NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   25

10 

 

Mən  təsdiq  edirdim  ki,  bunu  hökmən  Şərqdən  başlamaq  və  bununla  da  Avopa 



kapitalizmini yağlı tikədən məhrum etmək, tez bir zamanda işsizlik yaratmaq,  Avropanın 

ticarət-sənaye həyatında böhranı dərinləşdirmək, gücləndirmək lazımdır. 

O  isə,  əksinə,  Şərq  məsələsini  düşünmədən,  təbliğat  və  Avropa  kapitalı  ilə 

yaxınlaşmaq yolu ilə Qərbi inqilab atəşi ilə alovlandırmaq istəyirdi.. 

Genuya

19

  və  sonrakı  Haaqa



20

  konfransları  zamanı  olan  yaxınlaşma  və  təbliğatdan 

yaxşısı olmayacaqdır. 

Nəhayət, biz Avropanın sənaye həyatında iqtisadi böhrana, əsas etibarilə, Versal

21 

müqaviləsinin nəticələrinə ümid bəsləyirdik... lakin Fransanın Almaniyaya münasibətində 



bütün  vəhşiliklərinə  baxmayaraq,  Rurda  fəhlələrin  güllələnməsinə  baxmayaraq,  yenə  də 

alman  proletariatı  Fransa  və  Almaniya  burjuaziyasının  səhnə  arxasında  gedən  oyununa 

hal-hazırda sakitcə dözür... 

Bununla belə, hadisələrin bütün gedişi mənim mülahizələrimi təsdiq edir. 

Nəhayət,  Genuyaya  yola  düşməzdən  qabaq  yenə  də  Şərqdə  bizim  siyasətimiz 

mövzusunda mən yol. Stalinə məruzə təqdim etmişdim ki, burada təxminən aşağıdakıları 

qeyd  edirəm:  ”Genuya  bizə  heç  bir  şey  verməyəcəkdir.  Avropanı  güzəştə  getməyə 

məcbur etmək üçün, Şərq məsələsini düzgün yola yönəltmək vacibdir. Lakin bizim indiyə 

qədər  yol  verdiyimiz  böyük  səhvlərin  nəticəsidir  ki,  Şərq  daha  bizə  inanmır,  o,  məzlum 

kütlə  simasında  bizdən  üz  döndərmişdir,  mən  səhvlərin  düzəldilməsi  işinə  ucqar 

respublikalarda,  xüsusilə  Türküstanda  və  Buxarada

23 


başlamağı  təklif  edirəm.  Yeri 

gəlmişkən  19-cu  ildən  bütün  məruzələrimdə  Əfqanıstanla  daha  sıx  əlaqə  yaratmaq, 

Hindistanda daha da müvəffəqiyyətli inqilabi iş məqsədilə mən həmişə Türküstana diqqət 

yetirirəm ki, bu da Lloyd Corcun bütün planlarını alt-üst edərdi. 

Əfqanıstanla

24

  əlaqə  yaratmaq  haqqında  məruzəmi  yol.  Leninin  necə  diqqətlə 



dinlədiyini,  mən  indi  xatırlayıram.  Mən  bu  məruzədə  yeri  gəlmişkən,  belə  bir  fikir 

yürüdürdüm  ki,  bizim  işğalçılıq  məqsədi  güdmədiyimizi  əfqan  kütlələrinə  sübut  etmək 

üçün çarizm dövründə Əfqanıstanla Rusiya arasında çəkişmə üçün bir bəhanə olan məlum 

torpaq sahəsindən keçmək vacibdir. 

İngiltərə bu məsələdə Əfqanıstanı həmişə müdafiə edir və ona Rusiyanın işğalçılıq 

cəhdlərini sübuta yetirirdi. 

Yol.  Lenin,  bu  məsələ  ilə  tanış  oluqdan  sonra,  mənə  dedi:”  Burada  çox 

danışmayacağıq, verəcəyik. Mənim adımdan yol. Çiçerinə çatdırın ki, bu məsələ ixtilafa 

səbəb olmasın...” 

 

 



Yol.Çiçerin məni dinləyib dedi ki, hərbi idarənin rəyi olmadan heç bir şey demək 

olmaz  və  deyəsən  hərbi  idarəyə  veriblər,  o  da  məsələyə  hərbi  nöqteyi-nəzərdən 

yanaşmışdır, yəni Əfqanıstana rədd cavabı vermişdir. 

Elə  bu  məqamda  yol.  Karaxan

25 

əlavə  edib  Əfqanıstan  səfirinə  demişdi:  ”Hələ 



məlum deyil, Buxara Respublikasına müstəqil yaşamağa imkan verəcəyikmi”. 

Əfqan səfiri öz təəccübünü mənə bildirib dedi ki, bundan sonra sizin sözlərinizə, 

yol. Leninin imzaladığı müraciətlərə inanmaq olarmı? 

Mənim tərəfimdən bu barədə Leninə məlumat verilmişdi. Sonra nə oldu, bilmirəm. 




11 

 

Amma onu bilirəm ki, Əfqanıstanda İngiltərənin caynaqlarından xilas olmaq üçün 



Sovet hakimiyyətinin (Rusiyanın) qolları arasına atılmaq qəti qərara alınmışdı. 

 Yəqin  ki,  bizdən  ümidini  kəsən  əfqan  səfiri  qəti  bildirmişdi  ki,  o,  Avropaya, 

İngiltərəyə gedir.  

Yol.  Çiçerinin  Moskvadan  Avropa  ilə  nəqliyyat  əlaqəsinin  olmaması  cavabına, 

səfir  Kabilə  qayıdıb  və  oradan  Avropaya  getmək  haqqında  qərarını  bildirmişdi.  Bunu 

etməməsi üçün nə qədər səy göstərmişdim. 

Türküstanda bizim siyasətimizə və sonra oradan  Əfqanıstanla əlaqə yaratmağa nə 

qədər  ciddi  əhəmiyyət  verdiyimi  məruzəmdən  görmək  olar  ki,  burada  mən  yol.  Stalinə 

Genuyaya gedənə qədər yerlərdə bizim özümüzün yaratdığımız

26

 nöqsanlarla tanış olmaq 



üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif edirdim. 

 Türküstandakı, Buxaradı sonrakı hadisələr və Ənvərin

27

 avantürası – bütün bunlar 



məhz onun nəticəsidir ki, indiyədək biz Şərq məsələsində istiqamət götürə bilməmişik. 

Genuyadan  sonra  mən  yol.  Stalindən  soruşdum,  mənim  sonuncu  məqaləmi 

oxumuşdurmu? 

O,  cavab  verdi  ki,  oxumuşdur  və  ümumiyyətlə,  o  mənim  fikrimlə  razıdır.  Daha 

sonra mən bu mövzu barədə danışmadım, çünki hiss etdim ki, həqiqətən o, həmişəki kimi 

mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə görə əməli iş 

gözləmək lazım deyil... 

Burada  mən  bir  çox  məsələlərə  toxunmuram,  ona  görə  ki,  inqilabımızın  tarixini 

tamamlamaq üçün onlar haqqında bir qədər sonra ayrıca və daha ətraflı söhbət açacağam, 

lakin  toxunulmamış  məsələ  ilə  əlaqədar  olaraq  mən  elə  burada  Azərbaycanda  da  bizim 

siyasətimiz haqqında söz açmağı lazım bilirəm. 

Mən burada 19 və 20-ci illərdə Azərbaycanın sovetləşdirilməsinə qədər yazdığım 

məruzələrim haqqında qəsdən xatırlatdım. 

Bu,  bizim  Şərq  siyasətimizə  dair  öz  fikirlərimin  həyata  keçirilməsində  nə  qədər 

ardıcıl olduğumu göstərəcəkdir. 

19-cu  ilin  əvvəlində,  Həştərxanda  müalicədə  olduğum  zaman  mən  türk  dilində

 

“Biz Qafqaza hansı şüarla gedirik”



28

 başlığı altında kitabça buraxdırmışdım. 

Burada mən yeri gəlmişkən 1918-ci ildə Bakıda bizim hakimiyyətimizin süqutuna 

gətirib  çıxaran  böyük  səhvləri  göstərirdim.  Sonra,  bu  kitabçada  Sovet  Azərbaycanında 

gələcək  işin  planı  qısa  şəkildə  şərh  edilir.  Bu  kitabça  Azərbaycanda  gizli  fəaliyyət 

göstərən  yoldaşlarımız  tərəfindən  tez  bir  zamanda  yayılır  və  onların  dediyinə  görə  bu 

kitabça fəhlə və kəndlilər arasında böyük müvəffəqiyyət qazanmışdı. 

Səciyyəvi  haldır  ki,  indi  Azərbaycan  kəndliləri  və  fəhlələri,  əsas  etibarilə 

müsəlmanlar,  bu  kitabçadan  sitat  gətirərək,  mənə  çatdırmaq  istəyirdilər  ki,  hər  şey 

kitabçada deyildiyi kimi həyata keçmir. 

Bu  kitabça  ilə  birlikdə  mən  Azərbaycanda  baş  nazir   Usubbəyova

29

  məktub 



göndərmişdim. Bu məktub sonralar bizim qəzetdə

30

 tam dərc edilmişdi. 



                                                           

 

Nazirlər Sovetinin sədrinə



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə