Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə11/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
İqlim dəişmələri 1-6

İqlimin coğrafi faktoru. İqlim əmələ gətirən proseslər Yer kürəsinin, daha konkret, yerin coğrafi şəraitə malik olan regionlarında daha aydın nəzərə çarpır. Belə ki, alçaq və yüksək enliklərdə, quru və dəniz üzərində, dağlıq vilayətlərdə və düzənliklərdə iqlim əmələ gətirən amillər müxtəlif cür baş verir. Belə ki, həm iqlimin xarakterik xüsusiyyətləri və həm də iqlim ünsürlərinin paylanması iqlimin coğrafi amillərindən asılıdır. İqlimin əsas coğrafi amillərinə coğrafi enliyi, dəniz səviyyəsindən olan yüksəkliyi, Yer kürəsinin səthində quru ilə suyun paylanmasını, quru səthinin oroqrafiyasını, okean cərəyanlarını, bitki, qar və buz örtüyünü aid etmək olar. Bu amillər içərisində insan amili, yəni onun təsərrüfat fəaliyyəti, daha doğrusu, insan cəmiyyətinin fəaliyyəti xüsusi yer tutur. Belə ki, sonuncudan başqa, digər sadalanan amillər təbii-coğrafi amillərdir. Bu baxımdan, onlar hər hansı bir təbii kompleksə, o cümlədən də iqlim əmələ gətirən proseslərə neqativ təsir göstərmir. Lakin insanın təsərrüfat fəaliyyəti bilavasitə fəal səthə təsir göstərməklə (meyvə bağlarının, parkların salınması, su anbarlarının yaradılması, yol çəkilməsi və s.) əlaqədar olduğundan, istər-istəməz onun təsiri hər hansı bir coğrafi amilin, o cümlədən iqlim əmələ gətirən prosesin bu və ya digər dərəcədə dəyişməsinə səbəb olur.

  • Coğrafi enlik. İqlimin ən mühüm amillərindən hesab olunur. Belə ki, Yer kürəvari formaya malik olduğundan, günəş radiasiyası onun səthində coğrafi enliklər üzrə qeyri-bərabər paylanır. Onun miqdarı ekvatordan qütblərə doğru enliklər üzrə azalır. Bu səbəbdən, ekvator boyu ərazilər isti, qütblər və həmçinin qütb dairələri daxilində yerləşən ərazilər isə həddindən çox soyuq olur. Bu isə öz növbəsində yer səthində temperaturun paylanmasını müəyyən edir. Bitki, torpaq örtüyünün də yer səthində coğrafi paylanması məhz coğrafi enliklərlə sıx bağlıdır. Ümumiyyətlə, təbii zonaların və coğrafi qurşaqların formalaşmasında coğrafi enliyin rolu olduqca böyükdür. Nəinki iqlimin, hətta günəş radiasiyasının ünsürlərinin yer səthində coğrafi enliklər üzrə paylanması qeyri-bərabərdir.


  • Yüklə 264,32 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə