Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə15/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   11   12   13   14   15   16   17   18   ...   130

yaşlı  qızını  65  yaşlı  arvad  düşkünü  Bəhmən  Mirzəyə  ərə  vermir.” 
Xurşidbanu  xanım  sonralar  –  1872-ci  ildə  qızı  Xanbikəni  Naxçıvan 
bəylərindən Əmənulla xana ərə vermişdir (3, 74). 
...Evdəki ailədaxili qalmaqallar və X.Natəvanın həyata keçirdiyi 
çoxsaylı xeyriyyə və abadlıq işləri onun təsərrüfatının dağılması özü-
nün  müflisləşməsi  ilə  nəticələndi.  O,  borclarını  ödəmək  üçün  bir-
birinin  ardınca  mülklərini,  hətta  şəxsi  zinət  əşyalarını  belə  satışa 
qoymalı  oldu  (1,  153-155).  Nəhayət,  tükənmək  bilməyən  sıxıntılar, 
təzyiq  və  münaqişələr  X.Natəvanın  səhhətini  zəiflədərək  1  oktyabr 
1897-ci ildə vəfatı ilə nəticələndi. Bütün bu məhrumiyyətlər – siyasi-
hüquqi,  iqtisadi  və  sosial-mənəvi  sıxıntılar  Xurşidbanu  Natəvanın 
həyat eşqi ilə dolu olan lirikasında tənhalıq, bədbinlik, çarəsizlik dolu 
şikayət  motivlərinin  də  özünü  qabarıq  şəkildə  göstərməsinə  səbəb 
oldu… 
Xurşidbanu Natəvanın incə zövqlü, zərif duyğulu, həssas ruhlu, 
iti  müşahidə  qabiliyyətli  və  yüksək  bədii  zövqlü  istedadlı  bir  şair  və 
sənətkar  olduğunu  onun  öz  şeir  dəftərinə  çəkdiyi  təkrarsız  çiçək, 
bülbül, təbiət rəsmləri və s. də təsdiq etməkdədir… Şairin lirikası isə 
onun  həm  də  sosial-mədəni,  ictimai-əxlaqi  mahiyyət  daşıyan  şəxsi 
yaşantılarının,  lirik-fəlsəfi  duyğu  və  qənaətlərinin  poetik  rəsmləridir. 
Məhz  yüksək  sənət  nümunəsi  olduğu  üçündür  ki,  onun  şəxsi  yaşan-
tıları  və zamanın sosial  yaşantıları  ilə dövrün, zamanın ictimai  prob-
lemləri, dərdləri, lirik «mən»lə müəllif «mən»i birləşir. Bu qoşaqanad-
lılığın  gücü  isə  lirik  qəhrəmana  bütün  cövrü-cəfa  dolu  sınaqlardan 
alnıaçıq çıxmağa kömək edir. 
Natəvan xanım taleyin ona bəxş etdiyi dərd, sitəm yükünün dö-
zülməzliyini,  bütün  bunlar  azmış  kimi  haqqında  halından  xəbərsiz-
lərin, dedi-qodu həvəskarlarının  yaydıqları böhtan xarakterli söz-söh-
bətləri (3, 9) nəzərdə tutaraq yazırdı:  
 
Rəqib töhməti etdi məni cüda, ey dust! 
Bu zülmü gördü rəva görməsin səfa, ey dust! 
…Çağırram Allahımı hali-Natəvan ilə 
Məgər ki, tez verə həq düşmənə cəza, ey dust! (4, 30). 
   
Göründüyü kimi, Natəvanın «lirik mən»ini dərdə, müşkülə salan 
sadəcə rəqib deyil, əsl düşməndir. Ona görə düşdüyü taqətsiz, zəif halı 
ilə  məkrli  düşmənə  Allahından  tezliklə  cəza  verməsini  diləyir.  Onun 
«günü  də  bəxti  kimi  qarə»  olduğu  üçündür  ki,  «Məcnun  tək  avarə», 
sərgərdan olub çöllərdə gəzməkdədir:  


Bütün bunlar azmış kimi, Qarabağın, xanlıq mülkünün tamamilə 
Rusiyanın  –  çarizmin  dövlət  torpaqlarına  keçirilməsi  qəsdilə  qurulan 
məkrli siyasi oyunların ailədə, doğmalar arasında belə açdığı mənəvi-
psixoloji aşınmalardan doğan yaraların dərinlik və əlacsızlığından be-
zib belə nalə çəkir:  
 
Zəmanə saldı əcəb möhnətü məlalə məni
O mahrudən iraq verdi qəm zəvalə məni (4, 43). 
 
X.Natəvanın  böyük  oğlu  Mehdiqulunun  ailədən  küsərək  uzaq-
lara,  «qərib  diyara  getməsi»,  kiçik  oğlu  Mir  Abbasın  vaxtsız  ölümü 
onun  bu  silsilədən  olan  əsərlərinə  «getmə»  rədifli  şeirlərin  əlavə 
olunmasına səbəb olmuşdur.  
Övlad itkisi, bala dərdi Xurşidbanunun dərdi üstünə dərd gətirir, 
«Tərkin»  (Nədir  murad,  fələk  etməz  imtahan  tərkin),  «Getdi»  rədifli 
və  digər  şeirlərdə  həmin  qəm  yükünün  təşnəsini  görürük.  «Bahar 
fəslində,  növcavan»  ikən  həyatı  tərk  edən  oğluna  şair  ana  belə  yas 
tutur:  
 
…Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı, 
Bahar fəslində, yaran bu növcavan getdi. 
…Məzarın üstə gəlib əylənim dəmadəm, oğul, 
Deyərmisən ki, nə növ ilə Natəvan getdi (4, 40). 
 
Xurşidbanunun şeirlərini məzmun cəhətdən dörd qismə ayırma-
ğın  mümkünlüyünü  göstərən  B.Məmmədov  yazır:  «…Bu  əsərlərin 
hansı  konkret  ictimai-tarixi  şəraitlə,  real  zəminlə  bağlı  meydana  gəl-
diyini araşdırmaq baxımından Natəvanın həyat və yaradıcılığı ən yaxşı 
tədqiqat obyektidir» (1, 5). 
Yuxarıda  göstərdiyimiz  kimi,  taleyi  sanki  Qarabağın  müqəd-
dəratı ilə bağlı olub, həyatı imperiyanın məkrli qəsbkarlıq siyasi oyun-
larının burulğanına düşən X.Natəvanın  yaradıcılığında dövrün sosial-
tarixi,  mənəvi-psixoloji  aşınma  yüklü  hadisə  və  prosesləri  özünün 
bədii-poetik  impulslarını,  sənədləşmiş  qan  yaddaşını  qoruyub  saxla-
maqdadır.  Burada  uğursuz  izdivaclardan  doğan  mənəvi  məhrumiyyət 
dolu  sosial-psixoloji  təzyiqlər,  qınaqlar,  dedi-qodular,  vətən  həsrəti, 
ailə  münaqişələri,  maddi  və  maliyyə  məhrumiyyətləri,  könül  həsrəti, 
eşq, sevgi iztirabları özünə yer aldığı kimi, dünyanın gərdişindən, fə-
ləyin oyunlarından çıxarılan nəticələr, yürüdülən ictimai-fəlsəfi qənaət 
və  mühakimələr  də  diqqəti  cəlb  etməkdədir.  Onun  lirik  qəhrəmanı 


daim ayrılıq oduna yanır. Bu od vətən ayrılığının, vüsal həsrətinin, eşq 
atəşinin bəşər övladının ruhunu saran ilahi yanğısından nəşət etmişdir. 
Həm  də  kamilliyin,  kamil  eşqin  nəticəsi  kimi  üzə  çıxdığı  üçün  lirik 
qəhrəman həmin atəşlərdə qovrulmaqdan sanki rahatlıq tapır:  
 
...Səlamət əhli nə bilsin, nədi məlaməti eşq? 
El içrə şöhrəti-eşq ilə dastan mən idim (4, 46). 
 
Natəvanın  lirik  qəhrəmanı  özünün  «məlaməti-eşqdən»  bixəbər 
olan  «səlamət  əhli»ndən,  eşqin  ləzzətindən  məhrum,  bixəbər  bəndə-
lərdən fərqləndirildiyindən, ilahi tərəfindən seçilmişlərdən olduğundan 
daxili bir qürur duyur. Ona görə dərin razılıq hissi ilə bildirir ki:  
 
Həmişə vəslin ilə şadü-xürrəm olmuşdum
Bu hicr oduna yanan zarü Natəvan mən idim (4, 47). 
 
Xurşidbanunun  lirik  «mən»i  elə  bu  duyğularla  da  özünün  əhdə 
vəfadarlığı, eşqdə sabitqədəmliyi ilə öyünür. Bu öyünmə eşqin kamil-
liyindən, aşiqin zəka dərinliyindən yarandığı üçün normal və təbii təsir 
bağışlayır.  
Əhdinə  sadiq  qalmağın  qarşılığında  vəslə  çatmasa  da,  eşqində 
təmənnasızlığı aşiqi öz məşuqundan üz çevirmək məqamına endirmir, 
endirə bilmir. Bu halını lirik «mən» dilə belə gətirir:  
 
Eşqi-rüxsarında bir dəm vəsl ilə şad olmadım, 
Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən. 
Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım, 
Hərçi cəhd etdim, nə hasil, yetmədim canənə mən (4, 22). 
 
Xurşidbanu  xanım  pərvanənin  özünü  oda  atmasını  da  təsadüfi, 
səbəbsiz  hesab  etmir.  Məşuquna  bütün  varlığı  ilə  bağlı  olan  pərvanə 
onu hər kəsə, hər şeyə qısqanır. Ona görə də elə ki 
 
Görür məclislər içrə şəmi hər şəb yari-əğyarə
Onunçün yanmağın tərhim qılır bünyad pərvanə (4, 64). 
 
İlk baxışda yüngülxasiyyətliyi, yəni hər gecə bir əğyarə mehman 
olması üzündən pərvanənin atəşdə yanmasına səbəb olması ilə şəmin 
ağzıgöyçəklərin  qınaq  hədəfinə  çevrildiyini  diqqətə  çatdıran  X.Natə-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə