Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 3. Bazar münasibətləri şəraitində rəqabət mexanizmi



Yüklə 1,54 Mb.
səhifə38/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   34   35   36   37   38   39   40   41   ...   444

§ 3. Bazar münasibətləri şəraitində rəqabət mexanizmi


Dünya praktikasında rəqabət əsas etiban ilə bazar iqtisadiyyatının hərəkətverici qüvvəsi, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasının, elmi-texniki tərəqqinin sürətləndirilməsinin, istehsal xərclərinin və müvafiq olaraq qiymətlərin səviyyəsinin aşağı salınmasının ən güclü stimulu hesab edilir. Rəqabət müəssisənin istehsal etdiyi məhsula çəkdikləri xərcləri aşağı salmağa, ictimai istehsalın səmərəliliyini yüksəltməyə sövq edən vasitədir. Əmtəə istehsalını bazann tələbatına istiqamətləndirməklə əmtəə və xidmətləri geniş şəkildə seçmək, müəssisənin istehsal ehtiyatlan ilə tam təmin etmək imkanı yaranır.

Əmtəə istehsalçıları arasında rəqabətin təmin edilməsi bazar iqtisadiyyatına səmərəli keçməyin ən mühüm şərtidir. Bununla yanaşı, planlı iqtisadiyyat şəraitində rəqabət rüşeymiəri olmuşdur. Lakin bu zaman müəssisələr bazara daxil olmaq və mənfəət əldə etmək uğrun- da rəqabət aparmır, yalnız öz aralarında daha çox fondlar, limitlər, xarici avadanlıqlar, dövlət kapital qoyuluşları əldə etmək və direktiv tapşırıqların və planların aşağı salınması uğrunda yarışırdılar. Bu prosesi çox hallarda “inzibati rəqabət” də adlandırırlar. Çünki bu zaman müəssisələr plan tapşırıqlarının yerinə yetirilməsinə və dövlət resurslannın öz maraq və mənafelərinə uyğun istismar edilməsinə cəhd gösterirdilər. Rəqabətin bu cür növlərinin əks tərəfi idarə inhisarçılığı da adlandırılır. Bu proses istehsalın təmerküzləşdirilməsi və mərkəzləşdiril- məsinin en yüksək maddi əsası hesab edilir. Bu halda isə kiçik biznes iqtisadiyyatın zəif inkişaf edən “ikinci mərtəbəsi” sayılır. Bu baxımdan keçmiş İttifaqda maşınqayırmada istehsal olunan məhsulun 94,8 %-i, metallurgiyada 53,8 %-i, kimya meşə kompleksində 74,3 %-i, tikinti sənayesində 58,9 %-i uyğun olaraq bir neçə iri müəssisələrin payına düşmüşdür. 80-ci illərin sonlarmda sənayedə ümumi məhsulun yarıya qədərini istehsal edən müəssisə istehlak olunan elektrik eneqi- sinin 70 %-ə qədərini mənimsəyirdi.

Planh iqtisadiyyat şəraitində inhisarçılığın iki tipi mövcud olmuşdur:


  1. Mülkiyyətə və əmtəə istehsalına heç bir aidiyyatı olmayan mərkəzi və yerli idarəetmə orqanlarına ümumittifaq və respublika nazirlik

72 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

lərinin inhisarçılığı. Onlar işlərin nəticələrinə və qəbul edilmiş qərarların əsaslandırılmasına və düzgünlüyünə görə heç bir iqtisadi məsuliyyət daşımırdılar. Lakin inhisar baxımından istehsal vasitələri onlann sərəncamında saxlanılırdı. Bundan əlavə xalq təsərrüfatınnı bu və ya digər sahələri üzrə istehsalın idarə edilməsini, məhsulların və ehtiyatların bölgüsünü həyata keçirirdilər.



Planlı iqtisadiyyat şəraitində müəssisələr praktik olaraq istehlakçılardan asılı deyildirlər. Yuxarı orqanların istehsalçılara bu və ya digər plan tapşırıqları verməsi adi hal hesab edilir və onlar maddi resurslar fondunu müəyyənləşdirirdi. İstehsal olunmuş məhsullara görə qiymətin səviyyəsi yuxarı orqanların göstərişi ilə müəyyən edilirdi. Müəssisənin fəaliyyətinin qiymətləndirilməsi yalnız real nəticələr üzrə deyil, planların yerinə yetirilməsinə görə həyata keçirilirdi. Elə müəssisələr də olurdu ki, onlar planları yerinə yetirsələr də, istehsal etdikləri məhsullar tələbata uyğun gəlmirdi. Lakin bununla belə satışa və əmək haqqının verilməsinə, demək olar ki, təminat verilirdi. Dövlət faktiki olaraq istehsalın planlaşdırılmasmda hakim mövqe tuturdu. Məhsulun keyfiyyətinin yüksəldilməsi, müəssisədə elmi-texniki tərəqqinin tətbiqinə naij olunması iqtisadi mexanizmin elementləri yasitəsi ilə deyil, əsas etibarı ilə inzibati metodlarla müəyyənləşdirilirdi.

  1. İstehsalçılarla münasibətdə müəssisələrin öz şəxşi inhisarçılığı. İri müəssisələr istehlakçıların və mal göndərənlərin seçmək imkanlarını məhdudlaşdırırdı. Ona görə də bazar mexanizminin işləməməsi nəticəsində rəqabət üçün şərait yaradılmırdı. Bundan əlavə istehsal in- hisarçılığı müntəzəm olaraq qaldığından müəssisənin saxlanılması həmin müəssisələr zərərlə işlədikdə belə həyata keçirilirdi. Yəni həmin müəssisə bağlanılmırdı. Ümumiyyətlə ölkənin iqtisadiyyatında inhisarçılıq total əmtəə defısiti ilə xarakterizə olunurdu. Belə ki, əksər məhsullar üzrə tələb təklifi üstələyir və istehlakçı istənilən məhsulu, istənilən qiymətə almağa həmişə hazır olurdu. Bu prosesləri aradan qaldırmaq üçün sərbəst bazar yaradılmalı və bazarda hakim mövqe satıcılarda deyil, istehsalçılarda olmalıdır. Bununla yanaşı, istər eyni tipli və istərsə də differensiallaşdınlmış məhsullar üzrə təklif tələbdən yüksək olmaldır. Bazarın yalnız bu tipində kəskin rəqabət yaradıla bilər, təklif olunan məhsula yüksək tələb mövcud olur.

Hazırda respublikamızda istehlakçıların tələbatının təmin edilməsi ilə bağlı tədbirlər görülür. Bunun üçün istehlakçılara eyni tipli məhsulu müxtəlif istehsalçılar təklif etməli, yəni çoxukladlı təsərrüfatçılıq formaları bərqərar olmalıdır. Rəqabət o sahədə yaradılmalıdır ki, (yüngül va yeyinti sənayesi, kənd təsərrüfatı, tikinti) orada iri müəssisələr digər sahələrlə müqayisədə az olsun. Burada dövlətin müdaxiləsini tamamilə aradan qaldırmaq olmaz. Dövlətin xüsusi ilə qiymət, antiinhisar qanunvericiliyinin tətbiqi ilə bağlı müdaxiləsi zəruri hesab edilir.

m fəsil. Sahibkarlıq rəqabəti 73

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə