İngiltərə 1856-cı il Paris sülh müqaviləsi ilə Rusiyanın hərəkətini yalnız Qara dənizlə
məhdudlaşdırmasına nail olmuşdur. Ancaq, bu vəziyyət 1871-ci ildə Londonda boğazlar məsələsinə
aid keçirilmiş konfransda Almaniyanın yardımı ilə Rusiyanın xeyrinə dəyişmişdir. Lakin, tezliklə
həmin ildə Londonda keçirilmiş konfransda bağlanmış müqavilə ilə İngiltərə yenə də Rusiyanın
Aralıq dənizində sərbəst hərəkət etməsini məhdudlaşdırmağa nail oldu.
Bütün bu sui-qəsdlər və beynəlxalq miqyaslı çəkişmələr Orta Şərqdə mövcud olan zəngim xammal
qaynaqlarını ələ keçirmək siyasətindən meydana gəlirdi.
İndiki dövlətlər bu xammala sahib olmaq üçün mübarizə edir, müxtəlif üsullarla bir-birini əzməyə
çalışırdılar.
Bu mübarizədə Almaniya öz yolunu müəyyənləşdirmişdi. Alman siyasətçilərinə görə Almaniyanın
mənfəətləri Bismarkın cızdığı yolda idi. Bismark “Çanaqqala boğazı Rusiyanın cənub sahillərinin
açarıdır” demişdir. Bu yolla getmək, Rusiyanın mənfəətlərini təmin edərək Orta Şərqdə alman
iqtisadi mənfəətlərinə nail olmaqla İngiltərəni bu ərazilərdən sıxışdırıb çıxarmaq alman siyasətçiləri
üçün yeganə çıxış yolu idi. Elə bu səbəbdən də Kayzer Vilhelm bu yolu davam etdirərək rus çarı ilə
görüşməyi qərara aldı. Nəhayət 1910-cu ildə alman imperatoru rus çarı ilə Potstamda görüşdülər. Bu
görüşdə alman imperatoru Bağdad dəmir yolu xəttinin tikintisinə qarşı olan Rusiyanı
neytrallaşdırmağa, İran və Osmanlı İmperiyasının əleyhinə bir müqavilə bağlamağa nail oldu. Bu
müqaviləyə görə Almaniya Rusiyanın da razılığı ilə Osmanlı sərhədləri daxilində hər cür iqtisadi
mənfəət təminində sərbəst olacaqdı. Bunun qarşılığında Rusiya da 1907-ci il tarixli rus-ingilis
müqaviləsi ilə nüfuz edə bilmədiyi İranın cənub məntəqələrinə, zəngin neft ehtiyatlarına malik
Xuzistan əyaləti ilə Bəsrə körfəzinə yerləşəcəkdir. Neft bu müqavilənin ağırlıq mərkəzini təşkil
edirdi.
Diqqət edilsə görərik ki, istər Almaniyanın, istər Rusiyanın siyasi nüfuzlarından istifadə etməklə bir-
birlərinə göz yumaraq yerləşmək istədikləri məntəqələr İranda neftin su kimi axdığı cənub əyalətləri,
xüsusilə də Bəsrə körfəzi ilə Osmanlı İmperiyasının Mosul-Kərkük-Süleymaniyyə və ətrafından
ibarət idi. Almaniyanın Bağdad dəmir yolu planının əsas hədəfi Mosul və ətrafındakı zəngin neft
sahələrini ələ keçirmək idi. Bu iki dövlət Potsdam müqaviləsindəki hədəflərə qarşılarında İngiltərə
olmasaydı rahatca çata bilərdilər.
Rusiya ilə Almaniya Potsdam müqaviləsinin tətbiqi üçün böyük əmək sərf etdilər. İki imperiya
arasındakı ilk görüşdən sonra 1911-ci ilin yayında Rusiyanın Port Baltik limanında ikinci görüş
keçirildi. Bu görüşdə hər iki imperator Potsdam müqaviləsinin əsasını təşkil edən iqtisadiyyata aid
müddəaların dərindən araşdırılmasını hökumətlərinə tapşırdılar. Bundan sonra 1911-ci ilin yay ayla-
rında Berlində və Peterburqda hər iki ölkənin diplomatlarının səmimi görüşləri oldu. Əslində eyni
ailədən gələn üç qohum dünyaya hakim olmaq iddiasında idilər. Bunlardan iki qohum rus çarı ilə
alman imperatoru üçüncü qohum-İngiltərə imperatoruna qarşı birləşərək müştərək cəbhə qurdular.
Neft beləcə üç böyük dövlətin başında, eyni ailədən olan üç imperatoru düşmənçiliyə sürükləyirdi.
Alman imperatoru Mosul və onun ətrafına çox zəngin neft sahələrinin xəyalıyla Port Baltikdən
Berlinə, rus çarı da 1907-ci il ingilis-rus anlaşması ilə İranın neft sahələrinə sahib olmaq arzusu ilə
Peterburqa yola düşmüşdülər.
Çar almanları bu müqavilə ilə Osmanlı-Rusiya sərhəddindən uzaqlaşdırdığı, beləcə bir kabus halına
gələn alman təhlükəsini müvəqqəti də olsa bitərəf etdiyi üçün məmnundu. Əsasən çarı sevincdən
ağlını itirmək dərəcəsinə çatdıran səbəb Kayzer Vilhelmi sevimli qohumunu boğazlar üzərindəki üç
əsrlik rus əməllərinin reallaşmasına razı salmaq olmuşdur.
İşin əsil faciəli tərəfi Rusiyaya boğazlara sahib olmaq üçün üç əsrlik mübarizəsinin reallaşmasını
təmin etməyə söz verən Almaniyanın İttihad və Tərəqqi Partiyasının hamisi - “Böyük Türk dostu”
olması idi. Almaniya Osmanlı İmperiyasının müttəfiqi olsa da ikiüzlü siyasət yürüdür, neftə sahib ola
bilmək üçün böyük bir imperiyanı gizlincə parçalayır və arxadan zərbə vururdu.
Almaniya Orta Şərq neftinə sahib olmaq üçün fürsəti əldən vermir, heç bir təsadüfi hərəkət etmirdi.
Həmçinin ingilis donanması ilə alman donanmasının Podstam andlaşmasından sonra daha da
fəallaşmasını görürük.
Alman donanması Almaniyanın Çar Rusiyasının da himayəsi ilə Orta Şərqə sahib olduğunu zənn
etdiyi «Neft imperiyası»nı dəstəkləmək üçün hazır vəziyyətə gətirilirdi. Alman donanması artıq
sadəcə Baltik və Şimal dənizlərindən başqa Aralıq dənizində də üzməyə başlamışdır. Almaniya artıq
Aralıq dənizinə yerləşmək qərarındaydı və bunu yerinə yetirmək gücünə malik idi. Həmçinin alman
hökuməti alman donanması üçün Aralıq dənizində bir baza axtarmağa başladı. 1911-ci ildə alman
imperatoru bir əmrlə Trablusqərbə bir nümayəndə heyəti göndərdi. Bu heyətin içində olan
mütəxəssislərin əksəriyyətini hərbiçilər və geoloqlar təşkil edirdi. Almaniya Orta Şərqdən başqa
Şimali Afrikada da neft axtarmaq fikrindəydi. Bu nümayəndə heyəti Trablusqərbdə tədqiqatlar apar-
maqla yanaşı, digər tərəfdən də Babı Ali ilə, yəni İttihat və Tərəqqi Partiyasının qurduğu hökumətlə
ticarət dəniz donanması (ancaq əslində Aralıq dənizi alman hərbi dəniz donanması) üçün bir baza
qurmaq üçün müzakirələr aparırdılar.
Hələ 1909-cu ildə Almaniya hökuməti Aralıq dənizinin şərq hissəsində və xüsusilə Krit adasında
yerləşmək istəmişdi. Bu məqsədlə İngiltərə Fransa və Rusiyaya bir nota verərək Krit Məsələsinin
həlli üçün mütləq Almaniya və Avstriya-Macarstan imperiyasının rəylərinin də nəzərə alınmasını sərt
bir dillə bildirdi. Almaniya bu nota ilə Krit adasının suda və ya hər hansı bir başqa limanda baza
sahibi olmaq istəyini açıqca bildirirdi. Bir müddət sonra alman hərbi dəniz donanması Aralıq
dənizinə girəcəkdi.
Əsas məqsəd aydındır. Almaniya əldə etdiyi Bağdad dəmir yolu imtiyazı ilə Mosulun neft sahələrini
nəzarət altına almaq istəyirdi. Həmçinin sonrakı hadisələr göstərdi ki, Almaniya donanmasını sadəcə
bu məqsəd üçün Aralıq dənizinə yeritmişdir.
Böyük dövlətlər arasında Osmanlı İmperiyasının iqtisadi qaynaqlarını ələ keçirmək üçün edilən bu
siyasi təşəbbüslərin davam etdiyi illərdə Türkiyə artıq Trablusqərbi, Kriti və Balkan yarımadasını
itirməyə başlamışdı.
İtirilən yalnız bunlar idi mi? Xeyr! Osmanlı türkləri getdikcə daha böyük itgilər verirdi. Trablusqərb,
Krit və Balkan yarımadası sadəcə görə bildiyimiz maddi itgilərdir. Əslində türklər bu imperiyanın
çöküşünü seyr edir, bilmədən, fərqinə varmadan onun süqutuna şahid olurdu. Həm də bu süquta başda
neft olmaqla xammal mənbələri üzərində cərəyan edən iqtisadi müharibə səbəbindən tamaşa edirdik.
Osmanlı İmperiyasını idarə edən İttihad və Tərəqqi Partiyası isə bu çöküşü sürətləndirmək üçün nə
mümkündürsə edirdi.
İqtisadi mənbələrin başqalarının əlinə keçməməsi və qurduğu beynəlxalq “ticarət imperiyası”nın
dağılmaması üçün İngiltərə müxtəlif dövrlərdə Osmanlı İmperiyasına qarşı müəyyən planlarını həyata
keçirmişdir. Lakin indiki vəziyyət keçmişdəkinə nisbətən fərqli idi. İngiltərənin Osmanlı İmperiyasına
düşmən münasibəti iki səbəbdən irəli gəlirdi. Bunlardan biri xilafət idarə-üsulu, digəri isə imperiya
daxilində olan neft sahələri və ehtiyatları idi.
Əslində İngiltərə özünün “Neft imperiyası”nın təməllərini çoxdan atmışdı. Almaniyanın Osmanlı
İmperiyası ilə yaxın münasibətləri və dostluğu İngiltərəni ciddi şəkildə narahat edirdi. İngiltərənin bu
Dostları ilə paylaş: |