P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   27   28   29   30   31   32   33   34   35

NFC
Ətrafınızdakı dünyanı kəşf edin. Qoşulmaq üçün aksesuarlara, zəng etmək və ya veb-saytı açmaq üçün
etiketlərə vurun. Yaxın Sahə Kommunikasiyası (NFC) bağlantı yaratmağı asan və əyləncəli edir.
Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > toxun+göndər vurun.
NFC ilə siz aşağıdakıları edə bilərsiniz:
• NFC-ni  dəstəkləyən uyğun Bluetooth aksesuarlarına, məsələn, qulaqlıq və ya simsiz dinamika
qoşulun
• toxun+göndər ilə dostlarınızın Windows 8 yüklənmiş telefonuna, kompüter və ya planşetinə
əlaqələri və ya öz şəkillərinizi göndərin
• Telefonunuza məzmun əldə etmək və ya onlayn xidmətlərə daxil olmaq üçün etiketlərə vurun
• Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənirsə, ödənişi telefonunuzla edin
NFC sahəsi telefonun arxasında, kameranın yanındadır. NFC sahəsi ilə digər telefonlara, aksesuarlara,
etiketlərə və ya oxuyuculara vurun.
NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın. Xidmət
təminatçınızdan asılı olaraq telefonunuz kilidli olduqda belə ondan ödəniş etmək və ya bilet kimi
istifadə edə bilərsiniz.
NFC ilə Bluetooth aksesuarına qoşulmaq
Əlləriniz məşğuldur? Qulaqlıqdan istifadə edin. Və ya musiqiyə simsiz qulaqlıqlardan istifadə edərək
qulaq asın. Sadəcə olaraq telefonunuzla uyğun aksesuara vurun.
Aksesuarın NFC sahəsi ilə telefonun NFC sahəsinə vurun və ekranda göstərilən təlimatlara əməl edin.
Aksesuarlar, məsələn, Monster tərəfindən Nokia Purity Pro simsiz stereo qulaqlığı ayrıca satılır.
Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
113


Aksesuarı ayırmaq
Yenidən aksesuarın NFC sahəsinə vurun.
Ətraflı məlumat üçün aksesuarların istifadəçi təlimatlarına baxın.
NFC etiketlərini oxumaq
NFC etiketlərinə məlumat, məsələn, veb-ünvan, telefon nömrəsi və ya biznes kart daxil ola bilər.
İstədiyiniz məlumatı bir toxunuşla əldə edə bilərsiniz.
Telefonunuzun NFC sahəsi ilə etiketə vurun.
Telefonunuzla ödəniş etmək
Pul kisənizi və ya çantanızı evdə qoymusunuz? Problem yoxdur - şəbəkə xidməti təminatçınız
tərəfindən dəstəklənirsə, siz telefonunuzla ödəniş edə və ya ondan bilet kimi istifadə edə bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
114


Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər. Məlumat üçün şəbəkə xidməti təminatçınız
ilə əlaqə saxlayın. Xidmətlər SIM kartınızla əlaqəlidir. Siz xidmət təminatçınızdan xidmət abunəliyinə
malik olmalı və xidmət təminatçınızın proqramı Pul kisəsi-da quraşdırılmış olmalıdır.
1. Xidməti aktivləşdirmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
2. Ödəniş etmək üçün telefonunuzun NFC sahəsi ilə oxuyucuya vurun. Xidmət təminatçınız ödənişi
təsdiq etmənizi tələb edə bilər.
Qeyd: Ödəmə və bilet proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Nokia hər hansı
belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq və ya hər hansı köçürmələr və
ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazın
təmirindən sonra ödəmə və ya bilet proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.
Cihazın təmirindən sonra əlavə etdiyiniz kartları, həmçinin, ödəmə və ya bilet proqramını
quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.
Bluetooth
Siz simsiz şəkildə digər uyğun cihazlara, məsələn, telefonlara, kompüterlərə, qulaqlıqlara və avtomobil
cihazlarına qoşula bilərsiniz. Həmçinin şəkillərinizi müvafiq telefonlara və ya kompüterinizə göndərə
bilərsiniz.
Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə yaratdığından
onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları arasında məsafə 10
metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar bağlantıya mane ola bilər.
Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth
parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.
Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı zərərli
məzmundan qorumağa kömək edir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
115


Simsiz qulaqlığı qoşmaq
Simsiz qulaqlıq ilə (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danişa bilərsiniz – əlinizdəki
işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Bluetooth vurun.
2. Status seçimini Aktiv 
 kimi dəyişin.
3. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.
Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın istifadəçi
təlimatlarına baxın.
4. Telefonunuzu və qulaqlığı qoşmaq üçün siyahıda qulaqlığa vurun.
5. Parolu daxil etməniz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.
Bluetooth ilə dostunuzun telefonuna qoşulmaq
Dostlarınızın telefonuna naqilsiz qoşulmaq, şəkillər və s. paylaşmaq üçün Bluetooth-dan istifadə edin.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Bluetooth vurun.
2. Hər iki telefonda Bluetooth-un yanılı olduğunu yoxlayın.
3. Hər iki telefonun bir-birini aşkarladığını yoxlayın. Digər telefonların telefonunuzu görməsi üçün
Bluetooth parametrlər görünüşündə olmalısınız.
4. Siz əhatə dairəsində olan Bluetooth telefonlarını görə bilərsiniz. Qoşulmaq istədiyiniz telefona
vurun.
5. Digər telefon parol tələb edirsə, onu yazın və ya parolu qəbul edin.
Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.
Bluetooth-dan istifadə edərək məzmun göndərmək
Məzmun və ya çəkdiyiniz şəkilləri dostunuzla paylaşmaq istəyirsiniz? Şəkillərinizi və ya digər məzmunu
uyğun cihazlara və ya kompüterə göndərmək üçün Bluetooth-dan istifadə edə bilərsiniz.
Siz eyni vaxtda bir neçə Bluetooth bağlantısından istifadə edə bilərsiniz. Məsələn, Bluetooth
qulaqlığından istifadə edərkən digər cihaza fayllar da göndərə bilərsiniz.
1. Bluetooth-un yanılı olduğunu yoxlayın.
2. Göndərmək istədiyiniz məzmuna vurub saxlayın və Paylaş... > Bluetooth vurun.
3. Qoşulmaq üçün cihaza vurun. Siz əhatə dairəsində olan Bluetooth cihazlarından istifadə edin.
4. Digər cihaz parol tələb edirsə, onu yazın. Parol hər iki cihazda daxil edilməlidir. Bəzi cihazlarda parol
sabitdir. Təfərrüatlar üçün cihazın istifadəçi təlimatlarına müraciət edin.
Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.
Cihazınızın adını dəyişmək
Bluetooth vasitəsilə digər cihazlara qoşularkən aşkarlanmanı asanlaşdırmaq üçün telefonunuzun
cihaz adını dəyişə bilərsiniz.
1. Uyğun USB kabeli ilə telefonunuzu Windows platformalı müvafiq kompüterlə qoşun.
2. Kompüterin Windows Explorer ekranında telefonunuzu tapın.
3. Windows Phone nişanına sağ ilə klikləyin və telefonunuzun xüsusiyyətləri görünüşünü açın.
4. Standart adı istədiyiniz kimi dəyişin. Standart adı adətən Windows Phone olur.
Telefonunuza Bluetooth adı cihaz adı ilə eynidir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
116


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə