Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə26/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   22   23   24   25   26   27   28   29   ...   444
əmtəə istehsalı planlarının proqramının tərtibi;

  • buraxılan məhsulun çeşidinin müəyyən olunması;

  • qiymətlərin müəyyən olunması spesifikasiyanın formalaşdırılması;

    - məlumatın dəyişdirilməsi konstruksiyasında dəyişikliyin həcmi, konkret müddətinin müəyyən edilməsi;

    • investisiya proqramlarının işlənməsi;

    - reklamların, satışın metod formalarının təkmilləşdirilməsi tədbirinin həyata keçirilməsi və s.

    1. fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 51

    Əgər bazarın əvvəlcədən təhlili və proqnozu kommersiya əməliy- yatıntn həyata keçirilməsinə imkan verərsə, onda sahibkar biznes planı hazırlamalıdır. Onun tərkibinə əməliyyatın həyata keçirilməsi üçün fəaliyyət proqramı, tələb olunan xərclərin hesablanması və gözlənilən nəticələr daxil edilməlidir.

    Hər hansı kommersiya əməliyyatının ümumi proqramına aşağıdakılar daxildir: '



      • ticarət-vasitəçilik fəaliyyətini yerinə yetirmək üçün muzdlu işçilər (məhsulların alınması, onun daşınması, satış, reklam fəaliyyəti, zəruri sənədlərin hazırlanması s.) götürmək;

    - məhsulların satılması saxlanılması üçün zəruri olan ticarət məntəqələrinin, bazarın, anbarların əldə edilməsi ya icarəyə götürülməsi;

      • növbəti satış üçün əmtəənin alınması;

      • əməliyyatların maliyyələşdirilməsi üçün kreditə pul vəsaitlərinin götürülməsi və kreditdən istifadəyə görə faiz ödənilməsi;

      • vasitəçilik funksiyalarını yerinə yetirən kənar təşkilatların şəxslərin xidmətlərinin ödənilməsi;

    - əməliyyatların planlaşdırılması, sənədləşdirilməsi tənzimlənməsi üçün tələb olunan zəruri informasiyaların əldə edilməsi;

      • istehlakçılara (alıcılara) məhsul satışı pul gəlirinin əldə edilməsi;

    - dövlət maliyyə orqanlarına ödənişlər, habelə vergi ödəmələri, əməliyyatların qeydiyyatdan keçirilməsi.

    Kommersiya əməliyyatlanna aid bütün tədbirlər həyata keçirilmə müddətinə görə əlaqələndirilir. Nəticədə biznes-plan hazırlanır və fəaliyyət planı kordinasiya edilir. Əgər əməliyyatlar böyük və ardıcıl xarakter daşıyırsa, onda işlərin yerinə yetirilməsinin plan qrafiki hazırlanır. Planda bu və ya digər iş proseslərinin müəyyən müddətə icrası göstərilir.


    § 4. Maliyyə sahibkarlığı

    Kommersiya bankları. Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini kommersiya bankları və fond birjaları təşkil edir. Adı çəkilən bu iqtisadi strukturlar həm də bazar münasibətlərinin ən mühüm atributlarındandır.

    Kommersiya bankları səhmdar tipli maliyyə-kredit idarəsi olub, kommersiya təşkilatlarını haqqı ödənilməklə kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi depozitlərin faiz dərəcələri, cəlb edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir.

    Kommersiya banklannm əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır: passiv (vəsaitlərin cəlb edilməsi); aktiv (vəsaitlərin yerləşdirilməsi); komissiyon vasitəçilik (müştərilərin tapşırığı ilə müxtəlif əməliy

    52 Vaqif Niftuilayev. Sahibkarlığın əsasları

    yatların yerinə yetirilməsi). Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin vəsaitlərinin cəlb edilməsindən ibarətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kreditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərəcələri ilə verirlər. Kommersiya banklarının verdikləri kreditlər bu və ya digər səbəbdən vaxtında qaytarılmadıqda bank müəyyən ehtiyatlara malik olmalıdır.

    İstər respublikamızda və istərsə də digər keçmiş İttifaq respublikalarında kommersiya banklarını xarakterizə edən başlıca cəhət hazırda onların əksəriyyətinin böyük həcmdə uzunmüddətli kreditlər vermək imkanının olmamasıdır. Çünki, böyük həcmdə vəsait əksər kommersiya banklarında yoxdur. Ona görə də təsadüfi deyildir ki, kommersiya banklarının verdikləri uzunmüddətli kreditlər onların bütün aktivlərinin yalnız 3 faizini təşkil edir. İqtisadi cəhətdən inkşaf etmiş dövlətlərdə kommersiya banklarının gəlirlərinin başlıca mənbəyini uzunmüddətli kreditlər təşkil edir. Lakin eyni zamanda kommersiya banklarının gəlirləri sabit və etibarlı olmadığından onlar əksər hallarda müflisləşərək bankrot vəziyyətinə düşürlər.

    Fond birjaları. Bazar münasibətlərinin daha bir strukturu və maliyyə sahibkarlığının ən mühüm elementlərindən biri fond birjalarıdır. Fond birjaları dedikdə, təşkilati cəhətdən qeydiyyatdan keçmiş, müntəzəm olaraq fəaliyyət göstərən qiymətli kağtzlar bazan nəzərdə tutulur. Bunlar da ilk növbədə kapitalın mobilliyyinin yüksəldilməsinə və aktivlərin real dəyərinin müəyyənləşdirilməsinə xidmət edir. Fond birjalarının formalaşma prinsipi tələb və təkliflərin operativ tənzimlənməsinə əsaslanır.

    ABŞ-ın təsərrüfat həyatında fond birjaları böyük əhəmiyyətə malikdir. Burada əmanətlərin əsas sahibləri ayrı-ayrı şəxslərdir. Onlar 1989-cu ildə 482 mlrd, dollar vəsait yığmış və eyni zamanda 284 mlrd, dollar borc vermişdir. Bu iki məbləğ arasındakı fərq (198 mlrd, dollar) maliyyə aktivini təşkil edir. Onun da böyük bir hissəsi dövlət tərəfindən milli borcu ödəmək üçün buraxılan qiymətli kağızların alınmasına sərf edilib. Xalis əmtəələrin məbləği xarici investisiyaların hesabına artmışdır. Onların müsbət saldosu 68 mlrd, dollar təşkil edir.

    Amerikanın maliyyə bazarında müxtəlif növ qiymətli kağızlar tədavüldə olur. Onları da əsasən iki qrupa bölmək olar. Birincisi, borc qiymətli kağızlar. Onlar sərt cəlb edilmiş faizlə və gələcəkdə müəyyənləşdirilmiş vaxta mütləq qaytarılacaq borc kapitalının məbləğindən ibarətdir. İkincisi, əsaslı qiymətli kağız payları.

    ABŞ-da bir sıra borc imtiyazları buraxılır. Onların da 1989-cu ildəki tərkibi aşağıda göstərilmişdir:



    -alınandan sonra satdması mümkün olmayan qiymətli kağızlar; əmanət istiqrazları (114), hökumət hesabları .seriyası (663), sairləri (116);

    -alındıqdan sonra satılması mümkün olan qiymətli kağızlar; xəzinə vekselləri (406), xəzinə kotaları (1333), xəzinə istiqrazları (338);
    /1 fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 53

    - Amerika hökuməti tərəfindən təminat verilmiş qiymətli kağızlar; hökumət agentliyinin (24) qeyri-hökumət müəssisələrinin (837) faizli qiymətli kağızları.

    ABŞ-ın yerli orqanları ozlorinin borc qiymətli kağızları (kooperativ istiqrazları və kommersiya qiymətli kağızları) ilə yanaşı, həm də pay (adi və imtiyazlı səhmdar) qiymətli kağızlarını da buraxır. 1989-cu ildə maliyyə korporasiyaları 3029 mlrd, dollar səhm, 107 mlrd, dollar kommersiya kağızları və 1149 mlrd, dollar korporasiya istiqrazları buraxmışlar.

    Yeni buraxılmış qiymətli kağızlar ilkin bazara daxil olur. Qiymətli səhmlər buraxan işgüzar dairələr - emitetlər, vestorlarla deyil, qiymətli kağızlar üzrə vasitəçilik fınnalan və di lerlərlə iş görür.

    Hökumət özünün yeni qiymətli kağızlarım dilerlərin rəqabət ticarətinə əsaslanan ilkin qiymətə satır. ABŞ-da dilerlərə 41 firmanı aid etmək olar. Onların da 12-si xarici firmadır. Yerli və ştat orqanları da özlərinin qiymətli kağızlarını dilcrlor vasitəsi ilə satırlar.

    Qiymətli kağızlar dilerlərin sərəncamına keçən kimi bazarda onlar alqı-satqı predmetinə çevrilirlər. Möhtəkir bütün partiyanı ya birdən, yaxud da həmin qiymətli kağızları müəyyən müddət ərzində hissə-hissə sata bilər.

    Hökumətin və bələdiyyənin qiymətli kağızlarının, həmçinin korporasiya istiqrazlarının çox hissəsi birjalardan kənar satılır və bu halda da dilerlər vasitəçi rolunda çıxış edir.

    Dünyada iri səhm bazarı Nyu-York fond birjası hesab edilir. Onun məqsədi emitetlər üçün qiymətli kağızların tez alınıb-satılması mexanizmini yaratmaqdır. Bu birjanın təsir dairəsini aşağıdakı rəqəmlərlə izah etmək olar. ABŞ-da fərdi səhmdarların 70 %-ə qədəri Nyu- York birjalarında qiymət qoyulan səhmlərə sahibdirlər. 1989-cu ildə birjada səhmlərin satış həcmi 41,7 mlrd, dollar, bir gündə isə 165,5 luln. dollar olmuşdur.

    Amerika birjası qiymətli kağızların alqı-satqısı ilə bağlı aparılan danışıqlara heç vaxt qarışmır. O, yalnız birja əməliyyatının müvəffəqiyyətlə başa çatdırılmasına və müştərilərə yaxşı xidmət göstərməsinə şərait yaradır.

    ABŞ-da qiymətli kağızların buraxılışı çox çətinliklə başa gəlir. (,)iymətli kağızların buraxılması haqda qərar qəbul edən kimi şirkət maliyyə məsələləri üzrə təcrübəli məsləhətçi (mütəxəssis) dəvət edir. Bu rolda investisiya bankı çıxış edir. O, kapitalın cəlb edilməsinin al- lernativ variantını, şirkətin səhmdar cəmiyyətə çevrilməsini, bu tədbi- ı.t investorların mümkün reaksiyasını, qiymətli kağızların satışa çıxa- Mİınası vaxtını müəyyənləşdirir. Sonra qiymətli kağızların yerləşməsinə təminat verən axtarışlar aparılır və nəhayət, razılaşaraq müqavilə l'iığlamr. Finnalar kağızları yaymaq cəsarətini öz üzərmə götürürlər. ()ıılar vasitəçilik etdikləri üçün haqq alırlar. Eyni zamanda təcrübəli


    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   444




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə