Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
 
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 
2004, 1456с. 
 
484) Aşağıda sadalanan sitostatiklərdən hansının istifadəsi zamanı əl-pəncə 
sindromu baş verə bilər? 
 
A) Kapesitabin 
B) Dosetaksel 
C) Topotekan 
D) Doksorubisin 
E) Raltitreksed 
 
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Под ред. М.И.Давыдова. М., 
2004, 1456с. 
 
485) Daktinomisin aşağıda sadalanan hansı xəstəlikdə daha üstün təsir 
xüsusiyyətinə malikdir? 
 
A) Uşaqlıq boynu xərçəngində 
B) Yoğun bağırsag  xərçəngində 
C) Ağciyər xərçəngində 
D) Yumurtalıq xərçəngində 
E) Xorionkarsinoma 
 
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. 
Н.И.Переводчиковой. М., 2005, 692с. 
 
486) Liposomal  Doksorubisinin adi Doksorubisindən əsas fərqi nədədir? 
 
A) Uzun müddətli infuziya şəklində olması 
B) Nefrotoksik təsirinin az olması 
C) Neyrotoksik təsirinin cox olması 
D) Heç biri 
E) Kardiotoksik təsirinin az olması 
 
Ədəbiyyat: Руководство по химиотерапии опухолевых заболеваний. Под ред. 
Н.И.Переводчиковой. М., 2005, 692с. 
 
487) Mielom xəstəliyi zamanı şiş hüceyrə populyasiyasının əsasını nə təşkil edir? 
   
A) Bütün sadalanan hüceyrələr 
B) Monositlər 
C) Plazmatik hüceyrələr 
D) Limfositlər 
E) Retikulositlər 
 


 
 
Ədəbiyyat: Руководство по гемaтологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
488) Mielom xəstəliyinin diaqnozu üçün zəruridir 
 
A) Qanın ümumi analizi 
B) Bütün müayinələr vacibdir 
C) Mieloqrammada plazmatik hüceyrələrin artım səviyyəsinin təyini 
D) Qanda ümumi zülalın təyini 
E) Qan zərdabında patoloji immunoqlobulinlərin təyini 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
489) Sümük iliyi hüceyrələrinin proliferasiyası və differensasiyası hansı 
xəstəliklər zamanı pozula bilər? 
A) Qeyri Hoçkin limfoması zamanı 
B) Hoçkin limfoması zamanı 
C) Bütün sadalananlar 
D) Leykoz zamanı 
E) Mielom xəstəliyi zamanı 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
490) Plazmositoma diaqnozu üçün vacibdir: 
 
A) Qanın ümumi analizi 
B) EÇS-nin yüksəlməsi 
C) Bütün yuxarıdakıların mütləq olması 
D) Plazmatik hüceyrələrdən ibarət şiş törəməsinin olması 
E) Mieloqrammada plazmatik hüceyrələrin artması və plazmatik hüceyrələrdən ibarət 
şiş törəməsinin olması 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
491) Çoxsaylı mieloma diaqnozu bu müayinələr əsasında  qoyulur: 
 
A) Histoloji müayinəsi 
B) İmmunoqlobulinlərin  müayinəsi 
C) Qanın ümmi analizi 
D) Sümük iliyinin müayinəsi 
E) Bütün sadalananlar 
 


 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
492) Flüdarabin aşağıda sadalanan hansı onkoloji xəstəliklərin müalicəsində 
istifadə olunur? 
A) Yoğun bağırsaq xərçənginin 
B) Mədə xərçənginin  
C) Süd vəzisi xərçənginin 
D) Bütün cavablar səhvdir 
E) Xroniki Limfoleykozun 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
493) Mabtera (Rituksimab) aşağıda sadalanan hansı onkoloji xəstəliklərin 
müalicəsində istifadə olunur? 
A) Süd vəzisi xərçənginin 
B) Yoğun bağırsaq xərçənginin 
C) Qeyri- Hoçkin limfoması  
D) Bütün cavablar düzdür 
E) Qaraciyər xərçənginin 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
494) Mielom xəstəliyinin əsas müalicə üsulu aşağıda sadalanlardan hansıdır? 
 
A) İmmunoterapiya 
B) Kombinə (kimya-şüa) 
C) Kimyəviterapiya 
D) Bütün cavablar düzdür 
E) Şüa 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
495) Qanyaranmanın hipoplaziyasının inkişafı üçün risk faktorları 
 
A) İonlaşdırıcı şüaların təsiri 
B) Fenol və onun törəmələrinin uzun müddətli təsiri 
C) Fenol və onun törəmələrinin uzun müddətli təsiri, ionlaşdırıcı şüaların təsiri 
D) Düzgün cavab yoxdur 
E) İnsoliyasiya 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 


 
 
 
496) Xroniki leykozun aşağıdakı variantlarından hansı daha tez-tez rast gəlinir? 
 
A) Xroniki limfoleykoz 
B) Xroniki limfoleykoz və xroniki mieloleykoz eyni tezliklə 
C) Xroniki mieloleykoz 
D) Xroniki monositar leykoz 
E) Bütün sadalanan variantlar 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
497) Hansı xəstəlikdə dəqiq sitogenetik marker (filadelfiya xromosomu) 
müşahidə olunur? 
 
A) Xroniki monositar leykozda 
B) Xroniki mieloleykozda 
C) Kəskin mieloblast leykozda 
D) Xroniki limfoleykozda 
E) Kəskin limfoblast leykozda 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
498) Xroniki limfoleykoz aşağıda göstərilən hansı ağırlaşmalarla gedə bilər? 
 
A) Kəmərləyici dəmrov 
B) Infeksion ağırlaşmalar 
C) Ümümi zəiflik 
D) Bütün sadalananlar 
E) Autoimmun proseslər (hemolitik anemiya) 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 
 
499) Xroniki mieloleykozun xroniki fazasında kliniki şəkil aşağıda 
göstərilənlərdən hansıdır?  
 
A) Temperaturun yüksəlməsi 
B) Bütün sadalananlar 
C) Dalağın ölçülərinin böyüməsi 
D) Ümümi zəiflik 
E) Periferik limfa düyünlərinin böyüməsi 
 
Ədəbiyyat: Руководство по гематологии А.И. Воробьев; Клиническая 
Онкогематология М.А.Волкова; 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə