Nəhmətzadə Əli 760A2 – Makroiqtisadiyyat sərbəst iş


Xarici amillər nəzəriyyəsi



Yüklə 19,23 Kb.
səhifə2/3
tarix23.05.2022
ölçüsü19,23 Kb.
#87697
1   2   3
Nəhmətzadə Əli 760A2

Xarici amillər nəzəriyyəsi Bu istiqamətin banisi iqtisadi tsiklləri günəş fəallığının 11 - illik tsikli ilə bağlayan ingilis iqtisadçısı U.S.Cevons ( 1835-1882 ) hesab olunur . XIX əsrin 70 - ci illərində Cevons bir sıra əsərlərini çap etdirdi ki , həmin əsərlərdə o , günəş ləkələrinin məhsuldarlığa , buğdanın qiymətinə və ticarət tsiklinə təsirini tədqiq etmişdi . Lakin o , günəş fəallığının tsiklikliyini əsasən kənd təsərrüfatı və ticarətlə əlaqələndirirdi . U.S.Cevonsun ardıcılları günəşin tsiklikliyinin təsirini bütün iqtisadiyyata şamil etdilər . Belə ki , X.S.Cevons ( oğul ) günəş tsiklini məşğulluqdakı artıb azalmalarla əlaqələndirdi , X.M.Mor isə günəş fəallığmın ümumi iqtisadi nəzəriyyəsini işləyib hazırladı . 1987 - ci ildə gənc yapon iqtisadçısı Simanaka Yudzi Yaponiyanın 1885 - ci ildən 1984 - cü ilə qədəm inkişafının tsiklikliyini tədqiq etdi . O , bu nəticəyə gəldi ki , bu müddət ərzində doqquz 11 illik günəş tsikli baş vermişdir və onlar Juqlar tsiklləri ilə üst - üstə düşmüşlər . Simanaka həmçinin hesall edir ki , Kuznets tsikli iki günəş tsiklinə ( 22 il ) , Kond - ratyev tsikli isə beş günəş tsiklinə ( 55 bərabərdir .
Xalis monetar nəzəriyyə.
Tsiklin xalis monetar izahı ən dolğun ingilis iqtisadçısı R.Xourtinin (1879- 1975) əsərlərində verilmişdir. Onun üçün tsikl “sırf pul hadisəsidir”, bu mənada ki, pul axınının dəyişməsi iqtisadi fəallığın dəyişməsinin, çiçəklənmə və depressiyanın bir-birini əvəzləməsinin, ticarətdə canlanma və sönüklüyün yeganə və kifayətedici səbəbidir. Əmtəələrə pulla ifadə olunmuş tələb (və ya pul axını) artanda, ticarət canlanmış olur, istehsal genişlənir, qiymətlər artır. Tələb azalanda, ticarət zəifləyir, istehsal azalır, qiymətlər düşür. Pul axını - əmtəələrə pulla ifadə olunmuş tələb - bilavasitə istehlak xərcləri, yəni gəlir hesabına xərclərlə müəyyənləşir.
Lukas belə bir ehtimal irəli sürmüşdür ki, sahibkar öz məhsulunun qiymətinin inflyasiya artımını onun onun nisbi qiymətlər artımından fərqləndirə bilmir və buna görədə hər qiymət artımında investisiyaları və məşğulluq səviyyəsini artırır.
Iqtisadiyyatın inkişafının tsiklikliyi müxtəlif nəzəriyyələr tərəfindən müxtəlif cür izah olunur . Müxtəlif mənbələr iqtisadiyyatın tsiklik inkişafının çoxsaylı səbəblərini göstərirlər , lakin çox vaxt onlar eyni bir prosesin müxtəlif aspektləridir . Deyilənlərin sistemləşdirilməsi bu kimi nəzəriyyələrin iki əsas növünü : xarici və ya eksternal və daxili və ya internal - fərqləndirməyə imkan verir .
Eksternal nəzəriyyələr iqtisadi tsiklləri xarici səbəblərlə - Günəşdə qıtlığa və ümumi iqtisadi tənəzzülə aparan ləkələrin yaranması ( U.Cevons , V.Vernadski ) , müharibələr , inqilablar və siyasi təlatümlərlə ; yeni ərazilərin məskunlaşdırılması və bimunla əlaqədar olaraq əhalinin miqrasiyası , yer kürəsinin əhalisinin artıb - azalması ilə ; texnologiyanın ictimai istehsalın strukturimu əsaslı surətdə dəyişməyə imkan verən güclü inkişafı ilə izah edirlər .
İnternal nəzəriyyələr iqtisadi tsiklin yaranmasını daxili səbəblərlə insanların iqtisadi fəaliyyətində nikbinlik və bədbinliyin nisbəti ( V.Pareto , A.Piqu ) ; yığımın artıqlığı və investisiyaların azlığı ( C.Keyns ) ; istehsalm ictimai xarakteri və və mənimsəmənin xüsusiliyi arasındakı ziddiyyət ( K.Marks ) ; pul tələbi və təklifi sahəsində pozuntular ( 1.Fi - şer , R.Xourti ) ; kapitalın ifrat yığımı ( M.Tuqan - Baranovski , Q.Kassel , A.Şpithof ) ; natamam istehlak və əhalinin yoxsulluğu ( T.Maltus ) və s . ilə izah edirlər



Yüklə 19,23 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə