OĞUZ YURDU
İ C T İ M A İ - S İ YA S İ Q Ə Z E T
• № 43-44 (4572) • 15 dekabr • 2017-ci il • Çümə • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik
2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan gün-
lərdən biridir. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və qu-
rucusudur. 1991-ci ildə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan böyük
çətinliklərlə üzləşmişdir. Həm siyasi, həm iqtisadi sahədəki problemlər müs-
təqilliyimiz üçün böyük təhlükə yaradırdı. Ancaq 1993-cü ilin iyununda respub-
likamız üçün ağır bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Hey-
dər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün
əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Odur ki, xalqımız Heydər Əliyevi
Azərbaycanın dövlət müstəqilliyinin qurucusu və memarı kimi dəyərləndirir.
Heydər Əliyev ən ağır məqamlarda xalqının yanında olmağı bacarırdı. 20
yanvar 1990-cı ildə də, 1993-cü ilin iyununda da belə olmuşdur. Hələ birinci
dəfə ölkə rəhbərliyində olanda da Azərbaycanı inkişaf etdirmək, güclü bir res-
publikaya çevirmək üçün əlindən gələni etmişdir. O, Azərbaycan üçün həmişə
öz haqq səsini qaldırırdı.
İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider, əsl
öndər idi. Onun birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız
bütün sahəhələrdə sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl respublikala-
rından birinə çevrilmişdir. Ümummilli liderin həmin illərdə və ikinci dəfə haki-
miyyətdə olduğu 10 il-1993-2003-cü illərdə yeritdiyi uzaqgörən siyasət, Azər-
baycanın sürətli inkişafı sahəsində həyata keçirdiyi misilsiz tədbirlər nəticəsin-
də Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə tanınmağa
başlamışdır. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyi-
mizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli ye-
rini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apar-
dığı və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə
Azərbaycanın daha da inkişafına, iqtisadi gücünün artmasına gətirib çıxar-
mışdır.
Heydər Əliyev xalqımızın və dövlətimizin maraqlarını hər şeydən üstün tu-
tardı. Onun zəhməti ilə qazanılan uğurlarda xalqın ona olan sevgi və inamı
böyük rol oynayırdı.
2003-cü ilin dekabrın 12-də Heydər Əliyev vəfat etmişdir. Lakin Heydər
Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Azərbaycan sonrakı
illər ərzində dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi tanınmışdır.
Həyata keçirilən böyük layihələr ölkəmizin inkişafına təkan vermişdir. İndi
Azərbaycan hərtərəfli inkişaf etməkdə olan ölkələr sırasındadır. Bu inkişafın
təməli isə Ulu öndər tərəfindən qoyulmuşdur. Onun siyasəti davam etdirilmək-
lə Azərbaycan tam müstəqil, suveren, inkişaf etməkdə olan dövlətə çevrilmiş-
dir.
Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu
yad edir.
Heydər Əliyev öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə
qazanmışdır Azərbaycan xalqının bu sevgisini. Onun uyuduğu məzarlıq, zi-
yarətgaha çevrilmişdir. Xalqımız hər il məhz həmin gün bu ziyarətgaha, res-
publikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək Ulu
öndərin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.