Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir



Yüklə 22,56 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü22,56 Kb.
#82050
1   2
ses ve fonem

İki fərqli anlayış: Səs və Fonem

Danışıq səsləri və fonem anlayışlarının bir –birindən fərqli və oxşar cəhətləri, onların ayrı –ayrılıqda dildə oynadığı rol və təzahür formaları, fonem anlayışının konkret izahına dair dünya dilçiliyində çox müxtəlif fikirlər irəli sürülmüşdür. Bu sahədə Boduen de Kurtene, L.V.Şerba, A.A.Reformatskinin fikirləri daha maraqlı elmi nəticələr vermişdir.

Şerba ilk dəfə olaraq fonemin əsl real təbiətini açmağa nail olmuşdur. O, göstərir ki, canlı danışıqda tələffüz olunan müxtəlif cür səslərdən fərqli olaraq fonem mənaları fərqləndirmələrə xidmət edir.

Həqiqətən danışıq səsləri öz funksiyasına görə dildə 2 şəkildə özünü göstərir: Səs variantları şəklindəFonem şəklində

Bütün dünya dillərində buna rast gəlmək olar. Danışıq səsi dedikdə danışıq prosesində təzahür edən sait və samit səslərin fonem variantları nəzərdə tutulur.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə ayrılır: saitlər və samitlər..


Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Lakin bunlar dilin leksik və qrammatik quruluşunda aparıcı rol oynamır. Məsələn, Azərbaycan dilində səadət, həyat, alim, aygün, yaşayış və s sözlərin tərkibində tələffüz edilən a saiti fizioloji–akustik cəhətdən müxtəlif cür tələffüz olunur. Dilin Fonetik sistemində mövcud olan bütün sait və samitlərin bu cür keyfiyyətdə müxtəlif variantları mövcuddur. Bu dil hadisəsi digər dillərdə də, ərəb, fars, rus, fransız, alman və s. aydın şəkildə özünü göstərir.








Yüklə 22,56 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə