Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə14/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   10   11   12   13   14   15   16   17   ...   190

 

 

60 



 

          Axırda  atın  alçaqdan  kiĢnədiyini  eĢitdik, 

sonra bir də eĢitdik. Bu, babamın atı yox, Qaranın 

atıydı. Kefimiz açıldı, elə bil yarmarka günü, ya da 

bayram  səhəri  baĢlayırdı.  Anam  sanki  bizim  də 

gülümsəməyimizi  istəyə-istəyə  gülümsədi.  Ġki 

addım atıb axurun bu yana baxan qapısını açdı. 

          «Drrssss», – deyə içəriyə sarı səsləndi. 

          Qayıtdı,  bizi  Xeyriyyənin  yağ  qoxusu  verən 

siçanlı mətbəxinə salıb oturtdu. «Bax qonaq gedənə 

qədər  buradan  çıxmağı  ağlınıza  gətirməyin. 

Aranızda dava da eləməyin ki, kimsə sizin hər Ģeyə 

burnunu  soxan  tərbiyəsiz  uĢaqlar  olduğunuzu 

fikirləĢməsin». 

          Qapını örtməmiĢdən qabaq: «Ana, – dedim, – 

ana,  bir  Ģey  deyəcəyəm.  Babamın  yazıq 

müzəhhibini öldürüblər». 

 



 

 

61 



 

7. MƏNİM ADIM QARADI 

 

         UĢağını  ilk  dəfə  görəndə  illərdən  bəri 



ġəkurənin  üzünün  cizgilərini  səhv  xatırladığımı 

dərhal baĢa düĢdüm. Orxanın üzü kimi ġəkurəninki 

də  incəydi,  çənəsi  isə  xatırladığımdan  daha  uzun 

idi.  Buna  görə  də  sevgilimin  ağzı,  təbii  ki,  illər 

boyu  fikirləĢdiyimdən  daha kiçik və dar olmalıydı. 

On  iki  il  ərzində  o  Ģəhər  sənin,  bu  Ģəhər  mənim 

gəzəndə  xəyalımda  ġəkurənin  ağzını  istəklə 

geniĢlətmiĢ,  dodaqlarını  daha  ətli-qanlı,  amma  iri 

və  parlaq  viĢnə  kimi  daha  ətli,  daha  dözülməz 

təsəvvür eləmiĢdim.  

         Yanımda 

ġəkurənin 

üzünün 

italyan 


ustadlarının  üsullarıyla  çəkilmiĢ  bir  rəsmi  olsaydı, 

deməli,  on  iki  il  çəkən  səfərimin  təxminən 

ortalarında geridə qoyduğum sevgilimin üzünü artıq 

qəti  xatırlamadığımdan  özümü  heç  yersiz-yurdsuz 

hiss eləməyəcəkdim. Çünki  əgər içinizdə qəlbinizə 

nəqĢ elədiyiniz bir sevgilinin üzü yaĢayırsa, dünya 

hələ sizin evinizdi. 

         ġəkurənin  oğlunu  görmək,  onunla  danıĢmaq, 

üzünə  yaxından  baxıb  öpmək  dərhal  qəlbimdə 

uğursuzlara,  qatillərə  və  günahkarlara  məxsus 

narahatlıq  yaratdı.  Ġçimdən  bir  səs  mənə:  «Di  indi 

get, ġəkurəni gör», – deyirdi. 




 

 

62 



 

         Bir  ara:  «ƏniĢtəmin  yanından  heç  bir  Ģey 

demədən  çıxım,  dəhlizə  açılan  qapıların  –  gözucu 

saymıĢdım,  pilləkəninkiylə  birgə  beĢ  qaranlıq  qapı 

–  hamısını  ġəkurəni  tapana  qədər  bir-bir  açım»,  – 

fikirləĢdim.  Amma  mən  ürəyimdən  keçənləri 

vaxtsız-vədəsiz, götür-qoy eləmədən açdığıma görə 

sevgilimdən on iki il uzaq qalmıĢdım. Dinməzcə və 

səbirlə gözlədim, ġəkurənin, kim bilir, nə qədər tez-

tez oturduğu döĢəkcələrə, toxunduğu əĢyalara baxıb 

ƏniĢtəni dinlədim. 

          Mənə  sultanın  bu  kitabı  Hicrətin  birinci 

ildönümünə 

çatdırmaq 

istədiyini 

danıĢdı. 

Cahanpənah  padĢahımız  təqvimin  birinci  ilində 

özünün  və  dövlətinin  firənglərin  üsullarından  da 

onlar  qədər  istifadə  eləyə  biləcəyini  göstərmək 

istəyirdi.  PadĢah  üstəlik  bir  surnamə  də 

hazırlatdığından çox məĢğul olduqlarını bildiyi usta 

nəqqaĢların 

evlərindən 

çıxmamalarını, 

nəqqaĢxananın 

tünlüyündə 

yox, 

evlərində 



çalıĢmalarını buyurmuĢdu. Təbii ki, onların gizlicə 

ƏniĢtənin yanına gəldiklərindən də xəbərdar idi. 

         «BaĢ  nəqqaĢ  Ustad  Osmanı  görərsən»,  – 

əniĢtəm dedi. «Kor olub deyirlər, kar olub deyirlər: 

məncə, həm kor, həm də kardı».  

         Usta  nəqqaĢ  olmasa  da,  əslində,  bu  sənətin 

ona  heç  bir  dəxli  olmadığına  baxmayaraq, 

əniĢtəmin  padĢahın  izni  və  təĢviqiylə  bir  kitab 




 

 

63 



 

hazırladıb  dəyərləndirməsi,  əlbəttə,  qoca  ustad  baĢ 

nəqqaĢ Osmanla aralarını pozacaqdı. 

         UĢaqlığımı  xatırlayıb  diqqətimi  evin  içindəki 

əĢyalara  verdim.  Yerdəki  mavi  Kula  kilimini,  mis 

sürahini,  qəhvə  sinisini  və  qəhvədanı,  ta  Çindən, 

Portəgizdən keçib gəldiyini rəhmətlik xalamın neçə 

kərə  iftixarla  söylədiyi  qəhvə  fincanlarını  on  iki  il 

əvvəldən  də  xatırlayırdım.  Bu  əĢyalar  eynilə 

qıraqdakı  sədəf  naxıĢlı  rəhlə,  divardakı  rəflər, 

yumĢaqlığını  xatırlayıb,  toxunduğum  məxmər 

yastıq  kimi  ġəkurəylə  uĢaqlığımızı  keçirdiyimiz 

Ağsaraydakı  evdən  qalmaydı,  o  evdəki  xoĢbəxtlik 

və  rəsm  günlərinin  iĢıltısından  hələ  bəzi  Ģeylər 

saxlayırdılar. 

Xoşbəxtlik  və  rəsm.  Ġstəyirəm  ki,  hekayəmə  və 

kədərimə  diqqət  göstərəcək  sevgili  oxucularım 

bunları  mənim  aləmimin  başlanğıc  nöqtəsi  kimi 

həmiĢə  yadında  saxlasın.  Bir  vaxtlar  burada 

kitablar, 

qələmlər, 

rəsmlər 

arasında 

çox 

xoĢbəxtiydim.  Sonra  aĢiq  oldum  və  bu  cənnətdən 



qovuldum.  Gəncliyimdə  həyatı,  dünyanı  tamam-

kamal  mənimsəmədiyimdən  eĢq  sürgünlüyü 

keçirdiyim illərdə ġəkurəyə və ona olan eĢqimə çox 

Ģey  borclu  olduğum  barədə  xeyli  fikirləĢmiĢəm. 

UĢaq  sadəlövhlüyü  ilə  onu  alacağıma  Ģübhəm 

olmadığıma  görə  həddən  artıq  arxayınıydım, 

dünyanı  da  arxayınlıqla  qəbul  eləyib  gözəl  bir  yer 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə