N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə25/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

edilmişdir.  
Bu məsələlər bir çox elmi əsərlərdə, o cümlədən, A.Rinq-
vudun «Sostav i petroloqiə verxney mantii Zemli», B. Maysen 
və A.Bettçerin «Plavlenie vodosoderjahey mantii» kitablarında 
daha geniş öz əksini tapmışdır. 
Beləliklə, hazırda eksperimental və petroloji məlumatlar    
birmənalı olaraq bazalt ərintilərinin mantiya genezisini isbat 
edir. Ancaq bazalt sırasının müxtəlif petrokimyəvi tiplərinin 
formalaşma  şəraitini araşdırdıqda qeyri-müəyyənlik ortaya 
çıxır. Bu şəraitlərə  tərkibi pirolitə yaxın olan eynicinsli ilkin 
mənbədən bazaltların  ərimə  dərinliyi, mantiya substratının 
qismən  ərimə payı, flüid rejimin xarakteri, ərintinin 
diferensiasiyası  və s. aiddir. Bu halda petroloq və geokimya-
çılar arasında vahid bir fikir olmur. Müxtəlif kontinental struk-
turlarda qələvi və subqələvi bazalt vulkanizminin öyrənilməsi 
göstərir ki, lavaların geokimyəvi tərkibi eynicinsli mantiya sub-
stratının (pirolit və ya dörd fazalı lersolit) ərimə  dərəcəsilə 
deyil, oxşar dərinliklərdə olan substratın müxtəlifliyilə  təyin 
edilir. Bu müxtəliflik  əsasən mantiya metasomatizmi, onun 
temperatur (mantiyanın qızması) və flüid (fO
2
, flüidin tərkibi) 
rejimlərinin dəyişməsilə əlaqədardır.    
Məxsusi metasomatik proseslərə Yerin daxili, endogen gücü 
ilə baş verən proseslər aid edilir. Yerin mantiyası  və qabığında 
gedən endogen metasomatik proseslərin sərhədini ayırmaq mü-
rəkkəb bir məsələdir. Ona görə  də hazırda xüsusi mantiya me-
tasomatozu  ayırırlar. Mantiya metasomatozunun əsas xüsusiy-
yətləri mantiya şəraitində xüsusiyyətləri  ərintiyə yaxın olan 
güclü qatılaşdırılmış məhlul-şor məhlul mühitinin təsirindən baş 
verir.  
Son vaxtlar bazalt maqmasının müxtəlif tiplərinin for-
malaşmasını analiz edərkən bu prosesə – mantiya metasomato-
zuna xüsusi diqqət yetirilir. Mantiya metasomatozunun əsası 
keçən  əsrin 50-ci illərində akademik D.S.Korjinski tərəfindən 
qoyulmuşdur  («transmaqmatik flüidlər»  nəzəriyyəsi). Sonralar 
Y.Kuznetsov və E.İzox (1969) tərəfindən bu nəzəriyyənin 
əsasında  «intratellurik» flüidlər hipotezini irəli sürmüşlər. Bu 
hipotezə görə, axınlar həm yer qabığına, həm də üst mantiyaya 
keçir və onların təsirilə yer qabığının və üst mantiyanın 
müxtəlif dərinliklərində müxtəlif tip maqmaların əmələ gəlməsi 
baş verir.  
Ədəbiyyatda geniş müzakirə olunan mantiya metasomato-
zunun bazaltlar tərəfindən yer səthinə  çıxarılan dərinlik süxur-
larında – ksenolitlərdə mantiya metasomatozunun nişanələrinin ol-
ması buna sübutdur (A.A.Marakuşev,  İ.D.Ryabçikov, L.N.Ko-
qarko, N.D.Dobresov, V.İ.Kovalenko, A.Betçer, D.Beyli, A.Ed-
qar, M.Roden, M.Menzes, D.İonov, L.Solovyeva, M.N.Məm-
mədov, N.Ə.İmamverdiyev və bir çox başqaları). Bu proses 
nəticəsində üst mantiyada iştirak edən bir çox peridotitlər me-
tasomatik dəyişməyə  məruz qalır. Məhz belə metasomatik 
dəyişmiş peridotitlər subqələvi və  qələvi maqmaların substratı 
rolunu oynayır. Kimberlitlərin genezisilə  əlaqədar olan me-
tasomatik proseslərə xüsusi diqqət yetirilmişdir. Mantiya me-
tasomatozu ultrabazitlərin mineralları arasındakı reaksiya 
hadisələrilə, törəmə amfibol və mikaların kristallaşması ilə, 
törəmə şüşələrin əmələ gəlməsilə təsdiq olunur.  
Petroloji-geokimyəvi tədqiqatların nəticələri göstərmişdir 
ki, dünyanın bir çox regionlarında (Almaniya, Monqolustan, 
Baykal, Fransa, Kiçik Qafqaz, Talış) subqələvi və qələvi bazalt-
ların  əriməsi mantiya flüidlərinin təsiri nəticəsində 
metasomatitləşmiş mantiyadan baş vermişdir (Genşaft, Saltık-
ovski, Kovalenko, Yarmolyuk, Ryabçikov, Chanvel, 
Məmmədov, İmamverdiyev).  
Beləliklə, tam əsasla hesab etmək olar ki, mantiya me-
tasomatozu üst mantiyada tez-tez rast gələn proseslərdəndir və 
o bazalt və kimberlitlərdəki daxilolmalarda özünü büruzə verir. 
Üst mantiyanın ilkin lersolit tərkibi əriməyə qədər «flüid-ərinti» 
mantiya axınlarının təsirindən metasomatik dəyişməyə  məruz 
qalır və bazalt komponentlərilə, qeyri-kogerent elementlərlə, o 
 
98
 
99


cümlədən aksessor fazalarda – mikada, apatitdə, amfibolda, 
ilmenitdə toplanan elementlərlə zənginləşir.  
VAG 
Island-Arc Granites 
Adalar qövsünün qranitləri 
OIB 
Ocean Island Basalts 
Okean adalarının bazaltları 
OIT 
Ocean Island Tholeites 
Okean adalarının toleitləri 
BABB 
Back-Arc Basin Basalts 
Qövsarxası hövzələrin bazaltları 
WPG 
 
Within-Plate 
Granites
Plitədaxili qranitlər 
WPB 
 
Within-Plate 
Basalts
Plitədaxili bazaltlar 
CAB 
 
Calc-Alkaline 
Basalts
Əhəngli-qələvili bazaltlar 
COLG Collision 
Granites 
Kolliziya 
qranitləri 
MORB 
Mid-Ocean Ridce Basalts 
Aralıq-okean  silsilələrinin bazaltları 
Mantiya metasomatozundan başqa, mantiyanın fiziki-kim-
yəvi şəraitini dəyişdirən əhəmiyyətli faktorlara flüid rejimi aid-
dir. Flüidlər, yəni O
2
, CO
2
, CO, H
2
, CH
4
, H
2
O və s. intratellurik 
fazalarda toplanır. Belə hesab edilir ki, onlar müxtəlif tektonik 
strukturlarda 200 km dərinliyə kimi nüfuz edə bilir. Flüid 
rejimin təkamülü və flüidlərin özünün tərkibi yer qabığı və üst 
mantiyanın şaquli kəsilişlərində izlənilir.  
 
Aşağıda mantiya rezervuarlarının qısa geokimyəvi 
xüsusiyyətləri göstərilir. Mantiya rezervuarları əsasən Nd, Sr və 
Pb izotoplarına görə 
fərqlənirlər. Onların ümumi 
xarakteristikası cədvəl 5.2-də və şəkil 5.1, 5.2, 5.3, 5.4 -də öz 
əksini tapmışdır.  
B.Q.Lutsun, F.A.Letnikovun, A.A.Kadikin işlərində bərpa-
edici flüidlərin - CO, H
2
, CH
4
  dərinliyə doğru artması 
göstərilmişdir. Toleit bazaltlarında da bərpaedici flüidlərin az 
miqdarda iştirakı müəyyən edilmişdir (Kadik, Lukanin, Lapin, 
1990). Toleit maqmasının diferensiasiyası  nəticəsində uçucu 
komponentlərin bərpaedici şəraitində ferrobazaltlar əmələ gəlir. 
Eksperimental olaraq sübut olunmuşdur ki,  hidrogenin təzyiqi 
ərintidə dəmirliliyin intensiv artmasına səbəb olur.  
Cədvəl 5.2  
Yer qabığı və mantiya rezervuarlarının izotop xarakteristikaları 
 
 
87
Rb-
86
Sr 
147
Sm-
143
Nd 
238
U-
206
Pb 
238
U-
207
Pb 
232
Th-
208
Pb 
Kontinental qabıq 
Üst qabıq Yüksək Rb/Sr
Yüksək 
87
Sr/
86
Sr 
Aşağı Sm/Nd
Aşağı 
143
Nd/
144
Nd 
Yüksək 
U/Pb 
Yüksək 
206
Pb/
204
Pb 
Yüksək 
U/Pb 
Yüksək 
207
Pb/
204
Pb 
Yüksək 
Th/Pb 
Yüksək 
208
Pb/
204
Pb 
Orta qabıq 
 
Yüksək Rb/Sr 
(0,2-0,4) 
87
Sr/
86
Sr= 
(0,72-0,74) 
U-la kasıb-
laşmış 
 
Aşağı 
206
Pb/
204
Pb  
U-la kasıb-
laşmış 
Aşağı 
207
Pb/
204
Pb 
Yüksək Th 
Yüksək 
208
Pb/
204
Pb 
Alt  
qabıq 
Rb-la kasıb-
laşmış 
Rb/Sr<0,004 
 U-la
kasıblaşmış 
 
Çox aşağı 
206
Pb/
204
Pb 
U-la 
kasıblaşmış 
Çox aşağı 
207
Pb/
204
Pb 
U-la 
kasıblaşmış 
Çox aşağı 
208
Pb/
204
Pb 
Subkontinental litosfer 
Arxey Aşağı Rb/Sr  Aşağı Sm/Nd  
 
 
Proterozoydan 
müasirə kimi 
Yüksək Rb/Sr Aşağı Sm/Nd  
 
 
Okean mənbəyinin bazaltları (Zindler və Hart, 1986) 
Müxtəlif geokimyəvi mantiya rezervuarları (izotop xarak-
teristikaları).  İzotop-geokimyəvi məlumatlar Yerin mantiyas-
ında öz xarakteristikaları ilə  səciyyələnən bir sıra maqmatik 
mənbələr olduğunu sübut edir. Onlara N-MORB, E-MORB, 
HIMU, EM1, EM2 və s. aiddir. Onların vəziyyəti geoloji 
ədəbiyyatda geniş müzakirə olunmuşdur. Hal-hazırda bu 
terminlər geoloji ədəbiyyatda ingilis abreviaturası (sözlərin baş 
hərfləri ilə müxtəsər yazılışı) ilə yazıldığı üçün onların 
bəzilərinin izahını veririk.   
 
DM 
 
Depleted 
Mantle
Depletləşmiş mantiya 
EM 
 
Enriched 
Mantle
Zənginləşmiş mantiya 
PM 
 
Primitive 
Mantle
Primitiv 
mantiya 
CC 
Continental Crust 
Kontinental qabıq 
OFB 
Ocean Floor Basalts 
Okean dibinin bazaltları 
PREMA 
Prevalent Mantle 
Üstünlük təşkil edən mantiya 
BSE 
Bulk Silicate Earth 
Yerin silikat hissəsi 
IAB 
Island-Arc Basalts 
Adalar qövsünün bazaltları 
IAT 
Island-Arc Tholeites 
Adalar qövsünün toleitləri 
 
100 
 
101


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə