50
əsaslandırılması zamanı qarşıya qoyulan bu və ya digər problemin strukturlaşdırılması və
formallaşmanın çətinliyi də humanitar profilli verilənlər bazalarının yaradılması və şəbəkə rejimində
onlardan geniş istifadəni ləngidən mühüm amildir. Ədalət naminə demək lazımdır ki, sosial
proseslərin informasiya təminatının formalaşması zamanı subyektiv–intuitiv qiymətləri nəzərə alan
alternativ situasiyaların səciyyələndirilməsi istiqamətində, son dövrlərdə ciddi tədqiqatlar aparılır.
Bununla belə həmin tədqiqatların informasiya aspektində, hələ ki, ciddi praktiki nəticələr əldə etmək
mümkün olmamışdır. Odur ki, sosial proseslərin informasiya təminatının formalaşmasında evristik
yanaşmaların üstünlüyü ilə barışmaq lazım gəlir.
Sosial prosesl
ərin idarə edilməsinin ilkin informasiya vahidləri - anket məlumatları, testlər, idarə
etm
ə situasiyalarının xarakteristikaları və s. əsasında formalaşır. Sosial informasiyanın institusional
m
ənbələrinə isə - sosial müdafiə strukturları, işədüzəltmə orqanları, daxili işlər orqanları və i.a.
aiddir. H
əmin mənbələr sosial idarəetmədə informasiya münasibətlərinin bu
və ya digər aspektlərini
əks edirən verilənlər yığımı formalaşdırır. Bununla belə, sosial proseslərin informasiya təminatının
tamlığı və səmərəliliyinin məqbul səviyyəsi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının
informasiya bazaları, onları tənzimləyən normativ-hüquqi aktların vahid kontekstdə nəzərdən
keçirilm
əsi sayəsində əldə oluna bilər.
Sosial sahədə informasiya texnologiyalarının tətbiqi imkanları kifayət qədər geniş olub,
aşağıdakı prioritetlərin reallaşdırılmasına yönəlmişdir: müxtəlif səviyyələrdə sosial siyasət
elementlərinin vahid kontekstdə formalaşdırılması; insanın məqsədyönlü fəaliyyətinin və işgüzar
həyatının bütün əsas aspektlərini əks edirən sosial proseslərin proqnozlaşdırılması; sənayedə
istehsalın və xüsusilə əməyin idarə edilməsinin kəmiyyətcə qiymətləndirilə bilən parametrlərinin
strukturlaşdırılması; məşğulluğun səviyyəsinin yüksəldilməsi və struktutrunun yaxşılaşdırılması
imkan
larının qiymətləndirilməsi; əhalinin sosial müdafiəsi sisteminin səmərəli və ahəngdar fəaliy-
yənin təmin edilməsi baxımından həlledici rola malik olan sosial verilənlər bazasının yaradılması və
fəal istifadəsi.
Sosia
l təsisatların informasiya təminatının formalaşdırılmasında, tədqiqatlardan və qabaqcıl
xarici təcrübənin təhlili nəticələrindən göründüyü kimi, burada arayış - məlumatlandırma və məsləhət
xidmətlərinin meyarları önə çəkilməlidir. Bu baxımdan, sosial müdafiə obyektlərinin, o cümlədən
müştəri xidmətlərinin, sığortalanmış şəxslərin məlumatlandırılması üçün yaradılmış verilənlər bazası
və sosioloji verilənlər bankının yaradılması proseslərinə vahid rakursda yanaşma perspektivli
istiqamətdir.
Eyni zamanda, qeyd edək ki, sosial təsisatların fəaliyyət qurumu
kimi müstəqilliyi, birgə
fəaliyyətin könüllüyə əsaslanan institusinal struktur, sosial proseslərin idarə edilməsində
demokratiklik və şəffaflıq informasiya təminatının formalaşdırılması baxımından əlverişli ilkin şərait
yaradır. Həmin təminatın, sosial proseslərin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi
tələblərinə adekvatlığı bütün mühüm endogen və ekzogen amillərin nəzərə alınması sayəsində
mümkündür.
Sosial idarəetmə proseslərin informasiya təminatının formalaşması sənaye müəssisəsində:
kollektivçilik dəyərlərinə adekvat mütəşəkkil iş rejiminin qurulması; resursların hərəkətində
şəffaflığın artırılması; əməyin innovativ təşkili tələblərinə cavab verməlidir. Sosial proseslər
bilavasitə əmək resurslarının geniş təkrar istehsalı ilə əlaqədar olduğundan sahə səviyyəsində
informasiya təminatının formalaşmasında xarici analoqların xarakteristikalarından birbaşa istifadə,
arzuolunan deyildir. Bununla belə, təcrübədə həmin analoqlardan müqayisəli istifadə hallarına rast
gəlinir. Zənnimizcə, sosial prosesləri müşayiət edən informasiya axınlarının, tərkib və struktur
xarakteristikalarının
müqayisəli
qiymətləndirilməsinin
nəticələrindən,
yalnız
əməyin
motivasiyasında, sənaye müəssisələrinin ixtisaslaşmasının xarakteri və səviyyəsində, kifayət qədər
oxşarlıq (eynilik) olduqda istifadə etmək məqbuldur. Əks halda, ictimai münasibətlərin məcmusu
kimi şəxsiyyətin davranışının motiv və prioritetlərini kənar obrazlar timsalında əsaslandırmaqla,
sosial proseslərə adekvat informasiya təminatı formalaşdırmaq cəhdləri, əksər hallarda ciddi
uğursuzluqla nəticələnir.
Aparılan araşdırmalardan göründüyü kimi, sosial müdafiə xərclərinin ÜDM-də xüsusi çəkisi
yüks
əldikcə, gözlənildiyi kimi sənaye müəssisələri çərçivəsində sosial proseslərin informasiya
t
əminatında ekzogen (müəssisədənkənar) parametrlərin əhəmiyyəti də artır. Belə olan halda, sosial
51
müdafi
ə və sosial təminatın mövcud vəziyyətini əks etdirən informasiya axınlarının idarə
edilm
əsində makro amillərin təsirini əks edirən massivlərin struktur baxımından daha da
detallaşdırılması və əlaqələri şərh edən istinadların artması baş verir. Bu baxımdan, sosial təminat
s
əviyyəsinin indeksləşdirilməsi üçün lazım olan parametrlər xüsusi diqqət mərkəzində olmalıdır.
Haqqında danışılan vəziyyət isə, artıq qeyd olunduğu kimi, informasiya axınlarının idarə
edilm
əsi
sistemini, yolverilməz dərəcədə mürəkkəbləşdirdiyinə görə, heç də həmişə arzuolunan
deyildir. Odur ki,
sosial prosesl
ərin əks olunduğu informasiya massivləri və axınlarının kəmiyyət
xarakteristikalarının optimallaşdırılması istiqamətində, o cümlədən əsas göstəricilərin aqreqasiya
s
əviyyəsinin, informasiya çevrilmələrinin mərhələlərinin sayının və i.a. hərtərəfli əsaslandırılmış
intervallarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
S
ənaye müəssisəsinin fəaliyyət göstərdiyi mühitdə baş verən sosial proseslərin və müəssisədaxili
sosial idar
əetmənin informasiya təminatının formalaşması, müvafiq institusional strukturun imkanları
il
ə, kifayət qədər sıx surətdə əlaqədardır. Sosial xarakterli informasiyaya cəmiyyətin daim artan
marağı, sosial informasiya axınlarının şəffaflığının yüksəldilməsi məsələlərini aktuallaşdırır. Sosial
t
əminatla əlaqədar informasiya axınlarında, son illər reallaşdırılan “bir pəncərə” prinsipi üzrə
f
əaliyyətin xüsusiyyətlərinin nəzərə alınmasının metodiki problemlərinin
həlli istiqamətində işlər
sür
ətləndirilməlidir.
S
ənayedə, sahə və müəssisə səviyyəsində sosial idarəetmə proseslərin informasiya təminatının
formalaşdırılması istiqamətlərinə, həmçinin inteqrasiya proseslərinin intensivləşməsi, ümumilikdə
qloballaşma dövrünün xüsusiyyətlərinin nəzərə alınması aid edilməlidir. Məsələ ondadır ki, həmin
dövr üçün
sosial v
ə iqtisadi funksiyaların prioritetliyinin növbələşməsi xarakterikdir. Bu və digər
s
əbəblərdən sosial və iqtisadi funksiyaların üzvi vəhdətdə reallaşması sosial idarəetmə proseslərin
informasiya t
əminatının formalaşdırılmasının perspektivli istiqaməti sayılmalıdır.
N
əticə
S
ənaye müəssisəsində işçi heyətin idarə edilməsinin informasiya təminatı, heyətin
qiym
ətləndirilməsi üsullarından asılı olmaması üçün müvafiq informasiya massivlərin qurulması
zamanı unifikasiya qaydalarının tətbiqi tövsiyə olunur. Sahə və müəssisə səviyyəsində sosial
idar
əetmə proseslərin informasiya təminatının formalaşdırılmasında inteqrasiya proseslərinin
xüsusiyy
ətləri hərtərəfli nəzərə alınmalıdır. Sosial və iqtisadi funksiyaların üzvi vəhdətdə reallaşması
sosial idar
əetmə proseslərin informasiya təminatının səmərəliliyinin yüksəldilməsinin prioritet
istiqam
əti sayılmalıdır.
ƏDƏBİYYAT
1.
Quliyev T.Ə.Menecmentin (idarəetmənin) əsasları. Bakı, “Qərənfil”, 2006, 591 s.
2.
İsgəndərov R. Ə. Heyətin idarə edilməsi. Bakı, “Bakı Universiteti”, 2003, 404s.
3. Quliyev
T.Ə.Əməyin iqtisadiyyatı. Bakı, “Nağıl evi”, 2003, 694 s.
Направления повышения эффективности информационного обеспечения
управление персоналом и социальных процессов
Гурбанов Намеддин Депутат оглы
РЕЗЮМЕ
В статье исследованы вопросы совершенствования системы управления персоналом в
промышленных предприятиях. Выявлены возможности улучшения информационного
обеспечения
управление социальных процессов. Определены основные направления
повышения эффективности информационного обеспечения управление персоналом и
социальных процессов.
Ключевые слова: информационное обеспечение, промышленность, кадры, социальное
управление, социальные процессы.