Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə23/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
İqlim dəişmələri 1-6

MÜHAZİRƏ 5


HAVANIN QAZ TƏRKİBİ. AEROZOLLAR. ATMOSFERİN QURULUŞU. GÜNƏŞ ENERJİSİ. OZON QATININ DAĞILMASININ QARŞISININ ALINMASI.

Planetimizi əhatə edən vahid hava okeanı Yer üzərində həyatı qoruyur və saxlayır.Dünyanın dövlətləri qurunu öz aralarında bölüşə bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin ümumi mülkü, ümumi var-dövləti sayılır. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmosla


, dünya okeanı ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.
Atmosferin 9/10 hissəsi troposferdə yerləşir. Strotosferdə isə atmosfer kütləsinin cəmi 1 /1000 hissəsi yerləşir. Göründüyü kimi canlı aləmə daha zəruri sayılan hava təbəqəsi əsasən troposferdədir. Atmosfer havası – müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08
% - i azot, 20,95 % - i oksigen , 093 % arqon , 0,03 % – i karbon qazından ibarətdir.Qalan qazların payına (neon, helium,metan, ksenon, rodon və b.) təxminən 0,01 % düşür. Atmosfer oksigenlə nəfəsalmanın əsas mənbəyidir . İnsan bir dəqiqə ərzində 5 l – dən 100 litrə qədər hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka ərzində qida və suya olan tələbatından artıq hava qəbul edir. Atmosfer insanı kosmosdan təhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil olmağa qoymur. Yalnız il ərzində Moskva şəhəri üzərində 200 – ə qədər meteoritin yanması müşahidə olunur. Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə ki, atmosfer olmasa gündüzlər Yer səthi günəşdən + 100o – yə qədər qızar, gecələr isə əksinə - 100o – yə qədər soyuyardı və planetimiz də Ay kimi həyatsız olardı. Atmosfer olduğuna görə Yerdə to – r təxminən 15o təşkil edir.
Təbiətdə havanın əsas istehlakçıları (sərf ediciləri) flora və fauna sayılır. Hava Yer üzərindəki bütün canlılar üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər. Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də havanın müəyyən dərəcədə təmizliyi vacibdir. İnsanın sağlamlığı havanın keyfiyyətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən evin, həmçinin qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava su, quru, dəniz, torpaq insan üçün zərərlidir. Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları ultrabənövşəyi, rentgen və kosmik şüaların məhvedici təsirindən qoruyur.
Atmosferin yuxarı qatları bu şüaları qismən udur, qismən isə səpələyir. Atmosfer bizi «ulduz qırıntılarından» qoruyur. Belə ki, xırda meteoritlər Yerin cazibə qüvvəsi nəticəsində böyük sürətlə (11/64 km/san) planenitin atmosferinə girdikcə, orada hava ilə sürtünərək parçalanır, təxminən 60-70 km yüksəklikdə onların çoxu yanır. Atmosfer, Yeri həmçinin iri kosmik qırıntılarından mühafizə edir. İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti vardır. Atmosfer havası günəş şüalarını milyonlarla xırda şüalara parçalayır, bu şüaları səpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə işıqlanma yaradır. Hava örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin molekulları və onda olan müxtəlif qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, göy və mavi şüalar yayır (saçır). Yerdən uzaqlaşdıqca havanın sıxlığı və çirklənməsi azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, strotosferdə isə qara bənövşəyi rəng alır. Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı orada səssizlik hökm sürərdi, insan danışığı olmazdı (eşidilməzdi).
Atmosfer gündüz Yer səthinin həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır. Əgər atmosfer olmasaydı Yerin orta temperaturu indikindən 38°C aşağı olardı.Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur.Məhz atmosferdə bulud yaranır və yağıntı düşür.Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs yayılmazdı.Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə