Orta məKTƏBDƏ Kİmyanin təDRİSİ prosesiNDƏ ŞAGİrdləRİn təDQİqatçiliq fəALİYYƏTİNİN İNKİŞaf etdiRİLMƏSİNİn xüsusiYYƏTLƏRİ



Yüklə 244,29 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix21.05.2022
ölçüsü244,29 Kb.
#87504
1   2   3   4   5
01 Quliyev

2-3(58-59)2017 

Müəllim ideya təklif edir, müddəa irəli sürür, şagirdlər isə fəaliyyət planı 
hazırlayır, vəzifələrini formalaşdırır, fərziyə irəli sürürlər. Fərziyə işin sonrakı 
mərhələsində ya təsdiq edilir ya da imtina olunur. 
3. Tədqiqat mərhələsi. Bu mərhələdə material toplanır və aralıq məsələlər 
həll edilir. Əvvəlcə nəzəri işlər sonra praktik (eksperiment) tədqiqat aparılır. 
Tədqiqatın əsası müşahidə və eksperiment aparmaqdır. Eksperimentin aparılması 
üçün hərtərəfli hazırlaşmaq, planlaşdırmaq, eksperimentin materiallını araşdırmaq. 
Müəllim şagirdlərin işini müşahidə edir, məsləhət verir. 
4. Nəticənin hazırlanması mərhələsi Şagirdlər topladıqları məlumatı (nəzəri 
və təcrübi)analiz edir, nəticələri formalaşdırır. 
5. Nəticənin təqdim olunması mərhələsi. Təqdim olunma müxtəlif ola bilər: 
Şifahi hesabat, materialların nümayişi ilə hesabat, kimya eksperimentini nümayiş 
etdirilməsi, yazılı hesabat 
6. Nəticə və proseslərin qiymətləndirilməsi mərhələsi. Şagirdlər lahiyəni 
qiymətləndirilməsində işti-rak edirlər. Onlar müzakirə edir və özlərini 
qiymətləndirirlər.Müəllim şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi, hesabatın 
keyfiyyəti və işin davam etdirilməsinin mümkünlüyü haqqında məsləhət verir. 
Kimya bir tədris fənni kimi layihə metodunu təlim prosesinə daxil etmək 
üçün geniş imkanlar var. Layihə metodu kimya təlimində şagirdlərin tədqiqatçılıq 
fəaliyyətini dərsdə və dərsdənkənar tədbirlərdə həyata keçirmək üçün tətbiq 
olunan ən səmərəli metodlardan biridir. Kimya tədrisində şagirdlər layihə ilə işə 
başlamaları üçün zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdırlar. Kimya 
dərslərində şagirdlər tədqiqatçılıq fəaliyyətini layihə metodu ilə həyata 
keçirmələri üçün onlarda aşağıda göstərilən bacarıqların olması zəruridir. 
1. Müqayisə etmək bacarığı. 
a) fiziki və kimyəvi hadisələr hansı xassələrinə görə oxşardır? 
b) içərsində su olan iki stəkandan birinə amonium nitrat digərinə qatı sulfat 
turşusu əlavə edildikdə nə müşahidə olunar? Hadisələri müqayisə edin. 
2. Səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı 
a) atom nə üçün elektroneytraldır? 
b) atom elektron verdikdə və ya birləşdirdikdə hansı hadisələr baş verər? 
3. Təsnif etmək bacarığı 
a) oksidlər hansı əlamətlərinə görə təsnif olunur? 
b) duzlar tərkiblərinə görə necə təsnif olunur? 
4. Analiz etmək bacarığı 
a) kalium-yodid nümunəsində sərbəst yodun olmasını təcrübə yolu ilə necə 
təsdiq etmək olar? 
b) xlorid turşusu nümunəsində natrium-sulfat qarışığının olmasını necə 
təsdiq etmək olar? 


Kimya məktəbdə 
9
5. Ümumləşdirmək bacarığı Bu əsas nəticəni ümumi müddəa ilə əvəz etmək 
bacarığıdır. 
a) içərsində kalium-sulfat, sulfat turşusu, natrium-sulfat olan stəkanlara 
barium-xlorid məhlulu əlavə etdikdə ağçöküntünün əmələ gəlməsini necə izah 
etmək olar? Ümumi nəticə çıxarın 
b) içərsində kalium-yodun və yod qarışığı olan stəkana benzol əlavə etdikdə 
sərbəst yodun benzola keçməsini necə izah etmək olar? Ümumi nəticə çıxarın. 
Burada orta məktəbin IX sinifinin kimya kursunda «Metalların korroziyası 
Korroziyadan mühafizə» mövzusunun tədrisində layihə-metodunun iştirakı ilə 
şagirdlərdə tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsinin qısa planı verilir. 
Mövzu: «Metalların korroziyası Korroziyadan mühazirə» 
Məqsəd: korroziya ilə mübarizənin daha effektli üsullarının müəyyən 
olunması 
Dərsin tipi: layihə-tədqiqat 
Təlim forması: qruplarla iş 
Təlim üsulu: dioloji şərh, təcrübələrin izahı, müzakirə 
İnteqrasiya: biologiya, fizika, coğrafiya 
Resurs: tərəzilər, stəkanlar, turşu, duz və qələvilərin məhlulları, inqibitorlar 
(K
2
Cr
2
O
7
, Na
3
PO
4
, Na
2
SiO
3
), elektrodlar (dəmir və ya alminiumdan hazırlanmış),
karbonu az olan poladan hazırlanmış mismar. 
Müəllim şagirdləri dörd qurupa bölür və onlara mövzuya dair tapşırıqlar 
verir: 
I qrup 
Metalların korroziyasının surətinə inqibatorların təsiri. 
II qrup 
Metallarin korroziyasının surətinə reaksiya mühitinin təsiri. 
III qrup 
Metalların korroziyadan qorunmasına protektor və kotod mühafizəsinin 
effektivliyi. 
IV qrup 
Sənaye və kənd təsərrüfatında texnikanın korroziyadan qorunması üsullarına 
dair məlumatın toplanması. 
Şagirdlər mövzuya dair materialı və təcrübə vastəsilə tədqiqat aparmağı 
öyrənirlər. 
Sinifdə hər bir qurup topladığı materiallar əsasında aşağıdakı suallara cavab 
verir: 
1. Metal rabitəsi nəyə deyilir? 
2. Metalların yüksək elektrik və istilik keçiriciliyi nə ilə izah olunur? 
3.Metallar hansı kimyəvi xassələri ilə xarakterizə olunurlar? 
4. Metallar hansı şəraitdə aktiv dağılmağa (korroziya) məruz qalırlar. 


2-3(58-59)2017 
10 
5.Korroziya prosesinin mexanizminə görə korroziyanın hansı növləri var? 
6. Metalları korroziyadan hansı üsullarla qorumaq olar? 
7. Metalların korroziyasının inqibitorları hansı qruplara bölünür? Onların 
təbiəti necədir? 
8. Məhlullarda, nəmli havada və qazlarda korroziyanı aradan qaldırmaq 
üçün hansı inqibitorlardan istifadə olunur? 
9. Siz metalları korroziyadan qorumaq üçün istifadə olunan hansı 
elektrokimyəvi üsulları tanıyırsınız? Onların mahiyyəti nədir? 
Sonra layihə-tədqiqat dərsinin təcrübi hissəsi əvvəldə göstərilən mərhələlər 
üzrə davam etdirilir. 

Yüklə 244,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə