P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə1/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
  1   2   3   4   5   6   7   8   9   ...   103


 
Məhəmməd əl-Qəzali 
 
 
 
 
 
Dini-mədəni islam fikri: 
tənqidi mülahizələr
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“İdrak“ İctimai Birliyi 
BAKI – 2012
Kitab Küveyt Dövləti Vəq flər üzrə Baş
Fondunun təşəbbüsü ilə nəşr olunur
Beynəlxalq İslam Fikri İnstitutu


 
 
يلازغلا دمحم 
لقعلا و عرشلا نازيم يف يركفلا انثارت 
 
Beynəlxalq İslam Fikri İnstitutu 
London ofisi 
P.O. Box 126, Richmond, Surrey TW9 2UD, UK 
ABŞ ofisi 
P.O. Box 669, Herndon, VA 22070, USA 
 
 
“İdrak“ İctimai Birliyi 
AZ1100, Bakı ş., Bakı Universiteti MTK,  
M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə  
www.idrak.org.az 
 
 
Məhəmməd əl-Qəzali 
Dini-mədəni  islam  fikri:  tənqidi  mülahizələr  /  Tərcüməçi  və 
redaktor,  ön  söz  və  şərhlərin  müəllifi:  fəlsəfə üzrə fəlsəfə doktoru 
Elvüsal Məmmədov. Bakı: CBS, 2012, 384 səh. 
 
ISBN 
 
Kitab Dini Qurumlarla İş üzrә Dövlәt Komitәsinin icazәsi ilә nәşr olunur 
 (DK-198/Q) 
 
© “İdrak“
 
İctimai Birliyi, 2012
 



 
 
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə! 
 
 
Aləmlərin  rəbbi  olan  Allaha  həmd  olsun!  Sonuncu  pey-
ğəmbər,  böyüyümüz  və  imamımız  Həzrəti  Məhəmmədə,  ailə-
sinə,  cəmi  səhabələrinə  və  haqq  yolla  gedənlərə  Allahın  xeyir-
duası  və  salamı  yetişsin! 
Bütün  sivilizasiyalar  kimi  Müsəlman  sivilizasiyası  da  tarixin 
müəyyən  mərhələsində  inkişafın  zirvəsinə  çatmış,  müəyyən 
mərhələsində  də  tənəzzül  etmişdir.  Vaxt  vardı  Roma  impe-   
riyası  (həm  də  sivilizasiyası)  “Bütün  yollar  Romaya  aparır” 
deyiminin  də  ifadə  etdiyi  qüdrət  və  əzəmətə  məst  olaraq  dün-
yaya  hökm  edirdi.  Ancaq  romalılar  bu  üstünlüyü  qoruyub  
saxlaya  bilmədilər.  Sosial-mədəni  tənəzzüllə  başlanan  siyasi 
çöküş  nəticəsində  bu  qüdrətli  imperiya  barbarların  qolları 
arasında  can  verdi.  Dövlətin  yıxılması  ilə  Roma  mədəniyyəti 
deyilən  şey  də  yox  olub,  tarixin  qaranlıqlarına  qarışdı.  Az         
qala,  Hindistanadək  uzanan  Yunan-ellin  mədəniyyəti  də  eyni 
aqibəti  yaşadı.  Bir  sözlə,  vaxtı  ilə  Afrikanın  şimalından  Sakit 
okeanadək  uzanan  coğrafiyada  dini,  mədəni,  sosial-siyasi  hə- 
yatın  konturlarını  cızan  mədəniyyətlər  müəyyən  vaxtdan                
sonra  öz  əhəmiyyətini  itirib  tarix  səhnəsindən  silindilər.  VII-                 
XI  əsrlərdə  bu  geniş  arealda  yeni  bir  sivilizasiya  –  Müsəlman 
sivilizasiyası  yaranaraq  inkişaf  etdi.  Bu  sivilizasiya  özü  ilə  yeni 
tarix,  yeni  dəyərlər,  yeni  mədəniyyət  gətirdi.  Digər  siviliza-
siyalardan  fərqli  olaraq,  Müsəlman  mədəniyyətinin  yaranıb 



 
inkişaf  etməsində,  o  vaxtkı  dünyanın  mövcud  mənzərəsini 
müsbət  cəhətdən  dəyişməsində  stimul  kimi  din  –  islam  dini               
çıxış  etmişdi.  Roma,  Fars,  Yunan-Ellin  və  Bizans  mədəniy-             
yətləri  özlərinin  yaranıb  yayğınlaşmasında  qüdrətli  dövlət 
təsisatına,  hərbi  ekspansiyalara  borcludurlar.  Bu  sivilizasiya-            
ların  kökündə  hərbi  gücün  dayandığını  görmək  üçün  bircə                
fakta  diqqət  yetirmək  kifayətdir:  eyniadlı  dövlətlər  süqut  edən 
kimi,  bu  mədəniyyətlər  də  tənəzzülün  məşum  kölgəsində  yox 
oldular.  Bu  sivilizasiyaların  qalıqlarına  xalqların  mədəni-məi-               
şət  həyat  tərzində  də  olsa  rast  gələ  bilmirik.  
Dedik  ki,  Müsəlman  mədəniyyəti  islam  dininin  doğurduğu 
mütərəqqiliyin  obyektiv  nəticəsi  idi.  Allahın  bəşəriyyətə  gön-
dərdiyi  sonuncu  din  səhra  insanını  ayıldıb,  Ərəbistanın  qum-           
lu  səhralarından  dartıb  çıxardı,  yeni  mədəniyyətin  pioneri             
olsun  deyə  ona  qurub-yaratma  həvəsi  bəxş  etdi.  Bu  insan             
islamın  ona  verdiyi  zəka  və  imanın,  əxlaq  və  elmin,  müdrik-               
lik  və  cəsarətin  haqlı  diktəsi  ilə  bəşəriyyəti  yeni  dinlə  tanış                   
etdi,  köhnə  sivilizasiyaların,  ancaq  adları  qalmış  imperiyala-                  
rın  xarabalıqları  üzərində  qüdrətli  bir  mədəniyyət  yaratdı. 
Bütövlük,  universallıq  və  mütərəqqiliklə  səciyyələnən  bu 
mədəniyyətdə  dinlə  elmin  dostluğu  dillərə  dastan  olmuş,                
inancla  zəkanın  vəhdəti  qibtə  doğurmuşdu.  Bəli,  islamı  doğ-              
ru-dürüst  başa  düşmüş,  həyatın  müxtəlif  sahələrinə  uğurla               
tətbiq  etmiş  erkən  nəsillərin  sayəsində  bu  din  öz  nurunu                
ətrafa  yaymış,  cəhalətin,  zülmün,  ədalətsizliyin  kölgəsini  öz 
aydınlığı  ilə  əritmişdi.  Qısa  zaman  ərzində  bu  coğrafiya  “ye-
nilənmiş”,  inkişaf  etmiş,  Səmanın  Sonuncu  Vədinin  səmə-                
rəsini  “öz  gözü”  ilə  görmüşdü.  Bütün  bu  dəyişikliklərin,  in-            



 
kişafın  arxasında,  bir  daha  təkrarlayırıq,  islam  dayanırdı. 
Müsəlman  intibahı  öz  mövcudluğunda  dövlət  təsisatına  borc-              
lu  deyildi.  Onsuz  da  müəyyən  dövrü  çıxmaq  şərti  ilə  ədalət-                     
li  və  mütərəqqi  dövlət  məsələsində  müsəlmanların  bəxti  gə-
tirməmişdi.  Düzdür,  xilafətin,  ayrı-ayrı  xəlifələrin  rolu  istisna 
edilmir.  Ancaq  bu  rol  sivilizasiyanın  formalaşıb,  intibahın  da               
baş  verməsində  əhəmiyyətli  “pay”a  sahib  deyildi.  Hətta  bu-                  
nu  o  dövrün  şairləri  belə  etiraf  etmişdilər.  Məsələn,  döv-                      
rün  hökmdarı  Seyfəddövlə  bizanslılarla  döyüşdə  qalib  gəldi-    
yində  şair  Mütənəbbi  deyirdi: 
 
Sən  öz  rəqibini  məğlub  edən  hökmdar  deyilsən, 
Əksinə,  İslam  şirkə  (küfrə)  qalib  gəlmişdir. 
 
 
İslamı  doğru  başa  düşən,  bunun  da  nəticəsi  olaraq  onu  
düzgün  tətbiq  edən  erkən  dövr  müsəlmanları  həm  qüdrətli     
dövlət  qurdular,  həm  də  xalqların  mədəni-dini,  sosial-siyasi  ye-
nidənqurmasını  həyata  keçirdilər.  İslamı  Allah  və  peyğəmbə- 
rinin  nəzərdə  tutduğu  şəkildə  anlayan,  bununla  da,  tarix  ya-              
zan  bir  ümmət!  Sağlam  fəhmin,  səmimi  inancın  doğurduğu 
məqsədyönlülük  və  müdrikliyi,  uzaqgörənliyi  əlində  bayraq  
etmiş  İlk  Nəsil!  Allahına,  peyğəmbərinə,  əcdadına,  aliminə  eh-
tiram  bəsləyən  o  böyük  insanlar! 
Tarix  İslam  xilafəti  adlanan  dövlətin  də  süqutunu  gecik-
dirmədi.  Bizi  burada  həmin  prosesin  necə  baş  verməsi  ma-
raqlandırmır.  Əsas  olanı  budur  ki,  dövlətin  süqutu  ilə  islam                
bir  din,  bir  mədəniyyət,  bir  həyat  tərzi  olaraq  yıxılmadı,              
yayıldığı  torpaqlarda  həmişəlik  qaldı.  Düzdür,  müsəlmanlar     


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə