Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Qeyd: Oxucularımıza bildiririk ki, Oğuz rayo-

nu üzrə adları dəyişdiriləcək yaşayış məntəqə-

ləri Astraxanovka və Vladimirovka kəndləridir.

Milli Məclis  yanında 

Toponimiya Komissiyasının

növbəti iclası keçirilib

M

illi Məclisin payız sessiyası



cəmiyyətin çoxdan gözlədiyi

və  kifayət  qədər  müzakirə

mövzusu olan  bir qanunu-"Tütün mə-

mulatlarının  istifadəsinin  məhdudlaş-

dırılması haqqında" qanunu qəbul etdi.

Milli  Məclisin  hələ  yaz  sessiyasında

geniş müzakirə olunan bu qanun layi-

həsi payız sessiyasında yenidən,  üçün-

cü  oxunuşunda  müzakirəyə  çıxarıldı.

Əmək  və  sosial  siyasət  komitəsinin

sədri Hadi Rəcəbli layihə haqında geniş

məlumat vermiş və bildirmişdir ki, ikinci

oxunuşdan  fərqli  olaraq,  qanun  layi-

həsinin 1-ci və 10-cu maddələrinə edi-

lən  əlavəyə  görə,  tütün  məmulatla-

rından (siqaret) sulu qəlyan və elektron

siqaretdən  istifadəyə,  eyni  zamanda,

xüsusi ayrılmış yerlər istisna olmaqla,

motel, hostel, habelə fiziki şəxslərin ge-

cələməsi və ən azı 24 saat ərzində qala

biləcəkləri digər yerləşdirmə obyektlə-

rində də icazə verilməyəcək.

Digər yeniliyə əsasən, tütün məmu-

latlarından (siqaret), qəlyandan və elek-

tron  siqaretdən  istifadənin  qadağan

edildiyi  yerlərdə  bunlardan  istifadə

edənlər üçün xüsusi yerlərin ayrılması

ilə bağlı tələb aradan qaldırılır. Üçüncü

oxunuşda idarə, təşkilat, müəssisə və

iaşə  obyektlərində  xüsusi  yerlərin  ya-

radılması  üçün qoyulan tələb də ləğv

olunur. Yəni onlar istəsələr, yarada bi-

lərlər, istəməsələr yox. Bu, artıq onların

qarşısında şərt kimi qoyulmayacaq. Bu

düzəlişə səbəb bir sıra yerdə tütündən

istifadə  üçün  xüsusi  yerlərin  yaradıl-

masına şərait olmamasıdır.

Düzəlişlərə əsasən, tütün məmulat-

ları  şirkətlərinin  xeyriyyəçilik  missiya-

sına  da  icazə  verilir.  İkinci  oxunuşda

sponsorluqla  yanaşı,  xeyriyyəçilik  də

qadağan idi.

Qeyd edək ki, qanun layihəsinə əsa-

sən tütün məmulatlarından (siqaret) su-

lu  qəlyan  və  elektron  siqaretdən  bu

yerlərdə istifadə qadağandır:

-təhsil  və  tərbiyə  müəssisələri,  on-

ların əraziləri;

-səhiyyə,  reabilitasiya  və  sanato-

riya-kurort müəssisələri, onların əraziləri

(açıq məkanlar və xüsusi ayrılmış qa-

palı yerlər istisna olmaqla. Belə yerlərə

dair  tələblər  müvafiq  icra  hakimiyyəti

orqanı tərəfindən müəyyən olunacaq);

-mülkiyyət  növündən  və  təşkilati-

hüquqi  formasından  asılı  olmayaraq,

bütün müəssisə, idarə və təşkilatlar, iş

yerləri (açıq məkanlar və xüsusi ayrıl-

mış qapalı yerlər istisna olmaqla);

-idman yarışları və başqa kütləvi təd-

birlərin keçirildiyi zallar;

-restoranlar, kafelər, barlar daxil ol-

maqla, ictimai-iaşə obyektləri (açıq mə-

kanlar və xüsusi ayrılmış qapalı yerlər

istisna olmaqla);

-ticarət obyektləri;

-məişət obyektləri;

-sosial xidmət müəssisələri;

-yerləşdirmə vasitələri (tütün çəkən-

lər üçün mehmanxanalarda otaqlar və

xüsusi yerlər ayrılmasına icazə verilir);

-teatr  və  kinoteatrlar,  sirk  binaları,

sərgi və nümayiş salonları, oxu zalları,

kitabxanalar,  muzeylər,  habelə  digər

mədəniyyət obyektləri;

-uşaq meydançaları;

-yerüstü  qapalı  və  yeraltı  piyada

keçidləri;

-müntəzəm şəhərdaxili (rayondaxili),

şəhərlərarası  (rayonlararası)  və  bey-

nəlxalq  marşrutlar  üzrə  hərəkət  edən

avtobuslar,  sərnişin  daşımaları  üzrə

ümumi istifadədə olan avtomobil nəq-

liyyatı vasitələri və taksi minik avtomo-

billər;

-metropoliten  stansiyalarının  vesti-

bülləri, keçidləri, platformaları və vaqon-

ları;


-hava nəqliyyatı vasitələri, dəmiryolu

qatarları (qatarın xüsusi ayrılmış yerləri

istisna olmaqla). Su nəqliyyatı vasitələri

(xüsusi ayrılmış yerlər istisna olmaqla);

-tütün çəkmək üçün xüsusi ayrılmış

yerlər  istisna  olmaqla  hava  və  dəniz

(çay) limanlarının inzibati binaları, dəmir

yolu  vağzalları,  avtovağzallar  (avto-

stansiyalarda)  və  avtobusların  daya-

nacaq məntəqələri;

-liftlərdə və çoxmənzilli yaşayış bi-

nalarında ümumi istifadədə olan yerlər;

-taksofonlar;

-yanacaqdoldurma  məntəqələri,  o

cümlədən,  tezalışan  maddələrin  sax-

landığı bina və müəssisələr;




Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə