NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ



Yüklə 15,72 Mb.
səhifə79/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   75   76   77   78   79   80   81   82   ...   85
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ» «Artıq o zalım tayfanın kökü kəsildi». Ayə, onların nəslinin qalmamasına işarədir.

1 Buna görə heç kəsin bəhanə gətirib evdən çölə çıxmamaq haqqı yoxdur. Əslində Allah nəzərə alınmalı şəxs evdən çıxaraq məzluma kömək edib zalımı pis əməllərindən çəkindirməlidir. Amma əgər zalımla məzlumu bir-birindən seçə bilməsə, onları öz hallarında qoymalıdır ki, belə olan halda, onun nadanlıq üzrü qəbul edilir.

1 Hərçənd ki, on altıncı məktubda deyildiyi kimi onlar batində Allaha Peyğəmbərə iman gətirməmişdilər.

1 Qəm-qüssə yeyər ki, üçün həmin saatda axirət üçün azuqə toplamayıb. Amma həmin saatda günah işlə məşğul olmuş olsa qəm-qüssəsi bir neçə qat olar.

1 Çünki onları ziyan vurmaqdan çəkindirmişəm sizi xəbərdar etmişəm ki, onları rəiyyətə ziyan vurmağa mal əkinlərinə əl uzatmağa qoymayın.

1 İmam əleyhis-salam keçmiş gələcəyi bilir. Buna görə «xilafəti başqalırına həvalə edəcəkləri fikrimdən belə keçmirdi» cümləsindən məqsəd budur ki, Peyğəmbərin göstərişinin əksinə hərəkət ediləcəyinə heç kəs inanmazdı bu Həzrət Peyğəmbərin səhabələri barəsində təsəvvüredilməz idi.

1 Dinin əsasını qorumaq üçün mənim haqqımı qəsb edənlərlə birgə addımlayaraq razılaşdım. Osmandan sonra zahiri xilafəti qəbul etməyimin səbəbi dinin işlərinin nizam-intizamının pozulmaması Həzrət Peyğəmbərin hökmlərinin bərqərar qalması idi.

2 Buna görə düşmənin az ya çox olması mənim nəzərimdə eynidir onlarla vuruşmaqdan qorxum yoxdur. Çünki hər bir halda onlarla müharibə etmək səadət xoşbəxtliyin artmasına səbəb olur.

1 Deyirlər ki, Bəni-Üməyyədən olan Müğeyrə ibn Şö' Ömər tərəfindən Kufənin hakimi olanda məst halda camaatla namaz qılıb, namazın rəkətlərinin sayını artırıb məscidin pişnamazın yeri olan mehrabına qusub. Sonra ona şallaq vurublar. Həmçinin Xalid ibn Abdullah Taifdə Ütbə ibn Əbu Süfyana şərab içdiyi üçün şallaq vurub.

2 «Rical» alimləri onu yaramaz şəxs hesab edir onun rəvayətlərinə etimad etmirlər. Əş'ər Yəməndə olan bir qəbilənin adıdır Əş'əri həmin qəbiləyə mənsubdur.

2 Çünki camaatı fitnədən kənar olaraq uzaqlaşmağa vadar etmək Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) buyuruğunu nəql etmək ilk baxışda düzgün sənin xeyrinədir. Ona görə ki, sənin məqsədin camaatı mənə qoşulmaqdan saxlamaqdır. Amma əslində mənim Cəməl tərəfdarları ilə müharibəm fitnə-fəsad deyil, əksinə, fitnənin qarşısını alan asayiş amilidir. Buna görə sənin müxalifət etməyin onu nahaq yerə fitnə sanmağın sənin ziyanınadır. Çünki dünyada mənim cəzama, axirətdə isə ilahi əzaba düçar olacaqsan.

1 Bu cümlə ərəb dilində bir məsəldir birini alt-üst etməyə işarədir.

1 Bu cümlə Əbu Süfyana işarədir. O, Həzrət Peyğəmbər Məkkəni fəth edərək on min nəfərdən artıq bir qoşunla gecə Məkkəyə daxil olana kimi İslamı qəbul etmədi. Abbas o Həzrətin qatırını minib Məkkənin ətrafında gəzirdi ki, Qureyşi Peyğəmbərin yanına gedib üzr istəmələrinin zəruriliyindən xəbərdar etsin. O, Əbu Süfyanla rastlaşdı. Əbu Süfyana dedi: Mənim tərkimə min, səni Həzrət Peyğəmbərin yanına aparıb sənin üçün aman alım. Onlar Peyğəmbərin yanına gələndə o Həzrət buyurdu: İslamı qəbul et. Əbu Süfyan qəbul etmədi. Ömər dedi: Ey Allahın elçisi, əmr et, onun boynunu vurum. Abbas Əbu Süfyanın qohumu olduğu üçün ona kömək etmək məqsədi ilə belə dedi: Ey Allahın Peyğəmbəri, o sabah İslamı qəbul edəcək. Səhərisi gün yenə Peyğəmbər ona İslamı qəbul etməsini əmr edəndə, o, qəbul etmədi. Abbas gizlində ona belə dedi: Allahın birliyi Peyğəmbərin peyğəmbərliyinə şəhadət ver, hətta qəlbində inamın olmasa belə, yoxsa öldürüləcəksən. Əbu Süfyan bundan sonra məcbur qalıb İslamı qəbul etdi.

2 İmam əleyhis-salamın məqsədi budur ki, sən bu sözünlə özünü Mühacirlərdən saymaq istəyirsən, halbuki sən, atan qardaşların əvvəlcə əsir düşdünüz sonra İslamı qəbul etdiniz.

1 Çünki deyirsən ki, mən Osmanın intiqamını almaq niyyətindəyəm məzluma zülmə məruz qalmış kimsəyə kömək edərək fitnə xoşagəlməz işlərin qarşısını almaq istəyirəm. Amma sənin əməlin zülm, fitnə-fəsad öz zəmanənin imamına qarşı çıxmaqdır.

1 Qur'ani Kərimin əsasında sizin aranızda hökm çıxarım. Bir-biri ilə çəkişməsi olan iki şəxsə mütləq bir hakim lazımdır. Orada haqq hakim İmam əleyhis-salam idi. Buna görə Müaviyənin, bir qrup Mühacir Ənsarı o Həzrətdən tələb edərək qətlə yetirmək haqqı yoxdur. Əslində onun itaət tabeçilik göstərməsi vacib idi ki, həmin şəxslərlə imamın yanında bir-birini mühakimə etsinlər sonra həmin mühakimə onun ya xeyrinə, ya da zərərinə sona çatsın. Amma Müaviyənin məqsədi mühakimə qisas alınması məsələsi deyildi.

1 Xilafət imamətin hər şeydən vacib olmasının səbəbi budur ki, ət qan həmişə dəyişir əvəz olur. İmama tabe olmağın vacibliyi isə həmişə şəxslə birgədir onun ayrılmaz hissəsidir ki, onda dəyişmə əvəz olma baş vermir.

2 Məsələnin həqiqətini bildikdən haqq aşkar olandan sonra insanın axtarması üçün nahaqdan başqa bir şey qalmır, bu istisna ilə ki, o, həmin nahaqqı haqq kimi göstərməyə çalışsın.

1 Xülasə, insan Allahın istəyi olmadan bu məqam mərtəbənin həqiqətinə nail ola bilməz.

2 Çünki sən layiq deyilsən mən, heç vaxt haqqa zidd Allah Peyğəmbərin göstərişlərinin əksinə olan bir tutmaram sənin ovsunlarınla yoldan çıxmaram.

3 Əgər bu gün tövbə edib öz yoluna qayıdaraq bizə tabe olsan rahat asudə qalarsan. Amma müharibə qan tökülməsi başlayandan sonra çarə etmək mümkün olmayacaq.

1 Halbuki sevinc kədər yersizdir. Çünki çatmalı şey çatacaq, çatmamalı şey üçün səy edib çalışmağın isə bir faydası yoxdur.

2 Çünki sevinmək o vaxt yerinə düşər ki, tapılmayan bir şey əldə edəsən. Həmçinin kədərlənmək o yerdə rəvadır ki, əldə olan qazanc mənfəəti əldən çıxarasan.

1 Altıncı əsrin imamiyyə alimlərinin böyüklərindən olmuş mərhum Şeyx Əbu Əli Fəzl ibn Həsən Təbərsi «Məcməul-bəyan fi təfsiril-Qur'an» kitabında bu mübarək ayənin təfsirində İbn Abbas, Qutadə Səid ibn Cubeyrdən nəql edib ki: Məkkənin evlərini icarəyə vermək satmaq haramdır. Həmçinin Məscidül-Həramdan məqsəd bütün Məkkədir, Allah-təalanın İsra surəsinin 1-ci ayəsində buyurduğu kimi ki: «سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَي» «Bəndəsi Həzrət Mustafanı bir gecə Məscidül-Həramdan, yəni, Məkkədən Məscidül-Əqsaya, yəni, Beytul-müqəddəsə aparan Allah pak müqəddəsdir» Təbərsi əleyhir-rəhmə bu mübarək ayənin təfsirində belə buyurur: Təfsir alimlərinin əksəriyyəti deyiblər ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) həmin gecə Əli ibn Əbu Talibin (əleyhis-salam) bacısı Ummu Hani onun əri Hübeyrə ibn Əbu Vəhəb Məxzuminin evində yatıbmış meraca oradan gedib. Buna görə burada Məscidül-Həramdan məqsəd Məkkədir Məkkə ilə hərəmin hər ikisi məsciddir. Mərhum Şeyx Tureyhi «Məcməul-bəhreyn» lüğət kitabında «عَكَفَ» «əkəfə» kəlməsi barəsində belə deyir: Hədisdə nəql edilib ki, Həzrət Sadiq əleyhis-salam buyurub: Məkkənin evlərinə qapı qoymaq yaxşı sayılmırdı. Çünki hacılar ora düşməli idi ki, öz həcc əməllərini həmin ev əhli ilə birlikdə yerinə yetirsin. İlk dəfə Məkkənin evlərinə qapı qoyan Müaviyə olub. Burada bu məsələ barəsində bundan artıq danışmaq lazım deyil onun yeri fiqh kitablarıdır.

1 Salman (Allah onun ruhunu müqəddəsləşdirsin) ən böyük hörmətli müsəlmanlardan, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) ən seçilmiş yaxın səhabələrindən Əmirəl-möminin əleyhis-salamın şiələrindən olub. İbn Əbil Hədidin hədis alimlərinə istinad edərək nəql etdiyinə görə Salman «Səqifə» günü müsəlmanlara fars dilində belə deyib: «كرديد و نكرديد» «kərdid nəkərdid» «etdiniz etmədiniz», yəni, özünüz xəlifə seçdiniz Həzrət Peyğəmbərin təyin etdiyi xəlifəyə göz yumdunuz. Kinayə ilə demək istəyib ki, zahirdə müsəlmana oxşayırsınız, amma batində müsəlman deyilsiniz. Qələm əhli arasında onun İslamdan qabaqkı adı barəsində fikir ayrılığı mövcuddur onun üçün Mənuçehr şahın övladlarından Ruzbeh ibn Xoşnudan, Behbud ibn Bədəxşan bu iki addan başqa digər adlar deyilib. Həzrət peyğəmbər onu Salman adlandırıb. Ona Salmanul-xeyr Salmanul-Məhəmmədi ləqəbi verilib. Ondan «sən kimsəndeyə soruşanda «mən Adəm övladlarından olan Salman ibn əl-İslamam» cavab verirmiş. Künyəsi Əbu Abdullah, Əbulbəyyinat Əbulmürşid olub. Onun əsli ya Şirazdan, ya Ramhürmüzdən, ya Şuştərdən, ya da İsfahanın Cəyy deyilən kəndindən olub.

1Dünya həmişə belə olub indi belədir sonda onun hamısı məhv olacaqdır. Buna görə belə bir yerə ürək bağlamaq ağılsızlıqdır.

1 Ölüm arzulamaq o vaxt yerinə düşər ki, itaət bəndəlik nəticəsində axirət səfərinin azuqəsinə malik olmaqla sənin ölümdən sonra işlərinin bu həyatdan yaxşı olacağına yəqinliyin olsun. Belə olmasa, bu cür arzulara dalmaq dini zəif ağılsız insanların diləyidir ki, onlar axirət işlərini düzəltməmiş ölüm arzulayarlar.

2 Çünki ola bilər ki, eşitdiyin şey yalan olmuş olsun. Buna görə fikirləşib düşünmədən nəyisə söyləməyin sənin özünün yalan danışmağın, «belə eşitmişəm» deməyin isə yalan nəql etməyin kimidir.

1 Məsələn gərək elmini nadanlara öyrədəsən, gözəl paltarını geyinəsən, mal sərvətindən yoxsullara bağışlayasan, geniş-rahat evində möminləri qonaq çağırasan həmçinin Allahın sənə verdiyi hər bir nemətin nişanəsini xalqa göstərəsən.

2 Özü itaət bəndəlik edən, qohum-əqrəbasını düz yola istiqamətləndirən malından yoxsul imkansızlara verən kəsdir.

1 Çünki azğınların olmasının özü cəmiyyətin bədənində ağır bir xəstəlikdir. Bəzən onun mikrobu sirayət edib cəmiyyəti dağıdır. Buna görə onların qaçmaları cəmiyyətin həmin xəstəlikdən sağalmasında təsirlidir. İmamın sağalaraq şəfa tapmağı hakimə nisbət verməsinin səbəbi, cəmiyyət başçısının cəmiyyətin hamısı kimi, onun timsalında olmasıdır.

1 Bəlkə bu cümlə gələcəkdən xəbərdir. Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabının onuncu cildində Seyyid ibn Tavus əleyhir-rəhmədən nəql edir ki, İmam Hüseyn əleyhis-salam bir məktub yazıb onu, adı Süleyman, künyəsi isə Əba Zərin olan qulamı ilə Bəsrənin böyüklərinə göndərdi onları köməyə ona tabe olmağa çağırdı. Yəzid ibn Məs'ud Nəhşəli Münzir ibn Carud Əbdi həmin Bəsrə böyüklərindən idilər. O, həmin hadisəni nəql edərək bu yerə çatır ki: Münzir ibn Carud məktub gətirən şəxsi Ubeydullah ibn Ziyadın yanına gətirdi. Çünki məktubun Ubeydullah tərəfindən kələk məkr olmasından qorxdu. Münzir ibn Carudun qızı Bəhriyyə, Ubeydullah ibn Ziyadın arvadı idi. Sonra Ubeydullah məktub gətirən şəxsi dar ağacından asdı. Bundan sonra isə minbərə çıxıb xütbə oxudu Bəsrə əhalisini hədələdi ki, müxalifət yolunu tutmasınlar.

2 Ərəb ayaqqabılarında ayağın böyük barmağının qoyulduğu yer.

3 «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə