P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə98/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   95   96   97   98   99   100   101   102   103

354 
 
 
 
Ərəb dilinin tənəzzülü 
 
 
Müşahidələr  göstərir  ki,  ərəb  dili  doxsan  ildir  uçuruma               
gedir;  yad  sözlər  ədəbi  dilin  leksikonuna  hər  bir  sahədə  daxil            
olur. 
Radio  studiyalarına  getdiyimdə  tez-tez  “studio”,  “test”, 
“stənbay”  sözlərini  eşidirəm.  Futbol  oyunlarının  icmalçıları  da 
“qol”,  “korner”  sözlərindən  istifadə  edirlər.  Evə  gedirəm,              
küçəyə  çıxıram,  “botik”,  “supermarket”  sözlərinin  tez-tez  iş-
lədilməsinin  şahidi  oluram.  Mehmanxana  və  əczaxanalarda                  
da  ərəb  dilinə  laqeyd  yanaşırlar. 
Getdikcə  böyüyən  bu  “şiş”dən  qabaq  başqa  xəstəliyimiz             
vardı;  təbabət  və  mühəndislik  sahələrində,  elmi  institutlarda             
ərəb  dilini  işlətməmək  haqda  qərar  çıxarılmışdı!  
Mədəniyyət  sahəsində  də  hər  gün  yeni  sözlər  “peyda”                 
olur,  özü  də  əcnəbi  dillərdə!  Dilimizdə  varvarizmlər  çoxa-                  
lır. 
Qəribədir  ki,  Əzhər  alimləri  “magistr”  və  “doktor”  sözlərini 
daha  çox  işlətməyə  başlayıblar.  “Fiqh  doktoru”,  “nəhv  dok-                
toru” – demək  necə  də  bədii  alınırmış! 
Bir  şey  aydındır  ki,  mədəni  qəsbkarlıq  ardı-ardına  qələ-              
bələr  qazanır,  millətçi  pozğunluq  hər  kəsi  öz  iyrənc  liba-                   
sının  altına  alır. 
Haradadır  dilimizin  cəfakeşləri?  Ruhumuz,  qidamız,  mə-
dəniyyətimiz  və  şəriətimiz  olan  dilimizin  müdafiəçiləri  ha-                


355 
 
rada  qaldılar?  Hərbi  işğal  ərəb  ədəbi  dilinin  hər  yerdə  təqibi                 
ilə  başlandı.  Düzdür,  sonralar  işğalçı  ordular  çıxıb  getdilər           
Amma  bu  dəfə  dilimiz  mədəni  müstəmləkəçiliyin  amansız-                 
lığı  ilə  baş-başa  qaldı... 
O  da  məlumdur  ki,  müdafiə  planlarımız  ya  yoxdur,  ya  da 
müvəffəqiyyətli  deyildir!  Günümüzdə  biz  Hafiz  İbrahimin 
doxsan  il  bundan  qabaq  dediklərinin  necə  də  doğru  oldu-                
ğunu  görürük.  Şair:  “Dilimiz  müdafiə  olunmur”,  –  deyə  haray 
qoparır,  qayğılarını  dilə  gətirirdi.  Amma  heyhat!  Gözüyaşlı              
şairin  imdadına  heç  kəs  yetişmədi;  küləklər  onun  imdadını 
eşidilməz  etdi... 
Biz  şərəfli  yolda  –  dilimizi  himayədə  bir  addım  belə  at-              
madıq,  əksinə,  geridə  qaldıq;  özgə  dildə,  ləhcədə  danışmaq                   
öz  atını  meydanlara  sürdü,  bizləri  hey  qabağına  qatıb  qov-              
du... 
Hafiz  İbrahim  1903-cü  ildə  “Ərəb  dili  ərəblərdən  şi- 
kayətçidir”  adlı  şer  yazmışdı: 
 
Məni  gəncliyimdə  qısır  buraxdılar 
Kaş  başdan  qısır  qalaydım, 
Düşmənlərimin  də  dediklərindən  ürəyim  sıxılmaya  idi. 
Bir  “qarınaltı”  doğdum,  qızlarımı  verməyə  ər  tapmadım 
Və o nları  diri-diri  torpağa  gömdüm. 
Mənə  Allahın  kitabı  sözləri  və  mənası  ilə  sığmışdır 
Onun  ayə  və  öyüdləri  üçün  gen-bolam. 
Necə  ola  bilər  ki,  bugün  bir  aləti,  kəşf  olunmuşları – 
Adlandırmağa,  təsvir  etməyə  gücüm  yetməsin?! 
Vay  halınıza:  mənmi  köhnəlmişəm,  gözəlliyimmi  gedib? 


356 
 
Sizdən  mənə  xeyir  yoxdur,  mən  özümün  həkimiyəm. 
Qərb  adamlarında  güc  və  mətinlik  görürəm 
Dilləri  güclü  xalqlar  necə  də  güclüdürlər. 
Bu  dillərin  oğulları  icadlar  etmiş,  möcüzə  yaratmışlar 
Siz  isə  heç  olmazsa  sözdən-zaddan  kəşf  edin! 
Hər  gün  qəzetlərdə  mən  məni – 
Hey  qəbirə  yaxınlaşdıran  eniş  görürəm. 
Xalqım –  Allah  onu  bağışlasın! – məni 
Əcdadlarına  yad  dil  halınamı  salmaq  istəyirlər? 
Fəratda  əfilər  oynaşdığı  kimi,  firəng  sözləri  də – 
Çirkli  ləkə  tək  mən  də “axışırlar”. 
Və  o,  yetmiş  ləkəsi  olan  rəngbərəng  paltar  kimi 
Bütün  insanların  və  kitabların  dilinə  çevrilib


Artıq  şikayət  etmirəm  və  ümid  içərisindəyəm: 
Ya  məzardakı  ölü  həyat  tapacaq, 
Qəbirdəki  cəsədim  diriləcəkdir. 
Ya  da  birdəfəlik  öləcəyəm  və  and  olsun  ki,  bu  ölüm – 
Dəhşətli  olacaq  və  heç  bir  ölümlə  müqayisə  edilməyəcəkdir. 
 
Kaş  bunu  başa  düşərdik,  qızarıb utanardıq...  Heyhat! 
Bizdə  ərəbcələşdirmə  ilə  maraqlananlar  başa  düşmüşlər  ki, 
“sözdüzəltmə”  (nəht)  və  “söz-formaların  yaranması”  (iştiqaq
qrammatik  hadisələrini  işlək  vəziyyətə  gətirmədikcə  qarşılarına 
qoyduqları  məqsədə  çata  bilməyəcəklər.  Mövcud  vəziyyətə               
nəzər  salır,  özümdə  qərar  tapa  bilmirəm;  telefon  sözünün 
                                                 

  Yəni,  ərəb  dilinə  o  qədər  yad  söz  daxil  olub  ki,  bilmək  olmur  bu  dil                  
hansı xalqa məxsusdur – tərcüməçinin qeydi. 


357 
 
qarşılığı  olaraq,  Misirdə  “misərrət”,  Suriya  və  Səudiyyə  Ərə-
bistanında  isə  “hətif”  sözü  qəbul  olunub.  Amma  buna  bax-
mayaraq,  telefon  sözü  daha  çox  istifadə  olunur.  Əyləc  sözü-               
nün  qarşılığı  kimi  “kəbih”,  sükan  sözünün  qarşılığı  kimi  
“miqvəd”  və  ya  “ziməm”  sözləri  seçilib.  Buna  rəğmən,  ana 
dilimizdəki  bu  sözləri  bir  kənara  atıb  “fərmələt”  (əyləc), 
“diyereksiyun”  (sükan)  sözlərindən  istifadə  edirik.  Yad  dil  ün-
sürləri  “at  oynadır”!  “Radio”  sözünü  ümumişlək  hala  gətir-               
mək  üçün  eynimənalı  “mizyə`”  sözündən  nadir  hallarda               
istifadə  edirlər.  “Sirval”
1
 və  “qistas”
2
 sözlərində  olduğu  kimi, 
“fi`lal”  modeli  əsasında  “tilfaz”
3
 sözü  düzəltmişik.  Sonucu               
sözün  ümumişlək  hala  gəlməsi  üçün  dəridən-qabıqdan  çıxı-                
rıq.  
Bu  problemi  qəti  şəkildə  həll  etmək  üçün  əlaqədar  ixtisas 
komissiyaları  əcnəbi  sözlərin  ana  dilimizdəki  qarşılığını 
tapmalıdırlar.  Digər  komissiyalar  isə  həmin  sözlərin  rəsmi 
dairələr  və  xalq  arasında  ümumişlək  hala  gətirilməsi  işinə  nə- 
zarət  etməlidir.  Bu  komissiyalar  xalq  kütlələri  arasında  təb-                
liğat  aparmalıdırlar  ki,  ərəb  ədəbi  dilini  küləklərin  qucağına 
atmaq  böyük  günahdır;  dilini  itirmiş  xalq  namusunu  əldən  
vermiş  qıza  oxşayır;  müsəlmanlar  dünyanın  hər  bir  gu-                 
şəsində  ərəb  dilini  bütün  hücumlardan  qorumalıdırlar.  Çünki 
bugün  ərəb  dilinə  edilən  hücum  sabah  Allahın  vəhyini  (Qu-               
ranı – mütərcim)  hədəf  alacaqdır... 
                                                 
1
 Şalvar 
2
 Tərəzi 
3
 Televizor 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə