Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə19/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   15   16   17   18   19   20   21   22   ...   187

gürcülər tərəfindən qılıcdan keçirilmişdi. Anidən 41 min, Dvindən isə 10 min əhali əsir 

götürülmüşdü.  Lakin  bu  gürcü  çarına  baha  başa  gəlmişdi.  1163-cü  ilin  iyulunda 

Azərbaycan  Atabəyi  Şəmsəddin  Eldəniz  III  Georgini  məğlubiyyətə  uğradaraq  Dvini 

geri  almışdı.  Bu  elə  bir  ağır  məğlubiyyət  idi  ki,  gürcü  ordusunun  bütün  təchizatı,  o 

cümlədən  çarın  şəxsi  əşyaları  müsəlmanlar  tərəfindən  qənimət  götürülmüşdü. 

Azərbaycan  ordusunun  ikinci  hücumunda  isə  III  Georgi  əsir  düşməkdən  canını 

çətinliklə qutarmışdı. Atabəyin növbəti hərbi əməliyyatlar üçün hazırlaşdığını öyrənən 

çar ‚mən sənə nə yararlıdırsa onunla razıyam və nə istəyirsənsə onu yerinə yetirməyə 

hazıram‛ deyə xəbər göndərmişdi. Lakin Atabəy Şəmsəddin Eldəniz ona ‚Mən İraqda 

qalmayıb,  bu  ölkəyə  ona  görə  gəldim  ki,  qoşun  toplayam,  Tiflisə  yürüyəm,  onu 

tutanadək  aramsız  mühasirədə  saxlayam....Mən  sizin  üzərinizə  elə  qoşunla  gəlmişəm 

ki, ondan sizi qılınc vurmaqdan və nizə uclarından başqa heç nə qurtara bilməz‛ deyə 

cavab  vermişdi.  Burada  baş  verən  döyüşdə gürcü  ordusunu  10  min  seçmə  döyüşçüsü 

məhv  edilmişdi.  Müsəlmanlar  hələ  bu  vaxtadək  onlardan  hər  hansı  birisinin  və 

qoşunlarının  ala  bilməyəcəyi  qənimətə  yiyələnmişdilər.  1175-cü  ilin  avqustunda  isə 

Azərbaycan,  İraq,  Sökmən  və  Diyarbəkir  əmirlərinin  birləşmiş  ordusu  Gürcüstana 

girmişdi. Axalkələk ilə Trialeti arasındakı ərazini elə talan edib elə dağıltdılar ki, sanki 

əvvəllər burada heç kim yaşamamışdı

122

.   


Moğollar 1236-cı ildə, Azərbaycana üçünücü yürüşləri vaxtı, Düveyni elə ağır təxribata 

uğratmışdılar ki, şəhər bir daha yaşayış məskəni kimi istifadə olunmamışdı. Düveynin 

xarabalıqları  bu  gün  Ermənistan  respublikasında,  Qarni  kəndi  yaxınlığındadır. 

Xarabalıqlar İrəvanın 18 km cənub-şərqində, Sədərəkin isə 39 km şimal-qərbindədir.  

Düveynin  həm  Azərbaycan,  həm  də  İslam  tarixi  baxımından  əhəmiyyətini  artıran  bir 

xüsus da şanına şe’rlər, romanlar yazılıb filmlər çəkilən məşhur qəhrəman Səlahəddin 

Yusif  Əyyubinin  əslən  bu  şəhərdən  olmasıdır.  Səlahəddin  Yusif  Əyyubinin  atası 

Nəcməddin  Əyyub  ibn  Şazi  ibn  Mərvan  Düveyndə  dünyaya  göz  açmışdı.  Uzun 

müddət Səlahəddin Əyyubinin xidmətində olmuş Bəhaəddin ibn Şəddad yazır: ‚Onun 

(Səlahəddin  Əyyubinin-E.N)  atası  Əyyub  ibn  Şazi  rəhiməullah  bizim  yanımıza 

                                                 

122


 BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 55-58. 


gəlmişdir. O, kərim, həlim, gözəl əxlaq sahibi idi. Düveyndə dünyaya gəlmişdi‛

123


. Əbu 

Şamə  əl-Məqdisi  də  İbn  Şəddadla  eyni  məlumatı  vermişdi

124

.  Bəhaəddin  əl-Cəndi  isə 



Əyyub  ibn  Şazi  haqqında  ‚Azərbaycanın  kənarında  şəhər  olan  Düveyndə  dünyaya 

gəlmişdi.  O,  rəvvadi  kürdlərinin  hezbaniyyə  tayfasındandır‛  deyir

125

.  İbnü’l-Əsir  də 



Əyyub  ibn  Şazi  haqqında  ‚Azərbaycanın  Düveyn  şəhərindəndir,  o,  kürd  qəbilələrinin 

ən  şərəflilərindən  olan  rəvvadilərdəndir‛  yazır

126

.  Suriyalı  Mixail  də  Nəcməddin 



Əyyubun  Düveynli  kürd  olduğunu  yazır,  lakin  müəllif  Düveyni  erməni  şəhəri  kimi 

tanıdır


127

. Erməni tarixçisi Smbat Əyyub ibn Şazinin Düveynli kürd kəndlisi olduğunu 

yazır

128


.  Əbu  Bəkr  Dəvadari  də  Əyyub  ibn  Şazi  ibn  Mərvanın  kürd rəvvadi  qəbiləsinə 

mənsub olduğunu, lakin bu qəbilənin İranın Nəhavənd vilayətində məskun olduğunu 

yazır

129


.  Əbdülməlik  əl-Asimi  də  sultan  Səlahəddin  Əyyubinin  rəvvadi  kürdlərindən 

olduğunu və bu qəbilənin Düveynin xeyrlilərindən olduğunu qeyd etmişdir

130

. Şərəfxan 



Bidlisi  (1543-1599)  Misirin  Əyyubi  hökmdarlarının  Azərbaycanın  Düveyn  şəhərindən 

olan kürd ravəndi tayfasına mənsub Şazi ibn Mərvanın nəslindən olduqlarını qeyd edir. 

Müəllif  yazır: ‚bu gün həmin yerdə Çuxursəd vilayətinin  Qarni  kəndi var, əhalisi bu 

kəndi tərk etmişdir‛

131

. Nəcməddin Əyyub  ibn Şazi qardaşı Əsirəddin Şirkuh  ibn Şazi 



ilə  birlikdə  Düveyndən  İraqa  gedib  Bağdad  şıhnəsi

132


  Mücahidəddin  Bəhruzun 

xidmətinə  daxil  olmuşdu.  Mücahidəddin  Bəhruz  Nəcməddin  Əyyubun  hərbi  işdə 

bacarıq  və  istedadını  görüb  onu  Tikrit  qalası  mühafizə  dəstəsinə  başçı  təyin  etmişdi. 

Tikritdə  Əsirəddin  Şirkuhun  mübahisə  etdiyi  nüfuzlu  bir  şəxsi  vurub  öldürməsindən 

                                                 

123


  Bəhaəddin  Yusif  ibn  Rafi  İBN  ŞƏDDAD,  Sirətü’s-Sultanü’l-Malikü’n-Nasir  Səlahəddin,  (Nşr.  A.  Schultens),  s.  1, 

Leiden 1755. 

[

أ٣هً ٕاً ٝ اٜت ا٤ُاٝ الله ٚٔؼن ١لاش ٖت بٞ٣ا ٙكُاٝ ٕاًٝ



,

 ا٤ؽ٣نا


,

أ٤ِؼ


 ,

ملاـلاا ٍٖؼ

 ,

ٖ٣ٝكت ٙكُٞٓ



]

 

124



 MƏQDİSİ, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, C. IV, s. 381. 

125


 Bəhaəddin Muhəmməd ibn Yusif əl-CƏNDİ, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, (Nşr. M. Həvali), C. I, s. 250, Səna 

1995. 


...[

ٖ٣ٝق اُٜ ٍاو٣ ِٚٛأ كِتٝ ٙكِت َصات بٞ٣ا

 ...

ُٚا ٖٓ ٖطت ح٣قاٝن قاهًأ ْٛٝ ٕاع٤تنلأ َٔػ هـآ ٢ك ٢ٛٝ



ل

ح٤ٗات


]

. Kürd Hezbaniyyə qəbiləsinin 

Azərbaycan ərazisində yaşaması barədə hələ X əsr müəllifi İbn Hövqəl məlumat verməkdədir. Bax:  Surətü’l-Ərz, s. 

289.  


126

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 276. Əsərin ərəbcəsində mətn belədir: 

[

 قاهًلأا ٖٓ أِٜصأٝ ، ٕاع٤تنلأ ٖٓ ، ٖ٣ٝق كِت ٖٓ



قاهًلأا فهشأ ْٛ َ٤ثوُا امٛٝ ، ح٣قاٝهُا

]

  



127

  MICHEL  le  SYRIEN,  Chronique,  C.  II,  s.  318.  ]  Ayoub  étaient  fils  de  Shadî,  de  la  région  de  Dovin,  ville 

d'Arménie, et de race curde[  

128


 SMBAT SPARAPET, Letopis, s. 107. 

129


 Əbu Bəkr ibn Abdullah ibn Aybək DƏVADARİ,  Kənzü’d-Dürər və Camiü’l-Ğürər, (Nşr. S. Ə. Aşur), C. VII, s. 5-6, 

Qahirə 1972. 

130

  Əbdülməlik  əl-ASİMİ  əl-Məkki,  Səmtü’n-Nücumu’l-Əvali  fi  Ənbai’l-Əvail  və’t-Təvali,  (Hzr.  A.  Ə.  Əbdülmövcud-



Əvəz Ə. M), s. 286, Beyrut 1998. 

[

ٖ٣ٝكُا قاهًلأُا نا٤ـ ْٛٝ ١قهٌُا ١لاش ٖت بٞ٣ا ٖت قٌٞ٣ ٖ٣كُا غلاص ٕاطٍُِا



]

 

131



 Şərəfxan ibn Şəmsəddin BİDLİSİ, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. I, s. 123, Moskva 1967.  

132


 Şəhər qarnizonunun komandanı. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə