Örtüyüdür. Onun kütləsi


Bulud təsnifatı. Buludluluq



Yüklə 264,32 Kb.
səhifə28/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   23   24   25   26   27   28   29   30   31
İqlim dəişmələri 1-6

Bulud təsnifatı. Buludluluq.


Bulud- havanın hündür təbəqələrində xırda su zərrəciklərinin və ya buz kristallarının sıxlaşıb toplaşmasıdır. Su zərrəciklərindən ibarət olan bulud başlıca olaraq hava kütləsi aşağıdan yuxarıya qalxdıqda rütübətli havanın soyuması və isti rütübətli hava ilə soyuq havanın qarışması nəticəsində əmələ gəlir. Su zərrəcikləri çox olduqda onlar bir-birinə birləşərək ağırlaşır və yağış halında düşür. Yağışdan yuxarı qalxan hava axımı zərrəciklərin yuxarı qaldırır , onlar orada donur və xırda qar dənələri əmələ gətirir. Buludun atmosferdə əmələ gəlməsi adiabatik soyuma ilə əlaqədardır. Buludların əmələ gəlməsində olan adiabatik soyuma xususilə hava kütləsinin yuxarı qalxmasında böyük rol oynayır. Su buxarının molekul halından damcı şəklinə keçməsi üçün kondensasiya nüvəsi ətrafında şeh nöqtəsi əmələ gəlir və yağış verir. Molekulyar su buxarının damcı halında keçməsi üçün lazım olan temperatura və təzyiqə şeh nöqtəsi deyilir.Buludların hündürlüyü və daxili quruluşu onun atmosferdəki səviyyəsi ilə əlaqədardır. Aydındır ki, kondensasiya səviyyəsi buludun aşağı sərhəddinə düşür. Sıfır izotermi kondensasiya səviyyəsi arasında buludlarda su damcısı saxlanılır. Buz nüvəsi səviyyəsindən yuxarıda sublimasiya prosesi gedir, bulud buzkristallarından ibarət olur. Buludda damcı halında olan maye ilə buz kristalları arasında tam sərhəd yoxdur. Belə qat var ki, qatda həm soyumuş damlacıqlar, həm də buz kristalları olur. Buludların coğrafi əhəmiyyəti onların yağıntı törətməsidir, onlar Günəş radiasiya sının bir hissəsini saxlayır və bununla da Yer səthinin işıq və istilik rejiminə təsir göstərir.”İstixana effekti” yaratmaqla Yerin istilik şualanmasına mane olur. Buludlar aviasiyanın işini, aerofotoşəkilçəkməni çətinləşdirir vəs.
Buludluluq – göy üzünün buludla örtülmə dərəcəsi buludların miqdarı və ya buludluluq adlanır. Buludluluq göyün onda birinin buludla örtülməsi ifadəsi ilə ölçülür və 0-10 balla qiymətləndirilir. Bulud göy üzünü tam tutduqda buludluluq 10 ədədi ilə göstərilir. Tam aydın adətən müşahidəçi tərəfindən gözəyarı təyin edilir. Amma müşahidə cihazları da mövcuddur. Adətən , buludların ümumi miqdarı ümumi buludluluqla aşağı buludların miqdarı isə aşağı buludluluqla ölçülür. Bu əhəmiyyətlidir, çünki yuxarı və bəzən də orta buludlar Günəşin qabağını az kölgələndirirlər ki. bu da praktiki cəhətdən az əhəmiyyətlidir. Buludluluq yer kürəsində istilik dövranına təsir göstərir. Çünki o düz günəş radiasiyanı əks etdirir və
yer səthinə gəlməsini artırır, effektiv şualanmaı azaldır, işıqlanma şəraitini dəyişir. Buludluğun sutkalıq gedişi mürəkkəbdir və daha çox buludun növündən asılıdır. Laylı və laylı-topa buludlar maksimum gecə və səhər olur. Topa buludlar dayanıqsız stratifikasiya ilə əlaqədardır, əsasən gündüz saatlarında əmələ gəlir, gecə yoxa çıxır.
Buludların formalarına görə təsnifatını ilk dəfə 1802-ci ildə qəbul edilmişdir. 1896-cı ildə beynəlxalq bulud atlası tərtib edilir. 1929-1932-ci illərdə isə beynəlxalq təsnifat əsasında bulud atlası nəşr olunur. Bu təsnifat atlasında göstərildiyi kimi bütün buludlar hündürlüklərindən asılı olaraq 3 yarusa və xarici əlamətlərə görə fərqlənən 10 tipə bölünür. І. Yuxarı yarus buludlar- yəni 6 km-dən hündürlükdə olan buludlar . Troposferin ən yüksək buludlarıdır.Onlar ən aşağı temperaturlarda əmələ gəlirlər və buz kristallarından ibarətdir. Bu buludlar ağ rəngdədir, yarı şəffafdır, günəş işığının qarşısını az alır. Yuxarı yarus buludlarının özülü 3-8km yüksəklikdə qütb enliklərində, 6-18 km-ə qədər mülayim, 6-18 km-ə qədər tropik enliklərdədir Buraya:


  1. Yüklə 264,32 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə