Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə26/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   23   24   25   26   27   28   29   30   31
İqlim dəişmələri 1-6

MÜHAZİRƏ 6


ATMOSFERDƏKİ SU. DALTON QANUNU. HAVA RÜTUBƏTİNİN XÜSUSİYYƏTLƏRİ. BULUD TƏSNİFATI. BULUDLULUQ.


Atmosferdəki su.


Atmosferdə daima 14 000 km3 buxar halında su olur. Suyun maye haldan buxar halına keçməsi prosesi buxarlanma adlanır. Buxarlanmanın intensivliyi havanın temperaturundan, küləyin sürətindən asılıdır. Müəyyən istilik şəraitində maksimal buxarlana bilən rütubətin miqdarına buxarlanma qabiliyyəti (mümkün buxarlanma) deyilir. Su səthində buxarlanma qabiliyyəti ilə buxarlanma arasında, demək olar ki, fərq yoxdur. Səhralarda isə buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çoxdur. Havadakı su buxarının miqdarı temperaturdan asılıdır. Temperatur artdıqca, havanın rütubət tutumu da artır. Aşağı temperaturda havanın rütubətlə doyması üçün az, yüksək temperaturda isə daha çox su buxarı lazımdır. Belə ki, - 33°C temperaturda 1 m3 hava özündə 0,2 qram su buxarı saxlaya bildiyi halda, - 20°C-də 1 q, -10°C-də 2,5 q, 0°C-də 5 q, +10°C-də 9 q, +20°C-də 17 q, +30°C-də 30 q su buxarı saxlaya bilir və bu halda hava rütubətlə doymuş sayılır. 1 m3 havada su buxarının qramlarla miqdarına mütləq rütubətlik deyilir. O, temperaturla düz mütənasibdir. Havanın tərkibində heç də hər vaxt doymuş həddə rütubət olmur. Havadakı su buxarının faktiki miqdarının həmin temperaturda mümkün ola biləcək miqdarına nisbəti nisbi rütubətlik adlanır (faizlə). O, temperaturla tərs mütənasibdir. Havanın rütubətliyin hiqrometrlə ölçürlər.

Havaya daxil olmuş su buxarı atmosferdə gedən proseslərlə bağlı yer səthinə qayıdır. Bu proses kondensasiya və sublimasiya hesabına baş verir. Su buxarının maye hala keçməsi kondensasiya, su buxarının birbaşa bərk hala (qar, buz) keçməsi sublimasiya adlanır. Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarmın toplanmasından duman əmələ gəlir. Atmosferdə su buxarının kondensasiya və sublimasiya məhsullarının toplanmasından bulud yaranır. Duman və bulud havanın soyuması zamanı yaranır. Buludların əsas növləri topa, laylı və lələkli buludlardır. Buludluq 10 ballıq sistemlə ölçülür. Tam açıq hava 0 bal, göy üzü tamamilə buludla


örtiilüdürsə 10 bal buludluq hesab olunur. Ekvatorial və mülayim enliklərdə buludluq yüksək (qalxan hava), tropik enliklərdə buludluq azdır (enən hava). Atmosferdən yer səthinə bərk və maye halında düşən su yağıntı adlanır. O, həm buludlardan yağa bilər ( yağış, qar, dolu), həm də birbaşa havadan düşə bilər (şeh, qırov, sırsıra). Yağış havanın temperaturu müsbət olduğu halda kondensasiya nəticəsində yaranan yağıntı növüdür. Qar havanın temperaturu mənfi olduğu halda, sublimasiya nəticəsində yaranan buluddan yağır. Dolu isti hava şəraitində qızmış isti havanın yüksəyə (0°C-dən aşağı temperatura malik hündürlüyə) qalxması hesabına sublimasiya nəticəsində yaranır. Şeh buludsuz hava şəraitində gecə nisbətən soyuq səthlə təmasda olan havada su buxarının kondensasiyası nəticəsində yaranır. Qırov buludsuz hava şəraitində gecə mənfi temperatur olarkən havanın soyuq səthlə təmasından yaranan xırda buz kristallarıdır. Sırsıra uzun sürən şaxtalı hava şəraitində sublimasiya hesabına yaranır. Yağıntıların paylanmasında zonallıq müşahidə olunur. Ən bol yağıntı ekvatorial qurşağa düşür - 2000 mm. Tropik enliklərdə yüksək təzyiq qurşaqlarında yağıntının miqdarı xeyli azalır (100-200 mm). Lakin relyefdən, okean cərəyanlarından, hakim küləklərdən və s. -dən asılı olaraq, tropik enliklərin müxtəlif sahələrində yağıntının miqdarı arasında kəskin fərq var. Məsələn, tropik enlikdə yerləşən Şimali Afrikada yağıntı 50 mm və daha az düşdüyü halda, həmin enlikdə yerləşən Himalay dağlarının yamacında 11 000 - 12 000 mm yağıntı düşür. Cənub tropiki ətrafında yerləşən ərazilərdə materikin qərb sahillərinə 100 mm-ə qədər (soyuq cərəyanların təsiri), şərq sahillərinə 1000 mm-ə qədər (isti cərəyanların təsiri) yağıntı düşür. Mülayim enliklərdə yağıntının illik miqdarı 500-800 mm (qalxan hava), qütb enliklərində isə xeyli azdır (enən hava) - Arktikada 200-250 mm, Antarktidada 50-100 mm.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə