NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


جَمَلُ أهْلِكَ وَ شِسْعُ نَعْلِكَ خَيْرٌ مِنْكَ



Yüklə 15,72 Mb.
səhifə80/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   77   78   79   80   81   82   83   84   85
جَمَلُ أهْلِكَ وَ شِسْعُ نَعْلِكَ خَيْرٌ مِنْكَ»Bu cümlə məsəldir mənası budur ki, heyvan cansız əşyanın xeyri səndən çoxdur.

4 Münzir İmam əleyhis-salamın yanına gələndə o Həzrət onu zindana saldı. Əmirəl-mömininin səhabələrinin yaxşılarından Əbdül-Qeys qəbiləsinin böyüklərindən olan ''ə ibn Sauhan onun barəsində vasitəçilik edərək onu zindandan azad etdirdi.

1 Necə ki, Qurani-Kərimin Yunus surəsinin 107-ci ayəsində buyurulur: «وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلاَ رَآدَّ لِفَضْلِهِ يُصَيبُ بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ» «Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan rəhm edəndir

1 Kufə əhlindən böyük imamiyyə alimlərindən olan İbn Kəlbi çoxlu təfsir əsərlər sahibi olub ərəb soyları tarixinə bələd olub. O, iki yüz altıncı hicri ilində vəfat etmişdir.

2 Bu iki qəbilənin ya digər bir yerin nadanlarından bəzisinin onları təhqir etməsini, ehtiramsızlıq göstərməsini ya söyüş söyməsini əhd-peymanlarını pozmaq üçün dəlil etməməlidirlər.

3 «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində Əli ibn Əbi Talibin yerinə Əli ibn Əbu Talib yazılıb onun izahında belə deyilib: İmam əleyhis-salam buna bənzər digər bir yerdə (o Həzrətin xətti ilə olması məşhur olan böyük kitabxanalarda saxlanılan Quranlarda da) öz adını həmin kəlmə izafət tərkibində təyin edən olmasına baxmayaraq onu «Əbu» şəklində yazıb. Çünki izafətin tərkib hissələri xüsusi ism olanda, o, bir kəlmə misalında olur. Buna görə onun ortasında heç bir hərəkə dəyişikliyi baş vermir.

1 Mədinəli böyük şiə alimlərindən olmuş iki yüz yetmişinci hicri ilində Bağdadda vəfat etmişdir. Vaqid onun babasının adı olmuşdur.

1 Həzrət Peyğəmbərin bu kimi buyuruqlarına ki: «حَرْبُكَ يا عِلِىُّ حَرْبِى » «Ey Əli, səninlə müharibə etmək mənimlə müharibə etməkdir»; həmçinin bu buyuruğuna ki: «عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِىٍّ يَدُورُ مَعَهُ حَيْثُما دارَ» «Əli haqq ilədir haqq Əli ilə, o hara fırlansa haqq da onunla fırlanar», yəni, Əli əleyhis-salam hər desə etsə haqq düzdür.

1 Çox təəccüblü heyrətləndirici bir işdir ki, mən, göstərişlərimə əməl etməyən zülm müxalifət bayrağı ucaltmış özbaşına özündən razı bir dəstənin arasında qalmışam. Sonda o yerə çatdı ki, xilafət məsələsində mənimlə Müaviyə arasında sən Əmr ibn As kimisini münsif vasitəçi təyin etdilər.

2 Yaxud da belə deyirik: Verdiyim vədə vəfa edəcəyəm əgər sən özündən göstərdiyin ləyaqətdən qayıtsan bədbəxtsən. Çünki bədbəxt o kəsdir ki, ona verilmiş mənfəət təcrübədən məhrum qalsın. Amma birinci məna daha yaxşıdır.

1 Əgər bu işdə Quranın hökmləri əsasında hərəkət edilsə mən onunla varam ümmətin xeyrini pozmaz, bir-birinə vurmaram.

2 Xülasə, Əmr ibn As Şam əhalisinin sözləri səni aldatmasın. Əgər belə olmasa dünya axirət səadət xoşbəxtliyini əldən verəcəksən.

1 Fitnə-fəsad zamanı elə hərəkət et ki, fitnə törətmək istəyənlər sənin can malına tamah salmasınlar. Əlbəttə, bilmək lazımdır ki, bu, müharibə döyüş Əbdülməliklə İbn Zübeyrin ya Həccac ibn Əş'əsin fitnələri kimi iki azğın azdırıcı başçı arasında olan zaman üçündür. Cəməl Siffeyn müharibələri kimi onlardan biri haqq, digəri batil olanda isə mövcud qarşıdurma fitnə sayılmır haqq tərəfə birləşərək onun yolunda mal canı qurban vermək vacibdir.

2 Çünki həmin şey çox vaxt onun məhvinə həlakına səbəb ola bilər. Belə adam özünə heç bir məqam dərəcə nəzərdə tutmayıb.

1 Çünki əgər şəxs çətinliklər müqabilində səbrli olsa, xalq ondan razı qalaraq onun eyb pisliklərinə göz yumar. Yaxud onun təmkinliliyi ilə eybləri aşkar, nadanlıqları faş olmaz.

2 Əgər iki nəfər arasında vuruşma yerinə sülh barışıq bərqərar edilsə xalq onların pisliklərindən xəbərdar olmaz. «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində həmin kəlam «الْمُسالَمَةُ خِباءُ الْعُيُوبِ» şəklində, yəni, «sülh barışıq eyblərin örtüyüdür» yazılıb.Çünki vuruşan tərəflər döyüş zamanı bir-birlərinin eyblərinin üstünü açırlar əgər sülh barışıq etsələr bir-birlərinin eybləri barəsində danışmazlar.

3 Çünki sədəqə insanın qəlbini onu verənə yönəldir o, Allahın dərdi ondan uzaqlaşdırmasına səbəb olur. Buna görə Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurmuşdur: «داوُوا مَرْضاكُمْ بِالصَّدَقَةِ» «Xəstələrinizi sədəqə verməklə müalicə dərman edin

4 Çünki axirət hər bir gizlin şeyin aşkar olunaraq göründüyü müşahidə diyarıdır, necə ki, Allah-təala Qurani-Kərimin Ali-İmran surəsinin 30-cu ayəsində buyurmuşdur: «يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا» «O gün hər kəs etdiyi yaxşı pis əməlləri, qarşısında hazır görəcək günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır (ki, ey kaş onları etməmiş olaydı).»

1 Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) rəvayət edilib ki: Qiyamət günü bir carçı uca səslə car çəkəcək ki, kimin Allahın öhdəsində savab mükafatı varsa ayağa dursun. Həmin vaxt başqasının təqsirindən keçənlərdən başqa heç kəs ayağa durmayacaq. Məgər Allah-təalanın (Şura surəsinin 40- ayəsindəki) «فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ» «bununla belə hər kəs düşməninə güzəşt edib onunla öz arasını düzəltsə, onun mükafatı Allahın öhdəsinədir» buyuruğunu eşitməmisiniz?

1 Abdullah ibn Ömər ibn Xəttab, 'd ibn Əbu Vəqqas, Səid ibn Əmr ibn Nəfil, Usamə ibn Zeyd, Məhəmməd ibn Muslimə, Ənəs ibn Malik, Əbu Musa Əş'əri, Əxnəf ibn Qeys onlar kimilər (nəzərdə tutulur).

2 Məqsəd budur ki, batilə yardım edənlərin bəhanələri var, amma bitərəf qalanların heç bir üzr bəhanələri yoxdur. Yaxud məqsəd budur ki, haqdan bir nişanə batildən bir əlamətləri olmayanların vücudları tamamilə boş əbəsdir. Yaxud da məqsəd budur ki, onlar bədbəxtlik azğınlıqda batilə yardımçı olan Əmr ibn Asa digərlərinə çatmamışdılar.

3 Az nemətə çatanda şükr edin ki, onun daha çoxuna çatasınız. Allah-təala Qur'ani-Kərimin İbrahim surəsinin 7-ci ayəsində belə buyurur: «لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ» «Əgər (Mənə) şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz Mənim əzabım, həqiqətən şiddətlidir ( ona düçar olacaqsınız)!»

1 Çünki ola bilər ki, insan məcburiyyət naçarlıq üzündən onlara düçar olub. Buna görə o, məzəmmət edilməməlidir, çünki bunun heç bir xeyri yoxdur. Əksinə, ona kömək edilməli, yardım göstərilməlidir, yaxud barəsində dua edilməlidir ki, düşdüyü vəziyyətdən çıxa bilsin.

2 İnsan qəzavü-qədərin xeyir-ziyanlarından sirlərindən xəbərdar olmadığı üçün öz tədbir düşüncəsinə ürək qızdırmamalıdır. Çünki tədbir tökmək düşüncənin özü ölümə səbəb ola bilər.

1 İstəyir saqqalını rəngləsin, istəyir rəngləməsin. Xülasə, bu, mübah, yəni, izn verilmiş bir işdir vacib ya müstəhəbb deyil. Bəli, saqqalı rəngləmək bir növ zinət bəzəkdir, necə ki, İmam əleyhis-salam gələcək 465-ci kəlamında bu nöqtəyə toxunub.

2 Allah onu həmin səhv pisliklərdən qayıtmağa nail edir. Xülasə, Allah yaxşı əməl sahiblərinə öz səhvlərini düzəltmək istiqamətində çalışmaq üçün kömək əta edir.

1 Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurub: «الْحَياءُ حَياءَانِ حَياءُ عَقْلٍ وَ حَياءُ حُمْقٍ فَحَياءُ الْعَقْلِ هُوَ الْعِلْمُ وَ حَياءُ الْحُمْقِ هُوَ الْجَهْلُ» «Həya iki növdür: əqldən olan həya axmaqlıqdan olan həya. Əqldən olan həya elm, axmaqlıqdan olan həya isə nadanlıqdırMərhum Məclisi «Biharul-Ənvar» kitabının on beşinci cildində «Kafi» kitabından bu rəvayəti nəql etdikdən sonra belə yazır: Peyğəmbərin (səlləllahu əleyhi alih) bu buyuruğu həyanın iki növ olmasına dəlalət edir. Onlardan biri bəyənilən həyadır ki, əql ağıllılıqdan yaranır. Belə ki, şəxs sağlam əqlin ya şəriətin çirkin olmasına hökm etdiyi şeydən, məsələn, günahlar nalayiq əməllərdən xəcalət çəksin. Digəri isə xoşagəlməz həyadır o, axmaqlıq ağılsızlıqdan yaranır. Buna misal olaraq insanın avam insanların pis hesab etdikləri, əslində isə çirkin olmayan sağlam əqlin şəriətin onun düzgün olmasına hökm etdiyi işdən, məsələn, elmi məsələlər barəsində sual soruşmaq ya şər'i ibadətləri yerinə yetirməkdən xəcalət çəkməyi göstərmək olar.

1 Xülasə, İmam əleyhis-salamın «əgər bizim haqqımızı verməsələr dəvələrin tərkinə minəcəyik» cümləsindən məqsəd budur ki, həmin qeyd edilən kəslər kimi çətinlik əziyyət içərisində qalacağıq. Əlbəttə, İmam əleyhis-salamın buyuruğunu Seyyid Rəzi əleyhir-rəhmənin bəyanından daha dəqiq ya dolğun olan bu şəkildə tərcümə etmək olar ki: Xilafət bizim payımızdır. Əgər onu bizə versələr, alacağıq. Verməsələr isə çox uzansa da dəvələrin tərkinə minəcəyik əl çəkməyib dəvənin cilovunu bir dəfəlik olaraq qəsb edənlərə tapşırmayacağıq. Ola bilər ki, İmam əleyhis-salam bu sözü Səqifə günü ya həmin günlərdə buyurub.

2 Zahiri ad-san böyüklük ona dünya axirət məqamı verməz. Çünki məqam dərəcə sonradan əmələ gələn bir şeydir. Gözəl əməlin təsiri isə zatidır heç vaxt yox olmur.

1 Çünki aşkar zahidlik riya özünü göstərməkdən ayrı deyil. İbn Meysəm əleyhir-rəhmə burada Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) belə bir hədis nəql edib: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə