P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə102/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   95   96   97   98   99   100   101   102   103

369 
 
Başqa birisi  deyib: 
 
Sənə  (sirr verməklə)  etibar  etdim, 
Elə  ki  tək  qaldın,  xəyanət  etdin; 
Bilmədiyin  şeyləri  danışdın. 
Və  sən  sirlərimizlə  xəyanət  arası  məqamda  idin, 
O vaxt  ki  sirləri  açıb-danışdın,  günah  qazandın. 
 
Kasıblıq  insanı  iflic  edib  qüssələndirən  xəstəlikdir.  Bu  xəs-
təliyə  düçar  olmuşlar  etməli  olduqları  şeyləri  yerinə  yetirə 
bilməzlər... 
Bu  səbəbdən  Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bir    
duasında  küfr  və  kasıblıqdan  Allaha  sığınmışdır.  Bunları  bil-
dikdən  sonra  biz  Cahiliyyət  şairi  Ürvə  ibn  Vərdin  aşağıdakı 
beytlərini  təqdirlə  qarşılayırıq:  
 
İcazə  verin,  ölkələri  dolaşım.  Dolaşım  ki, – 
Kasıbın  da  haqqı  çatan  var-dövlətə,  bəlkə,  sahib  olam. 
 
Müsibətə

  düçar  olmaq  necə  də  dəhşətlidir 
O  müsibət  ki,  ona  düçar  olmağı  bizdən  kimsə  tələb  etmir. 
 
Əgər  günlərin  şərindən  qoruna  bilmiriksə
∗∗

Ölüm  nə  gözəldir,  necə  də  xoşdur! 
                                                 

 Kasıblıq nəzərdə tutulur – tərcüməçinin qeydi.  
∗∗
  Yəni,  kasıbıqsa,  kasıblıqdan  qurtula  bilmiriksə,  ölmək  daha  yaxşıdır  – 
tərcüməçinin qeydi.
  


370 
 
O  da  məlumdur  ki,  asilik  etməklə  Allahın  lütfünə  layiq 
görülmək  mümkün  deyildir.  Halalla  haramın  fərqi  böyük-               
dür... 
Səhih  hədislərin  birində  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı               
olsun!)
  dilindən  oxuyuruq:  
“Qiyamət  günü  iri  və  kök  adamları  (Allahın  hüzuruna) 
gətirəcəklər.  Amma  onların  (Allahın  nəzərində)  milçək  qanadı 
qədər  çəkisi  olmayacaqdır”
1

Aşağıdakı  ayə  də  hədisdə  deyilənləri  təsdiqləyir:  
“Buna  görə  də  Biz  (qiyamət  günü)  onlar  üçün  bir  daş-tə-               
rəzi  qurmayacağıq!” (əl-Kəhf, 105).  
Çünki  baş  da,  qəlb  də  boşdur.  Şairin  də  demək  istədiyi                      
elə budur: 
 
Arıq  birisini  görür  və  ələ  salırsan, 
Amma  o,  nərildəyən  aslan  kimidir. 
Bığları  yenicə  çıxan  gənc  xoşuna  gəlir; 
Onu  sınağa  çəkib  yoxlayırsan 
Və  gümanların  alt-üst  olur. 
Böyük  insanların  da  zinəti  vardır – 
Bu,  comərdlik  və  xeyirxahlıqdır. 
 
Qərbdə  belə  bir  deyim  var:  “İnsanlar  uğurdan  savayı  hər              
şeydə  sizin  təqsirinizdən  keçərlər”.  
                                                 
1
 Hədisi  İmam  Buxari,  İmam  Müslim,  Tirmizi,  İbn  Macə  və  Əhməd  ibn 
Hənbəl rəvayət etmişlər.  


371 
 
Yəni,  uğur  qazanmış  insana  hamı  həqarətlə  baxar,  pislik             
etmək  istəyər.  Şair  də  bu  vəziyyəti  çox  gözəl  təsvir  edib: 
 
Mən,  atamın  oğulları  və  əmi  uşaqlarım, 
Bir-birimizdən  çox  fərqlənirik: 
Ətimi  yesələr  də,  ətlərinə  ət  qataram, 
Şərəfimi  ayaq  altına  salsalar  da,  şərəflərini  qoruyaram. 
Sirlərimi  faş  etsələr  də,  sirlərini  saxlayaram. 
Yıxılmağımı  istəsələr  də,  ucalmaqlarını  arzulayaram. 
Uğursuzluğum  üçün  quş  uçursalar  da


Məsud  olmaqları  üçün  quş  uçuraram. 
Onlara  köhnənin  kinini  bəsləyən  birisi  deyiləm, 
Kin  saxlayandan q əbilənin  böyüyü  çıxmaz. 
 
Müxtəlif  ayə  və  hədislərin  söz  etdiyi  bu  müsbət  keyfiyyət-                
ləri  şair  yuxarıdakı  dolğun  beytlərdə  yığcam  şəkildə  göstərə              
bilib.  Bütün  bu  keyfiyyətləri  düzgün  tərbiyə  və  saf  könül  
doğurur.  Və  şair  daxildən  gələn  bir  hisslə  ağlı  və  imanı  olan                 
hər  kəsdən  tələb  edir  ki,  nəfsi  istəklərini  cilovlayıb  nəzarət-                     
də  saxlasınlar: 
 
Sənə  zənginlik,  var-dövlət  verildiyi  halda 
Zənginliyin  sayəsində  əliaçıqlıq  etməzsənsə, 
Nə  bir  tərif  yağdıranın,  nə  də “sağ ol”  deyənin  olar. 
Yaxınlarının  bəzi  şübhəli  hərəkətlərini  boşlayıb – 
                                                 

  Cahiliyyət  ərəblərində  quş  uçurmaqla  fala  baxmaq  geniş  yayılmış-                       
dı – tərcüməçinin qeydi. 


372 
 
Onlara  mülayimlik  və  səbir  göstərməsən 
Yadlar  və  uzaqdakılar  sənə  əziyyət  və  pislik  edəcəklər. 
Ağıl  və  kamalınla  cahilliyinə  qalib  gəlməsən, 
Üstündə  ildırım  və  şimşəklər  çaxacaqdır. 
Əgər  əzmkarlıq  səndəki  şəkk-şübhəni  dəf  etməzsə, 
Süvari  ordunun  arxasınca  getdiyi  kimi 
Sən  də  hey  başqalarına  tabe  olacaqsan. 
Övladlarına  miras  qaldıqda  və  məzarçı, – 
Qəbrinə  torpaq  atdığında  topladığın  var-dövlət – 
Sənə  heç  bir  fayda  verməyəcəkdir. 
Xoşladığın  taamı  və  gənc  qızların – 
Çağırıldığı  taxtdan  vaz  keçmədikcə 
Lüt-üryansan  və  insanlar  qəsidələri  ilə, 
Şerləri  ilə  hey  sənə  söyəcəklər. 
 
İrad  tutula  bilər  ki,  öz  möhtəşəmliyi  ilə  geniş  meydanları 
dolduracaq  bir  ədəbiyyatı  darısqal  yerə  həbs  etmişik.  De-                 
yirik:  “Bəli,  biz  bu  iradla  razılaşırıq”.  
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə