Nitq mədəniyyətinin əsasları


vurğusu, surəti onun tempi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   18   19   20   21   22   23   24   25   ...   87

 
65 
vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir
Vurğu,  fasilə,  temp,  melodiya  nitqin  xarici  komponentləridir.  Bu  xarici  kompo-
nentlər  səslənməni  yaradır.  Bu  ünsürlər  –  nitqin  texniki  cəhətləri  nitq  mədəniy-
yətinin  əsas  bölmələrindən  biri  olub,  danışıq  və    oxuda  ifadəliliyin  yaranmasına 
xidmət edir. 
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında 
onun  üç  növündən  –  söz  vurğusu,  məntiqi  vurğu  və  həyəcanlı  vurğudan  bəhs 
olunur. 
Söz vurğusu.  Söz vurğusu nitqdə,  əsasən,   iki vəzifəni  yerinə  yetirir: 
a)  sözlərdə  forma  gözəlliyi  yaradır;  b)  yeni  məna  əmələ  gətirir.  Bunlardan 
birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz 
tam,  dəqiq,  səlis,  təbii,  ürəyəyatan  formasını,  ən  optimal  fonetik  şəklini  alır.  əks 
halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşıl-
mır.  Şifahi  nitq  üzərində  müşahidələr  göstərir  ki,  vurğu  səhv  vurulanda  həm 
sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də`ymə düşər – 
dəymədüşə`r, di`mdik –dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` - ba`ğla, yağsa` - 
ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n –gü`lün, sa`bah – saba`h və s. kimi omonimləşmiş 
sözlər  yalnız  vurğu  vasitəsi  ilə  fərqlənir.  Sözlərdə  vurğunun  qüsurlu  tələffüzü 
nitqin  gözəlliyinə  xələl  gətirir,  onun    təbii  gücünü  azaldır,  nəzərdə  tutulan  fikir 
ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir. 
Kəlmələrin  deyilişində  vurğunun    qüsurlu  tələffüzü  ilə  bağlı  yaranan 
qeyri-adilik  dərhal  nəzərə  çarpır.  Bu,  nitqin  təsirini  azaldır,  eşidənlərin  diqqətini 
söhbətin məzmunundan  yayındırır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyi-
ciyə  istənilən  səviyyədə  çata  bilmir.  Yaxşı  yuyulmuş  pəncərə  şüşəsi  diqqəti 
çəkmir, yalnız işıq buraxır. Bu həm də yaxşı natiqə də aiddir. Təbiidir ki, dinləyi-
cilər  onun  danışıq  tərzini  hiss  etmirlər.  Onlar  yalnız  eşitdiklərinin  məzmununa 
diqqət yetirirlər. Lirik əsərlərin tədrisi ilə bağlı dissertasiya müdafiə olunurdu. Hər 
şey  öz  qaydasında  idi.  Nəzərə  çarpan  yeganə  qüsur  dissertantın  lirika  sözünü 
qüsurlu şəkildə - liri`ka (vurğunun ikinci hecada tələffüz olunması) kimi deməsi 
idi. Bu söz mövzu ilə bağlı dəfələrlə qarşıya çıxır, dissertant onu bir qayda olaraq 


 
66 
hər dəfə qüsurlu tələffüz edirdi. Müdafiə şurasının üzvləri yerbəyerdən etirazlarını 
bildirsələr  də,  belə  tələffüz  tərzinə  alışmış  dissertant  səhvini  düzəldə  bilmədi. 
Təkcə  bir  sözün  qüsurlu  tələffüzü  dissertantın  mədəni  səviyyəsi  və  müdafiə 
olunan əsərlə bağlı təəssüratı pozdu.  
Azərbaycan dilinə məxsus sözlərdə vurğu dilin təbiətinə görə (iltisaqiliyin 
bir  əlaməti  kimi)  əsasən  son  heca  üzərin  düşür.  Dilimizə  məxsus  sözlərin 
tələffüzündə  (bəzi  şivə,  tələffüz  tərzi  nəzərə  alınmazsa,  məsələn,  o`xu,  da`ha, 
bü`tün, a`rzu, g`ünorta, cə`mi, təsa`düfi, şu`ra, ha`lbuki, i`sim, si`fət, ə`dat və s. 
kimi  tələffüz  forması)  vurğunun  deyilişi  ilə  bağlı  qüsura,  ümumən,  yol  verilmir. 
Bu  sahədə  ədəbi  tələffüzdən  uzaqlaşma  halları  daha  çox  alınma  sözlərin, 
terminlərin  deyilişində  özünü  göstərir.  Məsələn,  liri`ka,  marke`t,  dono`r, 
texniku`m,  ope`ra,  orde`n,  kafe`dra,  marşa`l,  de`fis,  abza`s,  paraqra`f,  sinoni`m, 
psixolo`ji,  be`nzin, ma`nevr,  Pa`ris,  ofi`s,  firma`,  sı`ğorta,  komple`ks,  peda`qoq, 
Pifa`qor, Li`tva, sammi`t, sü`jet, kame`ra, yarmarka` və s. 
Sözlərdə  vurğunun  düzgün  tələffüzü  mühazirəçi,  müəllim,  söz  sənəti  ilə 
məşğul  olan  adamlar  üçün  daha  vacibdir.  Hər  hansı  bir  alınma  sözün,  terminin 
deyilişində  yol  verilən  qüsurlar  mühazirəçinin  (müəllimin)  nitqinə  xələl  gətirir, 
onun effektini azaldır. 
Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət 
kəsb edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür: 
a)
 
vurğusu birinci hecada olan sözlər
b)
 
vurğusu orta hecada olan sözlər; 
c)
 
vurğusu son hecada olan sözlər; 
Vurğusu  birinci  hecada  olan  alınma  sözlərə  aşağıdakıları  nümunə 
göstərmək olar: 
a`lfa,    A`msterdam,  a`riya,  A`siya,  a`mpula,  Be`lçika,  bo`sman,  bi`rja, 
bu`blik,  bu`nker,  di`ksiya,  di`ktor,  do`llar,  e`pos,  e`ra,  fa`brik,  fe`ldşer,  fo`rma, 
fi`niş,  f`irma,  fo`lklor,  xu`tor,  ka`fedra,  ka`torqa,  ka`ter,  kli`nika,  ko`deks, 
ko`mpas,  ku`bok,  le`ksika,  la`kmus,  la`zer,  ma`ksimum,  ma`mont,  ma`rşal, 
ma`uzer,  no`rma,  No`bel,  no`ta,  o`çerk,  o`pera,  o`rden,  o`rder,  pa`lma,  pa`sport, 


 
67 
pa`sta, pa`uza, po`vest, pri`nsip, si`los, si`ntaksis, ta`bel, ta`ktika, te`nnis, te`rmin, 
te`rmos, te`xnikum, ti`tul və s. 
Alınma sözlərin müəyyən bir qrupunda vurğu orta hecada tələffüz olunur. 
Məsələn:  akva`rium,  aku`stika,  alümi`nium,  Ame`rika,  anali`tik,  balla`da, 
batare`ya,  dia`metr,  dikta`tor,  ekzo`tika,  kalkulya`tor,  kata`loq,  kinemato`qraf, 
kommu`na, konstitu`siya, lotore`ya, malyari`ya, mano`metr, meta`fora, nota`rius, 
omo`nim,  orna`ment,  parla`ment,  posta`ment,  rea`ksiya,  rema`rka,  simme`triya, 
sino`nim və s.  
Vurğusu  son  hecaya  düşən  sözlər:  delfi`n,  def`is,  Litva`,  bomba`, 
mane`vr, pedaqo`q, benzi`n, Saxali`n, Pari`s, İsve`ç, foye`, Moskva` və s. 
Belə  bir  cəhəti  də  qeyd  edək  ki,  vurğusu  birinci  hecada  olan  ikihecalı, 
ortada deyilən  üçhecalı bəzi alınmalarda vurğunun bir heca sona keçirilərək tələf-
füz  olunması  da  müşahidə  edilir.  Məsələn;  yolka`  -  (yo`lka),  kubi`k  –  (ku`bik), 
mamo`nt – (ma`mont), sentne`r – (se`ntner), titu`l – (ti`tul), kato`qra – (ka`toqra), 
fini`ş – (fi`niş), folklo`r – (fo`lklor), palma` - (pa`lma), metafo`ra – (meta`fora), 
omoni`m  –  (omo`nim)  və  s.  Bəllidir  ki,  belə  sözlərin  vurğusu  öz  yerində  -  söz 
əvvəli  və  ya  sözortası  hecasında  olmalıdır.  Lakin  bununla  yanaşı  bəzi  alınma 
sözlərin vurğu baxımından  dilimizə uyğunlaşması prosesi gedir. Düşünmək olar 
ki,  gələcəkdə  belə  kəlmələrdən  bəzisinin  vurğusunun  son  hecaya  keçməsi 
ümumiləşə, həmin sözlər Azərbaycan dilinin vurğu qanununa tabe ola bilər. Lakin 
hələlik  bu  iki  variantdan  biri  –  mənbə  dilin  tələffüz  şəkli  əsas  tutulmalıdır. 
Məsələn;  ti`tul,  si`los,  fi`niş  və  s.  Bəzən  ikili  tələffüzdə  bir  variant  digərinə  
nisbətən  daha  geniş  işlənir.  Belə  vəziyyətdə  dilimizin  fonetik  sisteminə 
uyğunlaşan  variant  ədəbi  tələffüzdə  əsas  tutulur.  Məsələn;  lampa`,  sumka`, 
knopka`, Lado`qa, kukla`, vanna`, bomba`, kofta`, pipetka` kimi sözlər dilimizin 
tələffüz ahənginə uyğun işlədilir. 
Mürəkkəb sözlərin vurğusu daha geniş araşdırmalar tələb edir. Bu sözləri 
əmələ gətirən birinci söz müstəqil vurğusunu itirir, hər iki tərəf üçün ümumi olan 
vurğu    ikinci  sözün  üzərində  tələffüz  olunur.  Azərbaycan  dilində  mürəkkəb 
sözlərin əksəriyyəti bu qanuna tabe olur. Məsələn; alagö`z, qaraqa`ş, boyunbağı`, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə