Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə12/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   8   9   10   11   12   13   14   15   ...   130

Егяна Исмаилова 
 
ИСТОРИЯ ВХОЖДЕНИЯ ЭПОСА «ДЕДЕ КОРКУД» В 
АЗЕРБАЙДЖАНСКОЕ ОБЩЕСТВО И ПЕРИОД ЕГО ЗАПРЕТА  
 
Резюме  
 
В  статье  говорится  о  необходимости  привлечения  внимания  к  двум 
основным  взаимосвязанным  факторам,  связанным  с  влиянием  дастана  «Деде 
Коркуд» на развитие современной азербайджанской литературы: 
Во-первых,  история  «прихода»  эпоса  в  азербайджанское  общество  в 
первой  половине  ХХ  века,  рукопись  которого  была  найдена  во  второй 
половине XIX века;  
Во-вторых,  начавшиеся  в  азербайджанском  обществе  национально-
идеологические  репрессии  в  20-х  гг.  ХХ  века  и  кровавые  преследования 
литераторов,  которые  в  той  или  иной  степени  выразили  свое  отношение  к 
эпосу. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Güntəkin MUSAYEVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
m.tekin@mail.ru 
 
ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNDƏ  
UŞAQ NAĞILLARININ İNVARİANTLARI 
 
Açar sözlər: nağıl, mənzum hekayə, yazılı ədəbiyyat, şifahi xalq ədəbiyyatı, 
təsirlilik 
Key  words:  tale,  poetic  story,  written  literature,  oral  folk  literature, 
expressiveness 
Ключевые  слова:  сказка,  рассказы  в  стихах,  письменное  народное 
творчество, устное народное творчество, выразительность
 
 
Azərbaycan şifahi xalq ədəbiyyatı həmişə  yazılı ədəbiyyat üçün 
tükənməz mənbə olmuşdur. Bildiyimiz kimi, xalq ədəbiyyatının yazılı 
ədəbiyyatla sıx qarşılıqlı əlaqəsi mövcuddur. Məhz buna görə də, şifa-
hi  ədəbiyyatın  bütövlükdə  özü  yazılı  ədədbiyyat  üçün  bir  qaynaq  ol-
muşdur. 
Şifahi  xalq  ədəbiyyatının  janrlarından  biri  olan  uşaq  nağılları 
daim şair və yazıçıların diqqətini özünə cəlb etmiş və həmin motivləri 
tez-tez öz yaradıcılıqlarında əks etdirmişlər: “Azərbaycan nağıllarının 
maraqlı  qruplarından  biri  də  uşaq  nağıllarıdır.  Onların  əhatə  çevrəsi 
genişdir. Bir çox tədqiqatlarda heyvanlar aləmindən bəhs edən nağıl-
arın bir çoxu, əski təsəvvürləri, zoomorfik və totomistik görüşləri əks 
etdirən  süjetlər  də  uşaq  nağılı,  yaxud  onun  zehni  və  fiziki  inkişafına 
təsir göstərən süjetlər kimi götürülür” (1, 47). 
Ədəbi irsimizdə uşaq nağıllarından bəhrələnən əsərlərə M.Dilba-
zinin  “Göyçək  Fatmanın  nağılı”  (“Göyçək  Fatma”),  M.Seyidzadənin 
“Nərgiz” (“Üç bacı”), “Cik-cik sərçəcik” (“Cik-cik xanım”), M.Müşfi-
qin  “Şəngülüm,  Şüngülüm,  Məngülüm”  (“Şəngülüm,  Şüngülüm, 
Məngülüm”),  S.M.Qənizadənin  “Tülkü  və  çaq-çaq  bəy”  (“Tülkü  və 
Armudan  bəy”),  H.Qasımzadənin  “Buzsındıran”  (“Qarı  və  buz”), 
S.Ə.Şirvaninin  “Aslan  və  iki  öküz”  (“Aslanla  öküzlər”),  G.Rəhim-


zadənin “Hiyləgər tülkü” (“Tülkü və ovçu Pirim”), Z.Xəlilin “Şah və 
qarışqa”  (“Süleyman  şah  və  qarışqa”),  Ə.Vəliyevin  “Ağlın  gücü” 
(“Yaxşılığa yaxşılıq”) və s. misal gətirmək olar. 
Uşaq  nağıllarından  yararlanma  Abdulla  Şaiqin  yaradıcılığında 
daha  xarakterik  səciyyə  daşıyır.  Onun  uşaq  nağıllarından  bəhrələnən 
əsərləri “Tülkü və aslan”, “Tülkü həccə gedir”, “Yaxşı arxa”, “Aslan, 
qurd, tülkü”, “Tıq-tıq xanım”dır. Bu əsərlərdən “Tıq-tıq xanım” istis-
na olmaqla qalan hamısı alleqorik səpkidədir. 
“Tıq-tıq  xanım”ın  əsasında  “Dozanqurdu  Düzxatun  və  Siçan 
Solub bəy” (“Pıspısa xanım və Siçan bəy”) adlı xalq nağılı durur. 
A.Şaiq  nağılın  həm  süjetindən,  həm  də  məzmunundan  istifadə 
etmişdir. Şair nağılda mövcud olan əhvalat və hadisələri olduğu kimi 
köçürməmiş,  eyni  zamanda  məzmun  və  strukturunda  müəyyən  dəyi-
şikliklər  edərək  uşaqların  qavrama  qabiliyyətinə  uyğun  şəkildə  ver-
mişdir. 
A.Şaiq  nağıldan  fərqli  olaraq  “Tıq-tıq”  xanım  hekayəsini  “Biri 
varmış,  biri  yoxmuş...”  ifadəsinin  əvəzinə  “Gəlin  sizə  uşaqlar  söy-
ləyim  bir  hekayət”  ifadəsini  işlətmişdir.  Bundan  sonra  əsas  mətləbə 
keçir və  yalqızlıqdan şikayətlənən dozanqurdunun başına gələn əhva-
latları şirin bir təhkiyə ilə nəql edir. 
A.Şaiq  nağılın  əvvəlində  Tıq-tıq  xanımın  zahiri  portretini  xalq 
nağılından  fərqli  şəkildə,  fonetik-poetik  fiqurlardan  istifadə  etməklə 
öz  üslubuna  xas  bir  tərzdə,  uşaqların  diqqətini  cəlb  edəcək  şəkildə 
yaratmışdır: 
 
“Soğan qabıqlarından  
Bir çadra tikdi şıq-şıq. 
Fındıq qabıqlarından  
Çarıq geyindi, tıq-tıq” (2, 67). 
 
Xalq nağılında isə Pıspısa xanım surəti belə təsvir olunur: “Bir 
gün Pıspısa  ərə getmək fikrinə düşdü. Geyindi, keçindi, bəzəndi, dü-
zəndi, evinin qabağında olan bir təpəyə çıxıb bərkdən dedi: 
 
“Ərə gedirəm, ərə gedirəm, 
Ər olmasa gora gedirəm” (3, 335). 
 
Mənzum  hekayəni  xalq  nağılından  fərqləndirən  əsas  xüsusiy-
yətlərdən  biri  də  budur  ki,  ədib  Pıspısa  adını  Dozanqurdu  ilə,  “ərə 
gedirəm, ərə  gedirəm, ər olmasa, gora gedirəm” ifadəsini “yoldaş ax-


tarmaq” arzusu ilə əvəz etmişdir. 
A.Şaiqin  özünəməxsus  ustalıqla  belə  dəyişikliklər  etməsinin 
əsas səbəbi şux, oynaq, yaddaqalan mükalimələr qurmaq və uşaqların 
yaş səviyyəsini nəzərə almaqdır. 
Hekayəni nağıldan fərqləndirən xüsusiyyətlərdən biri də ifadə və 
üslub fərqidir. Məsələn, hekayədə: 
 
“Saçı uzun Suray xanım, 
Boyu uzun Buray xanım, 
Sığal verib qara telə
Hara gedirsən belə?” (2, 70). 
 
Nağılda: 
“Salaməleyküm.  Dozanqurdu,  düz  xatun,  Pıspısa  xanım,  nəstə 
xanım, sevgilim, canım, ruhi-rəvanım, canı-cananım, tabi-tavanım, ke-
fin, halın? Həmişə beləcə kefdə, gəzməkdə, seyr-səfada...” (3, 336). 
Göründüyü  kimi,  nağılda  Siçan  bəyin  müraciəti,  sorğusu  uşaq-
ların  qavraya bilməyəcəyi, böyüklərin qavraya biləcəyi  şəkildə veril-
işdir. A.Şaiqdə isə bu kimi ifadə və ibarələr uşaqların anlaya biləcəyi 
asan sözlərlə ifadə edilmişdir. 
Mənzum  hekayəni  və  xalq  nağılını  müqayisə  etdikdə  personaj-
ların özündə də fərqlilik görürük. Belə ki, Dozanqurdu Pıspısa xanım-
dan  daha  aktiv  və  dilli-dilavərdi.  Oxşar  cəhətlərinə  gəldikdə  isə,  xa-
nımların başına gələn hadisələrin əsas səbəbi özündən razı olması və 
“xanımlığı” ilə qürrələnməsidir. Eyni zamanda, Tıq-tıq və Pıspısa xa-
nım Siçan bəy istisna olmaqla fərqli-fərqli surətlərlə görüşür. Nağılda 
Pıspısa  xanım  odunçu  və  kürəkçi  ilə,  hekayədə  isə  Tıq-tıq  xanım 
çoban  və  tülkü  ilə  rastlaşır.  Bütün  bunlara  baxmayaraq,  hər  iki  nü-
munədə də surətlər eyni əhvalat iştirakçısı, eyni mövqelidir. 
Göründüyü kimi, əsər nağıl motivləri əsasında qələmə alınsa da, 
nağıldan  fərqli  olaraq  hadisələrin  inkişafı  və  obrazların  zahiri  təsvi-
rində,  həm  də  onların  görüşləri  zamanı  aralarında  gedən  dialoqlarda 
orijinallığı ilə diqqəti cəlb edir. 
A.Şaiq  “Tülkü  həccə  gedir”  adlı  ikinci  mənzum  hekayəsini 
1910-cu  ildə  qələmə  almışdır.  1911-ci  ildə  “Tülkü  və  xoruz”  adı  ilə 
nəşr olunan “Tülkü həccə gedir” hekayəsinin mövzu və süjetini “Tül-
künün  kələyi”  adlı  xalq  nağılının  birinci  hissəsindən  götürmüşdür. 
Müəllif bu əsərində acgözlük, riyakarlıq və hiyləgərliyin timsalı olan 
tülkünün obrazını yaratmışdır. Toyuq-cücənin simasında isə, hər şeyə 
inanan  sadəlövh,  avam  adamları  nəzərdə  tutmuşdur.  “Tülkünün  kə-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə