu  miqdarda  tüstü  buraxmaqla,  yaxud  çaylara 

xeyli  kimyəvi  maddələr  axıtmaqla,  həmin  malı  mənfəətlə  istehsal  edirsə,  o  bunu  çox 

güman ki,  davam etdirəcəkdir.  stehsalçı öz məhsullarının satışından mənfəət qazandığı 

bir  vaxtda,  çirkli  hava  ilə  nəfəs  alanlar,  çirkli  su  içənlər  məhsul  istehsalı  xərclərinin 

daşıyıcılarına  çevrilirlər.  Belə  hallarda  problem  bazarın  öz  işinin  öhdəsindən 

gəlməməsində  deyil,  sadəcə,  onun  mövcud  olmamasındadır.  Bazarlar  mülkiyyətə 

ə

saslanır  və  mülkiyyət  hüquqları  müəyyənləşdirilmədikdə,  yaxud  qorunmadıqda,  onlar 



fəaliyyət  göstərə  bilməz.  Ətraf  mühitin  çirklənməsi  halları  da  buna  aiddir.  Belə  halda 

təqsirkar bazar deyil, məhz dövlətdir, çünki o, çirkli hava ilə nəfəs alan, zəhərli suyu içən 

vətəndaşların  mülkiyyət  hüquqlarını  müəyyənləşdirib  müdafiə  etməkdə  aciz  olur.  

Taleyin  ümidinə  buraxılan  insanlar  öz  hüquqlarını  müdafiə  etmək  hüququna  malik 

olduqda,  onlar  öz  hüquqlarını  qoruya  və  ətraf  mühiti  çirkləndirənlərin  qarşısını  ala 

bilərlər.  stehsalçı  çirklənməni  aradan  qaldırmaq  (yaxud  dözümlü  həddə  və  ya  zərərsiz 

səviyyəyədək  azaltmaq)  üçün  öz  hesabına  avadanlıq,  yaxud  texnologiyalar  quraşdıra 

bilər,  ya  da  çirklənmədən  zərər  çəkən  adamlara  onların  resurslarından  istifadə  etməsi 

müqabilində  ödəniş  təklif  edə  (ola  bilər,  onlara  yaşamaq  üçün  daha  yaxşı  yer  təklif 

olunsun)  bilər.  Əks  təqdirdə  o,  istehsalı  saxlamalıdır,  çünki  o,  onun  təkliflərini  qəbul 

etməyənlərin hüquqlarını pozur və bu da ümumi xərclərin mənfəəti üstələdiyini göstərir. 

Məhz  mülkiyyət  hüquqları  belə  hesablamanı  mümkün  etməyə  və  insanlara  öz 

hərəkətlərinin  başqaları  üzərindəki  təsirini  hesablamağa  imkan  verir.  Məhz  bazarlar 

hüquqların  azad  mübadiləsi  və  müxtəlif  tərəflərin  öz  hərəkətlərinin  xərclərini 

hesablaması üçün imkan yaradır. 

 

Hava  və  suyun  çirkləndirilməsi  kimi  mənfi  xarici  təsirlərin  yaranması  bazarın  deyil, 



bazarın  əsaslandığı  mülkiyyət  hüquqlarını  müəyyənləşdirə  və  müdafiə  edə  bilməyən 

hökumətin günahıdır.  

 

8.  ctimai sistem mürəkkəb olduqca, o, bazara daha az arxalana bilir və daha çox dövlət 



idarəsinə ehtiyac duyur 

 

Cəmiyyətin  daha  az  mürəkkəb  dövründə  bazarlara  arxalanma  əla  effekt  verirdi,  lakin  



iqtisadi  və  sosial  əlaqələrin  geniş  sıçrayışından  sonra  bir  çox  insanların  hərəkətlərinin 

idarə edilməsində və əlaqələndirilməsində dövlətə zərurət yaranır. 

 

Hər  halda,  əks  tərəf  haqlıdır.  taətə  məcbur  etmək  gücünə  malik  hər  hansı  lider 



tərəfindən,  ovçular  və  ya  qida  toplayanlar  dəstəsi  kimi  bəsit  ictimai  sistem  effektiv 


Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə