NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

 
 
Yüzün şəmsü məhi-taban oxurlar. 
 
Nə hikmətdir, əya, ey hüsni-ziba,  
Səni aləmlərə sultan oxurlar. 
 
Fəda qıl canını sən, ey Nəsimi,  
Ki, bu canı şaha qurban oxurlar. 
(səh.85) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Qiblədir yüzün, nigara, qaşların mehrablər,  
Surətin müshəf, vəli, mişkin-saçın e’rablər. 
 
Çəhrənin əksi əzəldən dışra çıxdı pərdədən,  
Düşdü anın şö’ləsindən ayü günə tablər. 
 
Aşiqin əhvalını aşiqlərə sor kim, bu hal,  
Bilməz anı eşq oduna yanmayan bixablər. 
 
Şərh əgər qılsam cəmalın dəftərindən bir vərəq,  
Hər sözüm bir fəsl olur, hər fəsl neçə bablər. 
 
Aşiqin cigər qanından şərbəti var, ey həkim,  
Qatma cüllabına anın qənd ilə innablər. 
 
Eşq odu düşdü şəm’in caninə gör kim, necə,  
Həm yanar, həm gözlərindən axıdar seylablər. 
 
Çün Nəsimi cavidani yar ilə buldu vüsal,  
Qoy necə dönərsə dönsün bu yaşıl dolablər. (səh.86) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Gözlərindən çağrışırlar dadlər, bidadlər,  
Tiğə düşmüş kirpigin puladlər, cəlladlər. 
 
Dilbərin bilmişdigindən sorma əşqin halini,  
Aşinə bilməz bu hali, xanda bilsün yadlər. 
 
Kim ki, eşqin sənətini bilməgə şagird olur,  
Baş verir onun üçün şagird olan ustadlər. 


 
 
 
Dabanımdan yardılar, başdan-ayağa soydular,  
Almadılar dadını bidadlər, şəddadlər. 
 
Çün biçaq yürəgə endi, yürəgim dərd eylədi,  
Ağladı cigər qamu fəryadlər, fəryadlər. 
 
Həqqə vasilsən, Nəsimi, şəkk dəgil, iman gətir,  
Binəhayət dini açdın, gör qamu əfradlər. 
  (səh.87) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Səfavü zövqi-dünyayə könül, aldanma, al eylər,  
Yalan söylər, səni aldar, dönər özgə xəyal eylər. 
 
Əgər beş gündə bu dövran sənə əl versə, ey qafil,  
Ki, şadlıq göstərər bir dəm, dönər yüz min məlal eylər. 
 
Yığınca bunca əşyayi, yeri, sən bir kəmal istə,  
Əcəl yeli əsər bir gün, yenə çox-çox zəval eylər. 
 
Əgər aşiqisən tərk et, nedərsən bunca əsbabı,  
Olar ki, eşqə qərq oldu, qaçan sevdayi-mal eylər. 
 
Atının ayağü nə’li fələk fövqündə tac olmuş,  
Mən anı görmüşəm, hər dəm üzün bədri-hilal eylər. 
 
Günəş dutuldu dedilər, nəzər qıldım cəmalına,  
Dağılmış yüzünə zülfü, bu el yanlış xəyal eylər. 
 
Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən,  
Ol anı bir çöpə saymaz, təmənnayi-cəmal eylər.  
(səh.88) 
 
*** 
 
 (məfA’İlün məfA’ilün fə’Ulün) 
 
Dodağın qənd imiş, bal onda neylər?  
Bu ziba xətt imiş, xal onda neylər? 
 
Onun kim, yoxdurur gənci-nihanı,  
Ya munca mülk ilə mal onda neylər? 
 


 
 
Yedi xətt yazılır hər bir vərəqdə,  
Əlifü lam, əlif, dal onda neylər? 
 
Sufi ətləs geyər, zahid səqerlat,  
Fəqirin geydiyi mal onda neylər? 
 
Nəsimi narə düşdü yar əlindən, 
Bu müşkül hal imiş, qal onda neylər?  
(səh.89) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Cəmalın əksi, ey dilbər, nəyə kim düşdü, al eylər,  
Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər. 
 
Sənin kim, cadu gözündən həzər kim qılmasa, şaha,  
Ki, hər bir baxışı yüz min füsünü məkri al eylər. 
 
Xəyalın hər gecə ta sübh gətirməz gözümə uyqu  
Fərağın bağrımı ğəmdən əridir, çün hilal eylər. 
 
Üş ol kirpiglərin zəxmi, yaş eylər bağrımı hər dəm,  
Ki, bağrım qanı hər saət gözümni malamal eylər. 
 
Bu cövrü gər sən eylərsən Nəsimiyə bu gün, cana,  
Səni tərk eyləməz, neyçün çəfakar ittisal eylər.   (səh.90) 
 
*** 
 
 (məf’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Yenə fəsli-bahar oldu gögərdi kuhi-səhralər,  
Çəmənlər mürğzar oldu, açıldı vərdi-həmralər. 
 
Bəzəndi naz ilə çıxdı xuraman, keçdi seyranə,  
Gözəllər, xassələr, xüblar, məlahət əhli-sultanlər. 
 
Yazılsa dəftərə sığmaz kəmali-hüsnünün vəsfi,  
Mələklər yazıçı olsa, mürəkkəb olsa dəryalər. 
 
Məlahətdə mənim yarım nə ziba məzhəri-həqdir,  
Ona heyrandurur hər dəm cahanda cümlə zibalər. 
 
Gözəllikdə mənim yarım quti-bimüntəha olmuş  


 
 
Ki, hər bir şivəsi yüz min könül şəhrini yəğmalər. 
 
Nəsimi, işbu mövsümdən könül vaxtını xoş tutğıl,  
Fənadır bu cahan, beş gün qənimətdir tamaşalər.  
(səh.91) 
 
*** 
 
 (fA’ilAtün məfA’ilün fə’Ulün) 
 
Ləblərin qəndinə şəkər dedilər,  
Cani-şirinə gör nələr dedilər. 
 
Can demişlər, dodağinə hey, hey!  
Bu sözü gör nə müxtəsər dedilər. 
 
Necə dilbərsən, ey xocəstəliqa  
Ki, ruxün hüsnünə qəmər dedilər. 
 
Kiprigin oxuna, qaşın yayına,  
Aşiqin canını sipər dedilər. 
 
Dedilər kim, dəhanı yoxdur onun,  
Bixəbərlər əcəb xəbər dedilər. 
 
Əhli-mə’ni xocəstə surətinə  
Mə’niyi-vahibüssüvər dedilər. 
 
Həqdən irağ imişlər onlar kim,  
Səni, ey nuri-həq, bəşər dedilər. 
 
Ənbərəfşan saçınla arizinə,  
Yasəmən üzrə müşki-tər dedilər. 
 
Gör onun yüzünü, ilahinə bax,  
Əhli-mə’ni budur, nəzər dedilər. 
 
Şamə bənzətdilər qara saçını,  
Arizin nurinə səhər dedilər. 
 
Ey Nəsimi, mühiti-ə’zəmsən,  
Gərçi əlfazinə gövhər dedilər. (səh.92) 
 
*** 
 
 (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə