müdaxiləsi ingilisləri Fransanın Suriya üzərindəki haqlarını tanımağa məcbur etdi.
Neft beynəlmiləl siyasətdə daha bir dəfə öz rolunu oynamış və Orta Şərqdə iki dövləti dünya
xəritəsində yerləşdirmişdir.
Yuxarıda izah etdiyimiz və Kalust Gülbekyanın sayəsində ingilislərin əlinə keçən Mosulun neft
sahələri üzərində qurulan “The Turkish Petroleum Company” çox da uzunömürlü olmamış və San
Remo müqaviləsi ilə ləğv edildikdən sonra yerinə “The İrak Petroleum Company” qurulmuşdur. Bu
razılaşmaya görə, yeni neft şirkətinin hissədarları və aldıqları hissələr belə təsdiqlənmişdir:
Near East Developmen % 23,75 (ingilis)
Royyal Datç-Şell Qrup % 23,75 (ingilis-holland)
Anglo İranian % 23,75 (ingilis)
Companie Française % 23,75 (fransız)
Kalust Gülbekyan % 05.00
“The İrak Petroleum Company” təşəkkül etdiyi sıralarda Sevr anlaşmasının qərarlarını qəbul etməyən
türk milləti, Anadoluda çox şiddətli bir mübarizəyə başladı. Bu mübarizə bir millətin haqsızlığa qarşı
ayağa qalxması idi. Bu mübarizənin başında duranlar, o vaxtlar İraqın neft sahələri ilə məşğul ola
biləcək durumda deyildilər. Həqiqətən də, Deterdinq də bunu bilir və İraqın neft sahələrində rahatca
işini görürdü.
San Remo anlaşması ilə Orta Şərqdə ortaya çıxarılan iki dövlətin sərhədləri təsdiq edilmişdir. Bu
baxımdan ingilislər üçün çəkiləcək hər hansı bir nöqtə qalmamışdır. Rahatca neftə sahib ola
bilərdilər. Vaxt itirmədən hazırlıqlara başlayan ingilislər, yeni İraq dövlətinin neft sahəsini 75 min
kvadrat kilometr olmaqla dörd bölgəyə ayırdılar. Bu aşağıdakı kimi idi:
A – Kərkük məntəqəsi: Qaradağdan şimal-qərbə qədər olan hissə ( cəmi 120 kilometr məsafə),
B – Fərat çayının qərbindən başlayaraq, Küveytə qədər uzanan sahə.
C – Bağdadın cənubundakı Dəclə ilə Fərat arasında yerləşən və Bəsrəyə qədər uzanan sahə,
D – Şimaldakı kibs təbəqələrindən meydana gələn qumluq sahə.
YUNAN ORDUSUNUN ANADOLUNU
İSTİLA ETMƏSİ
“The İrak Petroleum” bu sahələrdə neft axtararkən, siyasi reaksiyası çox böyük oldu.
Bütün dünya mətbuatı, əsrarəngiz və əfsanəvi sərvətinin mənbələri bilinməyəcək qədər qaranlıq bir
adamdan bəhs etməyə başladılar. Bu qaranlıq işlər çevirən adam Türkiyədə Muğlada doğulmuş,
uşaqlıq dövrləri ilə ilk gənclik illərini məmləkətimizdə keçirmiş, sonra da taleyini xarici diyarlarda
aramış olan Zaxaryas Vasileos Zaxarovdu. Bu adam, dünyanı müharibəyə sövq edən neft
sahibkarlarının və silah istehsalçılarının ortağı idi. Həqiqətən də, o, neft sahibkarlarının ortağı idi
mi? Bu suala cavab vermək çox çətindir. Yalnız, bir şey aydın idi ki, o da Deterdinqin əmrində idi.
Bu adam əfsanəvi sərvətini neft və silah satışından qazanmışdı. Bu sərvəti ona qazandıranlar, onun
yüyənini heç bir vaxt boş buraxmamışlar və daima bir casus kimi istifadə etmişdilər. Beləcə bu səfər
də eyni adam təkrar ortaya çıxmışdı.
Dünya neftinə hakim olan “Royyal Datç-Şell Qrup”un rəhbəri Deterdinq Birinci Dünya müharibəsinin
sonunda Osmanlı İmperiyasının taleyini diplomatların öhdəsinə buraxsa da Orta Şərqdə özünü yenə
də narahat hiss edirdi. İngiltərə-İran Neft Şirkətinin işləri rusların və amerikalıların İranda
göstərdikləri fəaliyyətlər nəticəsində idi. Dünyanın gözünü bir başqa hadisəyə döndərməkdən başqa
çıxış və qurtuluş yolu olmadığını anlayan Deterdinq daima bu tip qaranlıq işlərdə istifadə etdiyi
Vasileos Zaxarovu İrandakı vəziyyəti düzəldəcək tədbirləri görmək üçün hərəkətə keçirdi. Deterdinq
eyni zamanda İngiltərənin baş naziri Lloyd Corcu bu iblisanə planına ortaq etdi. Bu plan onlar üçün
onsuz da sadə idi və əllərində bu işi gördürə biləcək bir adam var idi. Əsasən xəyalpərəst bir millət
olan yunanları bu adam vasitəsi ilə “Böyük Yunanıstan” layihəsini əldə rəhbər tutaraq silahsız bir
millət halında Anadoluda yaşayan türklərin üzərinə hücuma sövq edə bilərdi.
Tarix səhnəsinə çıxdığı 1821-ci ildən bu tərəfə “Böyük Yunanıstan” xülyası ilə yaşayan bu ərköyün
millətin baş naziri sabiq Osmanlı vətandaşı və Galatasaray Sultanı (Lisesi) məzunu olmuş Venizelos
qulaqlarına inanmadı. Venizelos Lloyd Corcun təklifi qarşısında özünü itirdi və İngiltərənin irəliyə
sürdüyü bu təklifə sonunu fikirləşmədən “Bəli” dedi.
İngiltərə yunanları Anadoluya sövq edərkən, ona maddi və mənəvi, yəni hər cür yardım göstərəcəyini
bildirdi. Ayrıca, Yunanıstana Anadoluda başlayacağı istila hərəkəti üçün tələb olunan bütün hərbi
ləvazimatları da verəcəkdi. Venizelos vaxt itirmədən Afinaya döndü və kral Konstantini bu böyük
xəyala inandırdı.
İngilislər Yunanıstanı “Anadolu məcarasına” sürükləyərkən iki nöqtəni hədəfinə çatdırmağı
qarşılarına məqsəd qoymuşdular: Orta Şərqdəki neft mənfəətlərinin belə bir siyasi və hərbi hərəkətlə
təhlükəsizliyini təmin etmək, hər gün bir az daha quduran və ağlagəlməz baş ağrıdan Yunanıstanı, qolu
qanadı qırılmış bir quş halına gətirmək.
Zavallı dünya, zavallı mədəni Avropa...
Neft, yenə də günahsız, şərəfli bir millətin torpaqlarını dağıdacaq, yüzminlərlə insanı qətlə yetirəcək,
bir məmləkəti başdan-başa xaraba qoyacaqdır...Və mədəni (!) Avropa bütün bu dəhşət qarşısında
qulaqları kar, gözləri kor, hadisələrə seyrici qalacaqdır.
Yunan ordusu, ingilislər tərəfindən verilən vəzifəni yerinə yetirdi. Anadoluda yüz minlərlə insanı
qətlə yetirdi və işğal etdiyi hər yeri dağıtdı, xaraba qoydu...Bu qorxunc hərəkət əlahəzrət İngiltərə
İmperiyasının ser ünvanını mühafizə edən Vasileos Zaxarovun pulu və Deterdinqin nefti ilə edildi. Və
beləcə neft istehsalçılarının törətdikləri Anadolu faciəsi Mədəni (!) Avropanın tarixinə,
mədəniyyətinə miras olaraq daxil oldu.
Anadoludakı mübarizə çox şiddətli oldu. Türk milləti yeddisindən yetmişinə üsyana qalxdı və tarixin
“ərköyün uşağına” tarix boyunca yemədiyi, gələcəkdə də unutması əsla mümkün olmayan qorxunc bir
şapalaq vurdu. Yunanıstanın 300 minlik ordusu neft sahibkarlarının və “Mədəni Avropa”nın əlahəzrət
dövlətlərinin dəhşətdən açılmış gözləri önündə Anadolunun düzlərində məhv oldu...
Yunan ordusunun məhvinə baxmayaraq, Deterdinq, hədəfə çatmış, İngilis-İran Neft Şirkəti vəziyyətini
düzəltmiş, yunan ordusunun beli qırılmış, Vasileos Zaxarovun milyonlarla sterlinqi havaya
sovrulmuşdur. Lakin, ingilislərin əsl qazancı Lozannada olmuşdur, yəni onların böyük bir inadla
əllərində tutmaq istədikləri və sahib olmaq üçün hər çarəyə baş vurduqları İraqın neft sahələri bu
sülh müqaviləsindən sonra əllərində qalmışdı. Osmanlı İmperiyasının torpaqları uğurundakı mübarizə
heç cürə bitmək bilmir və bu torpaqlar üzərindəki millətlərin arasındakı çəkişmə hər gün bir az daha
artırdı. Türklərlə bağlı olan bu çəkişmələrin və mübarizələrin müxtəlif səhifələri vardır. Bu səhifələr
daha çox beynəlxalq konfranslarda müzakirələrə çıxarılır və qərarlar qəbul edilirdi. Bu anlaşmalar
içində, xüsusilə, San Remo, Rapallo, Genuya və Lozanna konfransları əhəmiyyətli bir yer tuturdu.
Lozanna konfransında cənub sərhədlərimiz havadan asılı vəziyyətdə qalmışdır. Sülh müqaviləsi
imzalansa da, cənub sərhədləri təsbit edilməmişdir. İngilislər Lozannada Türkiyəni təmsil edən
heyətin siyasətdəki təcrübəsizliyi və bacarıqsızlığı üzündən uğur qazanmışdılar. Türkiyənin cənub
sərhədləri Millətlər Cəmiyyətinin qərarından asılı idi. Bunun səbəbi nədir? Nə üçün bu yolla
gedilmişdir? O da aşkardır ki, ingilislər İraqla olan müştərək sərhədlərimizin təsbitində nefti daima
gözlərinin önündə tutmuşlar və Lozanna sülh konfransı boyunca bəzən hədə, hətta bəzən daha irəli
gedərək türk heyətinə göz dağı vermək istəmişlər. İngiltərənin xarici işlər naziri və kürd siyasətçilə-
rinin önündə, cəbhədən yeni çıxmış, siyasətdə təcrübəsiz olan İsmət paşanın rəhbərlik etdiyi
nümayəndə heyəti güzəştə getmək məcburiyyətində qalmışdır.
Nəhayət, lord Kerzonun istədiyi olmuş və Türkiyənin cənub sərhədlərinin təsbiti işi Millətlər
Cəmiyyətinin üç nəfərlik bir nümayəndə heyətinə həvalə edilmişdir. Türk heyəti tərəfindən Cavad
paşanın iştirak etdiyi bu heyətin uzun çalışmaları və müşahidələri ingilislərin İraq fövqəladə
komissarının haqsız təzyiqlərinə baxmayaraq nəticəsiz qalmadı. Hazırlanmış hesabatın son hissəsində
yazılmış “Türk hökuməti hüquqi haqlarından vaz keçmədikcə Mosul və ətraf torpaqları heç bir
dövlətə verilə bilməz” sözlərinə baxmayaraq, Mosul sancağı nefti ilə birlikdə türk millətinin əlindən
çıxmış, türk dövlətinin sərhədləri xaricinə atılmışdır. Beləliklə, Mosulda yaşayan türklər ana
vətənlərindən uzaq düşmüşdülər.
Mosulun neft sahələrinin türk millətinin əlindən çıxmasında ən mühüm rolu oynayan səbəblərdən biri
də səltənətin ləğvindən və xanədanın türk dövləti sərhədləri xaricinə sürgün olunmasından sonra,
xüsusi ilə bu xanədana aid olan Mosulun neft sahələrini tələb edəcək bir müəssisənin mövcud
olmaması idi. Səltənətin ləğvinə qərar verən və Ali Osman xanədanını sərhəddən xaricə sürgün edən
hökumət, bu ailəni vətəndaşlıqdan çıxartmasaydı, şübhəsiz nəticə belə olmayacaqdır və Mosul nefti
məsələsi zamanın ixtiyarına buraxıla bilərdi.
Dostları ilə paylaş: |