Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   18   19   20   21   22   23   24   25   ...   187

iqtisadi mərkəzə çevrilməyə başlamışdı. Şəddadilərin paytaxt şəhərinə olduqdan sonra 

Gəncə  daha  da  sürətlə  inkişaf  etmiş,  təkcə  Azərbaycanın  deyil,  regionun  iri  iqtisadi-

ticari,  həmçinin  elm  və  mədəniyyət  mərkəzinə  çevrilmişdi.  Bunu  Gəncədə  yetişmiş 

alimlərin  təvəllüd  və  vəfat  tarixlərinə  diqqət  yetirərək  də  görmək  mümkündür. 

Gəncənin  tanınmış  elm  xadimlərinin  böyük  əksəriyyəti  XI-XIII  əsrlərdə  yaşamışdılar. 

Bu da onu göstərir ki, bu əsrlərdə Gəncə özünün ən parlaq dövrünü yaşamışdı. 1053-cü 

ildə  Şəddadi  hökmdarı  I  Əbü’l-Əsvar  Şavur  ibn  Fəzl  (1049-1067)  Gəncənən  ətrafında 

möhkəm  qala  divarları  tikdirmiş,  ona  dəmir  darvazalar  qoydurub  qalanın  ətrafında 

dərin xəndək qazdırmışdı

159


. Beləcə Gəncə alınmaz qalaya çevrilmişdi. Gürcü çarlığının 

güclənməsi fonunda Gəncənin əhəmiyyəti daha da artmışdı. Çünki Gəncə artıq sadəcə 

Azərbaycanın  deyil,  bütün  İslam  dünyasının  şimalının  təhlükəsizliyinin  təminatında 

mühüm rol oynayırdı. Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə Gəncə tez-tez 

gürcülərin  hücumuna  məruz  qalırdı.  H.  534-cü  (1139)  ildə  baş  vermiş  güclü  zəlzələ 

Gəncədə böyük dağıntı və insan tələfatına səbəb olmuşdu. İbnü’l-Əsir bu zəlzələ vaxtı 

Gəncədə  230  mindən  çox  insanın  öldüyünü  yazır

160


.  Gəncənin  düşdüyü  ağır 

vəziyyətdən  sui  istifadə  edən  gürcü  çarı  Demetre  şəhərə  hücum  edərək  sağ  qalan 

insanların bir qismini öldürüb bir qismini əsir aparmışdı. Onlar dağıntılar altında qızıl 

və gümüş axtararaq çoxlu qənimət ələ keçirmişidlər. Lakin ailəsi də bu zəlzələdə vəfat 

etmiş  Böyük  Səlcuqluların  Arran  canişini  Qara  Sunqur  ordusu  ilə  yetişib  Gəncə 

yaxınlığında  gürcü  ordusunu  ağır  məğlubiyyətə  uğratmışdı.  O,  bununla  da 

kifayətlənməyib  arxa-arxaya  Gürcüstana  iki  hərbi  yürüş  etmiş,  bol  qənimət  və  əsirlə 

geri  qayıtmışdı.  M.  Qoş  yazır  ki,  Qara  Sunqur  gürcüləri  dəhşətə  gətirib  tir-tir  əsməyə 

məcbur etdi

161


. Vali 2-3 il ərzində təbii fəlakətin bütün ziyanını aradan qaldırmış, Gəncə 

əvvəlki gözəlliyi ilə bərpa edilmişdi

162

. 1220-ci illərdə moğollar bir çox şəhər və ölkələri 



tutub dağıltıqları halda Gəncəyə hücum etməyə cəsarət etməmişdilər. İbnü’l-Əsir yazır 

ki: ‚moğollar Gəncə əhalisinin qəhrəmanlığını, gürcülərə qarşı apardıqları müharibələri 

eşitmiş,  onların  xarici  hücumlara  necə  şiddətli  müqavimət  göstərdiklərini 

                                                 

159

 GÖYÜŞOV, həmin əsər, s. 141. 



160

  Kamil  fi’t-Tarix,  C.  XI,  s.  75-76.  Mxitar  Qoşa  görə  bu  zəlzələ  30  sentyabr  1139-cu  ildə  şənbə  günü  baş  vermişdi. 



Alban Salnaməsi, (Trc. Z. Bünyadov), s. 245, Bakı 1993. 

161


 QOŞ, həmin əsər, s. 246; BÜNYADOV, həmin əsər, s. 188-189. 

162


 Yenə orada


öyrənmişdilər.  Həqiqətən  Gəncə  son  dərəcə  möhkəm  qala  divarlarına  sahib  idi  və 

buranı ələ keçirmək asan deyildi. Bunu bacarmayacaqlarını anlayan moğollar Gəncəyə 

xəbər  göndərərək  pul  və  paltar  tələb  etmişdilər.  Gəncəlilərin  onların  istədiklərini 

vermələrində sonra moğollar oradan getmişdilər‛

163

. Azərbaycan Atabəyləri Dövlətinin 



süqutundan  (1225)  ölkənin  moğolların  istilasına  uğramasına  (1239)  qədərki  dövrdə 

Gəncə Cəlaləddin Xarəzmşahın (öl.1231) hakimiyyəti altında olmuşdu.               

Antik mənbələrdə adı Fraata kimi çəkilən Marağa orta əsrlərdən etibarən indiki adı ilə 

tanınmağa  başlamışdı.  Marağa 

 

[

ُ حَؿا َهَُٔا



]

ərəb  dilində  heyvanların  ağnaşdıqları  yer 

mənasını  ifadə  edir

164


.  Güman  ki,  Əhməd  əl-Bəlazurinin  nəql  etdiyi  rəvayət  də  buna 

əsaslanır. Müəllif bu yerin əvvəllər Əfrahrud 

قٝهٛاهكا


]

adlandığını yazır. Azərbaycan və 

Ərməniyyə valisi Mərvan ibn Muhəmməd burada hərbi düşərgə salmış, orduya məxsus 

heyvanların  ağnaşdığı  yer  olduğu  üçün  buranın  adı  Marağa  olaraq  qalmışdı

165

.  Yaqut 



əl-Həməvi  də  eyni  rəvayəti  öz  əsərində  qeyd  etmişdir

166


.  X  əsr  səyyahı  əl-İstəxri  bu 

şəhəri bəyənmiş və onun həqiqətən gözəl şəhər olduğunu, orada bol məhsul yetişdiyini 

qeyd  etmişdir

167


.  Əcaibü’d-Dünya  müəllifi  (XIII  əsr)  Marağadakı  Azər  Quşəsp  adlı 

atəşgahının məcusilərin ziyarətgahı olduğunu yazır. Çibanı olanlar mehrigan (novruz) 

günü  oraya  gedib  küldən  bir  az  götürüb  bənövşə  yağı  ilə  qarışdırıb  yaralarına 

sürtürlərmiş

168

. İbn Xordadbeh Azər Quşəsp adlı od məbədinin Şiz şəhərində olduğunu 



yazmışdır

169


. Ehtimal ki, bu Şiz ilə Marağanın bir-birinə çox yaxın olması səbəbiylədir. 

Əbdürrəşid  Bakuvi  də  Marağa  haqqında  məlumat  verərkən  ‚Orada  qədimdən 

məcuslardan  qalan  mədrəsələrin  (təlim  yerləri-E.N)  və  başqa  binaların  xarabalıqları 

var‛  yazır

170

.  Sözü  gedən  məbəd  atəşpərəstlər  üçün  dinlə  yanaşı  siyasi  əhəmiyyət  də 



kəsb edirdi. Belə ki, taxta yeni oturan Sasani şahları paytaxt Mədaindən piyada gələrək 

bu məcusi məbədini ziyarət etmək məcburiyyətində idilər

171

.  


                                                 

163


 Kamil fi’t-Tarix, C. XII, s. 337-339. 

164


 SARI, Arapça-Türkçe Lugat, s. 1429. 

165


 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461.  

166


 Mu’cəmü’l-Büldan, C. VI, s. 152. 

[

اٜ٤ك  ؽهٔرذ ٚتاؽصأ باٝق ٝ ٚتاٝق دٗاٌك



]

. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 96. 

167

 Məsalik, s. 73. 



168

 Əcaibü’d-Dünya, s. 159. 

169

 Məsalik, s. 38.  يٞعُٔا ك٘ػ



]

 

[



نكوُا ْ٤ظػ ٞٛٝ ًَْ٘شُظنَلأ ناٗ د٤ت اٜتٝ ى٤شُاٝ   

170


 Təlxisü’l-Asar, s. 105. 

171


 Vasiliy BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛, (Trc. İ. Aka), AÜTAD, VIII/14, Ankara 1963, ss. 77-87. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə