Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

22 

 

kəsisməsində  yerləsən  Azərbaycan  hər  növ  nəqliyyat  dasımaları  üçün  əhəmiyyətli 



strateji mərkəzdir. Respublikamız çox qütblü nəqliyyat-kommunikasiya səbəkəsi 

formalasdırmaqla, özünün geosiyasi mövqelərini daha da gücləndirir 

 



      1 .3.Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat koridoru - TRACECA 



 

Qafqaz regionu dünyada strateji, geoiqtisadi, geosiyasi movqeyinə görə əhəmiyyətli 

rola malikdir. Bu region Qərblə Şərq, Cənubla Şimal arasında körpü rolunu oynayır. 

Lakin bununla belə regionda mövcud olan separatçı münaqişə ocaqları həm region 

dövlətləri, həm də regionla əlaqədə olan dünya ölkələri üçün ciddi təhlükə yaradır, 

davamlı  sülhə,  milli  təhlükəsizliyə,  xalqlar  və  dövlətlər  arasında  sosial-iqtisadi  və 

mədəni  inteqrasiyaya  maneçilik  törədir.  Bütün  bu  problemləri  həll  etmək  üçün  bu 

regionda  yerləşən  ölkələrin  öz  aralarında  eləcə  də  dünya  ölkələri  ilə  qarşılıqlı 

əməkdaşlığı məqsədəuyğundur. 

Hal-hazırda  reallaşmaqda  olan  bir  sıra  beynəlxalq  layihələr  region  ölkələri  ilə 

Şərq  və  Qərb  ölkələri  arasında  əməkdaşlığa,  böyük  gələcəyi    olan  perspektivlərlə 

hesablanmışdır.  Belə  ki,  böyük    İpək    Yolunun    bərpası,    Avropa-Qafqaz-Asiya 

nəqliyyat dəhlizinin  – TRASEKA proqramının həyata keçirilməsi, Xəzərin enerji 

ehtiyyatlarından birgə istifadəyə dair ―Əsrin müqaviləsi (24 sentyabr 1994) ünvanı 

almış  neft  kontraktlarının  ―Bakı-Tbilisi-Ceyhan‖  əsas  ixrac  neft  kəməri,  ―Bakı-

Tbilisi-Ərzurum‖  qaz  kəməri  layihələrinin  əsas  məqsədi  Qafqazın,  o  cümlədən 

Azərbaycanın  milli  təhlükəsizliyinin  qorunması  və  regionda  sülhün,  sabitliyin 

möhkəmlənməsinə nail olmaq və iqtisadi inteqrasiya proseslərində daha fəal iştirak 

etməkdən ibarətdir. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası 

ölkənin iqtisadi inkişafında həlledici rol oynayır. Bu istiqamətdə atılmış ilk addım 

1993-cü  ilin  mayında  Brüsseldə  Avropa  İttifaqı  ilə  Cənubi  Qafqaz  və  Mərkəzi 

Asiya  ölkələrinin  nəqliyyat  nazirləri  arasında  keçirilmiş  görüş  idi.  Bu  görüşdə 




23 

 

Avropa-Asiya  nəqliyyat  dəhli-zinin  yaradılması  üçün  TRASEKA  proqramının 



təklif  edildi.  Qeyd  etmək  lazımdır  ki,  TRASEKA  proqramında  35  ölkənin  iştirak 

etməsi iştirakçı ölkələrin inteqrasiya proseslərində böyük əhəmiyyət kəsb edir. Bu 

proqramın keçid dövrü şəraitində respublika üçün əhəmiyyətini göstərməklə, qeyd 

etməkdır  ki,  resbublikaya  göstərilən  bütün  texniki  yardımların   və   köməyin   əsas  

hissəsi  TASİS xətti ilə  həyata  keçirilmişdir və  bu  proqram  Aİ-nin  Şərqi Avropa, 

Qafqaz  və  Orta  Asiya  ölkələri  ilə  iqtisadi  və  siyasi  əlaqələrinin  ardıcıl  inkişaf 

etdirilməsi üçün təmənnasız maliyyələşdirmə yolu ilə reallaşdırılmışdır. 

TRASEKA proqramı üzv ölkələrin siyasi və iqtisadi müstəqilliyini onların Avropa və 

dünya  bazarlarına  alternativ  nəqliyyat  marşrutları  vasitəsilə  çıxmaq  imkanlarını 

genişləndirmək  yolu  ilə  dəstəkləyir.  Bu  proqram  regional  əməkdaşlığın 

genişlənməsinə  kömək  edir,  beynəlxalq  maliyyə  qurumlarının  və  özəl 

sərmayədarların  yardımını  təşiq  edir.  TRASEKA  poqramının  əsas  məqsədi  müasir 

nəqliyyat sistemi, infrastrukturlar və daşınma sistemləri yaradılmasıdan, bu sistemləri 

Transavropa  şəbəkələri  ilə  birləşdirməkdən  ibarədir.  Bu  proqram  Avropa  İttifaqı 

komissiyasının  fəal  köməyi  sayəsində  üzv  ölkələrdə  kommunikasiya  obyektlərinin 

modernləşdirilməsini və tikintisini, müvafiq qanunvericilik aktlarının hazırlanmasını, 

gömrük və tarif siya- sətlərinin təkmilləşdirilməsini, kadrlarin hazırlanmasını nəzərdə 

tutur.TRASEKA-nın  qəbul  edilməsindən  keçən  dövr  ərzində  sadaladığımız 

istiqamətlərdə  bir  sıra  işlər    görülmüş    və    proqram    Aİ-nin    ən    müvəffəqiyyətli 

proqramlarından  birinə  çevrilmişdir.  Bu  müvəffəqiyyət  həyata  keçirilən  konkret 

investisiya  və  texniki  yardım  layihələrində  üz  əksini  tapır.  Hazırda  bu  proqramın 

çərçivəsində 20-dən artıq layihə həyata keçirilir. Bunlara kadrların təlimi, nəqliyyat 

qanunvericiliyin  hazırlanması,  avtomobil  yollarının  yaxşılaşdırılması,  regional 

hərəkətin proqnozlaşdırılması, multimodal nəqliyyat sistemləri və s. aiddir. 

Belə  ki,  TRASEKA  nəqliyyat  dəhlizi  üzrə  yük  axınının  artırılması  üçün  son  illər 

ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra 

tədbirlər görülmüş,  avtomobil  magistrallarının,  dəmir  yolu xətlərinin və körpülərin 

bərpası  və  tikintisi,  dəmir  yolu  nəqliyyatı  vasitələrinin,  gəmilərin,  bərələrin,  liman 




24 

 

qurğularının təmiri üzrə müəyyən işlər görülmüşdür. 



Azərbaycan    Respublikasının    Xarici    İşlər    Nazirliyi  TRASEKA  Proqramının 

məqsədlərinin  reallaşdırılmasını  yaxından  izləyir  və  bu  prosesdə  fəal    iştirak  

etməkdədir.  XİN-in  bu  sahədə  fəaliyyəti iki istiqamətdə həyata keçirilir: 

 



Əsas Çoxtərəfli Sazişin Depozitoru funksiya- larını  yerinə  yetirərək  Xarici  İşlər  

Nazirliyi   Üzv-  Dövlətlərlə  Sazişin  işi  ilə  bağlı  yazışma  aparır,  iştirakçıları  Sazişə 

aidiyyatı olan sənədlər, məlumatlar və bildirişlər haqqında xəbərdar edir; 

Azərbaycan Respublikasının Diplomatik Xidmət haqqında Qanununa uyğun olaraq, 

ölkəmizi  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibətlərdə  təmsil  etmə 

funksiyasını  həyata  keçirən  Xarici  İşlər  Nazirliyi  tərəfindən  TRASEKA  Proq- 

ramının      inkişaf      etdirilməsi      ilə      bağlı  məsələlər  xarici  siyasətin  prioritet  

istiqamətlərindən    biri  kimi  əsas  tutulur,  aparılan  görüşlər  və  danışıqlar  zamanı, 

ikitərəfli  əlaqələr  səviyyəsində  və  beynəlxalq  təşkilatlar  çərçivəsində  TRASEKA-

nın maraqlarının müdafiə edilməsi istiqamətində iş aparılır, Avropa-Qafqaz-Asiya 

nəqliyyat  dəhlizinin  fəaliyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  təkliflər  irəli 

sürülür. 

Azərbaycan  Respublikasında  və  Əsas  Çoxtərəfli  Sazişin  başqa  Üzv-Dövlətlərində 

TRASEKA  nəqliyyat  dəhlizinin cəlbediciliyinin  artırılması  istiqamətində son illər 

ərzində  görülən  işlərin  nəticəsində  gözə  çarpan  nailiyyətlər  əldə  edilmiş,  marşrut 

üzrə yük daşımalarının həcmi xeyli artmışdır. 

TRASEKA  proqraminin  səmərəliliyinin  artırılmasında  Azərbaycan,  Gürcüstan, 

Türkmənistan və Özbəkistan arasında tranzit daşımalarinin tənzimlənməsi haqqında 

1996-cı ilin may ayında imzalanmış ―Sərəxs sazişi‖ mühüm rol oynayır. Bu sazişin 

nəticəsində  həm  Transqafqaz  dəhlizi  vasitəsilə  Avropa  və  Asiya  arasında  mal 

mübadiləsinin həcmi əhəmiyyətli dərəcədə artmışdır. 

TASİS  proqramı  çərçivəsində  hazırlanan  layihələr  əsasən  struktur  islahatlarına, 

dövlət  idarəetmə  sistemimim  təkmilləşdirilməsinə,  kiçik  və  orta  sahibkarlığın 

kreditləşdirilməsinə,  infrastrukturun  inkişafına  və  idarəetmənin  yaxşılaşdırılma- 

sına,  telekommunikasiya  sahələrinə,  kənd  təsərrüfatının  kreditləşdirilməsinə 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə